Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2483/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının xx.xx.1979-cu il tarixdən, xx.xx.1980-ci il tarixədək olan dövr, xx.xx.1997-ci il tarixdən, 09.1998-ci il-cü il tarixədək olan dövr və xx.xx.2000-ci il tarixdən, xx.xx.2002-ci il tarixədək işlədiyi illəri sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin onun hüququnun yarandığı vaxtdan yəni xx.xx.2023-cü il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən, xx.xx.2023-cü ildən etibarən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Xüsusi şərtlərlə X1 ərizə ilə rəsmi müraciət edərək iş stajlarının nəzərə alınaraq, yaşa görə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqanın 20 iyul 2024-cü il tarixli, 3-17-1/2-Ə- 171285/2024 saylı məktubla tələbinin təmin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd edilmişdir ki, elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumi sığorta stajı 22 il 2 ay 24 gün təşkil edir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, əmək pensiyası müəyyən edilərkən aşağıda qeyd edilən dövrlərdə işlədiyi iş stajı nəzərə alınmamışdır. xx.xx.1979-cu il tarixdən, xx.xx.1980-ci il tarixədək olan dövr, xx.xx.1997-ci il tarixdən, xx.xx.1998-ci il tarixədək olan dövr və xx.xx.2000-ci il tarixdən, xx.xx.2002-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. Halbuki iddiaçı həqiqətən də qeyd olunan dövrlər ərzində rəsmi olaraq işləmişdir. Lakin, həmin dövrlər üzrə işlədiyi iş stajları cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Odur ki, yuxarıda qeyd edilən dövrlərdə işlədiyi iş stajları sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin əmək kitabçasına və digər sənədlərinin surətlərinə əsasən onun sığorta stajı 22 il 02 ay 24 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumi sığorta stajı 22 il 02 ay 24 gün təşkil edir. Eyni zamanda İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 20 il 4 ay 24 gün sığorta stajına uyğun olaraq 20556,08 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 1 il 10 ay sığorta stajına uyğun 4033,22 manat olmaqla, ümumilikdə 24589,30 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 03.01,1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kənd Təsərrüfatı Nazirliyinin “Binəqədi Təchizat” bazasında, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2704 saylı avtomobil dəstəsində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Binəqədi Təchizat” bazasının sənədləri Nazirliyin arxivində saxlanılmadığından xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyətini araşdırmaq və əməkhaqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. X2 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2704 saylı avtomobil dəstəsində adına əməkhaqqı hesablanmayıb. Bu səbəbdən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci ildə işdən çıxma əmri səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmədiyindən və xx.xx.1998-ci ildə işdən çıxma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə İddiaçı bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 1.1-ci bəndinə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) tələb olunur. Məlumat üçün bildirilir ki, İddiaçı VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra ailə tərkibi haqqında arayışı (ailə üzvlərinizin adı, soyadı, ata adı və həmin şəxslərin vəfat edib-etməməsi barədə məlumatlar əks olunmaqla) təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Cavabdeh orqanın iddiaya yazılı etiraza əlavə məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bildirilir ki, İddiaçı müraciətinə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə yenidən baxılmışdır, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində olan məlumata əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində olan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, 10,09.1980-ci il tarixdən 26.04,1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumata əsasən 28,02.2022-ci il tarixdən pensiya yaşına çatdığı - xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə 21 il 4 ay 7 gün sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci ildə işdən çıxma barədə qeyd səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmədiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi xx.xx.1997-ci il tarixli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (xx.xx.1998-ci ildə işdən çıxma barədə qeyd kiril qrafikalı möhürlə təsdiqləndiyindən) Kənd Təsərrüfatı Nazirliyinin “Binəqədi Təchizat" bazasında olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Binəqədi Təchizat” bazasının sənədləri Nazirliyin arxivində saxlanılmadığından xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyətini araşdırmaq və əməkhaqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən 1998-ci ilə dair əmək haqqı cədvəllərində İddiaçı barədə məlumat aşkar edilmədiyindən xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək fəaliyyəti dövrü onun sığorta stajına daxil edilməmişdir. Həmçinin İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2704 saylı avtomobil dəstəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X2 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2704 saylı avtomobil dəstəsində İddiaçı adına əməkhaqqı hesablanması öz əksini tapmamışdır. Bu səbəbdən həmin dövr İddiaçı sığorta stajına daxil edilməmişdir. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarf'na 7 nömrəli əlavənin 1.1-ci bəndinə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) tələb olunur. Məlumat üçün bildiririk ki, İddiaçı VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra ailə tərkibi haqqında arayışı (ailə üzvlərinizin adı, soyadı, ata adı və həmin şəxslərin vəfat edib-etməməsi barədə məlumatlar əks olunmaqla) təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxıla bilər. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nörməli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1979-cu il tarxidə tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1997-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə xx.xx.1998-ci ilədək, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Sığortaolunan haqqında məlumatdan görünür ki, "xxxx" MMC tərəfindən 2022 yanvar-2024 iyun dövrü ərzində İddiaçı adına müvafiq sığorta ödənişləri etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-27/2-6884/2024 nömrəli məktubu ilə İddiaçı 1991-1997-ci illər üzrə iş stajı, əməkhaqqı barədə arxiv arayışları və arxiv surətləri məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş sənədlərdən görünür ki: -xx.xx.2024-cü il tarixli MA-249 nömrəli Arxiv Arayışından görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1988-ci il tarixdən (xx.xx.1988-ci il tarixli, kş/266 N-li əmr) 2 N-li Avtobus parkının 4 saylı avtodəstəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixdən (xx.xx.1992-ci il tarixli, kş/226 N-li əmr) 1-ci dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. May 1997-ci il tarixədək həmin vəzifədə işləmişdir. Əsas: Əmr kitabları, əməkhaqqı cədvəli. Qeyd: 2704 saylı avtodəstənin 2000-2002-ci illərin şəxsi heyət üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilməmişdir. -xx.xx.2024-cü il tarixli MA-250 və MA-251 nömrəli Arxiv Arayışlarından görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, iş vaxtından sonra görülən işlərə görə əvəzetmə və birdəfəlik ödənişlər istisna olmaqla, onun əməkhaqqı aşağıdakı kimi olmuşdur: yanvar 1991- mart 1997 dövr ərzində olan aylar üzrə əmək haqqı cədvəlləri təqdim edilmişdir. -xx.xx.1988-ci il tarixli 266 ЛС nömrəli Əmrlə İddiaçı sürücü vəzifəsinə qəbul edilmişdir. -İddiaçının adına olan şəxsi hesab vərəqindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2- Ə-171285/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla ümumi sığorta stajınız 22 il 2 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 4 ay 24 gün sığorta stajınıza uyğun olaraq 20556,08 manat, 01,03.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 il 10 ay sığorta stajına uyğun 4033,22 manat olmaqla, ümumilikdə 24589,30 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Kənd Təsərrüfatı Nazirliyinin “Binəqədi Təchizat” bazasında, xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 2704 saylı avtomobil dəstəsində əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Binəqədi Təchizat” bazasının sənədləri Nazirliyin arxivində saxlanılmadığından xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək fəaliyyətinizi araşdırmaq və əməkhaqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. X2 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 2704 saylı avtomobil dəstəsində adınıza əməkhaqqı hesablanmayıb. Bu səbəbdən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1980-ci ildə işdən çıxma əmri səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmədiyindən və xx.xx.1998-ci ildə işdən çıxma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnuzun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə sizə bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün (VÖEN: **********) sizə yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 1.1-ci bəndinə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı) tələb olunur. Məlumat üçün bildiririk ki, VÖEN hesabınız ləğv edildikdən (və ya dondurulduqdan) sonra ailə tərkibi haqqında arayışı (ailə üzvlərinizin adı, soyadı, ata adı və həmin şəxslərin vəfat edib-etməməsi barədə məlumatlar əks olunmaqla) təqdim etməklə təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2023-cü il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, hərbi xidmət, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır İddiaçıya məxsus hərbi bilet və əmək kitabçası qeydlərinə əsasən iddiaçının xx.xx.1977-xx.xx.1979-cu ilədək hərbi xidməti, birinci əmək kitabçasında qeyd edilən xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək olan dövr və ikinci əmək kitabçasında qeyd edilən məcburi sosial sığorta ödənildiyi xx.xx.2022-ci ildən 65 yaşının tamam olduğu xx.xx.2023-cü ilədək olan dövr nzəərə alındəqda ümumilikdə 25 il 09 ay 26 gün təşkil edir. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci ildə xx.xx.1998-ci ilədək olan dövr birinci əmək kitabçasında qeyd edilən əmək faəliyyəti dövrləri ilə üst-üstə düşdüyündən həmin dövrün əlavə ollaraq iddiaçının ümumi stajına daxil etmir. Odur ki, məhkəmə cavabdehin qeyd edilən dövrlə bağlı dəlilinə hüquqi qiymət verilməsinə zərurət görməmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının birinci əmək kitabçasında qeyd edilən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr xx.xx.1980-ci ildə işdən çıxma əmri səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmədiyindən iddiaçının iş stajına daxil edilməməlidir. Məhkəmə bu hissədə cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr ilk növbədə iddiaçının Ermənistan Respublikası ərazisində əmək fəaliyyəti dövrü olmaqla həmin dövrün arxiv əsasının yoxlanılması hazırkı halda mümkün hesab edilmir. Əksinə, əmək kitabçasında həmin dövrə aid işə qəbul və işdən azad edilmə tarixləri və əmrlərin nömrələri göstərilmişdir. Əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir. İddiaçının həmin müəssisədən işdən çıxması barədə tarix (il, ay, gün) dəqiq göstərilmişdir. Əmək kitabçasında onun işdən çıxma əmri səlahiyyətli şəxsin imzası ilə təsdiqlənməməsi, həmçinin işdən çıxma əmri kiril qrafikalı möhürlə təsdiqlənməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Əmək kitabçasında olan bu qeyri-müəyyənlik iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir. Kitabçada qeyd edilən həmin dövrün yazılma ardıcıllığı pozulmamışdır. Cavabdehin digər dəlili ondan ibarət olmuşdur ki, X2 İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən əmək kitabçanın surətində qeyd olunmuş xx.xx.1998-xx.xx.1998-ci ilədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 2704 saylı avtomobil dəstəsində iddiaçının adına əməkhaqqı hesablanmadığından həmin dövr də iddiaçının ümumi stajına daxil edilə bilməz. Məhkəmə aşağıdakılara əsasən bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-27/2-6884/2024 nömrəli məktubu ilə təqdim olunmuş xx.xx.2024-cü il tarixli MA-249 nömrəli Arxiv Arayışından görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1988-ci il tarixdən (xx.xx.1988-ci il tarixli, kş/266 N-li əmr) 2 N-li Avtobus parkının 4 saylı avtodəstəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixdən (xx.xx.1992-ci il tarixli, kş/226 N-li əmr) 1-ci dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. May 1997-ci il tarixədək həmin vəzifədə işləmişdir. Əsas: Əmr kitabları, əməkhaqqı cədvəli. Qeyd: 2704 saylı avtodəstənin 2000-2002-ci illərin şəxsi heyət üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilməmişdir. O cümlədən ididaçının yanvar 1991- mart 1997 dövr ərzində olan aylar üzrə əmək haqqı cədvəlləri, xx.xx.1988-ci il tarixli 266 ЛС nömrəli Əmri, iddiaçının adına olan şəxsi hesab vərəqi məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi arxiv saxlaycısı olan qurum da qeyd etmişdir ki, iddiaçının Avtodəstədə işlədiyi mübahisələndirilən dövrə aid müəssisəsinin sənədləri arxivə tam şəkildə təhvil verilməmişdir. İddiaçının adına həmin müəssisədə mart 1997-ci il tarixədək olan əmək haqqı cədvəlləri təqdim edilsə də, müəssisədə adına olan şəxsi hesab vərəqindən görünür ki, İddiaçı barədə sonrakı dövrlərə aid-2001-ci il tarixə belə qeydlər mövcuddur. Təkcə bu hal iddiaçının əmək fəaliyyətinin 1997-ci illə yekunlaşmadığı, arxiv sənədlərinin tam olmadığı və iddiaçının əmək fəaliyyətinin 2002-ci ilədək davam etdiyi qənaətinə gəlməyə əsas verir. İddiaçının adına 2001-ci il şəxsi hesab vərəqində xx.xx.2001-ci il tarixli əmrlə işdən azad olunma barədə qeyd olsa da məhkəmə hesab edir ki, şəxsi vərəqədə qeyd edilmiş həmin əmrin surəti təqdim edilmədiyindən, arxivdə belə bir əmr aşkar olunmadığından iddiaçının əmək faəliyyətinin xx.xx.2001-ci il tarixdə sonlanması kimi də qəbul edilməməlidir. Həmin qeyd iddiaçıya məxsus əmək kitabçasının 30-31-ci səhifələrində olan, müəssisənin kadrar şöbəsinin rəisinin imzası və müəssisəyə aid möhürlə təsdiq edilmiş qeydin mötəbərliyini şübhə altına alacaq gücdə sübutu əhəmiyyət daşımır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının əmək fəaliyyəti əmək kitabçasında olan əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova