Məhkəmə qərarları › İş №2-1(112)-2492/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2492/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2492/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N960-cı il təvəllüdlü ehtiyatda olan kiçik gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin əmrilə hərbi hissənin tərkibinə daxil edilərək, xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə rayonları ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N993-cü il tarixədən N dekabr N993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 94 nömrəli əmrilə onun N68 nömrəli hərbi hissənin tərkibinə daxil edildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arxiv arayışında da öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Komissiya xx.xx.20N9-cu il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədə uyğun olmamasına səbəb olaraq göstərilmişdir ki, guya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli arxiv arayışına əsasən onun xx.xx.N993-cü il tarixdən xx.xx.N994cıi il tarixədək N68 saylı hərbi hissənin tərkibində xidmət etdiyi N68 nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlərində məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən N68 nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçının xx.xx.N993-xx.xx.N994-cü il tarixlərdə xidməti barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. 877, 46N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmədiyindən, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat olmadığından imtina “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.20N9-cu il tarixli, N/0-N4702 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, ona “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il və təkrar xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-9N68 saylı arayışına əsasən xx.xx.N993-xx.xx.N994-cü il tarixlərdə N68 nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlərində məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə araşdırması dövründə İddiaçı məhkumluğunun olub-olmaması barədə məlumat sorğu əsasında Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindın verilmiş xx.xx.2020-ci il tarixli, 069-0356-N220 saylı məktubla məhkumluğa dair DİN-in Baş XN İdarəsinin əməliyyat-sorğu kartotekasından alınmış məlumat əsasında tərtib edilmiş tələbnamə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş XN İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmamışdır. Hazırki mübahisə üzrə cavabdeh iddiaçının döyüş əməliyyatı aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmədiyi, həmçinin Mərkəzi Arxivin arayışına əsasən xx.xx.N993-xx.xx.N994-cü il tarixlərdə N68 nömrəli hərbi hissə üzrə əmrlərində onun barəsində məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən bununla bağlı araşdırıma aparılmış, İddiaçı xidmət etdiyi N68, 704, N saylı hərbi hissələrin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olubolmaması barədə məlumatın, N saylı hərbi hissə komandirinin iddiaçı barəsində N dekabr N993-cü il tarixili N saylı əmrinin və hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin təsdiq edilmiş surəti soğru əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli, N/Q-N3923 saylı məktubdan görünür ki, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında oştirak etməyib. Əsas: xx.xx.N997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”. Həmçinin məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 766 saylı məktubla İddiaçı hərbi xidmət keçməsi haqqında sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli, 9/2-9N68 saylı arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 9N №-li əmrilə (əsas: §-N,səh-98; qeyd: əmrdə adı Yafəz yazılmışdır) ehtiyatda olan gizir X2 hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilərək N-ci motoatıcı bölüyə baş texnik vəzifəsinə təyin edilmiş və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N dekabr N992-ci il tarixli 9 №-li əmrilə (əsas: §-3N, sıra-N6; qeyd:əmrdə adı Yafəz yazılmışdır) gizir X2 bütün növ təminatlara daxil edilərək baş texnik vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N5 noyabr N993-cü il tarixli 67 №-li əmrilə (əsas: §-N, səh-240, sıra-83; qeyd:əmrdə adı Yasər yazılmışdır) MAT-ru MAB-nün baş texniki gizir X3 tutduğu vəzifəsindən azad edilərək hərbi hissə komandirinin sərəncamına keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 94 №-li əmrilə (əsas: §-3,s əh-334, sıra-37; qeyd:əmrdə adı Yasər yazılmışdır) gizir X3 xx.xx.N993-cü il tarixdən N68 nömrəli hərbi hissənin tərkibinə verilərək bütün növ təminatlardan azad edilmişdir. N68 nömrəli hərbi hissə komandirinin N8 yanvar N994-cü il tarixli 2N №-li əmrilə (əsas: §-2, səh-22, sıra-3; qeyd:əmrdə adı Yasəf yazılmışdır) gizir X4 xx.xx.N994-cü il tarixdən vəzifəsindən azad edilərək hissə komandirinin sərəncamına verilmişdir. Bildirilmişdir ki, N68 nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamış və hərbi hissə komandirinin may N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli əmrinə və N68 nömrəli hərbi hissənin sərəncamına əsasən baş gizir İddiaçı 46N nömrəli hərbi hissə komandirinin N may N994cü il tarixli N6 №-li əmrilə (əsas: §-2, səh-7; qeyd:əmrdə hərbi rütbəsi “baş gizir” yazılmışdır) xx.xx.N994-cü il tarixdən gəlmiş hesab edilməklə əşya anbarı rəisi vəzifəsinə təyin olunmuşdur. 46N nömrəli hərbi hissə komandirinin N noyabr N997-ci il tarixli N94 №li əmrilə (əsas: §-N, səh-50, sıra-4) gizir İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N “B” nömrəli hərbi hissəyə göndərilmişdir. Qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N8-ci il tarixdə 9/2-20545 №-li məktubla ünvanına, xx.xx.20N9-cu il tarixdə 9/2- 3090 №-li məktubla SHXÇÜDX-nın Salyan rayon şöbəsinə və xx.xx.20N9-cu il tarixdə 9/2- 5239 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyana xidmətiniz barədə cavab göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli, 9/2-3090 saylı məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 9N saylı əmrilə (əsas: §-N, səh-98; qeyd: əmrdə adı Yafəz yazılmışdır) ehtiyatda olan gizir X2 hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilərək N-ci motoatıcı bölüyə baş texnik vəzifəsinə təyin edilmiş və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N dekabr N992-ci il tarixli 9 nömrəli əmrilə (əsas: §-3N, sıra-N6; qeyd: əmrdə adı Yafəz yazılmışdır) gizir X2 bütün növ təminatlara daxil edilərək baş texnik vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N5 noyabr N993-cü il tarixli 67 nömrəli əmrilə (əsas: §-N, səh-240; sıra-83, qeyd: əmrdə adı Yasər yazılmışdır) MAT-ru MAB-ün baş texniki gizir X3 tutduğu vəzifəsindən azad edilərək hərbi hissə komandirinin sərəncamına keçirilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə araşdırması nəticəsində iddiaçının xidmət etdiyi N və 46N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığı, N68 nömrəli hərbi hissənin isə nizami hissə üzrə əmrlərində onun xx.xx.N993-xx.xx.N994-cü il tarixlərdə xidməti barədə məlumat olmadığı müəyyən edilmişdir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi sübut edilmədiyindən və onun N68 nömrəli hərbi hissədə xidmət keçməsini sübut edən nizami hissə üzrə əmlər mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsaslı olmuşdur. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar