Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2504/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 11.08.2021-ci il tarixli imtina məktubunun əsassız hesab olunması, ona 31.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın 31.08.2020-ci il tarixdən hesablanıb ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 31.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1959-cu ildə doğulmuşdur. 1975ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda onun 25 ildən çox ümumi iş stajı var və həmin illərin 13 ilindən çox hissəsini yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. O, 16.08.2006-cı il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə yeraltı iş üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsinə qəbul edilmişdir, 26.12.2007-ci il tarixdən yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı, 05.09.2008-ci il tarixdən yerüstü iş üzrə 4-cü dərəcəli betonçu peşələrində işləmiş və 01.07.2010-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 21.10.2010-cu il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə yeraltı iş üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, 26.05.2011-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 14.07.2011-ci il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmiş, 31.07.2014cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 01.08.2014-cü il tarixdən "xxxx" QSCnin Tikinti Departamentinin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmiş, 25.02.2015-ci il tarixdən "xxxx" QSC-nin Əsaslı Təmir xidmətinə 4-cü dərəcəli izoləedici (tuneldə yalnız gecə işi, 24 % xüsusi zərərli və ağır iş şəraitində) peşəsinə, 27.09.2016-cı il tarixdən Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə keçirilmiş və 01.07.2017-ci il tarixdən isə 2 saylı Tunel və Ümumi tikinti İşləri üzrə Dəstəsində yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı peşəsində işləyir. 60 yaşı 25 may 2019-cu ildə tamam olmuşdur. 31.08.2020-ci il tarixinə isə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsinin 12 il 6 ayı tamam olmuşdur. Ona görə də onun 31.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Buna görə də 20.04.2021-ci il tarixdə ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 11.08.2021-ci il tarixli məktubla müraciətinin icrasından imtina etmişdir. Məktubda imtinanın səbəbi kimi “betonçu” və “qazmaçı" vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olmadığı və beləliklə də güzəştli iş stajının 12 il 6 aydan aşağı olduğu göstərilmişdir. Halbuki həmin siyahının 1.2.1-ci bəndində (açıqda dağ-mədən işləri və yer səthində işlər) “qazmaçılar” peşəsi də siyahıya daxil edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsində (1.1.2) betonçular və şpur qazmaçıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 6 aprel 2021-ci il tarixli A/83 nömrəli arayışında “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində 05.09.2008- 01.07.2010-cu il tarixləri arasındakı dövr ərzində yerüstü iş şəraiti üzrə betonçu və 26.12.2007-05.09.2008-ci il, 14.07.2011-31,07.2014-cü il, 01.08.2014-25.02.2015-ci il, 27.09.2016-cı il tarixindən hazırki vaxtadək qazmaçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 17 gün (16.08.2006- 26.12.2007-ci il, 21.01.2010-26.05.2011-ci il, 25.02.2015-27.09.2016-cı il tarixləri arsındakı dövrlər) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin və elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1959-cu ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qydiyyatdadır. НЗ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada (tərcümə olunmuş) təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 23.11.1977-ci ildən 13.11.1979-cu ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 04.11.1976-cı il tarixli əmək kitabçasının (21.01.2010-cu il tarixli əlavə ilə) notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı 14.11.1975-ci ildə 3 №li trestin 37 №li mexanikləşdirilmiş dəstəsinə 1-ci dərəcəli ixtisassız fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr №169, 01.12.1975-ci il); 01.06.1976-cı ildə işdən azad edilmişdir (Əmr № 86, 17.06.1976-ci il); 10.10.1976-cı il 3 №li trestin 37 №li mexanikləşdirilmiş dəstəsinə 1-ci dərəcəli ixtisassız fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr №140, 03.11.1976-ci il); 30.05.1977-ci ildə işdən azad olunmuşdur (Əmr № 50, 30.05.1977-ci il); 18.01.1980-ci ildə Gürcüstan, Qardabani karton-ruberoid zavoduna yonma baraban xdməti üzrə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr №11, 18.01.1980-ci il); 01.06.1980-ci ildə işdən azad edilmişdir (Əmr № 88-k, 03.06.1980-ci il); 09.03.1981-ci ildə 4 №li Trestin 47 saylı tikinti idarəsinə fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr № 8, 13.04.1981-ci il); 01.10.1981-ci ildə 3-cü dərəcəli çilingər ixtisası verilmişdir (Əmr № 66, 21.10.1981-ci il); 03.05.1982-ci ildə 4-cü dərəcəli çilingər keçirilmişdir (Əmr №18 k, 03.05.1982-ci il); 17.01.1985-ci ildə işdən azad edilmişdir (Əmr №3 k, 16.01.1985ci il); 01.04.1985-ci ildə Bəndçəkmə İdarəsi-Qazax sahəsi üzrə fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr №48-k, 08.05.1985-ci il); 11.09.1989-cu ildə işdən azad edilmişdir (Əmr № 50, 10.09.1989-cu il); 12.09.1989-cu ildə Şıxlar kənd orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə qəbul olunmuşdur (Əmr №86, 12.09.1989-cu il); 01.08.1991-ci ildə işdən azad olunmuşdur (Əmr №70, 01.08.1991-ci il); 16.08.2006-cı ildə “Azərtuneltikinti” SC 3 nömrəli Tunel Tikinti İdarəsi Yeraltı iş üzrə 3-cü dərəcəli dağ mədən sahəsinə işə qəbul edilmişdir (Əmr № 108, 15.08.2006-ci il); 26.12.2007-ci il tarixdə Yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı (Əmr № 561/R, 25.12.2007-ci il); 05.09.2008-ci ildə 4-cü dərəcəli betonçu keçirilmişdir (Əmr №139/k, 05.09.2008-ci il); 07.01.2010-cu il tarixdə işdən azad olunmuşdur (Əmr № 3, 07.01.2010-ci il); 21.01.2010-cu il tarixdə “Azərtuneltikinti” SC 3 nömrəli Tünel Tikinti İdarəsi Yeraltı İşlər üzrə 3-cü dərəcəli dağ mədən fəhləsi peşəsinə işə qəbul edilmişdir (Əmr №8, 19.01.2010-cu il); 26.05.2011-ci ildə işdən azad edilmişdir (Əmr №103/k, 25.10.2011-ci il); 14.07.2011-ci ildə “Azərtuneltikinti” SC 3 nömrəi Tuneltikinti idarəsi yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı vəzifəsinə qəbul edilmişdir (Əmr №152/k, 14.07.2011-ci il); 31.07.2014-cü ildə öz ərizəsi ilə müqaviləsinə xitam verilmişdir (Əmr №202019/k, 31.07.2014-ci il); 01.08.2014-cü ildə "xxxx" QSC Tikinti Departamentinin 3 saylı Tuneltikinti Dəstəsi Yeraltı iş üzrə 4-cü dərəcə ilə qazmaçı peşəsinə qəbul edilmişdir (Əmr №k-486, 01.08.2014-cü il); 25.02.2015-ci ildə Əsaslı təmir xidmətinin Qurğuların və tunellərin orta və əsaslı təmir 7 saylı tunel sahəsinə 4-cü dərəcə ilə izoləedici peşəsinə keçirilmişdir (Əmr № 512, 24.02.2015-ci il); 27.09.2016-cı ildə Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsinə 4-cü dərəcəli qazmaçı peşəsinə keçirilmişdir (Əmr №8394, 27.09.2016-ci il); 01.07.2017-ci il tarixdə Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsinin 1 saylı ümumi tikinti işləri üzrə sahəsinə 4-cü dərəcəli qazmaçı peşəsinə keçirilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli A/83 saylı məktubda göstərilmişdir ki, İddiaçı “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə 16.08.2006-cı il tarixindən yeraltı iş şəraiti üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, 26.12.2007-ci il tarixindən yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçu, 05.09.2008-ci il tarixindən yerüstü iş şəraiti üzrə 4-cü dərəcəli betonçu peşələrində işləmiş və 01.07.2010-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. 21.01.2010-cu il tarixindən “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə yeraltı iş şəraiti üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, 26.05.2011-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. 14.07.2011-ci il tarixindən "Azərtunelmetrotikinti" SC-nin 3 saylı Tunel Tikinti idarəsinə yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmiş, 31.07.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. 01.08.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin 1 saylı X3 yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmiş, 25.02.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir xidmətinə 4-cü dərəcəli izoləedici (tuneldə yalnız gecə xüsusi zərərli-24 faiz və ağır iş şəraitində) peşəsinə, 27.09.2016-cı il tarixindən Tikinti Departamentinin 3 saylı Tunel Tikinti dəsətəsinə yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə keçirilmiş və 01.07.2017-ci il tarixindən 2 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsində yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsində işləyir. İddiaçı ağır və yeraltı şəraitində əmək stajı 13 il 01 ay 23 gün (on üç il bir ay iyirmi üç gün) təşkil edir və onun çalışdığı peşələr hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısr’nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndi ilə tənzimlənir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş 21.09.1993-cü il tarixli 320 saylı qərarın müvafiq olaraq 10100000 İ. Dağ-mədən işləri bölməsinin 10103000 2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər maddəsinin 1010300a - J.1196. 1010300a - 11717, 1010300a - J 2520, 1010300a – 13590 (nəzərə alsaq ki, metropolitendə qazma işləri xüsusi qurğular vasitələri ilə aparılır) kodlarına aiddir. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni" QSC yaradılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli 40N- 10/3-165 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə 16.08.2006-cı il tarixindən yeraltı ağır iş şəraiti üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, 26.12.2007-ci il tarixindən yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı, 05.09.2008-ci il tarixindən yerüstü iş şəraiti üzrə 4-cü dərəcəli betonçu peşələrində işləmiş və 01.07.2010cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. 21.01.2010-cu il tarixindən “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə yeraltı ağır iş şəraiti üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, 26.05.2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. 14.07.2011-ci il tarixindən “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmiş, 31.07.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. 01.08.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsinə yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmiş, 25.02.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətinə 4-cü dərəcəli izoləedici (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli və yeraltı ağır iş şəraitində) peşəsinə, 27.09.2016-cı il tarixindən Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsinə yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə keçirilmiş və 01.07.2017-ci il tarixindən 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsində yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsində işləyir. İddiaçı ağır və yeraltı iş şəraitində əmək stajı 13 il 11 ay 27 gün (on üç il on bir ay iyirmi yeddi gün) (11.02.2022-ci il tarixinə) təşkil edir. İddiaçı 16.08.2006-cı il tarixindən 26.12.2007-ci il tarixinədək və 21.01.2010-cu il tarixindən 26.05.2011-ci il tarixinədək “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 3-cü dərəcəli dağ- mədən fəhləsi peşəsi və 25.02.2015-ci il tarixindən 27.09.2016-cı il tarixinədək "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətində işlədiyi 4-cü dərəcəli izoləedici (tuneldə yeraltı ağır iş şəraiti, yalnız gecə işi, 24% xüsusi zərərli və ağır iş şəraitində) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ- mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” adlı 1.1.2-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “yeraltı dağ-mədən fəhlələri” və “izolyasiyaçılar” peşələrinə, 26.12.2007-ci il tarixindən 05.09.2008-ci il tarixinədək və 14.07.2011-ci il tarixindən 31.07.2014-cü il tarixinədək “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsi, 01.08.2014- cü il tarixindən 25.02.2015-ci il tarixinədək "xxxx" QSC-nin Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 4- cü dərəcəli qazmaçı peşəsi, 27.09.2016-cı il tarixindən 01.07.2017-ci il tarixinədək "xxxx" QSC-nin Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsi və 01.07.2017-ci il tarixindən hazırki vaxtadək "xxxx" QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Açıqda dağ-mədən işləri və yer səthində işlər” adlı 1.2.1-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “qazmaçılar” peşəsinə aiddir. Qeyd: Qazmaçı peşəsinin əsas vəzifə və funksiyası müəssisə tərəfindən tərtib olunmuş icra layihəsinə və qazma yerinin bərkitmə pasportuna uyğun olaraq məhlul vuran aparatın köməkliyi ilə tyubinqlərin arxasına sement, qum, həmçinin nəzarət sement məhlulun vurulması, beton və dəmirbeton bərkitmələrin, taxta qəliblərinin və düzgün bucaqlı konstruksiyaların hazırlanması, quraşdırılması, sökülməsi və yenidən quraşdırılması, torpaq qazıntılarını vaqonetkalara yükləməsi, dağ süxurlarının partlayış yolu ilə, şpurların (yəni qaya, torpaq hissələrində deşiklərin) elektrik və pnevmo burğularla, perforatorlarla qazılması, kabellərin asılması, bərkidici bucurqatların, yükləyibboşaldıcı qurğuların yerinin dəyişdirilməsi və s. ibarətdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 11.08.2021-ci il tarixli **********9 saylı məktubda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi "Bakı Metropoliteni” QSC-nin 6 aprel 2021-ci il tarixli A/83 nömrəli arayışında “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində 05.09.2008- 01.07.2010-cu il tarixləri arasındakı dövr ərzində yerüstü iş şəraiti üzrə betonçu və 26.12.2007- 05.09.2008-ci il, 14.07.2011-31.07.2014-cü il, 01,08.2014-25.02.2015-ci il, 27.09.2016-cı il tarixindən bugünədək qazmaçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 17 gün (16.08.2006-26.12.2007-ci il, 21.01.2010-26.05.2011-ci il, 25.02.2015-27.09.2016-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (25.05.2019) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması da işin mübahisə doğurmayan hallarındandır (təqdim olunmuş çıxarışa əsasən iddiaçının faktiki malik olduğu pensiya kapitalı 53.094,38 manat təşkil edir). İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi iddiaçının “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində 05.09.2008- 01.07.2010-cu il tarixləri arasındakı dövr ərzində yerüstü iş şəraiti üzrə betonçu və 26.12.2007- 05.09.2008-ci il, 14.07.2011-31.07.2014-cü il, 01,08.2014-25.02.2015-ci il, 27.09.2016-cı il tarixindən bugünədək işlədiyi qazmaçı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” bölməsində (1.1.2) nəzərdə tutulmuş betonçular və şpur qazmaçıları vəzifələrinə uyğun olmadığı qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ- mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” adlı 1.1.2-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “yeraltı dağ-mədən fəhlələri” və “izolyasiyaçılar” peşələri; “Açıqda dağ-mədən işləri və yer səthində işlər” adlı 1.2.1-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “qazmaçılar” peşəsi nəzərdə tutulmuşdur. İddiaçının 60 yaşı 25 may 2019-cu ildə tamam olsa da, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsinin (güzəştl iş stajı) 12 il 6 ayı 31.08.2020-ci il tarixində tamam olduğundan, onun 31.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı oğlu 31 avqust 2020-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona həmin tarixdən pensiyası təyin olunmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki tələblə inzibati orqana 20 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Qanunvericliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçıya təyin olunacaq pensiya 31 avqust 2020-ci il tarixdən hesablanıb ona ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 31 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 31.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2504/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2504/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver