Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2502/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «birdəfəlik pul mükafatının verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «birdəfəlik pul mükafatının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı N00 – N04-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış və N04-cü ildən N22-ci ilədək zabit kimi Azərbaycan Ordusunda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. N22-ci ilin fevral ayında Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra ona ödənilməli olan bəzi pul təminatlarının ödənilməsinə baxmayaraq, yanvar – aprel ayları üzrə xidmətlərnə görə ona ödənilməli olan birdəfəlik pul mükafatının verilməsi üçün xidmət keçdiyi hərbi hissənin komandanlığı tərəfindən Hərbi Hava Qüvvələrinin qərargahına dəfələrlə müraciət olunmasına baxmayaraq, onun müraciətlərinə cavab verilməmiş, nəhayət ölkə başçısına müraciətdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsi tərəfindən ona heç bir səbəb və qanuni əsas göstərilmədən qeyd edilən pul mükafatının (“13” və “14”-cü əmək haqqı) verilməsi ilə bağlı müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Halbuki o, qüsursuz olaraq hərbi xidmətini başa vurmuşdur. Bununla bağlı “Qüsursuz xidmətlərə görə birinci dərəcəli medal” da almış və barəsində hər hansı intizam cəzası olmamışdır. Ona göndərilən imtina məktubunda «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu kobud şəkildə pozulmuşdur, iddiaçıya hansı qanuni əsasla pul mükafatının verilə bilmədiyi qeyd edilməmişdir. İnzibati araşdırma ümumiyyətlə aparılmamışdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə və İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) verilməli olan birdəfəlik pul mükafatlarının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahil olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəmə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. O, N00 – N04-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 22 fevral N22-ci il tarixdə Müdafiə Nazirinin əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-ci maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək N22-ci ilin yekunlarına görə yanvar – aprel ayları üçün nəzərdə tutulmuş hissəsinin ödənilməsini tələb edir. Azərbaycan Ordusunun hərbi qulluqçularına birdəfəlik pul mükafatı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 22 nömrəli qərarının tələblərinə müvafiq olaraq ödənilir. Həmin qərarın 27.3-cü (Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidməti ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər) və 27.4-cü (Yuxarıda qeyd olunan hüquqlardan əlavə müvafiq komandirlər və rəislər hərbi qulluqçulara onların xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə birdəfəlik pul mükafatının miqdarını müəyyən edirlər) maddələrinin tələblərini əsas tutaraq qeyd olunanlara əsasən mayor İddiaçı N22-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının xidmət etdiyi N22ci ilin yanvar-aprel ayları üçün ödənilməməsi üçün N nömrəli hərbi hissənin komandiri tərəfindən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birdəfəlik pul mükafatının hesablanaraq verilməsi tələbi üzrə ödənişlərin verilməsi mümkün deyil. Göstərilənlərə əaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəımədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci hissəsinə əsasən xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər. Göründüyü kimi, mpvcud qanunvericilik normaları hərbi qulluqçular üçün xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə mükafatlandırılma hüququnu təsbit etmişdir. Hazırkı işin hallarına görə İddiaçı 22 fevral N22-ci il tarixdə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılsa da, ona N22-ci ilin yanvar – aprel ayları (qismən) üztə birdəfəlik mükafatın verilməsini tələb etmiş, lakin cavabdeg inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qurumun 19 oktyabr N17-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə»nin müddəallarında müvafiq vəzifəli şəxslərin xidməti ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malik olduğunu və onun (iddiaçının) barəsində N22-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının xidmət etdiyi N22-ci ilin yanvar-aprel ayları üzrə ödənilməməsi ilə bağlı N nömrəli hərbi hissənin komandiri tərəfindən qərar qəbul edildiyini bildirmiş və məsələnin həllindən imtina etmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan İddiaçı N22-ci ilin müvafiq aylarında xidməti zamanı intizam qaydalarına riayət etməməsi, intizam qaydasında cəzalandırılması, nalayiq hərəkətlərə yol verməsi, cinayət əməli törətməsi, habelə döyüş hazırlığında zəif nəticələr göstərməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin qənaəti belədir ki, cavabdeh inzibati orqan iddiaçının xidmət dövründə yuxarıda sadalanan halların (intizam qaydasında cəzalandırılması, döyüş hazırlığında zəif nəticələr göstərməsi və s.) hər hansı birinin mövcudluğu barədə tutarlı sübut təqdim etmədiyindən, onun imtinası əsaslı sayıla bilməz, formal mülahizələrə istinadən verilmiş kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, «Normatv hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir (maddə 2.6). Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının mükafat almaq hüququnun olması qanunla («Hərbi qulluqçuların statusu haqqında» Qanun) təsbit olunmuşdur, lakin cavabdeh inzibati orqan öz hərəkətini daha aşağı qüvvəli akta (Müdafiə Nazirliyinin əmrinə ) istinadən əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh AR Müdafiə Nazirliyinin “iddiaçıya N22-ci il üzrə mükafat verilməsi”ndən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı N22-ci il üçün (hissəvi) birdəfəlik pul mükafatının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 52, 58.7, 62, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı N22-ci il üçün (hissəvi) birdəfəlik pul mükafatının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2502/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2502/2023
06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver