Məhkəmə qərarları › İş №2-1(112)-2502/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2502/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2502/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona yaşa görə əmək pensiyasının təmin edilməsindən imtina olunması barədə hərəkətlərinin qanunsuz sayılmasını və Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə çalışdığı 1978-1983-cü illər üzrə və 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 63 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutuna daxil olaraq rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış və ona İnstitut tərəfindən 29 iyul 1984-cü il tarixdə № 012463 saylı diplom təqdim olunmuşdur. 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış və həmin dövrdən əmək kitabçasında qeydiyyat aparılmışdır. O, əmək fəaliyyətinə başladığı dövrdən fasiləsiz olaraq orta məktəbdə müəllim olaraq çalışmış, sonradan direktor müavini vəzifəsinə təyin edilmişdir. Hətta iki övladı doğularkən belə o, qismən ödənişli məzuniyyət hüququndan istifadə etməmişdir. Buna baxmayaraq, cavabdeh orqan onun işlədiyi bəzi dövrlər barədə əmək haqqı cədvəllərinin Dövlət arxivinə təhvil verilmədiyini əsas gətirərək ona yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə hərəkətləri qanunsuz hesab edilməli və 1978-1983-cü illər üzrə işlədiyi dövrün və 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ayın sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Belə ki, cavabdeh imtinasında bildirir ki, xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti zamanı 1978-1983-cü illər və yuxarıda qeyd edilmiş dövrlər üzrə əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən qanunvericiliyin tələbinə görə pensiya təyini zamanı həmin dövr nəzərə alına bilməz. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-247599/2023 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı sığorta stajının 20 il 11 ay 29 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı X1 məhkəməyə təqdim etdiyi iddia ərizəsində Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə çalışdığı 1978-1983-cü illər üzrə və 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 20 il 11 ay 29 gün təşkil etmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının Cəlilabad rayonu Dövlət Arxivi ilə xx.xx.2023-cü il tarixli, Cəlilabad rayon Təhsil şöbəsi ilə xx.xx.2023-cü il tarixli, Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəblə xx.xx.2023-cü il tarixli aktlarına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti zamanı 1978-1983-cü illər üzrə əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən 1984cü ildə 5 ay, 1986- cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay adına əmək haqqı hesablanmadığı aylar sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1838/2023 nömrəli qərarında oxşar iş üzrə iddiaçının əməkhaqqı aldığı dövrlər staja daxil edilmiş, əməkhaqqı cədvəlində göstərilməyən dövrlərin staja daxil edilməsinin hər hansı hüquqi əsasının olmaması səbəbiylə iddiaçının əməkhaqqı almadığı dövrlər staja daxil edilməmişdir. İnzibati orqanın da mövqeyi Ali Məhkəmənin mövqeyi ilə eynilik təşkil etmiş, İddiaçı 1978- 1983-cü illərdə əməkhaqqı alması arayışda göstərilmədiyindən həmin dövrlərin staja daxil edilməsindən imtina edilmişdir. Belə ki, Ali Məhkəmənin inzibati kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 32-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi də öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki 1996-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçının “Star LLC” firmasında 1996-2000-ci illər üzrə əməkhaqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may- dekabr ayları üzrə, 1997-1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əməkhaqqı almışdır. Əməkhaqqı alınan ayların cəmi 03 il 09 aya bərabərdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını iddiaçının mübahisəli 1996- 2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar - iddiaçının 1996-2000-ci illərdə olan iş stajı dəqiq araşdırılmalı, qəbul edilən və qəbul edilməyən iş illərinin (aylarının) hüquqi əsasları məhkəmə qərarında dəqiq göstərilməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının sığorta stajının 25 ildən az olması müəyyən edilərsə, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı xüsusatlar da araşdırımalı, yığılan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi yoxlanılmalıdır. Buradan aydın olur ki, iddiaçıya özünün faktiki sığorta stajına əsasən yaşa görə əmək pensiyası təyin edilə bilmir. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ən azı 25 il sosial sığorta stajı olmalıdır ki, ona yaşa görə əmək pensiyası təyin edilsin, lakin cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının 25 ildən az olduğu müəyyən edilmişdir və bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunalara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllülü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. 02 iyul 1984-cü ildə verilmiş LB seriyalı 012463 №li (qeydiyyat nömrəsi 20088) diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Useinova (hazırda Mehtiyeva –İİİ JQ seriyalı 291727 №li nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən) Şüküfə İsaxan qızı 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1984-cü ildə həmin institutu rus dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitimişdir.Dövlət İmtahan komissiyasının 1984-cü il 29 iyun tarixli qərarı ilə ona rus dili və ədəbiyyatı müəllimi ixtisası verilmişdir. xx.xx.1978-ci ildə tərtib olunmuş kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) aparılan qeydlərdən müəyyən olunur ki, 1960-cı il təvəllüdlü X2 əmək stajı aşağıdakı kimi olmuşdur: xx.xx.1978-ci ildə Cəlilabad RXMŞ-sı üzrə ehtiyaca görə Prişib RXMŞ-nın şəhər orta məktəbinə pioner baş dəstə rəhbəri təyin edilmişdir (xx.xx.1978-ci il tarixli 78 №li əmr); xx.xx.1982-ci ildə Prişib şəhər 1 №li orta məktəbin pioner baş dəstə rəhbəri vəzifəsindən azad edilib həmin məktəbdə ixtisası üzrə dərs aparmasına icazə verilmişdir (xx.xx.1982-ci il tarixli 710 №li əmr); xx.xx.1996-cı il tarixdə Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbinə tədris işləri üzrə direktor müavini təyin edilmişdir (xx.xx.1996-cı il tarixli 325 №li əmr);. xx.xx.2005-ci il tarixdə tədris işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla AR ƏM 69-cu maddəsinə əsasən xx.xx.2005-ci il tarixdən ləğv edilmişdir (xx.xx.2005-ci il tarixli 80 №li əmr). Məhkəmənin müvafiq sorğusuna cavab olaraq: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-35/2-1151/2023 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 №-li tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 237 №-li məktubunda göstərilmişdir ki, məktəbin arxiv sənədləri araşdırıldı və Mehtiyeva (Useinova) Şükufə İsaxan qızının işə qəbul və işdən azad edilməsi barədə heç bir sənəd aşkar edilməmişdir. Cəlilabad rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-48-12RA/1-01 №-li “Arxiv arayışı”nda göstərilmişdir ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan “Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli” orta məktəbinin 1978-2005-ci illərə aid şəxsi heyət üzrə əmək haqqı kitablarında (Hüseynova) İddiaçı iş fəlaiyyəti aşağıdakı kimidir: İllər AYLAR 1978 1979 1980 1981 1982 1983 1984 1985 1986 1987 1988 1989 Yanvar - - - - - 45 - 90 96 116 119 138 Fevral - - - - - 45 - 90 96 116 119 138 Mart - - - - - 45 - 90 96 115 119 138 Aprel - - - - - 45 - 90 96 115 119 138 May - - - - - 45 - 90 96 116 119 163 İyun - - - - - - 81 90 396 233 513 163 İyul - - - - 80 - 260 151 - 491 - 163 Avqust - - - - 147 - 109 324 173 285 239 338 Sentyabr - - - - 15 - 196 163 266 - 276 270 Oktyabr - - - - 27 - 98 51 111 452 138 138 Noyabr - - - - 53 - 60 81 113 - 138 138 Dekabr - - - - - - 205 81 113 136 138 138 Mükafat - - - - - - 13-cü əmək - - - - - - - - - - - haqqı Cəmi - - - - - - - - - - - - AYLAR İllər 1990 1991 1992 1993 1994 1995 1996 1997 1998 1999 2000 Yanvar 138 142 - 9193 - 67275 - 230300 209316 - - Fevral 138 147 - 919 10077 92502 - 211925 209316 - - Mart 143 177 - 919 10077 92501 - 211925 209316 - - Aprel 143 212 - 1838 10077 92501 - 193492 209316 - - May 143 212 - 1838 10077 92501 - 193492 209316 - - İyun 143 - 6261 914 1550 - 98342 92868 - 178318 - İyul 143 - 11740 3447 - - 247291 91799 - 392168 - Avqust 603 - 1204 2163 19118 - 63130 174132 - 72945 - Sentyabr 230 - 4086 3415 30344 - 126075 209366 - 210753 - Oktyabr 115 - 2043 3415 30344 - 195803 209366 - 210753 - Noyabr 118 - 3064 3413 60688 - 214563 209366 - 210753 - Dekabr 139 - 6129 3413 60688 - 214563 209366 - 210753 - Mükafat - - - - - - - - - - 13-cü əmək - - - - - - - - - - haqqı Cəmi - - - - - - - - - - - Arxiv arayışının “Qeyd” hissəsində göstərilmişdir ki, Cəlilabad rayon Təhsil şöbəsinin əmək haqqı cədvəlləri 2000-ci ildən sonrakı illər öz arxivlərində saxlanılır. Cəlilabad rayon Təhsil şöbəsinin əmrləri Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İddiaçı hazırki tələblə bağlı Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-188760/2023 saylı cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1979-cu il tarixindən xx.xx.1984-cü il tarixinədək əyani təhsil illəri nəzərə alınmaqla) 20 il 01 ay 29 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının Cəlilabad rayonu Dövlət arxivi ilə xx.xx.2023-cü il tarixli, Cəlilabad rayon Təhsil Şöbəsi ilə xx.xx.2023-cü il tarixli, Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəblə xx.xx.2023-cü il tarixli aktlarına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti zamanı 1978-1983-cü illər üzrə əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay adına əmək haqqı hesablanmadığı aylar sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir

Məhkəmənin mövqeyi.

Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Məhkəmə ilk öncə iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının xx.xx.2023-cü il tarixində, yəni 63 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçı yaşa əmək pensiyasının təyin olunması üçün ikinci şərtə (azı 25 il sığorta stajı olduqda) əməl olunduğuna istinad edir. Cavabdeh inzibati orqan 1978-1983-cü illər üzrə əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyinə, 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay əmək haqqı hesablanmadığına istinad edərək, həmin dövrləri sığorta stajına daxil etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə bununla yanaşı qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı) Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Qeyd olunanlar baxımından, konkret mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı bir dəlilə istinad olunduğu müəyyən edilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçası ilə müəyyən olunmuş iş stajı yuxarıda istinad olunan normalara əsasən və həmin normalarda təsbit edilmiş qazanılmış pensiya hüququ konsepsiyasına uyğun olaraq sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2- 1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları) Belə ki, Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş diplom əsasında iddiaçının təhsil müddəti xx.xx.1979-xx.xx.1984-cü illəri əhatə etməklə, ümumilikdə 04 il, 09 ay, 28 gün təşkil edir ki, bu da iddiaçının sosial sığorta stajına daxil edilməlidir. İşin faktiki hallarının araşdırılması zamanı məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlər əsasında iş stajı xx.xx.1984-xx.xx.2005-ci illəri əhatə edir yəni ümumilikdə əmək kitabçasındakı qeydllər əsasında 21 il, 09 ay, 28 gün təşkil edir. İddiaçının mübahisəli dövrlərdə və müvafiq olaraq ondan əvvəlki və sonrakı dövrlərdə (xx.xx.2005-ci ilədək) eyni təhsil müəssisəsində eyni vəzifələri davamlı olaraq yerinə yetirdiyini və həmin dövrlər istisna olmaqla qalan dövrlərin cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz qaydada sığorta stajı kimi qəbul olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, arxiv arayışlarına əsasən iddiaçıya əmək haqqının ödənilməsi barədə məlumat aşkar olunmadığı dövrlərin (1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay) sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən qeyd olunan hal (arxiv arayışlarında iddiaçıya bəzi dövrlərdə əmək haqqının ödənilməsi barədə məlumatın aşkar edilməməsi) iddiaçının həmin dövrlərdə işlədiyini və ona əmək haqqının ödənildiyini təkzib edən sübut kimi qəbul oluna bilməz. Məhkəmə qanunvericiliyin müddəalarını diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının ümumi iş stajı (26 il, 02 ay, 26 gündür (21 il, 09 ay, 28+04 il, 09 ay, 28 gün=26 il, 02 ay, 26 gün). Beləliklə iddiaçının iş stajı qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən çox təşkil edir. Odur ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki mümkün şərtdən hər ikisi də ödənmiş hesab olunmalıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Hazırkı mübahisə üzrə istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə müvafiq müəssislələrdə işləməməsini sübuta yetirə bilməmişdir. Beləliklə, iddiaçıya yaşa görə əmək pensoyasının təyin olunasından imtina edilməsi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Belə olan halda cavabdeh inzibati orqanın üzərinə iddiaçıya 63 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 63 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar