Məhkəmə qərarları › İş №2-1(112)-2503/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2503/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2503/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimiQarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X9 iştirakları ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı «xx.xx.2019-cu il tarixli, **********181577 nömrəli qərarın ləğv edilməsi barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********181577 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaqı aparılan ********* №li cinayət işi üzrə Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, istintaq qrupunun rəhbəri, üçüncü dərəcəli ədliyyə müşaviri Eldar Əhmədovun 21 may 2018-ci il tarixli qərarı ilə İddiaçı ASC və digər müəssisələrin fəaliyyət dövrləri üzrə gəlir mənbələrinin, fəaliyyətləri barədə dövlət orqanlarına hesabat təqdim edib-etməmələrinin, daxil olan vəsaitlərin hərəkətlərinin və başqa xüsusatların müəyyən edilməsi üçün AR Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələrinin mütəxəssis qismində cəlb edilməklə yoxlama aparılması AR Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli **********154022 saylı qərarı əsasında İddiaçı ASC-də səyyar vergi yoxlaması aparılmış, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********154913 nömrəli akt tərtib edilmiş və həmin aktın nəticəsi olaraq xx.xx.2019-cu il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********181577 saylı qərar qəbul edilmişdir. Həmin Qərar ilə "xxxx" ASC vergi məsuliyyətinə cəlb edilərək 1.273.092.51 manat məbləğində vergilərin və 150640.32 manat məbləğində maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bildirilir ki, Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 saylı qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, qərarın surəti iddiaçı tərəfə dəfələrlə edilmiş müraciətlərdən sonra xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Onu da vurğulmaq lazımdır ki, dəfələrlə X14 sorğular göndərilsə belə, hələ də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının əsli iddiaçı tərəfə təqdim edilməmişdir. Belə ki, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, 10 dekabr 2019-cu il, xx.xx.2020-ci il tarixlərində iş materialları ilə tanış olmaq və zəruri sənədlərin şirkətin nümayəndəsinə təhvil verilməsi ilə bağlı müraciətlər edilsə belə, zəruri sənədlər hələ də iddiaçı tərəfə təqdim edilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 saylı qərarı hətta cinayət işinin materiallarında da yoxdur. Belə ki, dəfələrlə edilmiş müraciətlərdən sonra yalnız 10 dekabr 2019-cu il tarixli müraciətə cavab olaraq xx.xx.2020-ci il tarixdə təhvil verilmə aktı ilə qərarın surəti iddiaçı tərəfə təqdim edilmişdir və həmin qərarın təqdim edildiyi gündən 30 günlük iddia müddəti ötürülməmişdir. Bundan başqa iddiaçı tərəf xx.xx.2019-cu il tarixdə ərizə ilə Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək xx.xx.2019-cu il tarixli **********154913 nömrəli səyyar vergi yoxlaması aktının ləğv edilməsivə yeni yoxlama aparılmasını xahiş edilsə də, hələ də müraciətə cavab verilməmişdir. İddiaçı ASC Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə edilmiş xx.xx.2019-cu il tarixli müraciətdən sonra xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən cəmiyyətin xx.xx.2019-cu il tarixinə şəxsi hesab vərəqəsində Hüquqi şəxslərin əmlak vergisi üzrə cəmi 1.436.993,5 manat, o cümlədən vergi orqanı tərəfindən hesablanmış 141.501,67 manat 2018-ci il əmlak vergisi, müəssisədə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli **********154913 nömrəli səyyar vergi yoxlaması aktı nəticəsində hesablanmış 2011-2017-ci illər üzrə 1.239.627,38 manat əmlak vergisi, 56 600,66 manat 2019-cu il üzrə əmlak vergisi üzrə cari hesablama borcu mövcuddur. Bundan başqa müəssisənin xx.xx.2019-cu il tarixinə şəxsi hesab vərəqəsində, ümumilikdə, 1.846.763,82 manat, o cümlədən vergilər üzrə 1.469.004,62 manat, maliyyə sanksiyası üzrə 150.640,32 manat, faizlər üzrə 283,52 manat ödənilməmiş borcu olduğu göstərilmişdir. Bildirilməlidir ki, AR Ədliyyə Nazirliyi Hüquqi X20 üzrə Bakı Bölgə Şöbəsi X4 Reyestrindən çıxarışa əsasən xx.xx.2004-cü il tarixdə “Minalı Qablar” açıq tipli səhmdar cəmiyyətinin adı İddiaçı açıq səhmdar cəmiyyəti olaraq dəyişmişdir. Bu dəyişiklik xx.xx.2004-cü il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi X20 üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmışdır. Qeyd edilməlidir ki, İddiaçı ASC səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə fəaliyyəti vergi ödəyicisi olaraq şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsindən ibarət olmuşdur.Bildirilməlidir ki, vergilərin hesablanması, dövlət büdcəsinə ödənilməsi, vergilərin əvəzləşdirilməsi İddiaçı ASC tərəfindən 2011-2017-ci illər ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş tələblərə tam uyğundur. 2011-ci ildən bu günə qədər İddiaçı ASC-nin faktiki gəlirləri müəssisənin xərclərini tam olaraq ödəməyib. Belə ki, müəssisənin xərcləri gəlirlərindən çox olub. Bundan başqa cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 saylı qərarının çıxarılması üçün əsas olmuş xx.xx.2019-cu il tarixli **********154913 nömrəli səyyar vergi yoxlaması aktı qanunsuz və əsassızdır. Belə ki, bu aktla vergi borcunun miqdarı düzgün hesablanmayıb. Səyyar vergi yoxlaması aktı 25 fevral 2019-cu il tarixli İddiaçı ASC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən əmlakın və ərazisinin qiymətləndirilməsi barədə “Azərekspertiza” Birliyi tərəfindən verilən rəyə əsasən tərtib edilib. Belə ki, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Azərekspertiza” Birliyi Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən əmlakın və ərazisinin qiymətləndirilməsi barədə müraciət etmişdir. 25 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən əmlakın və ərazisinin qiymətləndirilməsi barədə “Azərekspertiza” Birliyi tərəfindən əsassız rəy verilmişdir. Çünki Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən 052873,1 kv.m torpaq sahəsi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə (003092 qeydiyyat nömrəli) əsasən X3 xüsusi mülkiyyətindədir. Belə ki, heç bir təfərrüat və əsas göstərilmədən Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən 5,28 ha torpaq sahəsinin və 2341,8 kvadratmetr tikililərin ümumi miqdarı 22.664.000,0 manat müəyyən edilmişdir. Bu qiymətləndirmə əsassız olduğundan həmin əmlakın qiymətləndirilməsi üçün iddiaçı tərəfindən müstəqil fəaliyyət göstərən Əmlak Ekspert Mərkəzinə müraciət edilmişdir. 19 noyabr 2019-cu il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən aparılmış dəqiq hesablamalara və təhlillərə əsasən İddiaçı ASC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən əmlak kompleksinin tikililərin (2418 kv.m sahəyə malik üçmərtəbəli bina və tikililərin 9 noyabr 2019-cu il tarixinə bazar dəyəri 1.769.000,0 (bir milyon yeddi yüz altmış doqquz min) manat təşkil edir (ƏEM/N 59-967/19 nömrəli ekspert rəyi). Bundan başqa iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanına 266/2019 saylı sorğu verilmişdir və bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə cavab verilmişdir ki, İddiaçı ASC-nin adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Bundan başqa Azərbaycan Respublikasının Baş Prokurorluğunun 22 may 2018-ci il tarixli ********* və avqust 2018-ci il tarixli 03/181900060/1965 nömrəli müraciətlərinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alatava-2 ünvanında yerləşən tikililərin qiymətləndirilməsi işi təşkil edilmişdir.Təqdim edilən sənədlərə əsasən qiymətləndirilən tikililərin ümumi sahəsi 2341.8 kv.m təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Alatava-2 ünvanında yerləşən tikililərin 19 oktyabr 2018-ci il tarixinə bazar dəyəri 1.544.000,00 (bir milyon beş yüz qırx dörd min) manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Alatava-2 ünvanında yerləşən 5.28 ha torpaq sahəsinin 19 oktyabr 2018-ci il tarixinə bazar dəyəri 21.120.000, 00 (iyirmi bir milyon yüz iyirmi min) manat təşkil edir. Həmçinin, onu da vurğulamaq lazımdır ki, 19 aprel 2006-cı il tarixdə Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş Texniki Pasportdan da görünür ki, İddiaçı ASC-nin mülkiyyətində 2418.1 kv/m sahə mövcuddur (1511.9 kv/m əsas və 906.2 köməkçi sahə). Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən 052873,1 kv.m torpaq sahəsi isə Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə (003092 qeydiyyat nömrəli) əsasən X3 xüsusi mülkiyyətindədir və həmin ərazidən də əlavə olaraq İddiaçı ASC-yə vergi hesablanması qanunsuzdur. Müvafiq hesablamalar göstərir ki, vergi orqanı tərəfindən aparılmış hesablamalar tamamilə yanlış olduğundan qanunsuz və əsassızdır. Bundan başqa xx.xx.2019-cu il tarixli **********154913 nömrəli Səyyar vergi yoxlaması aktı ilə əlavə dəyər vergisinin miqdarı da düzgün hesablanmamışdır. Həmin akta əsasən vergilər binanın bir mərtəbəsinə görə, yəni İddiaçı ASC ilə “X5 Kömək” İctimai Birliyi arasında bağlanmış icarə müqaviləsinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin verdiyi xx.xx.2019cu il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən obyektdə xx.xx.2011ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində icarəyə verilmiş binanın icarə haqqlarının aylar üzrə real bazar qiymətinin müəyyən edilməsi barədə ekspert rəyində müəssisəyə məxsus binanın mərtəbəsinin aylıq icarə haqqı bazar qiyməti ilə qiymətləndirilərək 3000 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir və ƏDV-nin hesablanması üçün istifadə edilmişdir və ASC-nin ona məxsus binanın birinici mərtəbəsini İctimai Birliyə icarəyə verməsi nəticəsində 34046,35 manat məbləğində əlavə dəyər vergisi əldə etməsi müəyyən edilmişdir. Lakin bu iddia əsassızdır. Belə ki, İddiaçı ASC ilə “X5 Kömək” İctimai Birliyi arasında ilkin bağlanmış müqavilə zamanı icarə haqqının miqdarı 3000 manat müəyyən edilsə də, xx.xx.2016-cı il tarixində bağlanmış icarə müqaviləsi ilə icarə haqqının miqdarı 1000 manat müəyyən edilmişdir. “X5 Kömək” İctimai Birliyi tərəfindən İddiaçı ASC-yə ödənilmiş icarə haqlarınının miqdarını müəyyən edən kassa mədaxil orderi qəbzləri qoşma kimi ərizəyə əlavə edilir (cəmi 34.000 manat ödəniş həyata keçirilib, həmin ödənişin 17.000 manatı kassa mədaxil orderində əks olunub). Belə ki, İddiaçı ASC ilə “X5 Kömək” İctimai Birliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə müddət bitdiyindən xx.xx.2017-ci il tarixdə xitam olunmuşdur. Həmçinin, “X5 Kömək” İctimai Birliyi 2017-ci il yanvar ayından bu günədək faktiki olaraq heç bir ödəniş etməmiş və İddiaçı ASC ilə “X5 Kömək” İctimai Birliyi arasında əmlakın boşaldılması və pul tələbinə dair iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bütün bunlar bir daha sübut edir ki, xx.xx.2019-cu il tarixli **********154913 nömrəli Səyyar vergi yoxlaması aktı ilə əlavə dəyər vergisinin miqdarı da düzgün hesablanmamışdır. Həmçinin, xx.xx.2018-xx.xx.2019-cu il tarixdə aparılmış Səyyar vergi yoxlaması zamanı İddiaçı ASCnin direktoru X22 həbsdə olduğundan ASC-nin heç bir nümayəndəsi bu yoxlamada iştirak etməmişdir. Vergi orqanı ilə münasibətlərin günlük davam etdiyini, yəni bütün əməliyyatların elektron həyata keçirildiyini və bu əməliyyatlara vergi orqanının birbaşa nəzarət etdiyini, aylıq bəyannamələrə əsasən kameral yoxlamalar aparmaq səlahiyyətlərinin olduğunu və bu yoxlamaları apardıqlarını xatırladaraq bildirilir ki, kameral yoxlamalar zamanı aşkar edilmiş uyğunsuzluqlar barədə məlumatlar ASC-dən tələb edilib və bütün məlumatlar vergi orqanına təqdim edildiyindən hər hansı bir irad bildirilməmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən (xx.xx.2020) icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmış, hazırlıq icraatının gedişində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi ilə əvəz edilmişdir. Məhkəmənin hazırlıq icraatında cavabdeh tərəf iddianın mümkün sayılmaması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətə baxılması üçün məhkəmə iclası 04 iyun 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaqı aparılan ********* №li cinayət işi üzrə Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, istintaq qrupunun rəhbəri, üçüncü dərəcəli ədliyyə müşaviri Eldar Əhmədovun 21 may 2018-ci il tarixli qərarı ilə İddiaçı ASC və digər müəssisələrin fəaliyyət dövrləri üzrə gəlir mənbələrinin, fəaliyyətləri barədə dövlət orqanlarına hesabat təqdim edib-etməmələrinin, daxil olan vəsaitlərin hərəkətlərinin və başqa xüsusatların müəyyən edilməsi üçün AR Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələrinin mütəxəssis qismində cəlb edilməklə yoxlama aparılması AR Vergilər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli **********154022 saylı qərarı əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətində səyyar vergi yoxlaması aparılmış, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********154913 nömrəli akt tərtib edilmiş və həmin aktın nəticəsi olaraq xx.xx.2019-cu il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********181577 saylı qərar qəbul edilmişdir. Həmin Qərar ilə "xxxx" ASC vergi məsuliyyətinə cəlb edilərək 1.273.092.51 manat məbləğində vergilərin və 150.640.32 manat məbləğində maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 saylı qərarının surəti iddiaçı tərəfə dəfələrlə edilmiş müraciətlərdən sonra xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Göstərməyi zəruri hesab edir ki, dəfələrlə cavabdehə orqana sorğular göndərilsə də, hələ də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın əsli onlara təqdim edilməmişdir. Belə ki, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, 10 dekabr 2019-cu il, xx.xx.2020-ci il tarixlərində iş materialları ilə tanış olmaq və zəruri sənədlərin şirkətin nümayəndəsinə təhvil verilməsi ilə bağlı müraciətlər edilsə belə, zəruri sənədlər hələ də onlara təqdim edilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 saylı qərar hətta cinayət işinin materiallarında da yoxdur. Belə ki, dəfələrlə edilmiş müraciətlərdən sonra yalnız 10 dekabr 2019-cu il müraciətə cavab olaraq xx.xx.2020-ci il tarixdə təhvil verilmə aktı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının surəti onlara təqdim edilmiş və həmin qərarın təqdim edildiyi gündən 30 günlük iddia müddəti ötürülməmişdir. Cavabdeh tərəf vəsatətini o halla əsaslandırır ki, guya mübahisələndirilən qərar cəmiyyətə təqdim edilmişdir. Halbuki, sözügedən qərar, ümumiyyətlə, cəmiyyətin səlahiyyətli işçisinə təqdim olunmamışdır. Nümayəndə yuxarıda qeyd edilənlərə əsasən işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş vəsatəti müdafiə edərək bildirdi ki, iddiaçının iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün hesab edilməməlidir. İddiaçının mübahisələndirdiyi Baş idarənin xx.xx.2018-ci il tarixli **********154022 nömrəli “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarın nəticələrinə dair qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 aprel 2019-cu il tarixli **********181577 nömrəli qərar (inzibati akt) xx.xx.2019-cu il tarixdə cəmiyyətin qanuni təmsilçisinin saxlanıldığı təcridxanaya poçt vasitəsilə göndərilmiş və qəbul edilmişdir. Lakin vergi ödəyicisi yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Nümayəndə yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq iddiaçı "xxxx" ASC-nin iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasənşəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Cavadehin iddianın mümkünlüyü ilə əlaqədar vəsatətinə qoşma şəklində əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı ASC (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********154913 nömrəli akta və xx.xx.2019-cu il tarixli **********972600 nömrəli sənədə əsasən müəyyən edilmişdir ki, əlavə dəyər vergisi və əmlak vergisi azaldılmışdır. **********181577 saylı, xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla İddiaçı ASC (VÖEN **********) 2011-2018-ci illər üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar 2011-2018-ci illər üzrə dövrü əhatə edir. İşdə olan İddiaçı ASC-yə aid xx.xx.2019-cu il tarixli, **********815100 saylı çıxarışın təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı ASC-nin (VÖEN **********) müşahidə şurasının üzvləri X6, X7, X12 və X23, cəmiyyətin qanuni təmsilçisi isə X17r. Məhkəmə aktlarının elektron bazasında əldə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli 1- 1(103)-2/2020 saylı qərarından müəyyən edilir ki, Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü ilə İddiaçı ASC-nin qanuni təmsilçisi isə X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X18 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai istintaq orqanı tərəfindən X18 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 182.3.1, 213.2.1-ci maddələrini xaric etmişdir. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir ki, X19 2000-ci ildən 2018-ci ilədək olan müddət ərzində iqtisadi fəaliyyət sahəsində cinayətlərini həyata keçirmək üçün anası X6, X22 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək,«Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10 və 11 -ci maddələrinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan qeyri-qanuni gəlir əldə edərək vergiləri ödəməkdən yayınmaqla sərvətini artırmaq və cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə qara metallurgiya məmulatlarının tədarükü, satışı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan mənzil tikintisi ilə məşğul olmaqla, yaxın qohumlarının adına özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər yaradıb onların fəaliyyətinə birbaşa tapşırıq və göstərişləri, idarəçiliyi yerinə yetirməsi ilə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib, həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyətindən ümumilikdə külli miqdar təşkil edən 89.951.717,74 (səksən doqquz milyon doqquz yüz əlli bir min yeddi yüz on yeddi) manat gəlir əldə etmiş, əldə etdiyi gəlirlərdən vergi orqanına təqdim edilən rəsmi sənəd olan bəyannamələr və hesabatların məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə 23.689.691.35 (iyirmi üç milyon altı yüz səksən doqquz min altı yüz doxsan bir) manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış, cinayət yolu ilə əldə etdiyi 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manat məbləğində pul vəsaitlərinə qanuni görüntü verilməsi, onların həqiqi mənbəyinin gizlədilməsi, kimə məxsus olmasının, yerdəyişməsinin və üzərlərində sərəncam verilməsinin ört-basdır edilməsi məqsədilə 28.547.538,93 (iyirmi səkkiz milyon beş yüz qırx yeddi min beş yüz otuz səkkiz) manat məbləğində külli miqdarda pul vəsaitlərini Almaniya Federativ Respublikası, İsveçrə Konfederasiyası və Türkiyə Respublikasında fəaliyyət göstərən banklarda özünün və anası Zeynəb Abdullayevanın adına açdırdıqları hesablara köçürüb guya birja əməliyyatları nəticəsində əldə edilən gəlirlər görüntüsü yaratmaq üçün müxtəlif səhmlərə sərmayə qoymaqla, həmçinin 7.465.982,72 (yeddi milyon dörd yüz altmış beş min doqquz yüz səksən iki) manat məbləğində külli miqdarda pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, S.Tağızadə, A.Şaiq, Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsində faktiki rəhbərlik etdiyi ”Araz İnc” MMC-nin adından çoxmərtəbəli yaşayış binasının inşasına sərf etməklə cəmi 36.013.521,65 (otuz altı milyon on üç min beş yüz iyirmi bir) manat məbləğində külli miqdarda pul vəsaitlərini leqallaşdırmışdır. Belə ki, o, 2000-ci ildən etibarən Bakı şəhərində, eləcə də 24 fevral 2013-cü il tarixdə ölkə ərazisini tərk etdikdən sonra, yaşadığı xarici ölkələrdə qeyri-qanuni gəlir əldə etməklə vergiləri ödəməkdən yayınmaqla sərvətini artırmaq və cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək məqsədilə iqtisadi fəaliyyət sahəsində cinayətlərini həyata keçirmək üçün anası X6, X24 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10 və 11-ci maddələrinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan Azərbaycan Respublikası ərazisində qara metallurgiya məmulatlarının tədarükü və alqısatqısını həyata keçirməklə ümumilikdə 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manata bərabər vahid qəsdlə əldə etdiyi qazancdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4, 97-ci maddələrinə əsasən dövlət büdcəsinə ödəməli olduğu 22.246.423,64 (ikirmi iki milyon iki yüz qırx altı min dörd yüz iyirmi üç) manat məbləğində külli miqdarda gəlir vergisini, bundan başqa ünvan 4 ünvanlarında yerləşən 18 ədəd mənzili cəmi 1.200.000 manata alıb 2006-cı ilin iyul ayında X25 adına bağlanmış alqı-satqı müqavilələri əsasında cəmi 2.418.000 manata bərabər 3.100.000 ABŞ dollarına satmaqla əldə etdiyi 1.218.000 manat həcmində gəlirdən 243.600,0 (iki yüz qırx üç min) manat məbləğində külli miqdarda gəlir vergisini Zeynəb Abdullayeva ilə birlikdə, fəaliyyətlərinə bilavasitə rəhbərlik etdiyi "xxxx" MMC-də 2011-2014-cü illər ərzində mövsümi işçilərin sayı faktiki 11 nəfər olduğu halda cəmi 5 nəfərlə əmək müqaviləsi bağlayıb rəsmi hesabatlarda onların sayını bilərəkdən azaldaraq tamah niyyəti ilə vəzifə saxtakarlığı edərək muzdlu işlə əlaqədar cəmi 1.802,52 (min səkkiz yüz iki) manat məbləğində ödəmə mənbəyindən tutulmalı olan vergini Zeynəb Abdullayeva ilə birlikdə, "xxxx" ASC üzrə 2011-2018-ci illər ərzində mülkiyyətdə olub Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Alatava ünvanında yerləşən 22.664.000 manat dəyərində əmlak kompleksinə görə ümumiyyətlə vergi ödəməyərək cəmi 1.239.046,16 (bir milyon iki yüz otuz doqquz min qırx altı) manat məbləğində əmlak vergisini, 2.341,8 kvadratmetr qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan gəlir üzrə (otuz dörd min qırx altı) manat məbləğində əlavə dəyər vergisini ödəməməklə, habelə 3.127,32 (üç min yüz iyirmi yeddi) manat məbləğində mənfəət vergisini artıq ödəməklə, cəmi 1.269.965,19 (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş) məbləğində vergiləri Zeynəb Abdullayeva və Namiq Babayevlə birlikdə, həmçinin Bakı-Qazax avtomobil yolunun 15-ci km-də faktiki olaraq anası Zeynəb Abdullayeva ilə birlikdə fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin istifadəsində olan 13,48 hektar torpaq sahəsinin ölçülərini 2011-2017-ci illər ərzində vergi orqanına təqdim edilmiş rəsmi bəyannamələrdə qəsdən azaldaraq 4,3 ha kimi göstərməklə ümumilikdə 171.500 (yüz yetmiş bir min beş yüz) manat məbləğində külli miqdarda əmlak vergisini Zeynəb Abdullayeva ilə birlikdə qəsdən ödəməkdən boyun qaçıraraq, ümumilikdə vahid qəsdlə (iyirmi üç milyon altı yüz səksən doqquz min altı yüz doxsan bir) manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıraraq, cəmi 88.985.694,58 (səksən səkkiz milyon doqquz yüz səksən beş min altı yüz doxsan dörd) manat məbləğində külli miqdarda gəlir əldə edib qanunsuz sahibkarlıqla məşğul olmuş, cinayət yolu ilə əldə etdiyi 118.698.100,94 (yüz on səkkiz milyon altı yüz doxsan səkkiz min yüz) manat məbləğində pul vəsaitlərinə qanuni görüntü verilməsi, onların həqiqi mənbəyinin gizlədilməsi, kimə məxsus olmasının, yerdəyişməsinin və üzərlərində sərəncam verilməsinin ört-basdır edilməsi məqsədilə 2014-2015-ci illərdə Almaniya Federativ Respublikası ərazisində yaşayarkən müvafiq dövrün rəsmi məzənnəsi ilə 10.407.994,17 manata bərabər 10.142.832,04 ABŞ dolları məbləğində hissəsini Almaniya Federativ Respublikasının "Deutsche Bank” kommersiya bankında, 980.633,16 manata bərabər 1.257.222 ABŞ dolları məbləğində hissəsini İsveçrə Konfederasiyasının "UBS” kommersiya bankında və 68.437,5 manata bərabər 87.740,39 ABŞ dolları məbləğində hissəsini Türkiyə Respublikasının "YapıKredi Bank” bankında özünün adına açdığı bank hesablarına, 13.394.291,82 manata bərabər 17.172.169,0 ABŞ dolları, 196.276,08 manata bərabər 251.636,0 ABŞ dolları və 3.499.906,2 manata bərabər 3.763.340,0 avro hissələrini isə İsveçrə Konfederasiyasının "UBS” kommersiya bankında anası X3 adına açdırdığı bank hesablarına köçürüb birja əməliyyatları nəticəsində əldə edilən gəlir kimi qanuni görünüş verməklə 28.547.538,93 (iyirmi səkkiz milyon beş yüz qırx yeddi min beş yüz otuz səkkiz) manat, həmçinin Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, S.Tağızadə, A.Şaiq, Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsində faktiki rəhbərlik etdiyi "Araz İNC” MMC-nin adından çoxmərtəbəli yaşayış binasının inşasına 7.465.982,72 (yeddi milyon dörd yüz altmış beş min doqquz yüz səksən iki) manat sərf etməklə, cəmi 36.013.521,65 (otuz altı milyon on üç min beş yüz iyirmi bir) manat məbləğində külli miqdarda pul vəsaitlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında leqallaşdırmışdır. Eyni zamanda, Hüseyn Abdullayev 2009-cu ildən etibarən hüquqi ünvanı ünvan 6rgilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış "Araz İNC” Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) fəaliyyətinə hüquqi əhəmiyyət kəsb edən, yəni cəmiyyətin üzvləri və başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnən hərəkətləri ilə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi, Cəmiyyətin təsisçisi X6 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni şəxsi mənfəət əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan cəmiyyətin adından mənzil tikintisi fəaliyyəti ilə məşğul olmaqla Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov, A.Şaiq, S.Tağızadə, L.Tolstoy və B.Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə yerləşən 2,12 hektar torpaq sahəsində kommersiya məqsədləri üçün inşa etdirdiyi 13 (on üç) yaşayış, 2 (iki) qeyri-yaşayış, 1 (bir) texniki və 2 (iki) zirzəmi mərtəbəsindən ibarət olan 1 (bir) bloklu binanın 5.242,30 kvadratmetr yaşayış və 1.067 kvadratmetr qeyri-yaşayış sahəsini xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində satışını həyata keçirib külli miqdar təşkil edən 966.023,16 (doqquz yüz altmış altı min iyirmi üç) manat məbləğində gəlir əldə edərək qanunsuz sahibkarlıqla məşğul olmuş, bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, normal qanuni fəaliyyəti üçün Azərbaycan Respublikası tərəfindən təminat verilən sahibkarlıq subyektləri üzrə qərarlaşmış mövcud idarəetmə sisteminin funksiyasının pozulması ilə müşayiət olunan mühüm zərər vurmuşdur. Hökmlə həmçinin müəyyən edilmişdir ki, X6 2000-ci ildən 2018-ci ilədək olan müddət ərzində iqtisadi fəaliyyət sahəsində cinayətlərini həyata keçirmək üçün oğlu X19, X24 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, «Sahibkarlıq fəaliyyəti haqqında» 15 dekabr 1992-ci il tarixli 405 №-li Qanunun 2, 10 və 11-ci maddələrinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərinə zidd olaraq"xxxx" ASC üzrə 2011-2018-ci illər ərzində mülkiyyətdə olub Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Alatava ünvanında yerləşən 22.664.000 manat dəyərində əmlak kompleksinə görə ümumiyyətlə vergi ödəməyərək cəmi 1.239.046,16 (bir milyon iki yüz otuz doqquz min qırx altı) manat məbləğində əmlak vergisini, 2.341,8 kvadratmetr qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan gəlir üzrə 34.046,35 (otuz dörd min qırx altı) manat məbləğində əlavə dəyər vergisini ödəməməklə, habelə 3.127,32 (üç min yüz iyirmi yeddi) manat məbləğində mənfəət vergisini artıq ödəməklə, cəmi 1.269.965,19 (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş) məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmasında iştirak edərək, qanunsuz sahibkarlıqla məşğul olmuş, bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, normal qanuni fəaliyyəti üçün Azərbaycan Respublikası tərəfindən təminat verilən sahibkarlıq subyektləri üzrə qərarlaşmış mövcud idarəetmə sisteminin funksiyasının pozulması ilə müşayiət olunan mühüm zərər vurmuşdur. Hökmlə həmçinin müəyyən edilmişdir ki, X22 vəzifəli şəxs olmaqla vəzifə salahiyyətlərindən sui-istifadə edib vəzifə saxtakarlığı edərək külli miqdarda vergi ödəməkdən yayınmışdır. Belə ki, o, 2005-ci ildən etibarən Bakı şəhərində əsas səhmdarı və Müşahidə şurasının sədri X3 olduğu İddiaçı Açıq Səhmdar Cəmiyyətində (ASC) İdarə heyəti sədrinin müavini vəzifəsində işləməklə hüquqi əhəmiyyət kəsb edən, yəni cəmiyyətin üzvləri və başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnən hərəkətləri ilə vəzifəli şəxs kimi, cəmiyyətə faktiki rəhbərlik və nəzarət edən X19, X6 və digərləri ilə cinayət əlaqəsinə girib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni şəxsi mənfəət əldə etmək üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə saxtakarlığı edərək, 2011-2018-ci illər ərzində Hüseyn Abdullayev və Zeynəb Abdullayevanın birbaşa göstərişləri ilə vergi orqanlarına təqdim olunan bəyannamələrə həmin müəssisənin faktiki mülkiyyətində olub Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Alatava ünvanında yerləşən 22.664.000 manat dəyərində əmlak kompleksi barədə məlumatları daxil etməyərək 1.239.046,16 (bir milyon iki yüz otuz doqquz min qırx altı) manat məbləğində əmlak vergisinin, 2.341,8 kvadratmetr qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan gəlir üzrə 34.046,35 (otuz dörd min qırx altı) manat məbləğində əlavə dəyər vergisinin ödənilməməsi, 3.127,32 (üç min yüz iyirmi yeddi) manat məbləğində mənfəət vergisinin isə artıq ödənilməsi ilə, cəmi 1.269.965,19 (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş) məbləğində külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı Hərbi Məhkəməsinin müvafiq hökmündən narazı qalan məhkum X6 apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmünün ləğv olunmasını xahiş etmiş, şikayətinin əsaslandıma hissəsində xüsusilə vurgulanmışdır ki, ibtidai istintaq orqanının AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 fevral 2019-cu il tarixli 5624 saylı ekspert rəyinə və AR Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin əməkdaşı Baş Dövlər Vergi X2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli yalnız Zeynəb Abdullayeva, Hüseyn Abdullayev və onun yaxın qohumlarının hesablarına mədaxil və məxaric olunmuş məbləğlər əsasında tərtib edilmiş arayışına əsaslanaraq Zeynəb Abdullayeva və Hüseyn Abdullayevin 118.698.100.94 manat məbləğində pulu qanunsuz fəaliyyət nəticəsində əldə etməsi, həmin məbləğdən dövlət büdcəsinə 22.246.423.64 manat məbləğində vergini ödəməməsi qənaətinə gəlməsi qanunsuzdur, ittiham hökmündə qeyd edilmiş Zeynəb Abdullayevanın müşahidə şurasının sədri olduğu "Araz İnşaat” ASC-nin balansında olan ünvan 7 ünvanında yerləşən dəyəri 22.664.000 manat olan əmlak kompleksinə görə vergi ödəməyərək cəmi 1.239.049.16 manat əmlak vergisini dövlət büdcəsinə ödəməkdən yayınması tamamilə əsassızdır. Belə ki, AR ƏMDK yanında DƏDRX-nin tərəfindən verimiş arayışdan məlum olur ki, həmin tikili ümumiyyətlə "Araz İnşaat” ASC-nin mülkiyyətində deyil, həmin binanın invertar dəyəri 200.000-300.000 manat civarında olsa da, həmin binaya dəyərindən dəfələrlə artıq məbləğdə qiymət qoyulmuş və heç bir əsası olmadan 1.239.049.16 manat vergi borcu hesablanmışdır, Z.Abdullayeva 2.341,8 kv.metr qeyriyaşayış sahəsini icarəyə verilməsindən əldə olunan 34.046,35 manat əlavə dəyər vergisini ödəməmklə, habelə 3.127,32 manat məbləğində mənfəət vergisini artıq ödəməklə cəmi 1.269.965,19 manat məbləğində pulu dövlət büdcəsinə ödəməməklə vergidən yayınmışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 fevral 2019-cu il tarixli 5624 saylı ekspert rəyi və AR Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin əməkdaşı Baş Dövlər Vergi X2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayış heç bir fakta əsaslanmır və İsmayılov Eldarın məhkəmə baxışın da verdiyi ifadədən də məlum olur ki, o özü heç bir araşdırma aparmamış, istintaq orqanı tərəfindən onun qarşısına qoyulmuş sənədləri arayışa köçürmüşdür. Hökmdən narazı qalmış məhkum X13 da apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə X22 "Araz-İnşaat” ASC-nin İdarə heyətinin sədrinin müavini kimi, vəzifəli şəxs kimi öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə saxtakarlığı edərək cəmi 1.269.965,19 manat məbləğində külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınmaqda ittiham edilsə də, cəmi 1.269.965,19 (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş) məbləğində külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməməsi halları mövcud olmamış, bütün bəyannamələrdə və hesabatlarda Bakı şəhəri Nəsimi rayonu, 2-ci Alatava ünvanında yerləşən əmlak kompleksi barədə məlumatlar və həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan gəlir üzrə məlumatlar və vergi ödəmələri vergi orqanına və büdcəyə vatlı-vaxtında ödənilmiş, məlumatlar həmin dövr üzrə mövcud hesabatlarda da öz əksini tapmışdır. Məhkəmələr hesab etmişlər ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları, təqsirləndirilən şəxslərin cinayətlərin törədilməsində iştirakını məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən X10 Azərbaycan Respublikası CM-in 192.2.2, 193-1.3.2, 308.1, 312-1.2, 313 və 32.3, 318.2-ci maddələri ilə, X13 CM-in 213.2.2, 308.1 və 313-cü maddələri ilə X3 CM-nin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313, 318.2 və 326.1-ci maddələri ilə ittiham olunduqları cinayət əməllərini törətmələri haqqında işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlinmiş, onların əməllərini Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə düzgün tövsif etmiş, onların təqsiri onların özünü təqsirli bilməməsinə baxmayaraq, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materialları ilə tam təsdiq olunmuş, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə İddiaçı ASC-nin qanuni təmsilçisi İdarə heyəti sədrinin müavini X13, Müşahidə şurasının sədri X3, faktiki rəhbərlik etmiş X19 və qeyriləri ilə birlikdə 2011-2018-ci illər ərzində vergi orqanlarına təqdim olunan bəyannamələrə həmin müəssisənin faktiki mülkiyyətində olub Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Alatava ünvanında yerləşən əmlak kompleksi barədə məlumatları daxil etməyərək, cəmi 1.269.965,19 (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş) məbləğində külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındığı müəyyən edilir. Məhkəmə xüsusi olaraq o halı qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində mübahisələndirilən qərarla cavabdeh tərəfindən İddiaçı ASC-yə qeyri-qanuni olaraq 1.273.092,51 manat vergilərin hesablandığını göstərmişdir. Vergi orqanı tərəfindən də məhz 2011-2018-ci illər üzrə müvafiq fəaliyyət ilə əlaqədar olaraq hesablanmış vergi məbləği 1.273.092,51 manat təşkil edir. Sadəcə olaraq, qanuni qüvvəsini almış hökmün təsviri hissəsində də göstərildiyi kimi 3.127,32 (üç min yüz iyirmi yeddi) manat məbləğində mənfəət vergisinin artıq ödənilməsi müəyyən edilmişdir ki, sonuncu məbləğ yayınma olaraq hesablanmış 1.269.965,19 (bir milyon iki yüz altmış doqquz min doqquz yüz altmış beş) manat vergi məbləği ilə riyazi hesablama ilə toplandıqda da, məhz iddiaçı tərəfin iddia ərizəsində göstərdiyi məbləğ, yəni 1.273.092,51 manat əldə edilir. Bakı Hərbi Məhkəməsinin 1(093)-101/2019 saylı hökmü ilə hazırkı iş üzrə iddiaçı tərəfin mübahisələndirdiyi məbləğin, yəni Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən hazırda məhkum edilmiş və cəzasını çəkən şəxslər X8, X1 və X11 vergiləri ödəməkdən yayındıqlarına görə İddiaçı MMC üzrə 1.269.965,19 manat pul vəsaitlərinin tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsinə dair mülki iddia tam təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli 1-1(103)-2/2020 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin 1(093)-101/2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. İşdə olan Bakı Hərbi Məhkəməsinin hökmün surətindən görünür ki, həmin hökm 01 oktyabr 2019-cu il tarixdə çıxarılmışdır. Göründüyü kimi, İddiaçı ASC-yə 2011-2018-ci illər üzrə vergi orqan tərəfindən 1.273.092,51 manat məbləğində vergilərin hesablanması cəmiyyətin qanuni təmsilçisi X18 Bakı Hərbi Məhkəməsinin 1(093)-101/2019 saylı hökmünün çıxarıldığı tarixədək bəlli olmuşdur. Artıq vergilərin hesablandığı müvafiq dövrlə bağlı vergidən yayınma faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq hüquqazidd ictimai təhlükəli əməllərin törədilməsi öz təsdiqini tapmışdır. Habelə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilmiş hallarla iddiaçı tərəfin xx.xx.2018-ci il tarixli **********154022 nömrəli “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarın nəticələrinə dair qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********154913 nömrəli aktla tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 saylı qərarın cinayət işinin materiallarından (həmçinin həmin dövr üzrə mövcud hesabatlar, bəyannamələr, ekspertiza rəyləri hökmlə maddi sübut kimi tanınmışdır) tanış olmadığı kimi gətirdiyi arqument inkar olunur. Belə ki, cinayət işi məhkəməyə göndəriləndə cinayət işinin materialları ilə təqsirləndirilən şəxslər tanış olmuş, məhkəmənin hazırlıq iclasında bu məsələ müzakirə olunaraq iş məhkəmə baxışına verilmiş, həmin hallar sonradan apelyasıya şikayətinin əsasını təşkil etmişdir. Başqa sözlə, mübahisələndirilən hallara məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən, bu halda da hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli 1-1(103)-2/2020 saylı qərarı da yekun məhkəmə aktı hesab olunur. Əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-101/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün giriş hissəsindəki qeydlərdən də müəyyən edilir ki, barəsində cinayət işi davam etdirilən İddiaçı ASC-nin qanuni təmsilçisi, cəmiyyətin idarə Heyətinin sədrinin müavini X22 qeyd edilən tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. İşə əlavə edilmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən də müəyyən etmək olur ki, məhkəmənin 1(093)-101/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü həmin tarixli məktubla Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə ünvanlanmışdır. Cavabdehin nümayəndəsinin vəsatətinə əlavə edilmiş “Speed ekspress” sürətli poçt daşıma xidmətinin qəbzinin təsdiq edilmiş surətindən aydın olur ki, cavabdehin **********181577 nömrəli qərarı Cəmiyyətin qanuni təmsilçisinin saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilmiş, sonuncuya xx.xx.2019-cu il tarixdə rəsmi qaydada çatdırılmışdır. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilmiş əsasdan əlavə, həm də sonuncu qeyd edilmiş əsasa görə iddiaçı tərəfindən vergi orqanın qəbul etdiyi **********181577 nömrəli xx.xx.2019-cu il tarixli qərarın - inzibati aktın mübahisələndirilməsi ilə bağlı İPM-də nəzərdə tutulmuş prossesual müddət də ötürülmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11ƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar