Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2509/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin yerləşmə sxeminin verilməsi tələbinə dair işə məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 70 saylı çıxarışına əsasən ona ayrılmış Maştağa qəsəbəsi, 3-cü kvartal, sahə 5-də fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m həyətyanı torpaq sahəsinin yerləşmə sxeminin (cizgi sxeminin) çəkilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsinin 30 aprel 2021-ci il tarixə təyin edilmiş iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. Cavabdehin nümayəndəsi iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3874/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhər İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 70 saylı çıxarışına əsasən iddiaçıya ayrılmış Maştağa qəsəbəsi, 3-cü kvartal, sahə 5-də fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m həyətyanı torpaq sahəsinin yerləşmə sxeminin çəkilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Göründüyü kimi məhkəmə qərardadının təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mahiyyət etibarı ilə eyni olan eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla qaldırılmış iddiasına əvvəllər məhkəmə iclaslarında baxılaraq hüquqi qiymət verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 8.3-cü bəndinə əsasən iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göründüyü kimi iddiaçı mümkünlük şərtlərinə əməl etmədən eyni predmet üzrə iddia qaldırmışdır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2509/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2509/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver