Məhkəmə qərarları › İş №2-1(112)-2489/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2489/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2489/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (X3 təminat və təmsilçilik şöbəsinin baş zabiti – şöbə rəisinin müavini, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birinci məharət dərəcəsinə görə vəzifə maaşına əlavənin, birdəfəlik pul mükafatının və vəzifə maaşı arasında olan fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanunsuz olaraq aşağı vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin (“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə), 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının (“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə), xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı ilə “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq ehtiyata buraxılması barədə komanda üzrə raport yazmışdır. Lakin o, ehtiyata buraxılmamış və ehtiyata buraxılmaq əvəzinə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0659 №-li, xx.xx.2017-ci il tarixli əmri ilə qanunsuz və əsassız olaraq aşağı vəzifəyə - “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinə təyin edilmişdir. Onun Azərbaycan Respublikası Müdafiə Nazirinin 0659 №-li, xx.xx.2017-ci il tarixli əmri ilə aşağı vəzifəyə təyin olunması bir çox maddi təminat hüquqlarını pozmuş və nəticədə ona maddi ziyan dəymişdir. Belə ki: aşağı vəzifəyə təyin olunduğuna görə həmin vaxt malik olduğu 1-ci məharət dərəcəsi ləğv olunmuş və o, N №-li hərbi hissədə xidmət etdiyi müddət ərzində (xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək) 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavə ala bilməmişdir. 2. Aşağı vəzifəyə təyin olunduğuna görə o, 2017-ci ilin yekunlarına görə bir dəfəlik pul mükafatından məhrum edilmişdir. 3. Aşağı vəzifəyə təyin olunduğuna görə aşağı vəzifənin vəzifə maaşı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aşağı vəzifənin vəzifə maaşı əsas götürülərək aylıq pul təminatı almışdır. Barəsində baş vermiş bu qanunsuzluqla əlaqədar məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək, onun “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırdmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinə təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0659 nömrəli, xx.xx.2017-ci il tarixli əmrinin ləğv olunması və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2017-ci il tarixli raportuna əsasən raportla müraciət etdiyi xx.xx.2017-ci il tarixə tutduğu “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq ehtiyata byraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmuşdur. Nəticə etibarilə onun ehtiyata buraxılmaq əvəzinə aşağı vəzifəyə təyin olunması haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 0659 nömrəli, xx.xx.2017-ci il tarixli əmri qanunsuz hesab olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 054 №-li, xx.xx.2019-cu il tarixli əmri ilə oun aşağı vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 0659 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ləğv edilmiş və o, xx.xx.2017-ci il tarixə tutduğu “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq ehtiyata buraxılmış və aşağı vəzifəyə təyin olunana qədər malik olduğu 1-ci məharət dərəcəsi bərpa olunmuşdur. Hesab edir ki, aşağı vəzifəyə təyin olunması haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 0659 nömrəli, xx.xx.2017ci il tarixli əmrinin ləğv olunması, 1-ci məharət dərəcəsinin ləğv edilməsi onun yuxarıda göstərilən pozulmuş maddi təminat hüquqlarının bərpa olunması üçün hüquqi zəmin yaradır. Göstərilənlərə əsasən onun qanunsuz olaraq aşağı vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin (“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyal növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının (“Azərbaycan Respublikasl Müdafə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə), xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyal Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı ilə “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə o, dəfələrlə, o cümlədən sonuncu dəfə xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə ona pul təminatı N qat həcmdə ödənilmiş, xidmət müddətinin 1 günü isə 2 gün kimi hesablanmışdır. Bu halda N nömrəli hərbi hissədə N qat əmsal tətbiq edilməklə İddiaçı aylıq vəzifə maaşı N manat, N nömrəli hərbi hissədə isə onun vəzifə maaşı 785 manat təşkil etmişdir. Göründüyü kimi İddiaçı N nömrəli hərbi hissədə ödənilən vəzifə maaşı N nömrəli hərbi hissədə ödənilən vəzifə maaşından 345 manat çoxdur. Əlavə olaraq hərbi qulluqçuların aşağı vəzifəyə təyin edilməsi barədə əmrin sonradan ləğv edilməsi onlara vəzifə maaşları arasında olan fərqin, eləcə də birdəfəlik pul mükafatının ödənilməsi üçün əsas vermir. İddiaçı şəxsi işində saxlanılan xidmət vərəqəsinə baxış zamanı müəyyən edilmişdir ki, 2017-ci ildə xidmətdə yol verdiyi nöqsanlara görə ona intizam qaydasında aşağıdakı cəza tədbirləri tətbiq olunmuşdur: - “şiddətli töhmət” - xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş tapşırığı vaxtında icra etmədiyinə və səhlənkarlıq etdiyinə görə; - “vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” xx.xx.2017-ci il tarixdə növbətçi olduğu zaman N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş məlumatı vaxtında və düzgün məruzə etmədiyi üçün. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə qüvvəyə minmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 27.3-cü bəndinin tələblərinə uyğun olaraq hərbi hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. Müdafiə nazirinin yuxarıda göstərilən qərarının tələblərinə uyğun olaraq və xidmət vərəqəsində olan cəzaları əsas götürərək, N nömrəli hərbi hissə komandirinin 2017-ci ilin yekunlarına görə birdəfəlik mükafatın verilməsi barədə 21 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə İddiaçı mükafatdan məhrum edilmişdir. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli 0204 nömrəli, İddiaçı 1-ci məharət dərəcəsinin ləğv edilməsi barədə əmri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0108 nömrəli xx.xx.2019-cu il tarixli əmrilə ləğv edilmişdir. Bu səbəbdən də İddiaçı 2017-ci ilin oktyabr ayından 2019-cu ilin yanvar ayınadək müddət üçün 1-ci məharət dərəcəsinə görə əlavənin ödənilməsi mümkündür. Müdafiə Nazirliyinin İşlər İdarəsində İddiaçı 1-ci məharət dərəcəsinə görə əlavə 2017-ci ilin sentyabr ayı da daxil olmaqla ödənilmişdir. Əlavə olaraq Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) haqqında qaydalar”ın 14-cü maddəsinin tələblərinə uyğun olaraq 1-ci məharət dərəcəsi 2 ildə bir dəfə hərbi qulluqçular tərəfindən təsdiq edilməlidir. İddiaçı 1-ci məharət dərəcəsini axırıncı dəfə xx.xx.2017-ci il tarixdə təsdiq etmişdir və həmin məharət dərəcəsi 2019-cu ilin yanvar ayınadək qüvvədə olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı iddiası təmin edilərək, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini polkovnik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilməsi və 1-ci Ordu Korpusunun idarəetmə heyətinin (N nömrəli hərbi hissə) Əməliyyat şöbəsi (Q3) rəisinin gündəlik fəaliyyətin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi təyin olunması barədə Azərbaycan Respublikası müdafiə nazirinin xx xxxxxx 2017-ci il tarixli 0639 saylı əmrinin ləğv edilməsi, İddiaçı Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsindən tərxis olunması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərar əsasında müəyyən edilənlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2005-ci il tarixli 033/RT saylı əmri ilə mayor hərbi rütbəsi verilmiş, müdafiə nazirinin xx xxxx 2006-cı il tarixli 095 saylı əmri ilə N saylı hərbi hissədə əməliyyat bölməsinin zabiti - bölmə rəisinin müavini vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin xx xxxx 2012-ci il tarixli 056/RT saylı əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmiş, müdafiə nazirinin xx xxxxxx 2011-ci il tarixli 0548 saylı əmri ilə N saylı hərbi hissənin əməliyyat bölməsini zabiti - bölmə rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qarargah rəisinin xx xxxxxx 2014-cü il tarixli 031 saylı əmri ilə N saylı hərbi hissənin əməliyyat şöbə rəisinin planlaşdırma fəaliyyəti üzrə baş köməkçisi vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxx 2014-cü il tarixli 0176 saylı əmri ilə ƏBİ-nin DH İdarəsinin DH.az şöbəsinin Qoşun qismlərinin hazırlıq bölməsinin zabiti təyin edilmiş, müdafiə nazirinin xx xxxxxx 2015-ci il tarixli 0103 saylı əmri ilə ƏBİ Əİ ƏHŞ Təlimlərin planlaşdırılması bölməsinin baş zabiti təyin edilmiş, müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2015-ci il tarixli 0559 saylı əmri ilə ƏBİ Əİ ƏHŞ-nin Təlimlərin PB rəisi - şöbə rəisinin müavini vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin xx xxxxxx 2017-ci il tarixli 0639 saylı əmri ilə N saylı hərbi hissənin şöbə rəisnin baş köməkçisi təyin edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)1373/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(102)-1819/2018 saylı qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması dövründə İddiaçı barəsində verilmiş 054 saylı, xx.xx.2019-cu il tarixli əmrinin təsdiq edilmiş surəti, həmçinin xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı ilə N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinin vəzifə maaşı arasında olan fərqin İddiaçı ödənilib-ödənilməməsi barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Cavabdeh tərəfindən göstərilən sorğuya cavab verilməsə də, lakin iddiaya dair verilmiş yazılı etirazda göstərilənlərlə bağlı məlumat verilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixli raport ilə Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin rəisinə müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi 21 ildən artıq xidmətini nəzərə alaraq, Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə müvafiq göstəriş veirlməsini xahiş etmiş, lakin onun raportuna cavab verilməmiş, xx.xx.2017-ci il tarixli, 0639 saylı əmrlə aşağı vəzifəyə təyin olunmuşdur. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə müraciət olunmuş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-361/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilərək, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini polkovnik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilməsi və 1-ci Ordu Korpusunun idarəetmə heyətinin (N nömrəli hərbi hissə) Əməliyyat şöbəsi (Q3) rəisinin gündəlik fəaliyyətin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi təyin olunması barədə Azərbaycan Respublikası müdafiə nazirinin xx xxxxxx 2017-ci il tarixli 0639 saylı əmrinin ləğv edilməsi, İddiaçı Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsindən təxris olunması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 054 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə onun aşağı vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 0659 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ləğv edilmiş və o, xx.xx.2017-ci il tarixə tutduğu “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin Əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq ehtiyata buraxılmış və aşağı vəzifəyə təyin olunana qədər malik olduğu 1-ci məharət dərəcəsi bərpa olunmuşdur. Hazırki iddia tələbi üzrə iddiaçının tələbi 3 hissədən ibarət olmaqla, aşağı vəzifəyə təyin olunduğu üçün həmin vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı ilə “N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi” vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində göstərilən tələblərlə cavabdehə müraciət edilsə də, lakin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətinə cavab verilməmişdir. Məhkəmə cavabdehin ərizəyə cavabdeh verilməsindən imtina edilməsi barədə hərəkətsizliyini faktiki imtina kimi qəbul edir və hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən tam olaraq imtina edilməsi əsassız olmuşdur. Belə ki, Silahlı Qüvvələrin hərbi qulluqçuların məharət dərəcələrinin verilməsi və təsdiq edilməsi Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxx 2016-cı il tarixli 02 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 14-cü bəndinə əsasən müəyyən olunur ki, hərbi qulluqçulara 1-ci məharət dərəcəsi verildikdən sonra onlar iki il sonra təkrar sınağa cəlb oluna bilərlər. Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 67 saylı, xx xxxxxx 1994-cü il tarixli qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə - 25 faiz miqdarında əlavələr müəyyən edilməsi qərara alınmışdır. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazında iddiaçıya 1-ci məharət dərəcəsinə görə əlavənin 2017-ci ilin sentyabr ayı da daxil olmaqla ödənildiyini, yuxarıda qeyd olunan Əsasnamənin 14-cü bəndinin tələblərinə uyğun olaraq 1-ci məharət dərəcəsinin 2 ildə bir dəfə hərbi qulluqçular tərəfindən təsdiq edilməli olduğunu, iddiaçının axırıncı dəfə xx.xx.2017-ci il tarixdə təsdiq etdiyini və həmin məharət dərəcəsinin 2019-cu ilin yanvar ayınadək qüvvədə olduğunu nəzərə alaraq, həmin müddət üzrə, yəni 2017-ci ilin oktyabr ayından 2019-cu ilin yanvar ayınadək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə əlavənin ödənilməsinin mümkün olduğunu göstərmişdir. Halbuki Əsasnamənin 14-cü maddəsi ilə hərbi qulluqçulara 1-ci məharət dərəcəsi verildikdən sonra onlar iki il sonra təkrar sınağa cəlb oluna biləcəkləri imperativ norma kimi göstərilməmişdir. Həmçinin iddiaçı həmin müddət üzrə aşağı vəzifəyə keçirildiyinə görə onun təkrar sınağa cəlb oluna bilməsi mümkün deyildir. İşdən görünür ki, iddiaçının 1-ci məharət dərəcəsinin ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli, 0204 saylı əmri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019cu il tarixli 0108 saylı əmri ilə ləğv edilmişdir. xx.xx.2017-ci il tarixdən 2019-cu ilin may ayınadək olan dövr üzrə 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavə iddiaçıya ödənilməmişdir. İddiaçının aşağı vəzifəyə təyin olunana qədər malik olduğu 1-ci məharət dərəcəsi bərpa olunduğundan, xx.xx.2017-ci il tarixdən 2019-cu ilin may ayınadək olan dövr üzrə ona ödənilməyən 1-ci məharət (ixtisas) dərəcəsinə görə 25 faiz miqdarında əlavənin ona ödənilməsi tələbində haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının aşağı vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən 2019-cu ilin may ayı tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Lakin məhkəmə iddiaçının 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə ödənilməsi hissəsində əsaslı hesab etmir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 190-cı maddəsinə əsasən, zabit heyətinə, gizirlərə...yanvarda ötən ilin iş yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə 2 aylıq maaş həcmində birdəfəlik pul mükafatı verilir, bunu mükafatın ödənilməsi haqqında əmrin imzalandığı gün alırlar. Göründüyü kimi zabit heyətinə ötən ilin iş yekunlarına görə 2 aylıq maaş həcmində birdəfəlik pul mükafatının verilməsi cavabdehin diskresion səlahiyyətinə aid edilmişdir. Həmin mükafatın verilməsini cavabdeh zabit heyətinə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə verə bilər. Buna görə də xidmət etdiyi dövr ərzində iddiaçıya ödənilməsi müəyyən edilməyən birdəfəlik pul mükafatının ödənilməsi öhdəlik kimi cavabdehə həvalə edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. İnzibati-Prosessual Məcəllənin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə həmçinin iddia tələbini xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsinin vəzifə maaşı ilə N nömrəli hərbi hissənin Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi vəzifəsinin vəzifə maaşı arasında olan fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də əsassız hesab edir. İşin hallarından görünür ki, İddiaçı müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2015-ci il tarixli 0559 saylı əmri ilə ƏBİ Əİ ƏHŞ-nin Təlimlərin PB rəisi - şöbə rəisinin müavini vəzifəsinə təyin edilmiş, müdafiə nazirinin xx xxxxxx 2017-ci il tarixli 0639 saylı əmri ilə N saylı hərbi hissənin şöbə rəisnin baş köməkçisi təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, İddiaçı aşağı vəzifəyə keçirilib N saylı hərbi hissədə Əməliyyat şöbəsi rəisinin gündəlik fəaliyyətlərin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi vəzifəsində xidmət etdiyi müddətdə ona pul təminatı N qat həcmdə ödənilmiş, xidmət müddətinin 1 günü isə 2 gün kimi hesablanmışdır. İddiaçı Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin N nömrəli hərbi hissəsində Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi – şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsində xidmət etdiyi dövrdə vəzifə maaşı 785 manat təşkil etmiş, aşağı vəzifəyə keçirilərkən N saylı hərbi hissənin şöbə rəsinin baş köməkçisi vəzifəsində işləyərkən isə aylıq vəzifə maaşı 1130 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçının Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin N nömrəli hərbi hissədə Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi – şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsində vəzifə maaşı, aşağı vəzifəyə keçirilərkən N saylı hərbi hissənin şöbə rəsinin baş köməkçisi vəzifəsində işləyərkən aylıq vəzifə maaşından az olduğundan, vəzifə maaşları arasında fərq yaranmamışdır. Buna görə də iddiaçının tələbi həmin hissədə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının aşağı vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı aşağı vəzifədə xidmət etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında əlavənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin Döyüşü X1 növbətçiləri şöbəsinin əməliyyat növbətçisi - şöbə rəisinin döyüşü idarəetmə üzrə müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar