Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-25/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı və X3 Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5 iştirakı ilə İddiaçı və X3 Cavabdehnə qarşı “sərəncamın ləğvi və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı 16.03.2018-ci il tarixdə cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017- ci il tarixli Ə-42/2-09/2-t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, onun tərəfindən cavabdehlər X8 və Bakı şəhəri Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair (DƏDRX-nin Bakı Ərazi İdarəsi 3-cü şəxs olan) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilərək, X12 tərəfindən Bakı şəhəri Səbail rayonu Buxta küçəsi 7 saylı yaşayış binasının hər iki tərəfində giriş-çıxış pilləkənlərinin üzərində tikilərək mənzilinə qatılmış qanunsuz və özbaşına tikililərin sökülməsi barədə qətnamə çıxarılması xahiş edildiyi və ərizəsi üzrə ekspertizaları təyin edildiyi halda, Cavabdeh tərəfindən X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi barədə ərizəsinə baxılaraq, Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiya tərəfindən X8 məxsus Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, 7 saylı evin 75,5 kv. metr ümumi sahədən ibarət 29 saylı mənzilinin yerində ölçmə zamanı 152,8 kv. metr ümumi sahədə olmaqla X6 istifadəsində olması barədə 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı akt tərtib edilmiş və Cavabdeh başçısı tərəfindən həmin aktın təsdiq edilməsi və X8 məxsus Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümumi sahəsinin 152,8 kv. metr hesab edilməsi barədə 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamı verilmişdir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017-ci il tarixli Ə-42/2- 091/2-t/1 saylı aktını və həmin aktın təsdiq edilməsi və vətəndaş X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamını qanunvericiliyə uyğun gəlməyən, onun hüquqlarını və qanunla qorunan mənafeyini pozan sərəncam hesab edir və həmin sərəncamın məhkəmə qaydasında ləğv edilməsini xahiş edir. Belə ki, Bakı şəhəri Cavabdeh başçısının 17 sentyabr 1994-cü il tarixli 2967 nömrəli sərəncamına, Bakı şəhəri, 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 01 dekabr 1994-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı yaşayış evinin 2 otaqlı 29 saylı təcrid olunmuş mənzilinin 75.5 kv. metr ümumi sahədən ibarət olması müəyyən edilmiş və X8 şəxsi mülkiyyət kimi verilmişdir. Bundan sonra X12 qardaşı X4 ilə birlikdə Buxta küçəsi 7 saylı yaşayış evinin 2-ci mərtəbəsindəki mənzillərə giriş-çıxış nəzərdə tutulmuş pilləkən qəfəsini bağlamış və onun yerini və 29 saylı mənzilinin qarşısındakı ümumi dəhlizin bir hissəsini (12 kv. metr) zəbt edərək, 29 saylı mənzilinin sahəsinə qatmış və mənzilinin giriş qapısının yerini dəyişdirərək iddiaçının yaşadığı 21 saylı mənzilin pəncərəsinin bilavasitə yanından zəbt etdiyi sahədən təşkil etmişdir, nəticədə onun ailə üzvlərinin mənzildən istifadəsinə maneə yaradılmış, ailə üzvlərinin mənzil, mülkiyyət hüququ pozulmuşdur. İddiaçı, X12 və onun qardaşı X4 tərəfindən müvafiq icazələr olmadan, tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla tikilmiş özbaşına tikililərin sökülməsi barədə şikayət ərizələri ilə müxtəlif yuxarı dövlət orqanlarına müraciətlər etmiş və həmin orqanlardan pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin 2-ci Ərazi X17 idarəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi, 7 saylı ünvandakı ikimərtəbəli yaşayış evinin eyvanına bitişik olan pilləkən qəfəsi həmin evin 29 saylı mənzilində yaşayan X4 tərəfindən özbaşına olaraq bağlanmış, bununla da evin 2-ci mərtəbəsində yaşayan sakinlərin baş verə biləcək yanğın hadisəsi zamanı təxliyyəsi məhdudlaşdırılmışdır. Araşdırma zamanı mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilərək tədbirlər görülməsi üçün Cavabdehnə göndərilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi 7 saylı ünvandakı 2 mərtəbəli yaşayış binasının 29-cu mənzilinin sahibi Z.S.Ələsgərov tərəfindən binanın 2-ci mərtəbəsindəki mənzillərə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və 29-cu mənzilə girişin qarşısındakı ümumi dəhlizin bir hissəsi (12 kv.m) zəbt olunaraq, 29 saylı mənzilin sahəsinə qatılmış və giriş qapısının yeri dəyişdirilərək iddiaçının yaşadığı mənzilin pəncərəsinin bilavasitə yanından, zəbt olunmuş sahədən təşkil edilmişdir. Cavabdehndən aldıqları cavab məktublarında isə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. 2015-ci ilin sentyabrında qanunsuz və özbaşına tikililərin sökülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia ərizəsinə məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış, lakin məhkəmə aidiyyəti pozulduğu üçün yerli məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ötən il Səbail Rayon Məhkəməsində cavabdehlər X8 və Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi barədə iddia qaldırılmış, iş üzrə 15 mart 2017-ci il tarixdə və 11 oktyabr 2017-ci il tarixdə məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək keçirilmiş ekspert rəyləri alınmışdır. İş üzrə 27 fevral 2018-ci il tarixdə Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə iclası zamanı cavabdeh X1 rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli, 171 nömrəli sərəncamı məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin sərəncamla Buxta küçəsi, 7 nömrəli evin 29 nömrəli mənzilinin ümumi sahəsi 152,8 kv. metr hesab edilmişdir. Hesab edir ki, X12 tərəfindən Buxta küçəsi 7 saylı yaşayış evinin 2-ci mərtəbəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən qəfəsi qanunsuz olaraq bağlandığından və onun yeri və 7 saylı yaşayış evinin ikinci mərtəbəsində ümumi istifadədə olan 12.0 kv. metr dəhliz sahəsi qanunsuz şəkildə tutularaq, 29 saylı mənzilə qatıldığından və göstərilən qanunsuzluqlar barədə Səbail Rayon Məhkəməsində baxışda mülki iş olduğundan Cavabdeh tərəfindən Buxta küçəsi 7 saylı yaşayış evinin 29 saylı mənzilinin sahəsinin 77.3 kv. metr artırılaraq, 152,8 kv. metr olmaqla X5 istifadəsində olması barədə akt tərtib edilməsi və həmin aktın təsdiq edilməsi barədə sərəncam verilməsi qanuni və əsaslı sayıla bilməz, məhkəmə icraatına müdaxilə kimi qiymətləndirilərək, ləğv edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin 2-ci Ərazi X17 idarəsi 18.08.2015-ci il tarixində Cavabdeh başçısının göndərdiyi məktubunda göstərmişdir ki, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi 7 saylı ünvandakı 2 mərtəbəli evin 29-cu mənzilinin sahibi Z.S.Ələsgərov tərəfindən ikinci mərtəbədəki mənzilinə girişin qarşısındakı ümumi sahənin bir hissəsi (12 kv.m) uzun müddət öncə zəbt olunaraq mənzilin sahəsinə qatılmış, giriş qapısının yeri dəyişdirilərək ərizəçinin yaşadığı mənzilin pəncərəsinin bilavasitə yanından, həmin zəbt olunmuş sahədən təşkil edilmişdir. Qeyd olunanları nəzərə alaraq qanunsuzluqların, çatışmamazlıqların və qanunsuzluğa səbəb olan amillərin aradan qaldırılması üçün tədbirlərin görülməsi xahiş olunmuşdur. Cavabdeh başçısının aparatından alınan 12.09.2015-ci il tarixli 10-782 nömrəli məktubda göstərilmişdir ki, qonşu tərəfindən yaşadıqları binanın giriş-çıxışı üçün nəzərdə tutulan pilləkənin zəbt edildiyini, qonşuların ümumi istifadəsində olan eyvanda mənzil tikilməklə iddiaçının yaşayış hüquqlarının məhdudlaşdırılması barədə müxtəlif dövlət qurumlarına ünvanlanan, Memarlıq və Şəhərsalma Baş İdarəsindən Cavabdehnə daxil olmuş 1172 saylı, 26.08.2015-ci il qeydiyyat tarixli məktubla əlaqədar, qonşu ilə aralarında yaranmış mübahisə məhkəmə predmeti olduğundan aidiyyatı üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur.
3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2018-ci il tarixli qərardadı ilə (hakim Ş.Məmmədova) X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
4. 21.09.2018-ci il tarixdə X11 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun mənzil mülkiyyətçisi olduğu Bakı şəh., Səbail ray., Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının tərkib hissəsindən maneəsiz istifadə etmək hüququnun, həmin binada ümumi paylı mülkiyyət hüqununun pozulması nəticəsində qəbul etdiyi 28 dekabr 2017-ci il tarixli, 171 nömrəli sərəncamın ləğv edilməsi, həmin binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X13 və X9 tərəfindən lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi və Buxta küçəsi, 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsini, bacısı İddiaçı iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlanmış, hazırlıq icraatında olan (hakim Ş.Məmmədova) 1(81)-2133/2018 saylı inzibati işin onun iddiası ilə əlaqəli olmasını nəzərə alaraq, onların bir icraatda birləşdirilməsini və baxılaraq qərar qəbul edilməsini təmin edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı 14.12.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiası (üçüncü şəxs X12) Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017ci il tarixli, Ə-42/2/09/2-t/1 saylı aktının ləğv olunması hissəsində mümkün sayılmamışdır.
6. Qərardaddan apellyasiya şikayəti verilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı 14.12.2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddiası (X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2-09/2- t/1 saylı aktının təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamının ləğv olunması hissəsində təmin olunmamış, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.
8. Qərardan narazı qalan iddiaçı 05.02.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-38/2020 saylı 14.12.2020-ci il tarixli qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1145/2021 nömrəli iş üzrə 08.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-38/2020 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X12) Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2-09/2-t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Qərarda qeyd edilir ki, X11 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 22,9 kv. metr, yaşayış sahəsi 16 kv. metr, yardımçı sahəsi 6,9 kv. metr olan 1 otaqlı mənzilin mülkiyyətçisi olduğundan və hazırkı iş üzrə məhkəməyə iddia ərizəsi təqdim etdiyindən işin yenidən birinci instansiya baxışı zamanı X3 prosessual statusu müəyyən olunmalı, məhkəmə iclaslarında iştirakı təmin edilməli və məhkəmə tərəfindən onun iddia ərizəsinə münasibət bildirilməlidir.
11. Birinci instansiya məhkəməsində işə təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq məhkəmənin 03.09.2021-ci il tarixli qərardadı ilə X14 İddiaçı cavadeh Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçı qismində iştirakı nəzərə alınmışdır.
12. Beləliklə, təkrar məhkəmə baxışının predmeti aşağıdakı kimidir: - Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi; -həmin binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X12 və X10 tərəfindən lazımi icazələr alınmadan, şəhərsalma və tikinti norma və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi; -Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi. Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli, Ə-42/2/09/2-t/1 saylı aktının ləğv olunması hissəsində iddia mümkün sayılmamış, həmin hissədə məhkəmə aktı mübahisələndirilmədiyi üçün təkrar məhkəmə baxışının predmeti deyil.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən birgə iddiaçılar iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər.
14. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən zəruri cəlbetmə qaydasında üçüncü şəxs X12 bildirdi ki, həmin mübahisələndirilən sərəncam qanunidir, onun müraciəti əsasında Cavabdeh başçısı tərəfindən qəbul edilmişdir, iddia təmin olunmamalıdır.
II. İddianın növü və mümkünlüyü
15. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
19. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Məhkəmə bununla bağlı iddiaçının dəlillərini qəbul edir.
20. X8 məxsus Səbail rayonu, Buxta küçəsi, 7 nömrəli evin 29 saylı mənzili ilə X7 məxsus Səbail rayonu, Buxta küçəsi, 7 nömrəli evin 21 saylı qonşu mənzillərdir. Birgə iddiaçılar bacıdırlar, X11 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 nömrəli evin 21 saylı mənzilin mülkiyyətisi, İddiaçı notariat qaydasında təsdiq olunmuş müqaviləyə əsasən mənzili əvəzsiz istifadə edən şəxsdir. Bacılar həmin mübahisələndirilən sərəncamdan Səbail rayon məhkəməsində qaldırılmış iddia ilə əlaqədar məlumatlı olmuşlar, bundan sonra İddiaçı 16.03.2018-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. X11 məhkəmə araşdırmasının gedişində məhkəmə dəftərxanası vasitəsilə verdiyi 21.09.2018-ci il tarixli ərizədə həmin iddiaya qoşulduğunu bildirmişdir.
21. İddia tələbi Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissəsində mümkündür.
22. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi həmin binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X12 və X10 tərəfindən lazımi icazələr alınmadan, şəhərsalma və tikinti norma və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi və Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi hissələrində mümkün sayılmamışdır.
III. Məhkəmə tərəfindən tədqiq olunan sənədlər
23. Bakı şəhəri Cavabdeh başçısının 2967 nömrəli 17 sentyabr 1994-cü il tarixli “rayon mənzil fondunun özəlləşdiriliməsi əvəzsiz olaraq vətəndaş İ.S.Əskərova şəxsi mülkiyyət kimi verilməsi haqqında” sərəncamı ilə Buxta küçəsi 7 nömrəli evin ümumi sahəsi 75,5 kv. metr olan 2 otaqlı 29 saylı mənzili X5 mülkiyyətinə verilmişdir.
24. Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti baçşısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 29 saylı mənzil X5 adına xüsusi mülkiyyət kimi 12.01.1995-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 322 nömrəli reyestr kitabının 46576 nömrəli vərəqində qeydiyyata alınmışdır.
25. Bakı şəhəri Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktından görünür ki, Texniki Komissiya aşağıdakı tərkibdə: Komissiyanın sədri Cavabdeh Başçısının müavini Abit Əliyev, komissiyanın üzvləri: Cavabdeh Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri- Vüqar Məmmədov, Cavabdeh başçısı aparatının Hüquq şöbəsinin müdiri Maşallah Ələkbərov, Cavabdeh başçısı aparatının rayon təsərrüfat şöbəsinin böyük məsləhətçisi (memar) Kamil Məmmədov, Səbail rayon MKTB-nin nümayəndəsi-İsmayıl Atayevin iştirakları ilə X5 mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi ərizəsi əsasında yerində aparılmış ölçmə işlərinin nəticəsinə baxılmışdır. Tədim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Buxta küçəsi, ev 7, 29 saylı mənzilin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 12.07.1995-ci il tarixli, 43894 saylı Qeydiyyat Vəsiqəsində ümumi sahəsi 75,5 kv. metr olmaqla həqiqətən X5 mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Buxta küçəsi. ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv. metr olmaqla X5 istifadəsindədir. Yuxarıda qeyd olunanları, Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23 və 24-ci maddələrini və Yerli İcra hakimiyyətləri haqqında Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq komissiya üzvləri aşağıdakıları qərara almışdır: 1) Səbail rayonu, Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümimi sahəsi 152,8 kv. metr hesab edilsin.
26. Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın Ə-42/2-091/2-t/1 saylı 13.11.2017-ci il tarixli aktı təsdiq edilmiş, Səbail rayon Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv.m hesab edilmişdir.
27. Cavabdeh başçısının aparatının 17.09.2015-ci il tarixli 10-782 nömrəli məktubu ilə iddiaçıya, qonşu tərəfindən yaşadıqları binanın giriş-çıxışı üçün nəzərdə tutulan pilləkənin zəbt edildiyini, qonşuların ümumi istifadəsində olan eyvanda mənzil tikməklə yaşayış hüquqlarının məhdudlaşdırılması barədə müxtəlif dövlət qurumlarına ünvanlanan, Memarlıq və Şəhərsalma Baş idarəsindən Cavabdehnə daxil olmuş 1172 saylı, 26.08.2015-ci il qeydiyyat tarixli məktubla əlaqədar, qonşu ilə aralarında yaranmış mübahisə məhkəmə predmeti olduğundan aidiyyatı üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur.
28. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.09.2019-cu il tarixli **********74 nömrəli cavab məktubunda Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, 7 saylı binanın texniki pasportuna dair məlumatın (sənəd) idarənin arxivində aşkar edilməməsi qeyd edilmiş və sorğuda qeyd olunan İddiaçı istifadəsində olan Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, ev 7, 21 saylı mənzilə dair texniki pasportun təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir.
29. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, 21 saylı mənzil X3 mülkiyyətindədir. 17.10.2012-ci il tarixdə tərtib edilmiş texniki pasportdan müəyyən olunur ki, X7 məxsus Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, 21 saylı mənzil iki mərtəbəli binanın ikinci mərtəbəsində 1 otaqlı mənzilin ümumi sahəsi 22,9 kv.m, yaşayış sahəsi 16 kv.m, dəhliz 6,90 kv. m-dən ibarətdir.
30. Mənzilin əvəzsiz istifadəyə verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 23.06.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, mənzil 21 X11 tərəfindən İddiaçı əvəzsiz istifadəsinə verilmişdir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş 13.11.2020-ci il tarixli 10/1712 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisələndirdiyi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının Bakı şəhəri, Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/209/2-t/1 saylı aktın təsdiq edilməsi və vətəndaş X2 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında 171 saylı 28.12.2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən X8 məxsus Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin, 29 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən pilləkan meydançasına daxil olduqda sağ tərəfdə evə bitişik vəziyyətdə 0,64 kv. metr (0,85 x 0,75 m) sahəsi olan anbar tikilisinin quraşdırıldığı müəyyən edilmişdir. Həmin tikilinin İddiaçı yaşadığı Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı evin 21 saylı mənzilindən istifadə hüququna (giriş çıxış və s.) maneə törətmədiyi müəyyən edilmişdir. Lakin sahəsi 0,64 kv. metr (0,85 x 0,75 m) olan anbar tikilisi ümumi istifadə üçün nəzərdə tutulmuş giriş-çıxış yolunun üzərində quraşdırıldığını nəzərə alaraq ümumi istifadədə olan pilləkan meydançasından istifadə olunmasına maneələr törətdiyi müəyyən edilir.
IV. Məhkəmənin mövqeyi
32. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi.
33. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində yerli icra hakimiyəti başçısının səlahiyyətidir. Əsasnamənin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
34. Məhkəmə qeyd edir ki, mövcud mənzil qanunvericiliyi yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nədən ibarət olduğunu aydın müəyyən edir. Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktında yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nədən ibarət olduğu göstərilmədən (yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarət olması) yerində aparılmış yerində ölçmə işlərinin nəticələri (post factum) təsbit olunmuşdur. Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə komissiyanın həmin aktı təsdiq edilərək X5 mənzil ölçülərinin dəqiqləşdirilmişdir. Halbuki yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması müvafiq qərar əsasında (ipso facto) aparılmalıdır. Odur ki, məhkəmənin qənaətinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması müvafiq qərar əsasında aparılmalı olduğundan mənzil ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı Cavabdeh tərəfindən qəbul edilmiş sərəncam mənzil qanunvericiliyinin qeyd edilən maddələrinə uyğun hesab edilə bilməz.
35. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də vətəndaşın müraciəti əsasında mənzil ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı Cavabdeh səlahiyyəti nəzərdə tutulmamışdır.
36. Bundan əlavə, mübahisələndirilən sərəncam qəbul edilərkən maraqlarına toxunan qonşuların inzibati icrata cəlb olunduqları, dinlənilmə hüquqlarının təmin olunduqları müəyyən edilmir.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
38. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
39. İPM-in 14-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
40. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdehndən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
43. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13.11.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissəsində təmin edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdehndən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva