Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-250/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödənişinin qaytarılması barədə rəyin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödənişinin qaytarılması barədə rəyin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X4 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün dövlət büdcəsinə ödədiyi 3311,55 manat vergi ödənişinin geri qaytarılmasına rəy verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat X1 ilə arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311,55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə mənzilin alıcısı X4 və onun arasında bağlanmış alqı-satqı müqaviləsi ərizələri əsasında Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra tərəfindən Vergilər Nazirliyinə ödənilmiş verginin qaytarılması barədə müxtəlif tarixlərdə elektron bildiriş göndərilsə də, Vergilər Nazirliyi tərəfindən Notariat orqanı tərəfindən müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun aparılmadığı və bu düzəlişin icrasından sonra yenidən müraciət edilməsi bildirilmişdir. Qeyd etmək istəyir ki, tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat kontoruna müraciət edərək Vergilər Nazirliyinin tələblərinə riayət edilməsi xahiş edilsə də, notariusun xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin xx.xx.2018-ci il tarixə onların tələb etdiyi formada ləğv edilməsi mümkünsüz idi, belə ki, müqavilənin ləğv edilməsi həmin zaman qüvvədə olan AR-də notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinə uyğun həyata keçirilmişdir. Notariusun cavab məktubunda göstərdiyi xüsusatdan belə anlaşılır ki, həm Dövlət Vergi Xidmətinin, həm də onun tələb etdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsinin həmin forması AR-də notariat hərəkətlərinin aparılması qaydalarına Nazirlər Kabineti tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişiklik edilsə də, sözügedən alqı-satqı müqaviləsinin ləğvi isə xx.xx.2018-ci il tarixdə icra edilmişdir. X6 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə artıq ödənilmiş rüsumun qaytarılması barədə etdiyi müraciətə cavab verilmədiyi üçün həmin idarəyə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək, onun qaldırmış olduğu iddia tələbi mümkün sayılmamışdır. Belə ki, apellyasiya instansiyası iddia tələbini o səbəbdən mümkünsüz saymışdır ki, birinci instansiya məhkəməsi işə baxan zaman iddianın dəqiqləşdirilməsi barədə ərizə almadan yəni tərəflərindən qaldırılmış iddia tələbi ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə olsa da məhkəmə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə rəy verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarmış, bu hal da yuxarı instansiya məhkəməsi tərəfindən prosessual pozuntu kimi qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə gətirib çıxarmışdır. Belə olan təqdirdə təkrar olaraq tərəfindən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ödədiyi 3311,55 manat pulun geri qaytarılmasına dair rəy verilməsi barədə müraciət etmişdir, cavabdeh ona müraciətindən 45 gündən artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab verməmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, iş materiallarına əlavə olunmuş cavabdehin imtinası ilə bağlı cavab məktubuna nəzər saldıqda, müvafiq imtinanın AR Mülki Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv olunmaması bildirilmişdir. Məhkəmənin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 42-ci bəndinə istinad etməsindən fərqli olaraq bildirilir ki, Mülki Məcəllə ilkin olaraq, Qanun qüvvəli akt sayıldığından, Ədliyyə Nazirliyi daxilində qəbul edilmiş müvafiq Təlimatından iyerarxiya (hüquqi qüvvə) baxımından üstündür. AR Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarına əsasən artıq ödənilmiş verginin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi DVX-nin üzərinə qoyulmuşdur. Buna baxmayaraq, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, eyni iddiaçı barəsində çıxarılmış AR-nın Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-2404/2021 nömrəli Qərarı ilə birmənalı şəkildə cavabdehin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi deyil müvafiq Bakı şəhəri 14 saylı Notariat Kontoru olması məsələsinə hüquqi qiymət verilmiş və bu məsələ həll edilmişdir. Yəni başqa sözlə, iddiaçı birbaşa özü deyil, notariat kontoru vasitəsilə müraciət etdiyindən, məhz müvafiq notariat kontoru özü cavabdehə müqavilənin xitam olunmasını əsas gətirərək, artıq ödənilmiş məbləği geri istəməlidir. Bu həmçinin, iddia üzrə iddiaçının subyektiv hüququnun olmamasına da dəlalət edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2596/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddianın mümkünlüyü ilə bağlı məhkəmə vurğulayır ki, iddiaçının subyektiv hüququnun mövcudluğuna Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)-2596/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə münasibət bildirilmiş və cavabdehin qeyd etdiyi dəlillərə əsasən qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Faktiki hallar və sübutlar: İnzibati işin araşdırılmış və mübahisələndirilməyən hallarından aydın olur ki, AN-İ ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzili X2, qeyd edilən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311,55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə X4 və İddiaçı aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət etmişlər. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, alqı-satqı müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikaında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinin qüvvədə olduğu vaxt, yəni 05 yanvar 2018-ci il tarixə təsadüf etdiyindən tərəflərin yazılı ərizəsinə əsasən qüvvədə olmuş təlimatın tələblərinə uyğun olaraq ləğv edilmiş, reyestr kitabında və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. Həmçinin müəyyən edilir ki, sözügedən alqı-satqı müqaviləsi ləğv edildikdən sonra iddiaçı ona məxsus daşınmaz əmlakı başqa şəxsə alqı-satqı müqaviləsi əsasında satmış və satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi məbləğdə vergi məbləği ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 150.3-1. Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8 və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. 150.1.9. Fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2, 102.1.18, 144.1.2 və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat Ofisi yalnız İddiaçı ilə X4 arasında alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və ödənilmiş verginin dövlət büdcəsinə ödənilməsi üzrə agent kimi çıxış etmiş, alqı-satqı müqaviləsi ləğv edildikdən sonra artıq ödənilmiş 3311.55 manat vergi ödənişinin geri qaytarılması barədə müraciət etmiş, cavabdeh inzibati orqan isə eyni əsaslarla, yəni alqı-satqı müqaviləsinin ləğvinin qanunvericiliyə uyğun aparılmaması əsası ilə artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasından imtina etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da görünür ki, notariusun işi agent kimi sadəcə ödənilmiş vergini dövlət büdcəsinə ödəmək və bununla bağlı bəyannaməni vergi orqanına təqdim etməkdir. Hazırda isə iddiaçının tələbi alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş verginin geri qaytarılmasına dair rəyin tərtib edilməsi ilə bağlıdır, belə rəyin tərtib edilməsi isə hazırki iş üzrə cavabdehin vəzifə səlahiyyətlərinə daxildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 3.1-ci bəndində əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: -4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 1.2.1-ci yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar dedikdə tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda İddiaçı ilə X4 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün dövlət büdcəsinə ödənilmiş 3311,55 (üç min üç yüz on bir manat əlli beş qəpik) manat vergi ödənişinin İddiaçı geri qaytarılmasına rəy verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda İddiaçı ilə X4 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün dövlət büdcəsinə ödənilmiş 3311,55 (üç min üç yüz on bir manat əlli beş qəpik) manat vergi ödənişinin İddiaçı geri qaytarılmasına rəy verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-250/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-250/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver