Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2493/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların X5 məxsus olması haqqında arayışın İddiaçı qızma verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına NQÇİ-nin "BAHAR" bağçılıq təsərrüfatının xx.xx.1999-cu il tarixli 8 saylı protokolundan edilmiş 7 saylı çıxarışa əsasən 1/69 saylı bağ sahəsi 3 saylı NQÇİ-nin operatoru X3 adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması həmin təsərrüfat tərəfindən qərara alınmışdır. İstinad olunan qərar əsasında X3 adına 1/70 saylı üzvülük kitabçası açılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1/70 sayı ünvanında yerləşən torpaq sahəsi 1995-ci ildən X1 və istifadəsində olmuşdur. X7 xx.xx.2013-cü il tarixində vəfat etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 5 ofisində vərəsəlik işi açılaraq mərhumun qanun üzrə vərəsi kimi iddiaçı (arvadı) İddiaçı tanınmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X9 cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,1/70 sayı ünvanında yerləşən torpaq sahəsi üzərində dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X3 adına arayışın verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan təqdim olunan original sənədləri nəzərə almadan xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edərək, bildirmişdir ki, "... idarəsinin arxivində saxlandan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X3 adı aşkar edilməmişdir." Bu hissəyə münasibətdə bildirilir ki, müvafiq üzvlük kitabçasının əsli cavabdehə təqdim edilmiş, lakin, sonuncu həmin sənədi nəzərə almamışdır. Bununla yanaşı, cavabdeh imtina məktubunda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə istinad edərək, 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışının təqdim edilməsini bildirmişdir. Yuxarıda da qeyd olunduğunu, qanunvericiliklə tələb olunan üzvlük kitabçası və bağ təsərrüfatı idarələri tərəfindən mərhuma ayrılmış torpaq sahəsinə dair sərəncamından çıxarış cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən əlavə sənədlərin tələb edilməsi mötəbərlik prezumpsiyasının pozuntusuna səbəb olmuşdur.
3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X3 adı aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Həmçinin təqdim olunan üzvlük kitabçasında torpaq sahəsinin öiçüsü qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respuolskası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci i! maym 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəiəri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələnnə dair verilən ica<ə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabças: və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi”nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********09 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X3 adı aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağçılıqyoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Həmçinin təqdim olunan üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilir.
5. ünvan 4 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 5 ofisində qanun üzrə ünvan 6 ünvanında qeydiyyatda olan vərəsəsi İddiaçı (AZE0******* FİN xxxxxxx) müraciəti mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 02 07 2013-cü il tarixdə vəfat etmiş X3 mirası uzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-1 -ci və 8-ci “Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış huquqlara və onların məhdudlaşdırılmasına (yukluluyunə) dair dövlət reyestr ndən arayışın verilməsi haqqında Təlimat”ın 7-cı bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq vəfat etmiş X5 göstərilən əmlaka arayış verilməsi xahiş olunur.
6. İddiaçı tərəfindən təqdim edilmiş H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq təsərrüfatının xx.xx.1999-cu il tarixli 8 saylı Protokolundan Çıxarışda qeyd olunmuşdur ki, xx.xx.1988-ci il tarixli 9 saylı protokolla Q.Qasımova verilmiş 1/69 saylı bağ sahəsindən 5 ildən artıq olaraq abadlıq işləri aparılmadığına görə onun adından çıxarılmışdır. 1-69 saylı bağ sahəsi X4 adına sənədləşdirilmişdir və onun adına üzvlük kitabçası açılmışdır.
7. İddiaçı tərəfindən təqdim edilmiş H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq birliyinin 199 nömrəli Üzvlük Biletinə əsasən X7 H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür (Sahə 1/70).
8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan H. Z. Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatının sənədləri arasında X5 torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənəd aşkar olunmamışdır.
9. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-da saxlanılan “Bahar” bağçılıq təsərrüfatı tərəfindən vətəndaş İddiaçı Məmmədli qızına bağ sahəsinin ayrılması barədə hər hansı sənəd aşkar edilməmişdir.
10. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-da saxlanılan H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin “Bahar” bağçılıq təsərrüfatının sənədləri arasında X5 torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənəd aşkar edilməmişdir.
11. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-da saxlanılan H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin "Bahar” bağçılıq təsərrüfatının sənədləri arasında 14 iyul 1999-cu il tarixli 8 saylı və 16 sentyabr 1988-ci il tarixli 9 saylı protokollar, həmçinin 1/69 və 1/70 bağ sahələrinin hansı şəxsə ayrılması barədə məlumatı əks etdirən hər hansı bir sənəd aşkar edilməmişdir.
12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, darvaza var. Bağ sahəsində A və B – 1 mərtəbəli bağ evləri, İ – həyət tikilisi (hin və anbar) və İİ – köməkçi tikili (talvar və anbar) var. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq –yoldaşlığının bölgü sxeminə uyğun gəlmir. Təqdim edilmiş bağçılıq-yoldaşlığının üzvlük kitabçasında bağın sahəsi qeyd olunmadığından sənəd üzrə sahə məlum deyil.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər -hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
21. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
25. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olaraq H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq təsərrüfatının xx.xx.1999-cu il tarixli 8 saylı Protokolundan Çıxarışı və H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq birliyinin 199 nömrəli Üzvlük Bileti məhkəməyə təqdim etmişdir.
26. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə (protokoldan çıxarışa və üzvlük biletinə) baxış keçirərək ilk növbədə müəyyən edir ki, H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq təsərrüfatının xx.xx.1999-cu il tarixli 8 saylı Protokolundan Çıxarışa əsasən X3 adına 1-69 saylı bağ sahəsinin sənədləşdirilməsi qeyd olunmasına baxmayaraq, H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq birliyinin 199 nömrəli Üzvlük Biletində əsasən X5 ayrılmış bağ sahəsinin nömrəsi 1/70 olaraq müəyyən edilmişdir (əvvəlcə 1/91 yazılmış, daha sonra düzəliş edilərək 1/70 qeyd edilmişdir).
27. Məhkəmə tərəfindən müvafiq torpaq sahəsini ayıran quruma (SOCAR-a) sorğu ünvanlanaraq X5 “Bahar” bağçılıq təsərrüfatının üzvü kimi torpaq sahəsinin ayrılıbayrılmaması barədə məlumatın təqdim edilməsini tələb etmişdir (H.Z.Tağıyev adına NQÇİnin “BAHAR” bağçılıq təsərrüfatının xx.xx.1999-cu il tarixli 8 saylı Protokolundan Çıxarışın surəti sorğuya əlavə edilmişdir). Buna baxmyaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə bildirilmişdir ki, SOCAR-da saxlanılan H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin "Bahar” bağçılıq təsərrüfatının sənədləri arasında 14 iyul 1999-cu il tarixli 8 saylı və 16 sentyabr 1988-ci il tarixli 9 saylı protokollar, 1/69 və 1/70 bağ sahələrinin hansı şəxsə ayrılması barədə məlumat, eləcə də X5 torpaq sahəsi ayrılması barədə hər hansı sənəd aşkar edilməmişdir.
28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin (protokoldan çıxarış və üzvlük kitabçası) mövcudluğu torpaq sahəsini ayırdığı iddia olunan qurum (SOCAR) tərəfindən təsdiqlənməmişdir.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva