Məhkəmə qərarları › İş №2-1(112)-2496/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2496/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2496/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı və onun vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X5” publik hüquqi şəxs Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs Bakı şəhər 24 saylı şəhər poliklinikası 3-cü şəxs qismində cəlb edilməklə “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işin materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 18.08.2021-ci il tarixli “Diaqnoz əlaməti təyin edilməməsi barədə” qərarının etibarsız sayılması və ömürlük təyin edilmiş əlillik pensiyasının bərpa edilərək, verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 28.04.2010-cu il tarixdə təyin edilmiş əlillik dərəcəsinin 18.08.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəbrayıl rayon hərbi komissarlığından 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 1-ci Qarabağ müharibəsi zamanı döyüş bölgəsində hərbi xidmət keçərkən 27 yanvar 1994-cü il tarixdə sağ kürək və sol gicgah nahiyyələrindən yaralanmışdır. Ona, aldığı kəllə-beyin travmasından, baş-beyin silkələnməsindən “asteno-nevrotik” diaqnozu qoyulmuşdur. Bakı şəhəri M.Nağıyev adına X12 Klinik Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Bu barədə Bakı şəhəri X12 klinik xəstəxanasından 1098 saylı çxarış, Cəbrayıl rayon hərbi komissarının 3/40 saylı 29.01.2000-ci il tarixli arayışı, N saylı hərbi hissəsinin tibbi bölüyü tərəfindən ilk tibbi kartoçka Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. Qeyd olunan sənədlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Mərkəzi Hərbi Həkim Komissiyasının 72 saylı, 13.03.1999-cu il tarixli qərarı ilə aldığı xəsarətlər “HƏRBİ TRAVMA” kimi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Zona Tibb Sosial Ekspert Komissiyasının 886001 saylı arayışı, 2374 nömrəli 28.04.2010-cu il tarixli müayinə aktına əsasən AR ƏBM-ilə əlaqədar ona müddətsiz əlillik verilmişdir. 18.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb Sosial Ekspert Komissiyası tərəfindən barəsində “Diaqnoz əlaməti təyin edilməməsi barədə” qərar qəbul edilmiş, pensiya verilməsi dayandırılmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 23.09.2021-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X5” publik hüquqi şəxs Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs Bakı şəhər 24 saylı şəhər poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 24 saylı şəhər Poliklinikasının 28.04.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları=> S06 - Kəllədaxili travma=> S06.8-Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Sağ kürək və sol kürək nahiyyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ kürək və sol kürək nahiyyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı asteno-.” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. 24 saylı şəhər Poliklinikasının 28.04.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Sağ kürək və sol kürək nahiyyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı astenonevrotik vəziyyət; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 13.03.2000-ci il tarixli 72 №-li qərarının surətində qeyd olunmuşdur ki, Cəbrayıl rayonu, hərbi komissarlığından 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Habil oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 27 yanvar 1994-cü ildə aldığı yaralanma və travma, diaqnoz “Sağ kürək və sol gickah nahiyyəsinin qəlpə yaralarından sonra dəri çapıqıları. Keçirilmiş kəllə beyin travmasından, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət”, nə səbəbə ki, Bakı şəhəri, M.Nağıyev adına X12 klinik xəstəxanasında müayinə və müalicə olunmuşdur (Bakı şəhəri X12 xəstəxanasının verdiyi 10988 saylı çıxarış, Cəbrayıl rayonu hərbi komissarının 3/40 saylı 29.01.2000-ci il tarixli arayışı, N saylı hərbi hissənin tibbi bölüyü tərəfindən verilmiş ilk tibbi kartoçka) Hərbi Travmadır. Əsas MH MHHK-ın 59 saylı 13.03.2000-ci il tarixli protokolu. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı 27.07.2021-ci il tarixli 1073 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Habil oğlunun 27.01.1994-cü ildə aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi 13.03.2000-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən o vaxt qüvvədə olan Müdafiə Nazirinin 02.03.1997-ci il tarixli 30 nömrəli əmrinə uyğun olaraq “Hərbi Travmadır” kimi düzgün təyin edilmiş və bu rəy, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2,-ci maddəsinin a) bəndinə əsasən “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” rəyinə uyğundur. Bakı şəhəri Suraxanı rayon ƏSMM tərəfindən verilmiş 099890 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müyyən olunur ki, İddiaçı 16 iyun 2016-cı il tarixdə İİ qrup müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün 24 saylı şəhər poliklinikası tərəfindən göndərilmiş; - 28.04.2010-cu il tarixli göndərişdə “X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları=>S06- Kəllədaxili travma=>S066.8-Digər kəllədaxili travmalar. Diaqnoz-Sağ kürək və sol kürək nahiyyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət. Tibbi-Sosial Ekspert Komissiyyasının elektron müraciətlərə dair arayışlardan müəyyən edilir ki, müvafiq olaraq iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək, imtinanın səbəbi kimi göstərilmişdir ki; Diaqnoz əlillik əllaməti təyin etməməsi -Səbəb: diaqnoz əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilmişdir. - 18.08.2021-ci il tarixli göndərişdə “X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları=>S06-Kəllədaxili travma=>S06.8-Digər kəllədaxili travmalar. Diaqnoz-Sağ kürək və sol kürək nahiyyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət. Diaqnoz əlillik əllaməti təyin etməməsi -Səbəb: diaqnoz əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 50/2022 saylı (ekspertizanın başlanma tarixi 05 yanvar 2022-ci il, başa çatma tarixi 27 yanvar 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərilmiş göndərişdə (Forma № 88)-də olan diaqnoz “sağ kürək və sol kürək nahiyələrinin qəlpə yaralarından sonra dəri çapıqları, keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı astenonevrotik vəziyyət” şəxsin əyani müayinəsi zamanı əlillik əlamətləri təyin etmir. Lakin, “Respublika Psixiatriya xəstəxanası” phş-dən çıxarış epikrizinə əsasən onun “üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar” xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ixtisaslaşdırılmış tibb müəssisəsində əlavə müalicəyə ehtiyacının olması və müalicə başa çatdıqdan sonra tibb müəssisəsi tərəfindən yeni Forma №-088 doldurulub, tibbi-sosial ekspert komissiyasına göndərilməklə əlillik dərəcəsinin təyininə baxıla bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 №-li və 12 №-li qərarlarına əsasən zəruri olan halda müayinə və müalicə başa çatdıqdan sonra eyni xəstəliklə (son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox olmaqla ambulator və stasionar müalicədə olmalı) Forma 88 tərtib edilib göndərilməklə əlillik müraiətə baxıla bilər. - 2 nömrəli X2 tərəfindən göndərilmiş 16.05.2022-ci il tarixli 2748003AAACM saylı göndərişdə diaqnoz- F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi Mənşəıi şəxsiyyət pozunusu, tez-tez baş verən dekompensasiyalara. Anamnezində cəng olma tutmaları; Ağırlaşma- F48.0 Nevrasteniya Nevrasteniya; Yanaşı xəstəliklər; S06.0 Baş beyin silkələnməsi Baş beyinin silkələnməsi. Kəllə daxili silkələnməsi; T90.5- Kəllədaxili travmaların nəticələri Kəllədaxili travmaların nəticələri. TSEK-ə göndərilməsi üçün əsasəlillik müddətinin qurtarması-yenidən baxmaq. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Ttibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim olunmuş 12.05.2022-ci il tarixli **********44 saylı məktubda qeyd olunmuşdur ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 28.04.2010-cu ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması zamanı İddiaçı dair rəsmiləşdirilmiş göndərişin əsaslılığının dəqiqləşdirilməsi üçün vətəndaş 18.08.2021-ci il tarixdə Agentlikdə əyani müayinəyə cəlb edilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 03.01.1994-cü il tarixli 4865 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ kürək və sol kürək nahiyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ kürək və sol kürək nahiyələrinin qəlpə yaralarından sonra dəri çapıqları. Keçirilmiş kəllə-beyin travmasından, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət' diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Əlillik təyinatına əsas verən funksional pozuntular qeyd olunmur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq 03.09.2021-ci ildən diaqnozun əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 28.04.2010-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmasına baxmayaraq, 11 (on bir) ildən artıq bir müddət keçdikdən sonra 18.08.2021-ci il tarixdə o, yenidən əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik dərəcəsinin təyinatından imtina olunmasına dair qərar qəbul edilmişdir. Hazırda iddiaçı sonuncu dəfə müayinədən keçdiyi 18.08.2021-ci il tarixdən əlillik dərəcəsinin bərpa olunmasını istəyir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X8 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yeni “Forma 88”-in tərtib edilərək, əlilliyi müəyyən edən orqana göndərilməsi və ya əlillik təyin olunmuş şəxsin yenidən müayinə olunması nəzərdə tutulmamışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ömürlük təyin olunmuş əlillik təyinatdan 11 on bir ildən artıq bir müddət keçdikdən sonra İddiaçı dair rəsmiləşdirilmiş göndərişin əsaslılığının dəqiqləşdirilməsi üçün o, 18.08.2021-ci il tarixdə yenidən Agentlikdə əyani müayinəyə cəlb edilmiş, bu zaman qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri və hazırki iş üzrə ekspert rəyi ilə müəyyən olunmuş “Respublika Psixiatriya xəstəxanası” phş-dən çıxarış epikrizinə əsasən İddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar” xəstəliyindən əziyyət çəkməsi halları nəzərə alınmadan və qeyd olunan hal yoxlanılmadan, iddiaçının əlillik dərəcəsi həmin zaman qüvvədə olduğu halda, ona əlillik dərəcəsinin təyinatından imtina barədə qərar qəbul edildiyi bildirilmiş, işin faktiki hallarına görə isə iddiaçıya ömürlük təyin edilmiş İİ əlillik dərəcəsi ləğv edilmişdir. Halbuki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1970-ci ildə Cəbrayıl rayonunda doğulmuş İddiaçı təyin olunmuş ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1970-ci ildə Cəbrayıl rayonunda doğulmuş İddiaçı 28.04.2010-cu il tarixdə təyin edilmiş əlillik dərəcəsinin (müddətsiz ikinci dərəcə) 18.08.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar