Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2482/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X6 və X2) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 285D saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 və X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhər İcra hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli 1609 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 56 nömrəli orderi ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 285D saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08 oktyabr 2009-cu il tarixli arxiv arayışından da görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən Göradil bağ massivində 247 nömrəli BTK nəzdində bağ sahəsi İddiaçı (Musayeviç) oğluna ayrılmışdır. İddiaçıya ayrılan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədlər əlavə edilməklə cavabdehə müraciət edilsə də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Bağlar Təsərrüfatı birliyi Göradil bağ maasivində yerləşən 22 nömrəli orderin fiziki şəxs X6 ilə razılaşaraq, hətta istəyi ilə imtina edərək öz adına olan bağdan imtina etmişdir. Bağlar təsərüfat birliyi iddiaçının adına olan 56 nömrəli order ilə 22 № -nömrəli orderin sahibi X6 ilə dəyişdirilmişdir. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməməsi iddiaçının təqsiri deyil. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 56 saylı order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin idarənin arxiv əsaslarında eyni bağ tikinti kooperativi nəzdində eyni nömrəli torpaq sahəsinə dair X4 adına verilmiş order nüsxəsi mövcuddur. Elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən ərazi **********39 reyestr nömrəsi ilə X1 (fin: 2LGBS5D) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, müvafiq torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)- 4087/2008 saylı məhkəmə işi olmuş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. İddiaçının iddia elediyi torpaq sahəsi başqa şəxs tərəfindən istifadə edildiyindən ərazidə inventarlaşma işlərinin aparılması mümkün olmamışdır (torpaq sahəsi idiaçının istifadəsində deyil). Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iş materiallarından görünür ki, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” bağ məsələləri üzrə komissiya yığıncağının 01.09.93-cü il tarixli, 53 nömrəli protokoluna əsasən Sən”an (sənəddə olduğu kimi) X7 bağ masssivində 247 saylı BTK-nın tərkibində bağ sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1609 №-li sərəncamından çıxarışdan görünür ki, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” bağ məsələləri üzrə komissiya yığıncağının 01.09.93-cü il tarixli, 53 nömrəli protokolu təsdiq edilmişdir. İşdə olan 56 nömrəli orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli 1609 saylı qərarına əsaən Goradil bağlar sahəsində 247 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 285D saylı bağ sahəsi X10 ayrılmışdır. İşdən görünür ki, iddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş 56 saylı order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin idarənin arxiv əsaslarında eyni bağ tikinti kooperativi nəzdində eyni nömrəli torpaq sahəsinə dair digər fiziki şəxsin adına verilmiş order nüsxəsi mövcuddur. Elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən ərazi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, müvafiq torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-4087/2008 saylı məhkəmə işi olmuş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən ərazi **********39 reyestr nömrəsilə digər fiziki şəxsin mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, sahəyə xx.xx.2024-cü il tarixli yerli baxış zamanı vətəndaş sahəni hasarın çölündən göstərdi, içəri daxil ola bilmir. Sahə digər bir vətəndaşın istifadəsindədir. Darvaza bağlı idi. Bu səbəbdən sahədə ölçmə işləri aparmaq mümkün olmadı. İddia olunan sahənin mərkəz koordinatı X-400591; Y-4490720. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubda isə qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə istinad koordinatlar verilmiş sahə ünvan 1i ünvanında yerləşən X1 adına olan (**********39) qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-417/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı X1 iddiası təmin edilmiş, onun Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində (faktiki ölçülərə uyğun) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i, 321L saylı bağ sahəsinə (reyestr nömrəsi **********39) X1 mülkiyyət hüququ qeydə alınaraq bu barədə xx.xx.2023-cü il tarixdə çıxarış verilmişdir. Beləliklə, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı 56 saylı orderə əsasən 285d saylı bağ sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, naturada göstərdiyi həmin bağ sahəsi digər şəxsin, X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna görə də,məhkəmə hesab edir ki, iddiaçının çatmaq istədiyi məqsədə nail olması üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia deyil, X1 mübahisəli bağ sahəsinə mülkiyət hüququna dair aparılmış qeydin ləğv edilməsidir. Yanlız həmin şəxsin bağ sahəsinə mülkiyyət hüququna dair aparılmış qeyd ləğv edildikdən sonra, iddiaçı həmin bağ sahəsinə dair hüququnun qeydə alınması üçün ilk əvvəl inzibati orqana, imtina cavabı aldıqda isə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə görə həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2482/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2482/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver