Məhkəmə qərarları › İş №2-1(112)-2487/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2487/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2487/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və onun vəkli Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilmiş ünvan 1 ünvanında ona məxsus 200.0 (iki yüz) kvadratmetr ərazidə yerləşən 2 (iki) mərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58000 (əlli səkkiz min) manat birdəfəlik yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq 1050 (min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşıma xərcləri olmaqla 59550 (əlli doqquz min beş yüz əlli) manat vəsait və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6.0 hektar torpaq sahəsindən 300 (üç yüz) kvadrat metr torpaq sahəsi nəzərə alınaraq, ödəniləcək vəsaitə 247200 (iki yüz qırx yeddi min iki yüz) manat əlavə edilməsi və dövlət büdcəsi hesabına cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.11.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iki azyaşlı övladı və iki nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi evin yerləşdiyi ərazidə sürüşmə prosesləri getdiyindən evi qəzalı vəziyyətə düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Föqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 17 dekabr 2019-cu il tarixli, H-0634 saylı və 26 dekabr 2019-cu il tarixli, B- 0442/2 saylı tapşırıqlarına əsasən Azərbaycan Respublikası Föqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin "Azərdövlətlahiyə" Dövlət Baş Lahiyə-Konstruktor və X5 şöbəsinin əməkdaşları tərəfindən fərdi yaşayış evinə vizual texniki baxış keçirilmişdir. Baxış nəticəsində 16 yanvar 2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda evin texniki vəziyyətinin qəzalı olması və həmin evdə yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək üçün onların köçürülməsi, evə daxil olan kommunikasiya xətlərinin fəaliyyətinin dayandırlması, evin ətrafının çəpərlənməsi, evə girişin qadağan edilməsi kimi təxirə salınmaz tədbirlərin görülməsi qeyd edilmişdir. Həmin akt Bakı şəhəri Suraxanı RİH-nə tərəfindən təqdim edilmişdir. Lakin Bakı şəhəri Suraxanı RİH-nin ona ünvanladığı 21.01.2020-ci il tarixli məktubunda öz vəsaiti hesabına başqa yerə köçməyi tövsiyyə olunaraq əks təqdirdə bütün məsuliyyətin onun üzərində qalacağı bildirilmişdir. Bundan sonra özünün və ailəsinin təhlükəsizliyini təmin etməkdə köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə və digər orqanlara dəfələrlə müraciətlər etmişdir. Bütün müraciətləri baxılması üçün yenidən Bakı şəhəri Suraxanı RİH-nə göndərilmişdir. Bakı şəhəri Suraxanı RİH-nin ona ünvanladığı 12.02.2020-ci il tarixli məktubunda qəzalı kimi qiymətləndirilən yaşadıqları evin "Zığ-1" sürüşmə sahəsində yerləşən və qəzalı vəziyyətdə olan evlərlə bağlı müvafiq qərarın verilməsi məqsədilə Nazirlər Kabinetinə təqdim edilmiş qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin siyahısına əlavə edildiyi, məsələ həll edilənə qədər öz vəsaiti hesabına başqa yerə köçməyi tövsiyyə olunaraq, əks təqdirdə bütün məsuliyyətin onun üzərində qalacağı bildirilmişdir. Bakı şəhəri Suraxanı RİH-nin ona ünvanladığı 18.03.2020-ci il tarixli məktubunda "Zığ-1" sürüşmə sahəsində yerləşməklə qəzalı vəziyyətdə olan evlərlə bağlı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin verəcəyi müvafiq qərardan sonra müraciətinə baxılacağı, məsələ həll edilənə qədər öz vəsaiti hesabına başqa yerə köçməyi tövsiyyə olunaraq əks təqdirdə bütün məsuliyyətin onun üzərində qalacağı bildirilmişdir. 16.06.2020-ci il tarixli məktublarla Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə və digər qurumlara eyni məzmunlu müraciətlər edərək onun və ailəsinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, "Zığ-1" sürüşmə sahəsində yerləşən qəzalı fərdi yaşayış evindən köçürülməsi ilə bağlı görülmüş tədbirlər barədə məlumat verilməsini və verilmiş qərarların surətlərinin ona göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı müraciəti baxılması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri Suraxanı RİH-nin başçısının birinci müavini Rəşad Hacıyev tərəfindən ona ünvanlanan 30.06.2020-ci il tarixli məktubda yuxarıda qeyd olunan ünvanda yerləşən qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə bağlı olaraq görülmüş tədbirlər və verilmiş qərarlar barədə məlumat verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı müraciətin baxılması üçün Bakı şəhəri Suraxanı RİH-nə göndərildiyi, Bakı şəhəri Suraxanı RİH-nin 30.06.2020-ci il tarixli məktubunda Bakı şəhər İcra Hakimiyəti başçısının 115 nömrəli 01.06.2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, "Zığ-1" sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 56 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43000 (qırx üç min) manat, iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58000 (əlli səkkiz min ) manat bir dəfəlik maddi yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq 1050 (min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşıma xərcləri üçün Bakı şəhəri Suraxanı RİH-nə maliyyə vəsaiti ayrıldığı, sözü gedən ərazidə yerləşən ona məxsus iki mərtəbəli fərdi yaşayış evi ilə bağlı 58000 (əlli səkkiz min) manat birdəfəlik yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq 1050 (min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşıma xərcləri olmaqla ümumilikdə 59550 (əlli doqquz min beş yüz əlli) manat vəsaitin və Zığ Bələdiyəsinin mülkiyyətinə verilmiş 6.0 hektar torpaq sahəsindən 300 (üç yüz) kvadrat metr torpaq sahəsinin ona ayrıldığının nəzərdə tutulduğunu, qeyd olunlar barədə Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş görüş zamanı ona ətraflı məlumat verildiyini və sərəncamın icrası üçün vaxtın məhdudluğunu nəzərə alaraq təhlükəsizliyinizin təmin olunması məqsədi ilə müvafiq vəsaitlərin ona ödənilməsinə dair ailə üzvlərinizin razılıq ərizələrinin və adına açılmış bank hesabının RİH-nə təqdim edilməsinin bir daha xahiş olunduğu, göstərilən sənədlərini üç gün müddətində təqdim olunmamasının təklifdən imtina etməyi kimi qiymətləndiriləcəyini, bu səbəbdən təhlükəsizliyilə bağlı məsuliyyətin ona aid olacağını diqqətinə çatdırıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərdiyi məktubda verilmiş qərarlar barədə məlumat yox, həmin qərarların ona göndərilməsini xahiş etmişdir. Buna baxmayaraq Bakı şəhəri Suraxanı RİH-nin başçısının birinci müavini Rəşad Hacıyev tərəfindən ona ünvanlanan 30.06.2020-ci il tarixli məktubla onun bu müraciəti təmin edilməmişdir. Bundan başqa məktubda ona ümumilikdə 59500 (əlli doqquz min beş yüz əlli) manat vəsaitin və 300 kvadrat metr torpaq sahəsinin ayrıldığının nəzərdə tutulduğu qeyd edilmiş, lakin ayrılmış vəsaitin məbləğinin və torpaq sahəsinin ölçüsünün nəyə əsasən hesablanıldığı, ona münasibətdə 59500 (əlli doqquz min beş yüz əlli) manat vəsaitin və 300 kvadrat metr torpaq sahəsinin ayrıldığının hansı aktda nəzərdə tutulduğu, ayrılan torpaq sahəsinin kordinatları, planı barədə heç nə qeyd edilməmişdir. Həmçinin Bakı şəhəri Suraxanı RİH-nin başçısının birinci müavini Rəşad Hacıyev tərəfindən ona ünvanlanan məktubda Bakı Şəhər İcra Hakimiyəti başçısının 115 nömrəli, 01.06.2020-ci il tarixli sərəncamın icrası üçün vaxtın məhdudluğu nəzərə alınaraq göstərilən sənədlərin üç gün müddətində təqdim olunmamasının təklifdən imtina etməyi kimi qiymətləndiriləcəyini, bu səbəbdən təhlükəsizliyilə bağlı məsuliyyətin ona aid olacağını diqqətinə çatdırılsa da sərəncamın icra müddəti göstərilməmiş, RİH tərəfindən ona 3 gün müddət tələbi qoyulmasının və həmin müddətdə sənədləri təqdim olunmamasının təklifdən imtina etməyi kimi qiymətləndirilməsinin hansı normativ aktlara əsaslandığı qeyd edilməmişdir. Bakı şəhər İcra Hakimiyəti başçısının 115 nömrəli, 01.06.2020-ci il tarixli sərəncamın təsdiq olunmuş surətinin ona göndərilməsi, ona ayrılan ümümilikdə 59500 (əlli doqquz min beş yüz əlli) manat vəsaitin və 300 kvadrat metr torpaq sahəsinin nəyə əsasən hesablanıldığı, ona münasibətdə məhz bu məbləğdə vəsaitin və bu ölçüdə torpaq sahəsinin ayrılmasının hansı aktda nəzərdə tutulduğu, RİH tərəfindən ona 3 gün müddət tələbinin qoyulmasının və həmin müddətdə sənədlərin təqdim olunmamasının təklifdən imtina etməyi kimi qiymətləndirilməsinin hansı normativ aktlara əsaslandığı barədə məlumat verilməsi ilə bağlı olaraq 28.07.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı RİH-nə tərəfindən ünvanlanan məktubu isə hələ də cavablandırılmamışdır. 18.08.2020-ci il tarixdə Bakı şəhər İcra Hakimiyəti başçısının 115 nömrəli, 01.06.2020-ci il tarixli sərəncamının təsdiq olunmuş surətinin ona göndərilməsi barədə Bakı şəhər İcra Hakimiyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyətinin 18.08.2020-ci il tarixli, B-140/2-112 nömrəli cavab məktubunda ərizəyə baxıldığı qeyd edilsə də 115 nömrəli, 01.06.2020-ci il tarixli sərəncamın təsdiq olunmuş surətinin ona göndərilməsi xahişinə münasibət bildirilməmiş və göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyəti başçısının 115 nömrəli, 01.06.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, "Zığ-1" sürüşmə sahəsində qəzalı kimi müəyyən edilmiş evlərin köçürülməsi üçün Bakı şəhəri Suraxanı RİH-nə maddi yardım ayrılmış, sərəncamın icra olunması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında komissiya yaradılmış, köçürmə prosesi sözü gedən komissiya tərəfindən həyata keçirilir. 22.09.2020-ci il tarixli məktubla Bakı şəhəri Suraxanı RİH-nə müraciət edərək yaşadığı qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlaın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 184,8 kvadrat metr daşınmaz əmlakın hər kvadrat metrinə görə 1500 manat olmaqla 276600 (iki yüz yetmiş altı min altı yüz) manat, 200 kvadrat torpaq sahəsinin hər kvadrat metrinə görə 200 manat olmaqla 40 000 (qırx min) manat maddi yardım, hər ay üçün 350 (üç yüz əlli) olmaqla 3 aylıq 1050 (min əlli) manat kirayə haqqı və 500 (beş yüz manat) daşıma xərcləri olmaqla ümumilikdə 318150 (üç yüz on səkkiz min yüz əlli) manat vəsaitin ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı RİH-nin 09.10.2020-ci il tarixli, B-130 nömrəli məktubunda göstərilmişdir ki, 22.09.2020-ci il tarixli müraciətə baxılmış, ünvan 1 ünvanda ona məxsus 200,0 (iki yüz) kvadratmetr ərazidə yerləşən 2 (iki) mərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58000 (əlli səkkiz min) manat birdəfəlik yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq 1050 (min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşıma xərcləri olmaqla ümumilikdə 59550 (əlli doqquz min beş yüz əlli) manat vəsaitin və Zığ Bələdiyəsinin mülkiyyətinə verilmiş 6.0 hektar torpaq sahəsindən 300 (üç yüz) kvadrat metr torpaq sahəsinin ona ayrıldığı nəzərdə tutulmuşdur. Məktubdan göründüyü kimi Suraxanı RİH tərəfindən təklif edilən maddi yardım və torpaq sahəsi ədalətli olmamaqla yanaşı, həmçinin dövlət tərəfindən köçürülmələr zamanı tətbiq edilən qiymətlərlə uyğun gəlmir. Buna görə də bu ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə dövlət büdcəsindən ödənilən maddi yardımın məbləğinin müəyyən edilməsi qaydaları haqqında sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 27.04.2019-cu il tarixli, 3/1436-07 məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş "Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın 2-ci hissəsinə əsasən zərər çəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsi məqsədilə həmin ərazi üzrə yerli icra hakimiyyəti orqanının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, bələdiyyələrin nümayəndələrindən ibarət komissiya yaradılır və komissiya həmin dəymiş ziyanın dərəcəsini müəyyənləşdirir. Ədliyyə Nazirliyinin cavabında daha sonra qeyd edilmişdir ki, yuxarıda qeyd edilən Qaydanın 3-cü hissəsinə əsasən müvafiq sənədələr Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına təqdim olunduqdan sonra məlumatlar komissiya tərəfindən araşdırılır və Nazirlər Kabinetinə təqdimat verilir. Nazirlər Kabineti fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə dəymiş ziyanın ödənilməsi barədə sərəncam qəbul edir. Sərəncamda ziyanın ödənilməsi qaydası, vaxtı, yeri, habelə bu işləri həyata keçirəcək icraçı təşkilatlar göstərilir. Zərərin əvəzi natura və ya pul formasında ödənilə bilər. Dəymiş zərərin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilir. Suraxanı RİH-nin məktubundan aydın olmuşdur ki, heç bir komissiya yaradılmamış, fərdi yaşayış evindən köçürülməyi ilə bağlı verilən maddi yardımın məbləği bazar qiymətinə əsasən hesablanmamış, maddi yardım hesablanarkən evlərin sahələri nəzərə alınmamışdır. Baş vermiş torpaq sürüşməsi ilə əlaqədar qəzalı vəziyyətə düşmüş Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 43 ünvanda yerləşən beş mərtəbəli binada və Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi zamanı birdəfəlik maddi yardım Nazirlər Kabinetinin müvafiq sərancamları ilə həmin evlərin kvadratmetrinə uyğun ödənilmişdir. Onun yaşadığı, ona məxsus fərdi yaşayış evi Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 43E ünvanda yerləşir və məhz torpaq sürüşməsi ilə əlaqədar qəzalı vəziyyətə düşmüşdür. Belə olan halda onun da qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə bağlı olaraq verilən maddi yardım evin sahəsinin kvadratmetrinə görə hesablanılmalı və ona ödənilməlidir, yəni eyni mühüm faktiki hallara malik olan işlər üzrə eyni yanaşma olmalıdır. Lakin konstitusion hüquq olan bərbarəlik hüququ pozularaq qanunsuzluğa yol verilmişdir. Bu qiymət həmçinin Bakı şəhər İcra Hakimiyəti başçısının 76 nömrəli, 16.02.2011-ci il tarixli və 182 nömrəli, 04.05.2012-ci il tarixli sərəncamlarında da öz əksini tapmışdır. Belə ki, həmin sərəncamlarda vətəndaşların onların mülkiyyətində olan yaşayış sahələrindən köçürülməsi həmin sahələrin hər bir kvadrat metrinə görə 1500 manat pul vəsaiti ödənilməklə həyata keçirilməsi nəzərdə tutlmuşdur. Bundan başqa hazırda əmlak bazarında təklif edilən torpaq satışı ilə bağlı elanlara baxılsa, görmək mümkündür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq sahəsinin 1 kvadratmetri 200 manat, Suraxanı RİH tərəfindən ona təklif edilən torpaq sahəsinin 1 kvadarat metri 40 manat təşkil edir. Suraxanı RİH tərəfindən təklif edilən torpaq sahəsinin Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində yerləşdiyi İH əməkdaşları tərəfindən bildirilmişdir. Qeyd etdiklərindən də aydın olmuşdur ki, ona məxsus torpaq sahəsinin bazar qiyməti 40000 manat, Suraxanı İH tərəfindən təklif olunan torpaq sahəsinin qiyməti isə 12000 (300*40=12000) manat təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, fərdi yaşayış evinə və torpaq sahəsinə görə Suraxanı RİH tərəfindən ona ödənilməli olan vəsait aşağıdakı kimi olmalıdır: ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evin 184,8 kvadrat metr və hər kvadratmetrinə görə 1500 manat ödənilməli olduğunu nəzərə alaraq, ona ödəniləcək birdəfəlik maddi yardım 277200 (184,8*1500=277200) manat təşkil etməlidir. ünvan 1 ünvanda yerləşən məxsus torpaq sahəsinin 200 (iki yüz) kvadrat metr və hər kvadratmetrinə görə 200 manat ödənilməli olduğunu nəzərə alaraq, torpağa görə ona ödəniləcək vəsait 40000 (200*200=40000) manat təşkil etməlidir. Cavabdeh Bakı şəhəri Suraxanı RİH tərəfindən təklif edilmiş ünvan 1 ünvanda ona məxsus 200,0 (iki yüz) kvadratmetr ərazidə yerləşən 2 (iki) mərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58000 (əlli səkkiz min) manat birdəfəlik yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq 1050 (min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşıma xərcləri olmaqla 59550 (əlli doqquz min beş yüz əlli) manat vəsaitini və Zığ Bələdiyəsinin mülkiyyətinə verilmiş 6.0 hektar torpaq sahəsindən 300 (üç yüz) kvadrat metr torpaq sahəsini nəzərə alınsa, birdəfəlik yardımın məbləğinə fərdi yaşayış evinə görə 219200 (277200 – 58000 =219200) manat, torpaq sahəsinə görə ödəniləcək vəsaitə 28000 ( 40000-12000 = 28000) manat, ümumilikdə 247200 (219200 + 28000 = 247200) manat əlavə edilməli və dövlət büdcəsi hesabına cavabdehdən tutulmalıdır. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ünvan 9 ünvanda yerləşən qəzalı fərdi yaşayış evindən köçürülməyi müqabilində ümumilikdə 318150,0 (üç yüz on səkkiz min yüz əlli) manat vəsaitin ödənilməsini xahiş etmişdir. RİH-nin cavab məktubu ilə hazırki İddiaçı Zığ qəsəbəsində yerləşən və FHN-nin mütəxəssisləri tərəfindən verilmiş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və yolverilməz olan 56 fərdi yaşayış evinin sakinlərinin (o cümlədən İddiaçı) RİH-nə və digər dövlət orqanlarına ünvanladıqları çoxsaylı müraciətləri nəzərə alınaraq həmin sakinlərin (həmçinin İddiaçı) təhlükəsizliyini təmin etmək məqsədi ilə lazımi köməkliyin göstərilməsi üçün RİH tərəfindən yuxarı instansiyalara müraciətlər olunmuş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 №-li, 01.06.2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 56 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43000 (qırx üç min) manat, iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58000 (əlli səkkiz min) manat birdəfəlik maddi yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq cəmi 1050 (bir min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşınma xərcləri üçün Suraxanı Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrıldığı, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 43 E ünvanda İddiaçı məxsus 200,0 (iki yüz) kv.m. torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli qəzalı fərdi yaşayış evi ilə bağlı 58000 (əlli səkkiz min) manat birdəfəlik maddi yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq cəmi 1050 (bi min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşınma xərcləri olmaqla ümumilikdə 59500 (əlli doqquz min beş yüz) manat vəsaitin və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha torpaq sahəsindən 300,0 (üç yüz) kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı ayrılması nəzərdə tutulduğu bildirilmiş, həmçinin yuxarıda qeyd edilən sərəncamın icrası üçün vaxtın məhdudluğunu nəzərə alaraq İddiaçı təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq vəsaitin ödənilməsinə dair ailə üzvlərinin razılıq ərizələrinin, bank hesabının RİH-nə təqdim edilməsi və göstərilən sənədlərin təqdim olunmamasının təklifdən imtina etməsi kimi qiymətləndiriləcəyini, bu səbəbdən təhlükəsizliyi ilə bağlı məsuliyyətin vətəndaş İddiaçı aid olacağı diqqətinə çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq Suraxanı RİHnə qarşı iddianı əsassız hesab edir və rədd edilməsi məhkəmədən xahiş edilir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış 2020-ci il 5 may tarixli, 203 nömrəli məktubunda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində evlərinin texniki vəziyyətinin qəzalı və yolverilməz olması barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq rəylər verilmiş 56 fərdi yaşayış evinin (o cümlədən vətəndaş İddiaçı məxsus evin) sakinlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli, 407s nömrəli sərəncamı ilə Əmircan-Hövsan avtomobil yolunun 5-ci kilometrliyinin sağ tərəfində Zığ bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadəsiz qalan 2,4 ha sahədə tikinti-quraşdırma işlərinin aparılması məqsədi ilə 38 ədəd bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43.000,0 min manat, 18 ədəd iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58.000,0 manat olmaqla birdəfəlik maddi yardım, bank xidmətləri xərci üçün 16.068,0 manat, ailənin hər birinə ev əşyalarının daşınması üçün 500,0 manat olmaqla cəmi 28.000,0 manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,0 manat olmaqla cəmi 58.800,0 manat, həmin fərdi yaşayış evlərinin söküntüsünə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılmasına 200.000,0 manat olmaqla ümumilikdə 2.980.868,0 manat vəsaitin ayrılması barədə xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarı ilə Suraxanı Rayon İcra Hakimiyyətinə Fövqəladə Hallar Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin təqdim etdikləri rəylərə əsasən qəzalı kimi müəyyən edilmiş 56 ədəd fərdi evin sakinlərinə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan vəsait hesabına 2.980.868,0 manat vəsaitin ayrılması üçün birgə zəruri tədbirlərin görülməsi barədə göstəriş verilmişdir. Eyni zamanda sözügedən ünvanda yerləşən yaşayış sahəsindən köçürülməsi ilə əlaqədar İddiaçı birdəfəlik maddi yardımın ödənilib-ödənilməməsi barədə Nazirlikdə hər hansı məlumat yoxdur. İddiaçı birdəfəlik maddi yardımın ödənilibödənilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin rəyinin öyrənilməsi məqsədəmüvafiqdir. İddiaçı iddia ərizəsində ona birdəfəlik yardımın dövlət büdcəsindən ayrılmasını xahiş etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi birdəfəlik yardımın Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan vəsaitdən ayrılması nəzərdə tutulmuşdur. Kompensasiyanın dövlət büdcəsi hesabına ödənilməsi fikri ilə əlaqədar qeyd etmişlər ki, dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Bu baxımdan öhdəliyin birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə dövlət büdcəsi qanunla təsdiq olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunmuş xərc maddələri çərçivəsində inzibati təsnifata uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə görə yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalarla yanaşı büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. Göründüyü kimi cavabdeh qurumun gəlirləri yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də formalaşır və kompensasiyanın dövlət büdcəsinə yönəldilməsi inzibati prosessual və büdcə qanunverciliyinin tələblərinə zidd olmaqla yanaşı, gələcəkdə məhkəmə qərarının icra imkanlarını məhdudlaşdırır. Bundan başqa Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsindən iddiaçıya ayrılacaq torpaq sahəsinin əvəzinə pul vəsaitinin verilməsi ilə bağlı bildirilir ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan dərkənarında torpaq sahəsinin əvəzinə kompensasiya ödənilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə görə mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Bundan başqa “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Həmin Qanunun 35.1ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göründüyü kimi mövcud qanunvericilikdə qəza vəziyyətinə düşmüş mənzilin təmir və bərpa olunma öhdəliyi dövlətin deyil, mülkiyyətçinin üzərinə qoyulmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkli Vəkil iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ******* №-li, 03.04.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 184,8 kv.m. fərdi yaşayış evi və həmin daşınmaz əmlakın yerləşdiyi 0,02 ha ölçüsü olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və X3 şöbəsinin aparıcı mühəndisi Samir Əliyev, texniki şöbənin mühəndisi Cavanşir Həşimli və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qulam Səfərzadə tərəfindən tərtib edilərək imzalanmış “ünvan 12 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında” 16.01.2020-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər Tikintidə X2 Agentliyinin 17 dekabr 2019-cu il tarixli, H-0634 saylı və 26 dekabr 2019-cu il tarixli, B-0442/2 saylı tapşırıqlarına əsasən Zığ qəsəbəsi, H. Allahverdiyev küçəsi, 43 E ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirmişlər. Yaşayış evi 2005-2008-ci illərdə dağ yamacında ikimərtəbəli inşa edilmişdir. Evin planda ölçüləri 11.25x10.10 m, otaqların daxili hündürlükləri 2.7 metrdir. Evin örtüyü ağac materialındandır. Evinin əsas yükdaşıyan xarici və daxili divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla, mişarlanmış əhəngdaşından inşa olunmuşdur. Döşəmə və örtük konstruksiyaları ağac materialındandır. Dam çardaq tipli olub ağac konstruksiyalar üzrə "ondulin" materialı ilə örtülmüşdür. Evin arxa tərəfindəki ev qəzalıdır və sakinlər köçürülmüşdür. Evin 1-ci mərtəbəsində girişə nəzərən sağ yükdaşıyan divarında, açılış eni 5-13 mm-ə qədər üfüqi, künc birləşmədə isə açılış eni 3- 15 mm-ə qədər olan şaquli keçici çatlar vardır. Evin birinci mərtəbəsinin torpaq qatında açılış eni 10-15 mm-ə qədər aralanma müşahidə olundu. Evin 2-ci mərtəbəsində bütün qapı pəncərə boşluqlarının ətrafında divarda açılış eni 6-10 mm-ə qədər keçici çatlar vardır. Evin girişə nəzərən sağ yükdaşıyan divarda çökmə müşahidə olundu. Qeyd etmək lazımdır ki, yaxınlıqda olan evlərin divarlarında iriölçülü keçici çatlar əmələ gəlmiş və həmin evlər qəza vəziyyətində olduğundan sakinlər köçürülmüşdür. Evin texniki vəziyyəti qəzalıdır. Bununla əlaqədar sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aşağıdaki təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: - sakinlər köçürülməli; - evə daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı; - evin ətrafı çəpərlənməli; - evə giriş qadağan edilməli və digər lazımi tədbirlər görülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli, 17/17/372/ 2104-12 saylı, Fövqəladə Hallar Nazirliyinin 5 iyun 2015-ci il tarixli, 21/08462 saylı və Agentliyin 11 iyun 2015-ci il tarixli, 02/03958 nömrəli tapşırıqları əsasında ərazidə baş verən ekzogen-geoloji proseslərin (EGP) əmələgəlmə və inkişaf dərəcəsinin müəyyən olunması məqsədi ilə “Azərinşaatlayihə” DBLKTl-nin mütəxəssisləri tərəfindən aparılmış çöl, kameral işlərin materiallarına əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ekzogen-geoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşir və burada tektonik parçalanma və çökmə prosesləri mütəmadi olaraq baş verir. Həmin ərazidə yerləşən tikililərin ekzogengeoloji proseslərin növbəti aktivləşməsi zamanı parçalanma və çökmə proseslərinə məruz qalmayacağına zəmanət verilmir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan B-1/3-097/3 №-li, 21.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, yaşadığı evin qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq baxış keçirilməsı haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazırliyi Tikintidə X2 Agentliyinə ünvanladığı ərizə baxılmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bildirilmişdir ki, yaşadığı evin texnikı vəziyyətinin müəyyənləşdirilməsı məqsədi ilə baxış keçirərək müvafiq rəyin verilməsi üçün RİH tərəfindən yuxarıda adıçəkilən quruma muraciət edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən təşkilat olduğundan və dövlət büdcəsində RİH uçün təsdiq edilmiş xərclər smetasında vətəndaşlara məxsus fərdi yaşayış evlərinin tikintisi, təmiri və ya onlara maddı yardım göstərilməsi məqsədi ilə maliyyə vəsaiti nəzərdə tutulmadığından baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması məqsədi ilə öz vəsaiti hesabına qəzalı vəziyyətdə olan evi ailə üzvləri ilə birgə tərk edərək başqa yerə köçməyi tövsiyyə olunur, əks təqdirdə bütün məsuliyyət onun üzərində qalacaqdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan B 1/5-097/5 №-li, 02.2020-ci il tarixli məktubun surətindən görünür ki, yaşadığı evin qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq müvafiq köməklik göstərilməsi haqqında Azərbaycan Respublikası Nazırlər Kabinetinə ünvanladığı elektron muraciət baxmaq üçün Fövqəladə Hallar Nazirliyi X1 X4 Rayon İcra Hakimiyyətinə göndərilmışdir. Bildirilmişdir ki, Suraxanı RİH-in müraciətinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin "Azərbaycan Dövlət Layihə Dövlət Baş Layihə-Konstruktor və Texnolojı İnstitutu”nun mütəxəssisləri tərəfindən keçirilmiş vizual baxışın nəticəsi olaraq texniki vəziyyəti qəzalı kimi qiymətləndırilən yaşadığı ev “Zığ-1” sürüşmə sahəsində yerləşən və qəzalı vəziyyətdə olduğundan onlarla bağlı müvafiq qərarın verilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş fərdi yaşayış evlərinin siyahısına əlavə edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Rayon İcra Hakimiyyətı dövlət büdcəsi hesabına maliyyələşdirilən təşkilat olduğundan və dövlət büdcəsində RİH təsdiq edilmiş xərclər smetasında vətəndaşlara məxsus fərdi yaşayış evlərinin tikintisi, təmiri və ya onlara aid yardım göstərilməsi məqsədi ilə maliyyə vəsaiti nəzərdə tutulmadığından məsələnin həllinə qədər baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması məqsədı ilə öz vəsaiti hesabına qəzalı vəziyyətdə olan evi ailə üzvləri ilə birgə tərk edərək başqa yerə köçməyi ona tövsiyə olunur. Əks təqdirdə bütün məsuliyyət onun üzərində olunacaqdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan B-1/3-097/7 №-li, 18.03.2020-ci il tarixli məktubun surətindən görünür ki, yaşadığı evin qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin siyahısına salınmasına köməklik göstərilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı elektron müraciət baxılmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bildirilmişdir ki, Suraxanı RİH-in müraciətinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən keçirilmiş vizual baxışın nəticəsi olaraq yaşadığı evin texniki vəziyyəti qəzalı kimi qiymətləndirilmişdir və “Zığ-1" sürüşmə sahəsində yerləşməklə qəzalı vəziyyətdə olan evlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin verəcəyi müvafiq qərardan sonra müraciətinə yenidən baxılacaqdır. Eyni zamanda bildirilmişdir ki, məsələ həll edilənə qədər baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması məqsədi ilə öz vəsaiti hesabına qəzalı vəziyyətdə olan evi ailə üzvləri ilə birgə tərk edərək başqa yerə köçməyi ona tövsiyə olunur. Əks təqdirdə bütün məsuliyyət onun üzərində qalacaqdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan B-1/9-097/9 №-li, 30.06.2020-ci il tarixli, B-1/10-097/10 №-li, 04.08.2020-ci il tarixli, B-1/12-097/12 №-li, 18.08.2020-ci il tarixli, B- 1/13-152/12 №-li, 07.10.2020-ci il tarixli, B-130 №-li, 09.10.2020-ci il tarixli məktubların surətlərindən görünür ki, ünvan 14 ünvanında yerləşən qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə bağlı görülmüş tərbirlər və verilmiş qərarlar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Hüquqları üzrə Müvəkkilinə ünvanladığı müraciətlər, qeyd olunan ünvanda yerləşən qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə bağlı ayrılmış maddi yardımın məbləğinin onu qane etməməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı müraciət baxılmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Yuxarıda qeyd olunan ünvanda yerləşən qəzalı fərdi yaşayış evindən köçürülməyi müqabilində onu ümumilikdə 318 150,0 (üç yüz on səkkiz min yüz əlli) manat vəsaitin ödənilməsi haqqında müraciətə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Nəzərinə çatdırılır ki, Zığ qəsəbəsində yerləşən və FHN-nin mütəxəssisləri tərəfindən verilmiş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və yolverilməz olan 56 fərdi yaşayış evinin sakinlərinin (o cümlədən onun) RİH-ə və digər dövlət orqanlarına ünvanladıqları çoxsaylı müraciətləri nəzərə alınaraq, həmin sakinlərin (həmçinin onun) təhlükəsizliyini təmin etmək məqsədi ilə lazımi köməkliyin göstərilməsi üçün RİH tərəfindən yuxarı instansiyalara müraciətlər olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 №-li, 01.06.2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 56 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43 000 (qırx üç min) manat, iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58 000 (əlli səkkiz min) manat birdəfəlik maddi yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq cəmi 1 050 (bir min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşınma xərcləri üçün Suraxanı Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılmışdır. Bildirilmişdir ki, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 43E ünvanda ona məxsus 200,0 (iki yüz) kv.m torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli qəzalı fərdi yaşayış evi ilə bağlı 58 000 (əlli səkkiz min) manat birdəfəlik maddi yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq cəmi 1 050 (bir min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşınma xərcləri olmaqla ümumilikdə 59 550 (əlli doqquz min beş yüz əlli) manat vəsaitin və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha torpaq sahəsindən 300,0 (üç yüz) torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlar barədə Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş görüş zamanı ona ətraflı məlumat verildiyini və Sərəncamın icrası üçün vaxtın məhdudluğunu nəzərə alaraq, təhlükəsizliyinizin təmin olunması məqsədilə müvafiq vəsaitin ödənilməsinə dair ailə üzvlərinin razılıq ərizələrinin və adına açılmış bank hesabının RlH-ə təqdim edilməsi bir daha xahiş olunur. Göstərilən sənədlərin tərəfindən təqdim olunmamasının təklifdən imtına etməyi kimi qiymətləndiriləcəyini, bu səbəbdən təhlükəsizliyinizlə bağlı məsuliyyətin ona aid olacağı yenidən diqqətinə çatdırılır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının məhkəməyə ünvanlanan 7- 839/17 №-li, 29.03.2021-ci il tarixli məktubuna əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Baçşısının “Suraxanı rayonunun “Zığ-1” sürüşmə sahəsində yerləşən qəzalı kimi müəyyən edilmiş 56 ədəd fərdi evin sakinlərinin köçürülməsi haqqında” 115 №li, 01.06.2020-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli, 29.12.2019-cu il tarixli əmri ilə Bakı Şəhər icra Hakimiyyətinə ayrılmış vəsaitin 2 980 868,0 (iki milyon doqquz yüz səksən min səkkiz yüz altmış səkkiz) manatı ilə Bakı şəhərinin Suraxanı rayonunun “Zığ-1" sürüşmə sahəsində yerləşən qəzalı kimi müəyyən edilmiş 56 ədəd fərdi evin sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün birdəfəlik yardım verilməklə köçürülməsinə istifadə edilməsi məqsədi ilə Maliyyə Nazirliyinin 07.05 2020-ci il tarixli, 09/02-03-75-560 nömrəli məktubuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.05.2020-ci il tarixli, 6989/5628 aid (2019) nömrəli dərkənarı ilə razılıq verilmişdir. Qeyd olunan ünvanda yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli 29.12.2019-cu il tarixli əmri ilə Bakı şəhəri İcra Hakimiyyətinə ayrılmış vəsaitdən 2 980 868,0 manatını Suraxanı Rayon İcra Hakimiyyətinin təqdim etdiyi xəzinə hesabına köçürülməsini təmin etməsi, Suraxanı Rayon İcra Hakimiyyətinin Bakı şəhərinin Suraxanı rayonunun, Zığ qəsəbəsi ərazisində “Zığ-1” sürüşmə sahəsində yerləşən “Zığ-1” sürüşmə sahəsində yerləşən qəzalı kimi müəyyən edilmiş 56 ədəd fərdi evdə yaşayan sakinlərin köçürülməsi üçün tərtib olunan sənədləşmə işlərinin qanunvericiliyə uyğun təşkil etməsi, ayrılmış vəsaitlə bu Sərəncamın 2.1-ci yarımbəndində qeyd olunan ünvanda yaşayan sakinlərə birdəfəlik yardım ödəyib köçürülməni təmin etməsi, köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən fərdi evlərin sökülməsinin və ərazinin abadlaşdırılmasını təmin etməsi qərara alınmışdır. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə ünvanlanmış 09/02-03-75-5 №-li, 07.05.2020-ci il tarixli, “Zığ-1” sürüşmə sahəsində yerləşən qəzalı evlərin sakinlərinin köçürülməsi tədbirləri barədə” məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhərinin Zığ qəsəbəsi ərazisində “Zığ-1” sürüşmə sahəsində yerləşən qəzalı evlərin sakinlərinə birdəfəlik maddi yardımlar verilməklə köçürülməsi tədbirlərinın 2020-ci il dövlət büdcəsinin ehtiyat fondunun vəsaiti hesabına maliyyələşdirilməsinə dair Maliyyə Nazırliyinin təklifləri 2020-ci il 17 yanvar tarixli, 09/02-3-13-76 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur. Keçən müddət ərzində məsələnin həllinə dair müxtəlif səbəblərdən hər hansı qərar qəbul edilmədiyi üçün və sonradan isə dövlət büdcəsinin ehtiyat fondunun vəsaitlərinin əksər hissəsi COVİD-19 pandemiyasına qarşı ölkədə həyata keçirilən tədbirlərə istifadə edildiyindən, hazırda sözügedən ehtiyat fondundan vəsaitin digər istiqamətlərə istifadəsi qeyri-mümkün olmuşdur. Yuxarıda qeyd edilən mövcud vəziyyət və digər tərəfdən isə qəzalı evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq, məsələ barədə tapşırığına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən yeni maliyyə mənbələrinin müəyyən edilməsi istiqamətində müvafiq işlər görülmüş, o cümədən Bakı Şəhər İcra Hakimiyyeti (ŞH) ilə birgə ətraflı araşdırmalar aparılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, “Zığ-1" sürüşmə sahəsində yerləşən qəzalı evlərin sakinlərinə birdəfəlik maddi yardımlar verilməklə köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi Bakı şəhərində qəzalı vəziyyətə düşmüş binaların, fərdi evlərin və yataqxanaların sakinlərinin təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 2019-cu ildə Bakı ŞİH-nə ayrılmış və hazırda onun sərəncamında olan vəsait hesabına təmin edilməsi mümkün ola bilər. Razılığı olacağı təqdirdə, birdəfəlik maddi yardımlar veriləcək sakinlərin sayı və maliyyə tələbatının məbləği Naziriər Kabineti tərəfindən müəyyən edildikdən sonra Bakı ŞİH ilə birgə məsələnin həlli istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Baş Naziri tərəfindən Maliyyə Nazirinə və Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış 08.05.2020-ci il tarixli, D/o № 6989/5628 aid 2019 nömrəli məktubun surətindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin təqdim etdikləri rəylərə əsasən qəzalı kimi müəyyən edilmiş 56 ədəd fərdi evin sakinlərinə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan vəsait hesabına birdəfəlik yardımların verilməsi məqsədi ilə 2.980.868,0 (iki milyon doqquz yüz səksən min səkkiz yüz altmış səkkiz) manat məbləğində vəsaitin ayrılması üçün birgə zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 1/1581 №-li, 04.10.2021-ci il tarixli məktubdan görünür ki, “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 56 №-li, 05.03.2015-ci il tarixli Qərarının icrası ilə əlaqədar aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən və coğrafı koordinatlar əks olunan xəritələrə Suraxanı rayonunun Zığ qəsəbəsində torpaq sürüşməsi təhlükəsi olan sahəsi 53,0 ha olan ərazi də (“Zığ-1” sürüşmə sahəsi) daxil edilmişdir. Ümumilikdə həmin ərazidə 150-dən artıq fərdi yaşayış evində ciddi deformasiyalar baş vermiş, evlər qəzalı vəziyyətə düşmüşdür. Zığ qəsəbəsində yerləşən texniki vəziyyəti qəzalı və yolverilməz olan fərdi yaşayış evinin sakinlərinin (o cümlədən vətəndaş İddiaçı) RİH-ə və digər dövlət orqanlarına ünvanladıqları çoxsaylı müraciətləri nəzərə alınaraq, həmin sakinlərin (həmçinin vətəndaş İddiaçı) təhlükəsizliyini təmin etmək məqsədi ilə lazımi köməkliyin göstərilməsi üçün RİH tərəfindən yuxarı instansiyalara müraciətlər olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “Zığ-1” sürüşmə sahəsində FHN-nin mütəxəssisləri tərəfindən verilmiş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və yolverilməz olan qəzalı vəziyyətə düşmüş ümumilikdə 115 fərdi yaşayış evində yaşayan sakinlərə əvəzsiz verilməsi üçün Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli, 407S №-li Sərəncamı ilə Əmircan-Hövsan avtomobil yolunun 5-ci kilometrliyinin sağ tərəfındən Zığ Bələdiyyəsinin mülkiyyətinə 6,0 ha torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.12.2018-ci il tarixli, 874S №li Sərəncamı ilə 59 fərdi yaşayış evinin sakinlərinə müəyyən vəsait ayrılmışdır. 01.06.2020-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 №-li Sərəncamı ilə 56 fərdi yaşayış evinin sakinlərin köçürülməsi və onlara ayrılacaq torpaq sahəsində vətəndaşlar tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədi ilə bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43 000 (qırx üç min) manat, iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58 000 (əlli səkkiz min) manat birdəfəlik maddi yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq cəmi 1 050 (bir min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşınma xərcləri üçün Suraxanı Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılmışdır. Hazırda 105 fərdi yaşayış evinin sahibinə sözügedən vəsaitin ödənilməsi təmin edilmişdir. Digər 10 evin sahibinə isə vəsaitin ödənilməsi istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir. Qeyd olunan vəsaiti alan vətəndaşlar tərəfindən onlara ayrılmış torpaq sahəsində fərdi yaşayış evləri inşa edilir. Vətəndaş İddiaçı və ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Zığ qəsəbəsi, H.Aİİahverdiyev küçəsi, ev 43E ünvanda vətəndaşa məxsus 200,0 (iki yüz) kv.m torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli qəzalı fərdi yaşayış evinə 58 000 (əlli səkkiz min) manat birdəfəlik maddi yardım, hər ay üçün 350 (üç yüz əlli) manat olmaqla 3 aylıq cəmi 1 050 (bir min əlli) manat kirayə haqqı və 500 (beş yüz) manat daşınma xərcləri olmaqla ümumilikdə 59 550 (əlli doqquz min beş yüz əlli) manat birdəfəlik maddi yardım və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha torpaq sahəsindən 300,0 (üç yüz) kv.m (vətəndaşa məxsus torpaq sahəsindən 100,0 kv.m artıq) torpaq sahəsinin ona ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlar barədə Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş görüş zamanı vətəndaş İddiaçı dəfələrlə ətraflı məlumat verilmiş, onun ailəsinin və özünün təhlükəsizliyinin təmin olunması məqsədilə birdəfəlik maddi yardımın ona ödənilməsinə dair ailə üzvlərinin razılıq ərizələrinin və onun adına açılmış bank hesabının RİH-ə təqdim edilməsi xahiş olunmuşdur. - Həmin məktuba əlavə edilmiş Suraxanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış 05.05.2020-ci il tarixli, 203 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, "Zığ-1" sürüşmə sahəsində hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən evlərinin texniki vəziyyətinin qəzalı və yolverilməz olması barədə müvafiq rəylər verilmiş 56 fərdi yaşayış evinin (40-ı “Zığ-1” sürüşmə sahəsində, 16-sı isə sürüşmə sahəsindən kənarda yerləşir) sakinlərinin yuxarı instansiyalara etdikləri çoxsaylı müraciətlərini, həmçinin orada onların həyatı üçün təhlükənin mövcud olduğunu nəzərə alaraq, onların əşyalarının daşınması, kirayə və bank xidmətləri xərcləri nəzərə alınmaqla birdəfəlik maddi yardım müqabilində köçürülməsinə və uçma təhlükəsi olan həmin tikinti obyektlərinin səlahiyyətli qurum tərəfindən sökülərək ərazinin abadlaşdırılmasına zərurət yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Zığ qəsəbəsində baş vermiş ekzogen geoloji proseslər (torpaq çökməsi və sürüşməsi) nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə əvəzsiz verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli, 407s №-li Sərəncamı ilə Əmircan-Hövsan avtomobil yolunun 5-ci kilometrliyinin sağ tərəfindən Zığ Bələdiyyəsinin mülkiyyətinə ayrılmış 6,0 ha torpaq sahəsindən istifadəsiz qalan 2.4 ha sahədə tikinti-quraşdırma işlərinin aparılması məqsədi ilə 38 ədəd bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43 000,0 (qırx üç min) manat, 18 ədəd iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58 000,0 (əlli səkkiz min) manat olmaqla birdəfəlik maddi yardım, bank xidmətləri xərci üçün 16 068 (on altı min altmış səkkiz) manat, ailənin hər birinə ev əşyalarının daşınması üçün 500.0 (beş yüz) manat olmaqla, cəmi 28 000,0 (iyirmi səkkiz min) manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,0 (üç yüz əlli) manat olmaqla cəmi 58 800,0 (əlli səkkiz min səkkiz yüz) manat, həmin fərdi yaşayış evlərinin söküntüsünə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılması üçün 200 000,0 (iki yüz min) manat olmaqla ümumilikdə 2 980 868.0 (iki milyon doqquz yüz səksən min səkkiz yüz altmış səkkiz) manat vəsait ayrılması üçün müvafiq köməkliyin göstərilməsi xahiş edilmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 05.06.2020-ci il tarixli, 66 №-li sərəncamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 115 №-li, 01 iyun 2020-ci il tarixli Sərəncamının icrasının təmin olunması məqsədi ilə Komissiya yaradılmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evlərində yaşayan ailələrin köçürülməsi məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinə vəsait ayrılması barədə” 20 dekabr 2018-ci il tarixli, 874 S №-li sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 59 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə 44 ədəd birmərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 40 000,0 (qırx min) manat, 15 ədəd iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 55 000,0 (əlli beş min) manat olmaqla birdəfəlik maddi yardım verilməsi üçün 2 585 000,0 (iki milyon beş yüz səksən beş min) manat, həmçinin bank xidmətləri xərci üçün 15 510 (on beş min beş yüz on) manat olmaqla Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin X7 Rayon İcra Hakimiyyətinə cəmi 2 600 510,0 (iki milyon altı yüz min beş yüz on) manat məbləğində vəsaitin ayrılmasına, zərərçəkmiş 59 ailənin hər birinə ev əşyalarının daşınması üçün 500,0 (beş yüz) manat olmaqla 29 500,0 (iyirmi doqquz min beş yüz) manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,0 (üç yüz əlli) manat olmaqla 61 950,0 (altmış bir min doqquz yüz əlli) manat, həmin fərdi yaşayış evlərinin söküntüsünə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılması üçün 200 000,0 (iki yüz min) manat olmaqla “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr 1756 nömrəli Fərmanının 1.14.3.2-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən Suraxanı Rayon İcra Hakimiyyətinə 291 450,0 (iki yüz doxsan bir min dörd yüz əlli) manat məbləğində vəsaitin ayrılmasının təmin edilməsinə, Suraxanı Rayon İcra Hakimiyyətinə birdəfəlik maddi yardımların və kirayə haqlarının ailə başçıları (və ya müvəkkil edilmiş şəxslər) üçün ayrılmış müvafiq hesablarına köçürülməsinin Surxanı Rayon İcra Hakimiyyətinin xəzinə hesabına daxil olduqdan sonra 1 (bir) bank günü müddətində, birdəfəlik maddi yardım almış ailələrin qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin sökülməsinin onlara vəsait ödənildikdən sonra 10 (on) iş günü müddətində təmin etməsinin, bu Sərəncamın icrası üçün ayrılmış vəsaitin istifadə olunmasına dair hesabatın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etməsinin tapşırılmasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli. 407 s nömrəli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə ayrılması məqsədi ilə Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 hektar torpaq sahəsindən həmin sakinlərə məxsus olan əvvəlki topraq sahələrinə uyğun olmaqla (0,04 hektardan az olmamaq şərtilə), yeni yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətlərinə verilməsinin Zığ Bələdiyyəsi tərəfindən təmin edilməsinə və qalan torpaq sahəsinin başqa məqsədlər üçün verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmasına sərəncam verilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən məhkəməyə ünvanlanan 1276/21/Mİ №-li, 10.06.2021-ci il tarixli məktuba əlavə edilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində, İddiaçı mülkiyyətində olan 0,02 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 184,8 kv.m. ümumi sahədən ibarət 43E nömrəli fərdi yaşayış evinin qəzadan əvvəlki vəziyyətdə bazar dəyəri 110 000 (bir yüz on min) manat təşkil etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən məhkəməyə ünvanlanmış 20.10.2021-ci il tarixli, 01/21-531 №-li məktubdan görünür ki, Zığ Bələdiyyəsinin mülkiyyətində olan, Bakı şəhəri, Əmircan-Hövsan avtomobil yolunun 5-ci kilometrliyini sağ tərəfindən yerləşən 6,0 ha əraziyə daxil olan torpaq sahələrinin 19.10.2021-ci il tarixinə bir sotunun minimum bazar dəyəri 1200 (bir min iki yüz) manat, orta bazar dəyəri 1800 (bir min səkkiz yüz) manat, maksimum bazar dəyəri 2400 (iki min dörd yüz) manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2018-ci il tarixli, 874 S №-li sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 44 ədəd birmərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 40 000,0 manat, 15 ədəd iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 55 000,0 manat olmaqla birdəfəlik maddi yardım verilməsi üçün 2 585 000,0 manat, həmçinin bank xidmətləri xərci üçün 15 510 manat, 59 ailənin hər birinə ev əşyalarının daşınması üçün 500,0 manat olmaqla 29 500,0 manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,0 manat olmaqla 61 950,0 manat, həmin fərdi yaşayış evlərinin söküntüsünə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılması üçün 200 000,0 manat, cəmi 2 862 460,0 manat məbləğində vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin X7 Rayon İcra Hakimiyyətinə ayrılmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış 05.05.2020-ci il tarixli, 203 №-li, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə ünvanlanmış 09/02-03-75-5 №-li, 07.05.2020-ci il tarixli məktublar nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 56 ədəd fərdi evin sakinlərinə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan vəsait hesabına birdəfəlik yardımların verilməsi məqsədi ilə 2.980.868,0 manat məbləğində vəsait Suraxanı Rayon İcra Hakimiyyətinə ayrılmışdır. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən 43E nömrəli fərdi yaşayış evi də “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 56 ədəd fərdi yaşayış evindən biridir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin qəzalı vəziyyəti ilə bağlı 16.01.2020-ci il tarixli akt tərtib edilmişdir. Cavabdeh tərəfindən həmin evə görə iddiaçıya 58 000 manat birdəfəlik maddi yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq cəmi 1 050 manat kirayə haqqı və 500 manat daşınma xərcləri olmaqla ümumilikdə 59 550 manat birdəfəlik maddi yardım və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha torpaq sahəsindən 300,0 kv.m. torpaq sahəsi təklif olunsa da İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə görə ona təklif edilmiş maddi yardımın məbləği ilə razılaşmamış, fərdi yaşayış evinə görə ona əlavə olaraq 242 200 manat məbləğində vəsaitin dövlət büdcəsi hesabına cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - 29-cu maddəsin əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi hər hansı inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması (hərəkət və ya hərəkətsizlik) nəticəsində deyil, həmin evin ekzogen-geoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşməsi nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi” Qaydasının: - 1.2-ci bəndinə əsasən bu Qayda fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsini, dəymiş maddi zərərin ödənilməsini, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsini (bundan sonra - zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi) tənzimləyir. - 1.3-cü bəndinə bu Qaydanın 1.2-ci bəndində göstərilmiş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. - 2.1. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantının (bundan sonra - komendant) əmri ilə həmin ərazi üzrə yerli icra hakimiyyəti orqanının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, bələdiyyələrin nümayəndələrindən ibarət komissiya yaradılır və onun reqlamenti təsdiq edilir. - 2.2-ci bəndinə əsasən zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə komissiya aşağıdakıları həyata keçirir: a) fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ziyan dəymiş yaşayış yerlərinin (yaşayış evlərinin, yaşayış binalarının və digər yaşayış sahələrinin) siyahısını tərtib edir, onlara dəymiş ziyanın dərəcəsini müəyyənləşdirir; b) fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlaka (bu bəndin a) yarımbəndində göstərilən əmlak istisna olmaqla) dəymiş ziyanı müəyyən edir;. - 3.1-ci bəndinə əsasən fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə (yaşayış evlərinə, yaşayış binalarına və digər yaşayış sahələrinə), habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan digər əmlaka dəymiş ziyan komendantlıq tərəfindən ümumiləşdirilir və bununla bağlı müvafiq sənədlər ziyanın ödənilməsinə dair təkliflərlə iki gün müddətində Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına təqdim edilir. Fövqəladə Hallar üzrə Dövlət Komissiyası təqdim edilən məlumatları araşdırıb təsdiq etdikdən sonra İki gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə (yaşayış evlərinə, yaşayış binalarına və digər yaşayış sahələrinə), habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan digər əmlaka dəymiş ziyanın ödənilməsi barədə sərəncam qəbul edir. Sərəncamda ziyanın ödənilməsi qaydası, vaxtı, yeri, habelə bu işləri həyata keçirəcək icraçı təşkilatlar göstərilir. Zərərin əvəzi natura və ya pul formasında ödənilə bilər. İlkin olaraq, minimum yaşayış üçün zəruri olan ərzaq məhsulları, məişət avadanlıqları, tibbi və s. natura formasında olan ləvazimat təxirəsalınmadan verilməlidir. Pul formasında yardımın göstərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcədən ayrılmış vəsaiti müəyyən edilmiş qaydada rayon (şəhər) yerli maliyyə orqanlarına köçürür. Yerli maliyyə orqanları həmin vəsaitin zərər çəkmiş şəxsin adına yaşadığı və ya qeydiyyatda olduğu ərazi üzrə açılmış bank hesablarına müəyyən edilmiş qaydada köçürülməsini təmin edirlər. Dəymiş zərərin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi torpaq sahəsinin sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi barədə sərəncam Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilir. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinə dəymiş ziyanın məbləği və ödənilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən 20 dekabr 2018-ci il tarixli, 874 S №-li sərəncam verilmiş, həmin sərəncamda birmərtəbəli fərdi yaşayış evinə görə 40 000,0 manat, ikimərtəbəli fərdi yaşayış evinə görə 55 000,0 manat, ev əşyalarının daşınması üçün 500,0 manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,0 manat birdəfəlik maddi yardımın və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 hektar torpaq sahəsindən həmin sakinlərə məxsus olan əvvəlki topraq sahələrinə uyğun olmaqla (0,04 hektardan az olmamaq şərtilə), yeni yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətlərinə verilməsi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən bir mərtəbəli fərdi yaşayış evi üçün 43000 manat, ikimərtəbəli fərdi yaşayış evi üçün 58000 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı qəzalı vəziyyətdə olan fərdi yaşayış evinə görə ona ödənilməli olan maddi yardımın məbləği ilə razı deyildir. Halbuki, həmin “maddi yardım”ın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir və həmin vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli, 29.12.2019-cu il tarixli əmri ilə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitdən 2 980 868,0 manatın cavabdehin hesabına köçürülməsi ilə ödənilir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinə dəymiş ziyana görə ödənilməli vəsait maddi yardım olduğundan və onun miqdarı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildiyindən həmin məbləğdən artıq məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qeyri-mümkündür. Həmçinin iddiaçıya fərqli məbləğin ödənilməsi “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə də zidddir. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizalarına görə aparılmış tədqiqatın ümumi dəyəri 650 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olmadığından iş üzrə ekspert xərcləri iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. İddiaçı aparılmış tədqiqatların dəyəri tutularaq 250 (yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 200178711, "xxxx" ASC Neftçilər filialı Bankın kodu: 507376 VÖEN: ********* M/h: AZ27NABZ**********0000007944 S.W.İ.F.T.BİC: JBBKAZ22 H/h: AZ82JBBK**********147293A67) və 400 (dörd yüz) manat Fame Pro Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********, "xxxx" ASC-nin Azadlıq filialı m/h AZ80NABZ********************4, h/h AZ49BRES**********1170279901 Kod: 507547 VÖEN: ********** S.W.İ.F.T.BİC: BRESAZ22) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar