Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2480/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56)açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının (hərəkətinin və hərəkətsizliyinin) qanunsuz və əsassız hesab edilməklə, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış yeri olmadığından və aztəminatlı olmağı nəzərə alınaraq işçisi olduğu ARDNŞ-nin rəhbərliyinin 19 mart 2012-ci il tarixli qərarı və Azərbaycan Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2012-ci il tarixli, 00042 saylı müvəqqəti yaşayış orderi əsasında ona ailə üzvləri ilə daimi yaşayış üçün Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı evin yaşayış sahəsi 55,6 kv.metr olan 3 otaqlı 58 saylı mənzil verilmişdir. Həmin tarixdən sözügedən mənzilə ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiaçıya ünvanlanmış xx.xx.2012-ci il tarixli, 29-920 BB nömrəli məktubu ilə sözügedən mənzilə dair onun ailə üzvləri ilə birlikdə kirayə müqaviləsinin bağlanmasına etiraz edilməmişdir. Bundan sonra iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, ailə üzvləri ilə faktiki olaraq yaşadığı mənzilə dair onun adına icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 61/2 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 saylı mənzilə dair 3 nəfər ailə üzvü ilə iddiaçının adına icarə müqaviləsi bağlanmış və iddiaçı həmin mənzilin icarədarı hesab edilmişdir. Həmin sərəncam əsasında mənzilin şəxsi hesab vərəqəsi iddiaçının adına dəyişdirilmiş və onunla xx.xx.2014-cü il tarixdə “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayəsi haqqında” birtipli müqavilə bağlanmışdır. Sözügedən mənzildə iddiaçı 1 qızı və 1 oğlu ilə birlikdə yaşayır. Mənzilə dair bütün kommunal xərclər vaxtı-vaxtında ödənilir. Sözügedən mənzilin yerləşdiyi binadan demək olar ki, bütün mənzillərə dair dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşadığı mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ilk dəfə xx.xx.2014cu il tarixdə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən xx.xx.2014-cü il tarixli, **********43 nömrəli məktubla mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi kimi formal əsaslarla ərizənin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra, xx.xx.2016-cı il tarixdə sözügedən mənzilin sənədləşdirilməsinə köməklik göstərilməsi üçün digər dövlət orqanına da yazılı şəkildə müraciət edilmişdir. İddiaçının sözügedən müraciəti xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. Sözügedən müraciətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, **********10 nömrəli məktubu ilə "mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsillərinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsinin zəruri olması" qeyd edilməklə cavab verilmişdir. İddiaçı bundan sonra, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə mənzilin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin iddiaçının həmin müraciətinin təmin edilməsindən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, **********02 nömrəli məktubla imtina edilmiş və imtina məktubunda mənzilə dair sənədlərin təqdim edilməməsi və təqdim edilmiş sərəncamın xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsindən sonra verilməsi qeyd olunmuşdur. Sonuncu dəfə isə xx.xx.2019-cu il tarixdə mənzilə dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qanunla tələb olunan hüquqmüəyyənedici sənədlər əlavə edilməklə rəsmi qaydada ərizə ilə müraciət edilmiş və ərizə sözügedən idarədə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin cavabdeh inzibati orqan qanunsuz olaraq hərəkətsizlik edərək sözügedən müraciəti indiyədək cavablandırmamışdır. Hesab edilir ki, cavabdehin imtinası (hərəkət və hərəkətsizliyi) qanunsuz və əsassızdır və cavabdeh inzibati orqanın bu qanunsuz hərəkəti nəticəsində iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaya dair xx.xx.2020-ci il tarixli, **********87 saylı yazılı etirazında göstərilmişdir ki, İddiaçı adına Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 61/2 saylı sərəncamının xx.xx.2014-cü il tarixdə verildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********91 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə təqdim edilmiş 373 saylı, xx.xx.2020-ci il tarixli məktubda göstərilənlərə uyğun məzmunda izahat verdi və Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz edilmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2012-ci il tarixdə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən verilmiş N-00042 saylı, xx.xx.2012-ci il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 3 otaqlı, 55.6 kv.metr sahəsi olan mənzil üç nəfər ailə tərkibi ilə birlikdə İddiaçı istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 61/2 saylı, xx.xx.2014-cü il tarixli sərəncamından müəyyən edilir ki, Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı evin, yaşayış sahəsi 55,6 kv.metr olan 3 otaqlı 58 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, qızı və oğlu) İddiaçı adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. - xx.xx.2014-cü il tarixli “dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” müqavilənin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Fərman Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 nömrəli mənzildə 55.6 kv.metr yaşayış sahəsi kirayədar İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. - Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 36 saylı MKİS-in mühəndisi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı evin, 58 saylı mənzilinə dair sxemdən görünür ki, həmin mənzilin yaşayış sahəsi 55.60 kv.metr, köməkçi sahəsi 15.8 kv.metr, ümumi sahəsi isə 71.40 kv.metr təşkil edir. - DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2014cü il tarixli, **********43 saylı məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx.xx.2014-cü il tarixli ərizəyə və əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası zamanı məlum olmuşdur ki, təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkşaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, N-00042 saylı orderinə əsasən mənzil müvəqqəti yaşamaq üçün verilib və mənzilin daimi verilməsi haqqında heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Mənzilin daimi yaşayış üçün verilməsini əks etdirən sənədlər təqdim ediləcəyi halda ərizəyə yenidən baxıla bilər. - 149 saylı MKİS tərəfindən verilmiş 2104 saylı, xx.xx.2019-cu il tarixli forma 2 arayışından müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Fərman Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 11 mərtəbəli evin 11-ci mərtəbəsində 55.6 kv.metr yaşayış sahəsi olan 58 saylı mənzilində yaşayır. Mənzil şəraitsiz vəziyyətdədir. Bina MKTD-yə məxsusdur. Sahibi (kirayənişin) İddiaçıdır. Ailə tərkibi 3 nəfərdən ibarətdir: özü, qızı - xx.xx.2000-ci il təvəllüdlü X10 və oğlu – xx.xx.2007-ci il təvəllüdlü X8. Adları qeyd edilmiş şəxslər xx.xx.2012-ci il tarixdə ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə təqdim edilmiş 373 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən, ünvan 6 ünvanında yerləşən yaşayış binası balansa qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2014-cü il tarixli, 61/2 saylı sərəncamı ilə Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı evin, yaşayış sahəsi 55,6 kv.metr olan 3 otaqlı 58 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, qızı və oğlu) İddiaçı adına kirayə (icarə) müqaviləsi bağlanılmaqla o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. ünvan 6 saylı evin 58 saylı mənzili xidməti yaşayış fonduna aid deyildir. - X3 adından tərtib edilmiş ərizədə ünvan 6 saylı evin 58 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. İş materiallarına, eyni zamanda, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən mənzillərin özəlləşdirilməsinə dair DƏDRX tərəfindən çıxarışlar (RX seriyalı ******* saylı, RX seriyalı ******* nömrəli, MA seriyalı ******* saylı, RX seriyalı ******* saylı və s.) və digər sənədlər də əlavə edilmişdir. Tərəflərin izahatlarından və işdə olan sənədlərdən məlum olur ki, iddiaçı yaşadığı və kirayəçisi olduğu mənzili öz adına özəlləşdirilməsi üçün ərizə ilə cavabdeh DƏDRX müraciət etmiş, ona imtina edilmiş, imtinaya əsas kimi isə qeydiyyat orqanı tərəfindən ona ünvanlanmış **********02 saylı, xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş, mənzilə icarə müqaviləsinin bağlanılması haqqında Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2014-cü il tarixli 61/2 saylı sərəncamı 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsindən sonra verilib. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf-dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə uyğun olaraq sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış istifadə hüququ qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, 1 oktyabr 2009-cu il tarixdən sonra dövlət mənzil fondundan verilmiş yaşayış sahələri üzərində yalnız istifadə hüquqları qeydiyyata alına bilər və istifadə hüquqlarının qeydiyyatı üçün həmin bina yerli icra hakimiyyətinə təhvil verilməli, yerli icra hakimiyyətinin qərarları ilə yaşayış sahələri ayrılmalı və müvafiq yaşayış sahələrinə dair sosial kirayə müqavilələri bağlanmalıdır. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin ilkin redaksiyasında özəlləşdirilməsi nəzərdə tutulan mənzillərə dair hüquqmüəyyənedici sənəd kimi yalnız orderin adı göstərilmişdir. Bu hal mənzil fondunun özəlləşdirilməsi zamanı vətəndaşlarla müvafiq icra hakimiyyəti orqanı arasında fikir ayrılığı yaratdığına görə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 24 fevral 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilmişdir.Dəyişikliyə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderi əvəzinə mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam sənədini də əlavə edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Azərbaycan Respublikası Prezidentinin 100 saylı, 25 fevral 1999-cu il tarixli “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektləri haqqında” Sərəncamının 3-cü bəndində göstərilmişdir ki, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin uşaq bağçaları və körpələr evləri yerli icra hakimiyyəti orqanlarının balansına verilsin. Yerli icra hakimiyyəti orqanlarının balansına verilməsi məqsədəuyğun hesab edilməyən yaşayış binaları onun sakinləri tərəfindən qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 42-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. İş materialları ilə iddiaçıya Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 saylı mənzilin məhz iş yerindən verildiyi öz təsdiqini tapır. Bundan başqa, həmin Məcəllədə idarə mənzil fondu evlərində yaşayış sahəsinin müvafiq müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilməsi qaydası nəzərdə tutulmuşdur. Digər tərəfdən, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı neft emalı zavodunun işçisi İddiaçı ünvanladığı 29-920 BB saylı, xx.xx.2012-ci il tarixli məktubda da göstərilmişdir ki, ARDNŞ-nin və ANQSİHİ Respublika Komitəsinin 19 mart 2012-ci il tarixli birgə iclasının qərarı ilə İddiaçı hazırda yaşadığı ünvan 9 ünvanında yerləşən, yaşayış sahəsi 55.6 kv.metr olan 3 otaqlı 58 nömrəli məhdud kommunal şəraitli mənzilə adları aşağıda göstərilən ailə tərkibi ilə kirayə müqaviləsinin bağlanmasına etiraz edilməsin. İşin sadalanan faktiki hallardan da göründüyü kimi iddiaçının Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 saylı mənzilə dair hüquqları məhz 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin tələbləri əsasında yaranmışdır. Yuxarıda şərh edilən qanunvericilik müddəalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmək olur ki, iddiaçının yaşadığı və kirayəçisi olduğu mənzili özəlləşdirmək üçün cavabdeh inzibati orqana müraciəti və bununla bağlı təqdim etdiyi sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olduğundan, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə müvafiq olaraq verilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 61/2 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında bağlanmış kirayə müqaviləsi sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Digər tərəfdən, hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas hesab edilən hallar da qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsində isə qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı imtinasını və yuxarıda şərh edilən qanunvericiliyin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaması qanunsuz və əsassız olmuşdur. Beləliklə, işin faktiki və yuxarıda şərh edilən hallarından görünür ki, cavabdeh iddiaçının kirayəçisi olduğu mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqdan imtina etməklə mövcud qanunvericiliyin tələblərini pozmuş və bununla da, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Məhkəmə, həmçinin, o halı da qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində qəti olaraq müəyyən edilmişdir ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilin yuxarıda göstərilmiş kateqoriyalara aid olması iş materialları ilə təkzib edilir. Avropa Məhkəməsinin presedent hüququnda "mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X4rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X1rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir (Akimova Azərbaycana qarşı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Digər tərəfdən, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 58 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan şikayət onun tam formada tərəfə təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 11 QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2480/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2480/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver