Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2493/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, iddiаçı İddiaçı ASC-nin cаvаbdеh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı borc məbləğinin şəxsi hesabdan silinməsi, əmlakların siyahıya alınması haqqında qərarların ləğv edilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiаçı İddiaçı ASC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiа qaldıraraq iddiaçının şəxsi hesab vərəqəsində göstərilmiş 39740,03 manat borc məbləğinin silinməsi, xx.xx.2021-ci il tarixli, **********5 və **********6 saylı əmlakların siyahıya alınması haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı vergi ödəyicisi kimi sahibkarlq fəaliyyəti ilə məşğuldur, bütün vergi ödənişləri iddiaçı tərəfindən qanunvericiliyə uyğun ödənilir.Buna baxmayaraq iddiaçının şəxsi hesab vərəqində 39740,03 manat borc məbləği göstərilmişdir.Şəxsi hesab vərəqinə nəzər yetirdikdə borcun əsas məbləğinin 2020-ci il ərzində mənfəət vergisi üzrə rüblük 4830,68 manat hesablandığı görünür. Bundan əlavə cavabdeh qeyd olunan borc məbləğinə əsaslanaraq xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus əmlakların siyahıya alınması haqqında **********5 və **********6 saylı qərarlar qəbul etmişdir. Qeyd edilən mübahisəli borc məbləği ilə razılaşmadığından iddiaçı qeyd olunan qərarları da əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2021-ci ildə bildiriş göndərilərək vergi borcunun ödənilməsi tələb edilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir.Odur ki, əmlakın siyahıya alınması haqqında qərarların qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. Borcun silinməsi hissəsinə gəldikdə isə iddia mümkün sayılmamalıdır.Belə ki, iddiaçı şəxsi hesabına işlənmiş 39740,03 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmişdir. İddiaçının mübaisələndirdiyi borc məbləğinin əksər hissəsi vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar əsasında, 1152,4 manat hissəsi isə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə əsasında yaranmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın xx.xx.2021-ci il tarixli, **********5 və **********6 saylı əmlakların siyahıya alınması haqqında qərarların ləğv edilməsi hissəsində təmin edilməməsini, qalan hissədə mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək İddiaçı ASC-nin iddiasının xx.xx.2021-ci il tarixli, **********5 və **********6 saylı əmlakların siyahıya alınması haqqında qərarların ləğv edilməsi hissəsində təmin edilməməsini, qalan hissədə mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. İddiaçının iddia ərizəsindən göründüyü kimi İddiaçı ASC-nin hazırda cavabdehə qarşı irəli sürdüyü tələblər vergi orqanının hesabladığı 39740,03 manat məbləğində vergi borcunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından və əmlakın siyahıya alınması haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarlarının ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir və həmin qərarların qüvvədə olduğu halda vergi borcunun silinməsi vəzifəsi kimi vergi orqanının öhdəliyi yaranmır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi də etirazında 1152,4 manat məbləği istisna edilməklə qalan borc məbləğinin vergi orqanının qərarları əsasında hesablandığını bildirmişdir. Göründüyü kimi iddiaçının şəxsi hesabdan silinməsini tələb etdiyi borc məbləği (1152,4 manat istisna edilməklə) cavabdehin inzibati akt hesab edilən qərarları əsasında hesablanmışdır, 1152,4 manat vergi borcu isə bəyannamə əsasında hesablanmışdır. Məhkəmə İddiaçı ASC-nin iddia ərizəsində göstərilən borcun yaranması üçün əsas olmuş qərarları və onlara aid olan sənədləri cavabdehdən sorğu etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********673400 nömrəli, xx.xx.2020-ci il tarixli, **********605100 nömrəli, xx.xx.2020-ci il tarixli, **********822600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********378300 nömrəli, xx.xx.2020-ci il tarixli, **********331700 nömrəli, xx.xx.2020-ci il tarixli, **********669200 və **********671300 nömrəli qərarlarından göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən kameral qaydada vergi borcu vergi orqanının inzibati hesab edilən aktları əsasında hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.1-ci mаddəsinə əsаsən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 32.1-ci mаddəsinə əsаsən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərmək məqsədi ilə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda iddia tələbində 39740,03 manat borc məbləğinin hesablanmasına dair müvafiq vergi məsuliyyətinə cəlb edilməsinə dair qərarların mübahisələndirilməsi barədə iddianın mümkün olması bildirilərək, iddianın dəqiqləşdirilməsi üçün müddət təyin edilmiş, həmin müddətə məsələ ilə əlaqədar yazılı izahatların (vəsatətlərin) təqdim edilməsi, habelə xx.xx.2022-ci ildə iddiaçı tərəfindən AR İPM ilə müəyyən edilmiş müddət buraxıldığı halda üzrlü səbəbləri göstərməklə buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəmə müraciət etmək iddiaçıya təklif olunmuşdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu iddiaçı tərəfindən xx.xx.2022-ci ildə alınmış, lakin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmənin təklifinə ümumiyyətlə münasibət bildirilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu isə iddiaçının iddia ərizəsində və internet vergi idarəsində göstərilmiş ünvanına göndərilsə də ünvanın tam göstərilməməsi səbəbindən geri qaytarılmışdır. İddiaçının iddiasının digər hissəsi isə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının əmlakının siyahıya alınması ilə bağlı qəbul etdiyi qərarların mübahisələndirilməsi ilə əlaqədardır. Məhkəmə hesab edir ki, sözügedən məsələ ilə bağlı Vergi Məcəlləsinin “Əmlakın siyahıya alınması” adlanan 89-cu maddəsinin normaları nəzərdən keçirilməlidir. Belə ki, həmin Məcəllənin 89.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. Həmin Məcəllənin 89.4-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə görə əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı,xidmətotaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Həmin Məcəllənin 89.7-ci maddəsinə müvafiq olaraq əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Əmlakın siyahıya alınması isə vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Məlum olduğu kimi isə, vergi borcları vergi ödəyicisinin verdiyi vergi bəyannaməsinə və ya vergi orqanının həyata keçirdiyi yoxlaması üzrə tərtib etdiyi yoxlama aktına əsasən yaranır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1851/2021 nömrəli inzibati iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadında əks olunmuş mövqeyinə əsasən əmlakın siyahıya alınması müstəqil bir prosessual hərəkət olmadığından inzibati akt sayıla bilməz və nəticə etibarı ilə də iddiaçının hüquqlarını poza bilməz. Həmçinin məhkəmə onu da qeyd edir ki, vergi ödəyicisinə vergilər düzgün hesablanmadığı halda, onun bu məsələnin məhkəmədə mübahisələndirmək hüququ vardır, lakin yuxarıda qeyd edildiyi kimi, məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinə dair hüquqi yardım göstərilsədə, iddiaçı formal xətanın aradan qaldırılaraq vergi borcunun yaranmasına və bunun da nəticəsində əmlakın siyahıya alınmasına əsas olmuş vergi orqanının qərarlarını mübahisələndirmək iddiaçıya təklif olunsa da iddiaçı iddia tələbini dəqiqləşdirməkdən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun deyildir. Məhkəmə o halı da qeyd edir ki, hazırki iş üzrə məhkəmə iclasları xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və nəhayət xx.xx.2022-ci il tarixlərə təyin edilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmənin məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya ünvanlanmış məhkəmə bildiriş və məktubları iddiaçının internet vergi idarəsində və iddia ərizəsində göstərilən ünvana göndərilsə də rabitə müəssisəsi tərəfindən ünvanın düzgün olmaması əsası ilə geri qaytarıldığı üçün məhkəmə sonuncu iclasın vaxtı və yeri barədə iddiaçının qanuni təmsilçisinə telefonoqram göndərmiş, lakin iddiaçı məhkəmə çağırışına gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclaslarına gəlməməsini, məhkəməyə ünvanladığı iddia tələbi üzrə məhkəmə icraatının gedişinə maraq göstərmədiyini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermədiyini məhkəmə icraatından yayınma kimi qiymətləndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə yuxarıda göstərilən bütün hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqəsində göstərilmiş 39740,03 manat borc məbləğinin silinməsi, xx.xx.2021-ci il tarixli, **********5 və **********6 saylı əmlakların siyahıya alınması haqqında qərarların ləğv edilməsi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.3, 32, 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqəsində göstərilmiş 39740,03 manat borc məbləğinin silinməsi, xx.xx.2021-ci il tarixli, **********5 və **********6 saylı əmlakların siyahıya alınması haqqında qərarların ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova
Məhkəmə qərarları › İş №2-1(112)-2493/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2493/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver