Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2483/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən sənədin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə 23 avqust 1993-cü ilədək Füzuli rayonunun Qərbənd kəndində yaşamışlar və Füzuli rayonu işğal olunduqdan sonra məcburi köçkün olmuşlar. O, 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra zabit kursu keçmişdir. 1999-cu ilin sentaybr ayında həqiqi hərbi xidmətə çağırılmışdır, zabit kursu keçdikdən sonra leytenant hərbi rütbəsinə layiq görülmüş və 2020-ci ilin oktyabr ayınadək müxtəlif hərbi hissələrdə hərbi xidmətini davam etdirmişdir. Sonuncu xidmət yeri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi olmuş, 2020-ci ilin oktyabr ayında yaş həddinə görə ehtiyata buraxılmışdır. Odur ki, hərbi qulluqçu olduğuna və başqa yaşayış yeri olmadığına görə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə qeydiyyatdadır. Həyat yoldaşı X7 və xx.xx.2003-cü il tarixində anadan olmuş qızı İddiaçı də məcburi köçkündür. Həyat yoldaşı X2 25.05.2011-ci il tarixli qərarına əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi verilmişdir. Qızı İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Komitəyə ərizə ilə müraciət etmişdir. Qızı İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə cavabdeh orqan tərəfındən imtina edilmişdir. İddiaçının razılığı ilə əsl olmayan iddiaçı X14 əsli İddiaçı ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə dair verdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçı X3 müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı X3 “övladı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə’’ Komitəyə daxil olmuş müraciətləri Komitənın 01/3204 nömrəli, 07.06.2021-ci il tarixli və 01/4889 nömrəlı, 31.08.2021-ci il tarixli məktubları ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədlıyyə X6 Dövlət Reyestrində qeydiyyatdan keçmış "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburı köçkun'' statusu və onu təsdıq edən vəsıqənın verilməsınə dair Qaydalar"ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərındən atası “məcburl köçkün” statusuna malık olan və hər iki valideyninin qeydıyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zamanı, məcburı köçkünlər haqqında elektron məlumat bazasında, X4 atası X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə aşkarlanmamışdır. Həmçinin bildirilir ki, X14 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası X7 məcburı köçkün statusu və onu təsdıq edən vəsiqəyə malik olmaqla, ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin diqqətinə çatdırılır ki, məcburi köçkün statusu olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikahla və ya nikahsız ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydıyyatdan çıxmasa belə ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığı uçün həmin uşaqlara "məcburı köçkün” statusu verilmir. Nəticədə, İddiaçı atası X14 məcburi köçkün olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Əlili X9 rayonundan məcburi koçkun düşə bilməzdı. Yuxarıda qeyd edilənlərə əsasənb iddia tələbinin rədd olunması ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş, lakin məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq olunmuş: - Azərbaycan Respublikası vətəndaşının AZE 17799127 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 23.01.1972-ci ildə ünvan 2ində doğulmuşdur, yaşayış yeri ünvan 4 ünvanıdır. - Füzuli rayon VADQ şöbəsi tərəfindən verilmiş AZB 169099 №-li, 03 fevral 1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X20, anası X11 olan X12 03.02.1972-ci il tarixdə ünvan 2ində doğulmuşdur - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-ci ildə doğulmuşdur. - Füzuli rayon VADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 419098 №-li, 08 yanvar 2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X14, anası X7 olan İddiaçı xx.xx.2003-cü il tarixdə ünvan 2ində doğulmuşdur. - AA 239275 №-li, 25.05.2011-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür. - Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 91 №-li, 12.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı məcburi köçkün kimi hər ay 60 manat aylıq müavinət alır. - Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə ünvanlanmış 18 yanvar 2021-ci il tarixli, 01/51 nömrəli məktubdan görünür ki, X12 23 avqust 1993-cü il tarixədək Füzuli rayonun Qərbənd kəndində yaşamış və məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi Bakı şəhəri, Suraxanı rayonunda məskunlaşıb yaşayır və hərbidə işlədiyi üçün vahid aylıq müavinət almır. - Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə ünvanlanan 19 noyabr 2021-ci il tarixli, 01/1714 nömrəli məktubdan görünür ki, X14 23.08.1993-cü il tarixədək Füzuli rayonunun Qərbənd kəndində yaşamış, məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonunda məskunlaşıb yaşayır və Bakı şəhər qeydiyyatına düşdüyü üçün vahid aylıq müavinət almır. Əsas: füzuli rayon Dövlətyarlı kənd İƏD-si üzrə nümayəndəliyinin 11.11.2021-ci il tarixli, 120 №-li arayışı. - Komitə tərəfindən X8 ünvanlanmış 07.06.2021-ci il tarixli, 01/3204 nömrəli məktubdan görünür ki, Komitəyə daxil olmuş övladı X5 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizəsinə baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqiara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən qaçqın və yaməcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etməməsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasınının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Eyni zamanda “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının (dövlət qeydiyyatına 05 iyun 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı atası X3 məcburi köçkün status yoxdur və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı atası X15 “məcburi köçkün” statusuna malik olmadığından və qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş, hazırda işğaldan azad olmuş rayon (şəhər) olmadığından ona “məcburi köçkün” statusunun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2483/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2483/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver