Məhkəmə qərarları › İş №2-1(112)-2505/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2505/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2505/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasının 03 iyul 2024-cü il tarixli “Tənəffüs orqanlarının vərəmi və onun dəqiqləşdirilməmiş uzaq nəticələri” adlı yanaşı diaqnozla verilmiş “diaqnoz əllilik əlaməti təyin etmir” imtina qərarının ləğv edilməsi, əlillik təyinatının əsas diaqnoza əsasən müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının 24 oktyabr 2024-cü il tarixli 3-17- 4/3-3-23467/2024 nömrəli qərarının ləğv edilməsi və İddiaçı orqanizmin funksiyalarının 35- 60% pozulmasının 1 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-2021 və 2023-2024-cü illər ərzində müvafiq olaraq 2-ci və 3-cü qrup əlillik təyinatları aparılmışdır. 2016-2021-ci illər üçün əlillik müddəti 5 il, 2023-2024-cü illər üçün 1 il müəyyən edilmişdir. Sonuncu əlillik təyinatının müddəti 2024-cü il 30 iyun tarixində başa çatmış, təkrar müayinə üçün qanunvericiliklə təsbit olunmuş qaydalar çərçivəsində Bakı şəhəri 34 saylı poliklinika tərəfindən 1 il ərzində stasionar mülicə və ambulator müayinələri, həkim diaqnozları, analiz nəticələri əsasında xx.xx.2024-cü il tarixində B00203523JCZ kodla 88 saylı tibbi forma Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. Dövət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə (bundan sonra TSEK) daxil olan 88 saylı formaya əsasən dərhal imtina verilmiş və 1 saylı TSEK-ə getməyi tövsiyə olunmuşdur. xx.xx.2024-cü il tarixində 1 saylı TSEK-də o, komissiya sədri və əməkdaşları tərəfindən baxışda olmuş, xəstəliyini təsdiq edən sənədlər onlar tərəfindən əhatəli şəkildə araşdırılmış, xəstəliyinin olduğunu, sənədlərinin əlillik təyinatına imkan verdiyi söylənilmiş və bunun əsasında aktlaşdırma işləri həyata keçirilərək Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. xx.xx-2024-cü il tarixində yenidən baxış üçün Dövlət Tibbi- Ekspertiza və Reablitasiya Agentliyinə dəvət edilmişdir. Bütün stasionar və ambulator müalicə və müayinə sənədləri götürsə də, onu qəbul edən ekspert xanım Fərzəliyeva Samirə bu sənədlərə heç bir məhəl qoymadan göz, ayaq dopleri və spidometriya müayinəsinə göndərmişdir. Onun iddiaçını qəbul edərkən təyin olunan əsas diaqnoza deyil, başqa xəstəliklər axtarışına çıxmasına etiraz etsə də buna məhəl qoymamışdır. İddiaçıya 2023-cü il iyun ayının 6-da Ağ Ciyərin X1 Xəstəliyi ilə 1 il müddətinə 60 faiz sağlamlığın itirilmə dərəcəsi ilə əlillik təyin olunmuşdur. İddiaçı 2003-cü ildən vərəm xəstəliyinə tutulmuşdur. 2003-cü ildən həm bu xəstəlikdən, həm də kəskin ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Bütün il boyu müalicə və müayinələrini aparır. 2024-cü il təkrar müayinə üçün göndərişində və bütün müalicə, müayinə sənədlərində xəstləyinin dəqiq diaqnozu Ağ ciyərin X1 Xəstəliyi, Kəskin Nəfəs çatışmazlığı təyin və təsdiq olunub. İllərdir ki, ölkənin tanınmış həkimləri, sahə poliklinikası iddiaçını bu xəstəliklə müalicə edirlər. Bəlkə də heç bir tibbi təhsili olmayan, gənc bir ekspert xanımın bir xəstənin əsas diaqnozunu deyil, yanaşı xəstəlik kimi yazılmış xəstəliyi əsas diaqnoz olaraq təyin etməsi kobud qanun pozuntusu insanlara qarşı biganə yanaşma tərzidir. İddiaçı 2023-cü il 6 iyun tarixində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi keçirilmiş müayinə nəticəsində 88 saylı formaya əsaslanaraq Ağ Ciyərin X1 Xəstəliyinə görə əlilik təyin etmişdir. 2024-cü il 3 iyul tarixli B00203523JCZ kodla 88 saylı tibbi forma da adı çəkilən diaqnoz əsas xəstəlik kimi göstərilmişdir. Lakin Respublika TSEK orqanı iddiaçını 8 iyul 2024-cü il tarixində təkrar müayinəyə dəvət etdiyi halda, ona 03 iyul 2024cü il tarixində 88 saylı formada yanaşı xəstəlik kimi göstərilmiş Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş uzaq nəticələri adlı diaqnozla “Diaqnoz əlilik əlaməti təyin etmir” adı ilə imtina vermişdir. İddiaçı dəfələrlə Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə, onun rəhbərliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi X15 rəsmi müraciət edərək onlardan bu qanunsuzluğu aradan qaldırmağı tələb etsə də heç bir nəticə əldə edə bilməmişdir.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı 2 nömrəli Şəhər Poliklinikasının “Stenokardiya İİİ f/s. Durğunluq ürək çatmamazlığı İİ f/s. Ürəyin hipertenziyası İİ dərəcə.” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə “ilkin” əlillik təyinatı aparılmış, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması barədə qərar qəbul edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın sonuncu müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsinin “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri.” diaqnozu ilə xx.xx.2024-cü il tarixli B00203523JCZ nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, vətəndaşın əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, 3-17-4/3-3-5061/2024 nömrəli qərara əsasən barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri təngnəfəslikdən, quru və bəlğəmli öskürəkdən, boğulmadan, hərəkət zamanı ürək nahiyyəsində göynədici ağrılardan, baş ağrılarından, baş gicəllənmələrindən, aşağı ətraflarda keyimə hissindən, ağızda quruluqdan, susuzluqdan, ümumi zəiflik və halsızlıqdan olmuş, anamnestik olaraq 2002-ci il tarixində “Vərəm” xəstəliyindən müalicə aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X16 X5 xx.xx.2024-xx.xx.2024-cü il tarixli epikrizinə əsasən diaqnoz “AXOX, ağır gedişli. Kəskinləşmə mərhələsi. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Keçirilmiş ağ ciyər vərəmindən sonra qalıq əlaməti.” şəklində göstərilmiş, Akademik C.M.Abdullayev adına X12 İnstitutunun xx.xx.2024-cü il tarixli tibbi rəyinə əsasən diaqnoz “ÜİX: stabil gərginlik stenokardiyası İİ f.s arterial hipertoniya, İİ dərəcə” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, ağciyər üzərində sərt tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 78 vurğu), dili nəm, ərpsiz, aşağı ətraflarında periferik ödem, şişkinlik, hiperemiya, hiperpiqmentasiya, durğunluq əlamətləri, tük örtüyünün seyrəlməsi izlənilməmiş, periferik nəbz dolğun olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa EXO- KQ (nəticə: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF= 56%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ qeyd edilir.), spirometriya (nəticə: Restriktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur. FVC = 3.38 - 77% , FEV1 = 3.13 - 91% , FVC/FEV1 = 92.60 - 121%.) və həkim-oftalmoloq (nəticə: VisOU = 0,05 (yüzdə beş) korreksiya ilə 0.3 (onda üç). Diaqnoz: OU - Yetişməmiş katarakta.) müayinələri aparılmış, burada əldə edilmiş qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 96.5 (doxsan altı tam onda beş) mkmol/l müəyyən edilmiş, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı və heç bir patofunksional pozuntu aşkarlanmamış, həkim-ekspertlər tərəfindən aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinə göndəriş təqdim edilsə də, vətəndaş müayinədən keçməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli B00203523JCZ nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

5. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilərək İddiaçı əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsiri dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

6. Məhkəmə qərardadına əsasən cavabdeh 07 noyabr 2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-23467/2024 saylı sentyabr xx.xx.2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

2. Bakı şəhər sakini xx.xx.1964-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti Bakı 2 nömrəli Şəhər Poliklinikasının “Stenokardiya İİİ f/s. Durğunluq ürək çatmamazlığı İİ f/s. Ürəyin hipertenziyası İİ dərəcə.” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə “ilkin” əlillik təyinatı aparılmış, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması barədə qərar qəbul edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın sonuncu müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsinin “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri.” diaqnozu ilə xx.xx.2024-cü il tarixli B00203523JCZ nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, vətəndaşın əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, 3-17-4/3-3-5061/2024 nömrəli qərara əsasən barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri təngnəfəslikdən, quru və bəlğəmli öskürəkdən, boğulmadan, hərəkət zamanı ürək nahiyyəsində göynədici ağrılardan, baş ağrılarından, baş gicəllənmələrindən, aşağı ətraflarda keyimə hissindən, ağızda quruluqdan, susuzluqdan, ümumi zəiflik və halsızlıqdan olmuş, anamnestik olaraq 2002-ci il tarixində “Vərəm” xəstəliyindən müalicə aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X16 X5 xx.xx.2024-xx.xx.2024-cü il tarixli epikrizinə əsasən diaqnoz “AXOX, ağır gedişli. Kəskinləşmə mərhələsi. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Keçirilmiş ağ ciyər vərəmindən sonra qalıq əlaməti.” şəklində göstərilmiş, Akademik C.M.Abdullayev adına X12 İnstitutunun xx.xx.2024-cü il tarixli tibbi rəyinə əsasən diaqnoz “ÜİX: stabil gərginlik stenokardiyası İİ f.s arterial hipertoniya, İİ dərəcə” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, ağciyər üzərində sərt tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 78 vurğu), dili nəm, ərpsiz, aşağı ətraflarında periferik ödem, şişkinlik, hiperemiya, hiperpiqmentasiya, durğunluq əlamətləri, tük örtüyünün seyrəlməsi izlənilməmiş, periferik nəbz dolğun olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa EXO-KQ (nəticə: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF= 56%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, AS D, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ qeyd edilir.), spirometriya (nəticə: Restriktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur. FVC = 3.38 - 77% , FEV1 = 3.13 - 91% , FVC/FEV1 = 92.60 - 121%.) və həkimoftalmoloq (nəticə: VisOU = 0,05 (yüzdə beş) korreksiya ilə 0.3 (onda üç). Diaqnoz: OU - Yetişməmiş katarakta.) müayinələri aparılmış, burada əldə edilmiş qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 96.5 (doxsan altı tam onda beş) mkmol/l müəyyən edilmiş, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı və heç bir patofunksional pozuntu aşkarlanmamış, həkim-ekspertlər tərəfindən aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinə göndəriş təqdim edilsə də, vətəndaş müayinədən keçməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli B00203523JCZ nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

8. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiya İİİ f/s.Durğuniuq ürək çatmamazlığı İİ f/s.Ürəyin hipertenziyası İİ dər.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120- 125.. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX stabil stenokardiyası İİİ F.S infarkdan sonrakı kardioskleroz. Əvvəllər keçirilən miokard infarktı, infarkdan sonrakı kardioskleroz. Durğunluq ürək çatmamazlığı, infarkdan sonrakı kardioskleroz. Prostat vəzinin hiperplaziyası, prostat vəzinin adenoması. insulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, Şəkərli diabet tip İİ insulin tələbli. Miopiya, miopiya [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya) xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİ mərhələ Əzginlik (süstlük) və yorğunluq, Asteno-nevrotik vəziyyət. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya. Ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması, Yanaşı xəstəliklər J96.0 Kəskin respirator çatmamazlıq, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu qeyd olunur. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacın olması olmuşdur. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2023-cü il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbindən orqanizmin 60% pozulması müəyyən edilmişdir. Diaqnozun mətni: J44.8. Ağciyərin digər X1 xəstəliyi; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => Ağciyərin digər X1 xəstəliyi => Təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı; l-ll dərəcəli xroniki tənəffüs çatışmazlığı. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri. İmtina səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri. İmtina səbəbi diaqnozun öz təsdiqini tapmaması - diaqnoz təsdiqini tapmadı barədə qərar qəbul edilməsi olmuşdur.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla, onda: 1) XBT 10 kodu J44 “digər xroniki obstruktiv ağciyər xəstəliyi” aşkar edilirmi? Əgər aşkar edilirsə, ağağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 1.1.1.1. təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; 1.1.1.3. ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; 1.1.1.4. 18 yaşınadək şəxslərdə tənəffüs çatışmazlığı olmadan (əməliyyatdan əvvəlki hal). 2) XBT 10 kodu J95-J99 “tənəffüs sistemi orqanlarının digər xəstəlikləri” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşakıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 1.1.1.1. təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; 1.1.1.3. ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; 1.1.1.4. 18 yaşınadək şəxslərdə tənəffüs çatışmazlığı olmadan (əməliyyatdan əvvəlki hal). 3) XBT 10 kodu E10-E14 “böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya (ifrazetmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq)” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 11.2.2.1. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİ mərhələ, XBÇ İ mərhələ; 11.2.2.2. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİİ mərhələ, XBÇ ll mərhələ; 11.2.2.3. diabetik nefropatiya, XBX lV mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın (hemodializ, peritoneal dializ, böyrək köçürülməsi) aparılması şərtilə şəkərli diabetin digər ağır və aparılan müalicənin fəsadlarının olmadığı halda; 11.2.2.4. diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyrieffektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması. 4) XBT 10 kodu İ20 - İ25 “Ürəyin işemik xəstəliyi” aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2.2.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.2.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.2.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda. 5) XBT 10 kodu İ10-İ15 “Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə;2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə; 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2025-cü il tarixli T 153/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-5. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən “Bakı Baş Səhiyyə İdarəsindən Tibbi- Sosial Ekspert Komissiyasına göndərilmiş, xx.xx.2024-cü il tarixli, B00203523JCZ saylı göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: J44.8-Ağciyərin digər X1 xəstəliyi, ağciyərin digər X1 xəstəliyi. Ağırlaşma: J96.1- xroniki respirator çatmarnazlıq, xroniki respirator çatmamazlıq. Yanaşı xəstəliklər: B90.9-tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, fi¬li .9-insulindən asılı olmayan şəkərli diabet, agırlaşmalarsız, insulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız. E.55-D vitamininin çatmamazlığı, D vitamininin çatmamazlığı, N40-prostat vəzinin hiperplaziyası, prostat vəzinin hiperplaziyası, N20.O-böyrək daşları, böyrək daşları, İ25.1-ürəyin aterosklerotik xəstəliyi, ürəyin aterosklerotik xəstəliyi. 128-stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları, 111.9-(durğunluq), ürək çatmamazlığı olmadan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), (durğunluq), ürək çatmamazlığı olmadan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi)” diaqnoz xəstənin stasionarda kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Qeyd edilən xəstəliklərin meyarlara görə qiymətləndirilməsi və qərardadda ekspertiza qarşısında qoyulmuş suallar əlilliyin təyininə aid olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

11. Məhkəməni iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

14. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

15. Əlillik altsistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

17. Hazırki iddia mübahisələndirmə haqqında iddiadır.

18. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

19. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016cı il tarixdə “Stenokardiya İİİ f/s.Durğunluq ürək çatmamazlığı İİ f/s.Ürəyin hipertenziyası İİ dər.” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Əlilliyin təyin edilməsindən imtinanın əsası əlavə müalicəyə ehtiyacın olması - əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacın olması olmuşdur. - xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2023-cü il tarixdə “J44.8. Ağciyərin digər X1 xəstəliyi;” 1 il müddətinə ümumi xəstəlik səbəbindən orqanizmin 60% pozulması müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu ilə əlillik verilməsindən imtina edilmişdir. Əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnozun əlillik əlaməti təyin etməməsi olmuşdur. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu ilə əlillik verilməsindən imtina edilmişdir. Əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi olmuşdur.

23. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən 1 il müddətinə ümumi xəstəlik səbəbindən orqanizmin 60% pozulması müəyyən edilmişdir.

24. Daha sonra, yəni bir il müddətdən sonra cavabdeh tərəfindən qiymətləndirilmə aparılaraq diaqnozun əlillik əlaməti təyin etməməsi əsas gətirilərək əlilliyin təyinatından imtina olunmuşdur. Lakin iddiaçı inzibati aktın qəbulundan imtinanı məhkəmə qaydasında mübahisələndirməmiş, məhkəmənin əyani müayinə olunma barədə qərardadı əsasında iddiaçı Tibbi-sosial ekspert komissiyası tətəfindən əyani müayinə olunmuş, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

25. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarın ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən etibarən bərpa edilməsini xahiş edir.

26. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması, əlillik təyinatına əsas ola biləcək xəstəliklərin klinik olaraq öz təsdiqini tapmaması səbəbindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilməmiş, həmin diaqnozun (xəstəliklərin) öz təsdiqini tapmaması bildirilmişdir.

27. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 153/2025 saylı saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “Əsas xəstəlik: J44.8-Ağciyərin digər X1 xəstəliyi, ağciyərin digər X1 xəstəliyi. Ağırlaşma: J96.1- xroniki respirator çatmamazlıq, xroniki respirator çatmamazlıq. Yanaşı xəstəliklər: B90.9-tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, E11.9-insulindən asılı olmayan şəkərli diabet, agırlaşmalarsız, insulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız. E.55-D vitamininin çatmamazlığı, D vitamininin çatmamazlığı, N40-prostat vəzinin hiperplaziyası, prostat vəzinin hiperplaziyası, N20.O-böyrək daşları, böyrək daşları, İ25.1-ürəyin aterosklerotik xəstəliyi, ürəyin aterosklerotik xəstəliyi. İ28-stenokardiyanm digər formaları, stenokardiyanın digər formaları, İ11.9-(durğunluq), ürək çatmamazlığı olmadan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), (durğunluq), ürək çatmamazlığı olmadan ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi)” mövcuddur. Onda olan həmin xəstəliklər stasionarda kliniki, anamnestik, laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir.

28. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəliklər inkar edilməmiş, ekspertiza nəticəsində aşkar olunmuş “J44.8-Ağciyərin digər X1 xəstəliyi, ağciyərin digər X1 xəstəliyi” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 1-ci bənd - Tənəffüs sistemi orqanlarının xəstəlikləri – 1.1.1-ci yarımbənd – “digər xroniki obstruktiv ağciyər xəstəliyi J44” xəstəliyinin - 1.1.1.1. “təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə” qiymətləndirmə meyarı əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda sözügedən diaqnoza (1.1.1.1.) əsasən əlilliyin müddəti orqanizmin funksiyalarının pozulması 35-60% müəyyən olunmaqla 1 il nəzərdə tutulmuşdur.

30. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

31. Odur ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının 24 oktyabr 2024-cü il tarixli 3-17-4/3-3-23467/2024 nömrəli qərarı ləğv edilməli və ona orqanizmin funksiyalarının 35-60% pozulmasının 1 il müddətinə təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

32. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının 24 oktyabr 2024-cü il tarixli 3-17-4/3-3-23467/2024 nömrəli nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-60% pozulmasının 1 il müddətinə təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar