Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2498/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 37 saylı mənzilin adıma tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-ci il tarixində doğulmuş. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B mənzil 37-da ailəmlə birlikdə yaşayır. Yaşadığı 81 mənzilli doqquz mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ Müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. Qarabağ Müharibə əlili olduğu üçün 2003-cü il tarixdən Qaradağ Rayon İcra Hakimiyyətində mənzil uçotuna götürülmüşdür. Yaşayış yeri olmadığı üçün qeyd olunan, Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2012- ci tarixli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 9 mərtəbəli, 15B saylı binada bizə (4 nəfər ailə tərkibi ilə) 2 otaqlı, sahəsi 44.52 kv.m olan 37 saylı mənzil verilmişdir. Hal- hazırda bina dövlət mənzil fonduna aid olmaqla, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 125 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Mənzilə dair Mənzil- Kommunal İstismar Sahəsi ilə arasında kirayə haqqında birtipli kirayə müqaviləsi də bağlanmışdır və mən mənzilin kirayəçisi hesab olunur. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə Müraciət etmişdir. Lakin həmin idarə xx.xx.2024-ci il tarixli, **********44 saylı məktub ilə ona imtina edilmişdir Hesab edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq yaşadığı mənzilin adına özəlləşdiriləsinə dair müraciətinə imtina olunmuşdur. Onun 2004- ci ildən mənzil növbəsinə durmağı nəzərə alınmamışdır.
3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 37 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 98 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 37 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 98 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə yaşayış sahəsinin 44.52 kv.m qeyd edilsə də, faktiki yaşayış sahəsinin 41.5 kv.m, ümumi sahəsinin isə 84.0 kv.m olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti Başçısının 359 nömrəli xx.xx.2003-cü il tarixli İddiaçı 3-cü qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilməsi barədə sərəncama əsasən İddiaçı 3-cü qrup Qarabağ əlili kimi 4 nəfər ailə tərkibi ilə (özü, arvadı Xədicə, qızı Nərgiz, oğlu Qurban) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir (Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfinən məhkəməyə təsdiq edilmiş ksero surəti təqdim edilmişdir).
6. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 98 Nömrəli 22 avqust 2012-ci il tarixli Sərəncamından Çıxarış: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuşdur. Bakı şəhərinin Qaradağ, Yasamal, Nəsimi və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin sırasında daha çox ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədi ilə Nazirliyin xx.xx.2009-cu il tarixli 11/7-129, xx.xx.2010-cu il tarixli 11/7-143№-li əmrinə əsasən xüsusi komissiya yaradılmışdır. Komissiyanın qərarı əsasında Nazirliyin Kollegiyası qərar qəbul etmiş və həmin sənədə əsasən yuxarıda qeyd olunan binadan Qaradağ rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış və yaşayış sahəsi ilə təmin edilmək hüququ olan 44 ailəyə mənzillər ayrılmışdır. Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 81 mənzilli 15 В №-li yaşayış binasından Qaradağ rayonunda yaşayış yeri üzrə mənzil növbəsində olan aşağıdakı Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, 20 Yanvar əlillərinə və X12 iştirakçılarına mənzil verilsin: 1.20 İddiaçı - 3-cü qrup Qarabağ müharibəsinin əlili, 4 nəfər ailə tərkibi ilə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15 B, 2 otaqlı sahəsi 44,52 kv.m olan 37 saylı mənzil. 1.İddiaçı 1966, özü
2. X2 1970, h/yoldaşı
3. X3 1996, qızı
4. X8 1998, oğlu “
7. Nazirliyin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyala keçirilməsi məqsədilə 08 noyabr 2010-cu il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın 13 dekabr 2010-cu il tarixli iclasının Qərarından Çıxarış. Ailə Əlillik Ayrılan Mərtəbəsi tərkibi, F.A.A və səbəbi otaqların və s/s növbəyə Mənzil şəraiti barədə məlumat ünvanı və sayı və mənzilin dayanma qrupu sahəsi nömrəsi tarixi Ailə tərkibi 4 nəfərdir (özü, h/yoldaşı, oğlu, qızı), qaynatasma 2 otaqlı məxsus 2 otaqlı sahəsi 36 kv.m Ümumi olan həyət evində 10 nəfər İddiaçı- sahəsi qeydiyyatda olmaqla 6 nəfər İV Lökbatan 87,85 3qr. 4 nəfər yaşayır. Həyat evi qismən mərtəbə 17 qəsəbəsi, 16- kvm QMƏ 15.08.03 kommunal şəraitlidir. Faktiki olaraq mənzil N cı məhəllə, ev Faydalı qohumluq əlaqəsi olmayan şəxsin 37 За, mənzil 11 sahəsi 3 olaqlı mənzilinin 1 otağında 44,52 (18kv.m) 4 nəfər ailəsi ilə kirayədə kvm yaşayır. 150 manat kirayə haqqı ödəyir.
8. 125 saylı Mənzil-Kommunal İstimar Sahəsi ilə İddiaçı arasında “dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” xx.xx.2023-cü il tarixli birtipli müqavilə bağlanaraq Qaradağ rayonu İcra Hakimiyyətinin 98 №-li sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində, 15B nömrəli evdə 37 nömrəli mənzildə 44,52 kvadrat metr yaşayış sahəsini müddətsiz istifadə üçün vermişdir.
9. 2475580004794 nömrəli xx.xx.2024-cü il tarixli ərizəyə əsasən X4 qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razıdır, etirazı yoxdur.
10. 2475580004796 nömrəli xx.xx.2024-cü il tarixli ərizəyə əsasən X5 qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razıdır, etirazı yoxdur.
11. 2476680004813 nömrəli xx.xx.2024-cü il tarixli ərizəyə əsasən X6 qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razıdır, etirazı yoxdur.
12. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 125 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 239 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən Lökbatan qəsəbəsi, Orucov küçəsi, 15B №-li 9 mərtəbəli evin 4-cü mərtəbəsində, sahəsi 44,52 kv.m olan, 37№-li, 2 otaqlı mənzildə yaşayırlar: İddiaçı, X4 (arvadı), X5 (qızı), X9 (oğlu).
13. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti 5 ildir. Müvəqqəti mühafizə müddəti bitdikdən sonra Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivinə verilir. Bildiririk ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 98 nömrəli sərəncamı və onun verilməsinə əsas olan müvafiq təsdiqedici sənədlər barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur.
14. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını məhkəməyə təqdim etmişdir:
15. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, mənzil 9 mərtəbəli yaşayış binasının 4-сц mərtəbəsində yerləşir. giriş-2, soldan 1-ci qapıdır. Girişdən koordinat: 391795, 4464439.
16. Cavabdehin xx.xx.2025-ci il tarixli məlumatın və sənəd surətinin təqdim edilməsi haqqına məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 15B saylı binada 10 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sorğu ilə əlaqədar olaraq 2 ədəd mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
19. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan:
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
25. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Qaradağ Rayon İcra Hakimiyyətində xx.xx.2003-cü il tarixli İddiaçı 3-cü qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna götürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharəsi əlilləri və şəhid ailələri üçün Qaradağ rayonunda inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə xx.xx.2009-cu il tarixli 11/7-129, xx.xx.2010-cu il tarixli 11/7-143№-li əmrlə komissiya yaradılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 98 Nömrəli 22 avqust 2012-ci il tarixli sərəncamı ilə Qaradağ rayonu üzrə mənzil növbəsinə dayanmış və yaşayış sahəsi ilə təmin edilmək hüququ olan ailələrə (17.İddiaçı) mənzil ayrılmışdır. İddiaçı X7 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu və qızı) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15B, 2 otaqlı sahəsi 44,52 kv.m olan 37 saylı mənzil verilmişdir. Beləliklə, iddiaçı Qarabağ müharibəsinin əlili kimi mənzil növbəsindən çıxarılmış və mənzilin müvafiq qaydada sənədləşməsi, şəxslərin mənzillərə qeydiyyata alınması müvafiq dövlət orqanlarına həvələ edilmişdir. Daha sonra 125 saylı Mənzil-Kommunal İstimar Sahəsi ilə İddiaçı arasında “dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” birtipli müqavilə bağlanaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində, 15B nömrəli ev, 37 nömrəli mənzildə 44,52 kvadrat metr yaşayış sahəsini müddətsiz istifadə üçün vermişdir. İddiaçı hazırda ailəsi ilə birlikdə mübahisə edilən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində, 15B nömrəli ev, 37 nömrəli mənzildə yaşayır və həmin ünvanda qeydiyyatdadır.
26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
27. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərinin razılıq ərizələrinə (İddiaçı, X4 (arvadı), X5 (qızı), X9 (oğlu)) əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur və etirazları yoxdur.
28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 98 Nömrəli 22 avqust 2012-ci il tarixli sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 98 saylı xx.xx.2012-ci il tarixli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2012-ci il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki iddiaçı Qarabağ müharibəsinin əlili kimi xx.xx.2003-cü il tarixdən mənzil növbəsindədir.
29. Məhkəmə eyni zamanda qeyd edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1ci maddəsi çıxış edir. Belə ki, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 22 avqust 2012-ci il tarixli 98 nömrəli Sərəncamına əsasən müəyyən olunur ki, qeyd edilən yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə məhz Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin müvəqqəti olaraq və ya kirayəyə verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır.
30. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbi, Seymur Orucov küçəsi, 15B saylı evin 37 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva