Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2504/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin predmeti.
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq qanun üzrə varisi olduğu atası X5 ilə Cavabdeh arasında Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Qaz kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilə dair mənzil-kirayə (icarə) münasibətlərinin xx.xx.1980-cı il tarixindən mövcud olmasının müəyyən edilməsi və həmin mənzilə dair onunla mənzil kirayə (icarə) müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək mərhum atası X2 Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Qaz kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilin xx.xx.1980-cı il tarixdən kirayəçisi hesab edilməklə onun adına mənzil-kirayə (icarə) müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə yeni ərizə təqdim edərək İddiaçı 80-cı illərdən bu günə qədər yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Qaz kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilə dair mənzil-kirayə (icarə) mqaviləsinin İddiaçı ilə bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X5 1974-cü ildən 2015-ci ilə qədər Qazı-Məhəmməd magistral qaz kəmərlərinin xətti-istehsalının idarə edilməsi idarəsinin X7 mühəndisi, daha sonra rəisi vəzifəsində işləmişdir.xx.xx.1980-cı ildə X9 Sovetinin İcraiyyə Komitəsinin 1 №li protokoluna əsasən Qazı-Məhəmməd magistral qaz kəmərlərinin xəttiistehsalının idarə edilməsi idarəsinin protokollarına əsasən işçilərinə və dövlət qulluqçularına yaşayış sahələrinin verilməsi ilə bağlı xüsusi orderlərin verilməsi barədə qərar qəbul edilmişdir.Həmin protokol əsasında X10 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, 28 saylı order əsasında indiki ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının atası X3 verilmişdir.Həmin vaxtdan etibarən sözügedən mənzildə 40 ildən çoxdur ki, X2 ailəsi mübahisəsiz yaşayır və istifadə edir.İddiaçının atası vəfat edənə qədər həmin mənzildə qeydiyyatda olmuş və yaşamışdır.Hazırda həmin mənzildə iddiaçı və qardaşı X6 qeydiyyatdadır.İddiaçının atası xx.xx.2019-cu ildə vəfat etmiş və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisində miras əmlaka dair vərəsəlik işi açılmışdır.Hazırda iddiaçı və qardaşı X6 atasının vərəsələri kimi tanınmışlar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki,İddiaçı atası X3 əmək münasibətləri ilə bağlı işlədiyi Qazı-Məhəmməd magistral qaz kəmərlərinin xətti-istehsalının idarə edilməsi idarəsinin protokoluna əsasən X9 Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1980-cı il tarixli, 1 nömrəli qərarı əsasında Sanqaçal qəsəbəsi, Qaz kəməri küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən xidməti mənzilə order verilmişdir.Xidməti mənzillərin verilməsi və istifadə qaydaları keçmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 100-105-ci maddələri ilə tənzimlənirdi.Qüvvədən düşmüş Azərbaycan SSR Nazirlər Sovetinin 88 nömrəli, 02 mart 1984-cü il tarixli qərarı ilə yaşayış sahələrinin xidməti yaşayış sahəsinə keçirilməsi və çıxarılması rayon icraiyyə komitələri tərəfindən həyata keçirilirdi.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərarına əsasən yazılı formada bağlanır.Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmadığı üçün İddiaçı mənzilinə sosial kirayə müqaviləsinin bağlanmasına etiraz edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
6.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 8.İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Cavabdehin nümayəndəsi C.Əliyev məhkəmə iclasında iddia tələbinə etiraza uyğun məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.İş materiallarında olan: Yaşayış üzrə qeydiyyat haqqında arayışa əsasən iddiaçı ünvan 1-də qeydiyyatdadır, mənzildə ondan başqa X6 qeydiyyatdadır. Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə xx.xx.1980-cı il tarixli, 1 nömrəli protokolundan təsdiq edilmiş arxiv çıxarışına əsasən xidməti evlərdə yaşayan fəhlə və qulluqçulara xüsusi orderlərin verilməsi qərara alınmışdır. Əmək kitabçasının surətinə əsasən X5 “Aznəqliyyatqaz” İB-nin Magistral qaz kəmərlərinin Qazı-Məhəmməd xətti istehsalat idarəsində xx.xx.1974-cü ildən xx.xx.1992-ci ilə qədər, “Aznəqliyyatqaz” İB-nin təsərrüfat hesablı Rabitə sahəsində xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər Magistral qaz kəmərləri idarəsinin Qazı-Məhəmməd xətti istehsalat idarəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə qədər “Azəriqaztəchizat” İB-də, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər “Azəriqaztəchizat” İB-nin THS-də, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə qədər “Azəriqaztəchizat” İB-nin Magistral qaz kəmərlərinin Qazı-Məhəmməd xətti istehsalat idarəsində, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə qədər Rabitə, Radio və Elektrik Təchizatı İdarəsində, xx.xx.2003-cü ildən xx.xx.2010-cu ilə qədər “Azəriqaz” İB X11 Kəmərləri idarəsində, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilə qədər “Azəriqaz” İB-nin Qaz Kəmərlərinin korroziyadan mühafizəsi, elektrik təchizatı və radio rabitəsi sahəsində, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər SOCAR Səngəçal-Sahil informasiya kommunikasiya texnologiyaları sahəsində işləmişdir. Qaradağ rayon X1 İcraiyyə Komitəsinin 28 nömrəli, xx.xx.1970-ci il tarixli xüsusi orderinə əsasən X3 Qazı-Məhəmməd MQKXİİ-yə məxsus binada Qaz Kəmərləri küçəsində 2 nömrəli evdə 12 nömrəli xidməti yaşayış sahəsi verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2019-cu ildə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusunun 730 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1952-ci ildə doğulmuş, xx.xx.2019-cu ildə vəfat etmiş mərhum X2 vərəsəsi olan İddiaçı ərizəsi əsasında mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır və mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Qaz kəməri küçəsi,2 ünvanında yerləşən bina Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və struktur təşkilatlarının balansında yoxdur. SOCAR-ın məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən Sanqaçal qəsəbəsi, Qaz Kəmərləri küçəsindəki 2 nömrəli ev, mənzil 12 ilə bağlı həmin təşkilatda heç bir sənəd aşkar edilməmişdir, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları bütün sənədlərlə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən Sanqaçal qəsəbəsi, Qaz Kəməri küçəsi (əvvəlki Qazoprovod), 2 saylı ev (12 saylı mənzil) Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyildir. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Qaz Kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilə dair atası X2 adına mənzil kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Qaz Kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
İV. Məhkəmənin mövqeyi 11.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 4.0-cü mаddəsinə əsаsən dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2. müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Həmin Məcəllənin 16-ci mаddəsinə əsаsən, yаşаyış sаhələri üzərində mülkiyyət və digər əşyа hüquqlаrı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində və digər qаnunvеricilik аktlаrındа nəzərdə tutulmuş hаllаrdа və qаydаdа dövlət qеydiyyаtınа аlınmаlıdır. Həmin Məcəllənin 17.4-cü mаddəsinə əsasən mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür, 59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 135.1-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir:135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.
12. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. 13.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. 14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
15. İş mаtеriаllаrındаn göründüyü kimi inzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin (iddiaçının) mənzildən istifadə etməsinə baxmayaraq kirayə müqaviləsi bağlanmamışdır. Hаzırkı iddiа ilə iddiаçı оnun istifаdəsində оlаn mənzilə dаir kirаyə müqаviləsini bаğlаmаq bаrədə аrzulаdığı inzibаti аktın - sərəncаmın vеrilməsi vəzifəsinin cаvаbdеhin üzərinə qоyulmаsını tələb еdir. Həmin tələblə bağlı məhkəmə qеyd еdir ki, iddiаçının hаl-hаzırdа istifаdəsində оlаn mənzildən mаnеəsiz və qanuni əsaslarla fаktiki istifаdə еtməsinə bахmаyаrаq, mənzilə dаir cаvаbdеhin hər hаnsı bir sərəncаmı mövcud dеyildir. Halbuki yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, iddiaçının istifadə etdiyi mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması tələb etməsi həm 2009-cu ilin oktyabr ayının 1-nə qədər, həm də ondan sonra, yəni hazırda mənzil münasibətlərini tənzimləyən Mənzil Məcəllələrinin normalarına uyğundur. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Qaz kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması barədə müvafiq inzibati akt qəbul edilməlidir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Qaz kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilə dair icarə (kirayə) müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki,İddiaçı iddiası təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Qaz kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilə dair mənzil-kirayə (icarə) mqaviləsinin İddiaçı ilə bağlanması barədə sərəncam verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ
22.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Qaz kəməri (əvvəlki Qazoprovod) küçəsi, ev 2, mənzil 12 ünvanında yerləşən mənzilə dair mənzil-kirayə (icarə) mqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova