Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-251/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı və onun vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət XN və Reabilitasiya Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət XN və Reabilitasiya Xidmətinə qarşı Ə.D.Məlikov adına 6 saylı X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət XN və Reabilitasiya Xidmətinə qarşı Ə.D.Məlikov adına 6 saylı X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi yanında Dövlət X22 və Reablitasiya Xidmətinin xx.xx.2018-ci il tarixli imtina cavabının ləğv edilərək onun İİ qrup ümumi əlilliyinin səbəb əlaqəsini dəyişdirilərək, İİ qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi yanında Dövlət X22 və Reablitasiya Xidmətinin xx.xx.2018-ci il tarixli imtinasının qanunsuz hesab edilərək ləğv edilməsi, onun İİ qrup ümumi əlilliyinin səbəb əlaqəsini dəyişdirilərək, İİ qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni N56-cı il təvəllüdlü İddiaçı N88-ci ilin fevral ayından N93-cü ilin fevral ayının 15-dək Fizuli rayonu və onun kəndləri uğrunda gedən döyüşlərdə Hərbi hissə 702-ci briqada, N saylı batalyonda bölük komandiri vəzifəsində (01 №li əmrlə) xidmət etmiş və özündən başqa 85 nəfərə bir zabit kimi komandirlik etmişdir. xx.xx.N92-ci il tarixdə 702-ci briqadada N hərbi hissənin tərkibində Fizuli rayonu ərazisində gedən döyüşlərdə, döyüş zamanı düşməni işğalçılar tərəfindən atılan top mərmilərdən bədəninin sol tərəfindən 4 yerdən qəlpə yarası almış və Füzuli rayonunun Qaraxanbəyli kəndində yerləşən hərbi hospitala gətirilmişdir. xx.xx.N92-ci ci il tarixdən xx.xx.N92-ci il tarixədək həmin hospitalda müalicə olunmuşdur. Lakin, ağır döyüşlər davam etdiyi üçün müalicəsini sona çatdırmadan və xəstəlik sənədini götürmədən xidməti vəzifəsini davam etdirmək üçün hərbi hissəyə geri çağırılmışdır. N93-cü ildən səhhətində qəlpə yaraları olduğu üçün ağrıları imkan vermədiyinə görə, N93-c-ü ilin 15 fevralına qədər döyüş bölgəsində xidmət etmiş, sonra N93-cü ilin may ayının 25-də təyinat alıb Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmətini davam etdirmək üçün əmr alımışdır. Orada, yəni Dövlət Sərhəd Xidmətinin Göytəpə qəsəbəsində olan sərhəd dəstəsində 3 ay xidmət etdikdən sonra onu Naxçıvan MR-da Dövlət Sərhəd Dəstəsinə göndərmişlər, xx xxxxxxxx N93-cü ildən N95-ci ilin fevral ayının 15-dən Naxçıvan MR-da hərbi xidmətdə olmuşdur. Füzuli rayon icra Hakimiyyəti başçısının Dilaqarda kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 76 №li arayışı almışdır. xx.xx.2016-cı il tarixdə Qarabağ hadisələri ilə bağlı N88-ci ilin fevral ayından Füzuli rayonunun ərazi özünümüdafiə dəstəsində könüllü olaraq xx.xx.N93-cü ilədək bölük komandiri vəzifəsində xidmət etmiş və Fizuli raronu ərazisi və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, xx.xx.2015-ci il tarixdə qəflətən xəstələnmiş, Ə.D.Məlikov adına 6 Ns-li X11nda müalicə almışdır. Bakı şəhər Ə.D.Məlikov adına X11nda xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək xəstəxana şəraitində müalicə olunmuş, Bakı şəhər Akademik C.Abdullayev adına E.T.Kardiologiya İnstitutunda xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək müalicə olunmuşdur. Bakı şəhər Ə.D.Məlikov adma X11nda xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək xəstəxana şəraitində müalicə olunmuş, Bakı şəhər Ə.D.Məlikov adına X11nda xx.xx.2016- cı il tarixdən xx.xx.2016-cı il tarixədək xəstəxana şəraitində müalicə olunmuşdur. Bunlara baxmayaraq poliklinika natamam doldurduqları forma 88-i yenidən doldurmaqdan imtina etmişlər. xx.xx.2018-ci il tarixdə göndərilən forma 88-ə imtina cavabı verilmişdir. Həmin cavab verilmiş aktda göstərilmişdir ki, forma 88 göndəriş aktı natamam doldurulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mülahizədə göstərilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə “ÜİX gərginlik stenokardiyası İİİ f.s.QDÇ İİ dərəcə. İnsulindən asılı olmayan şəkərli diabet orta-ağır forma” diaqnozu ilə ilkin müayinə olunmuş və müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0056003AABQ6 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X5 müayinə edilərək rəy verilmişdir. Həmin rəyin əsasında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 743 saylı qərar verilmişdir. MHHK-nın qərarı ilə İddiaçı N92-ci ildə aldığı “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır isiqamətdə, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında bir neçə ədəd köhnə çapıq toxuma” diaqnozlu travmanın səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Qiymətləndirməyə əsas verən 0056003AABQ6 saylı göndərişdə əsas xəstəlik kimi “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır isiqamətdə, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında bir neçə ədəd köhnə çapıq toxuma.sol bazu oynağının hərəkət məhdudluğu, ağrı sindromu” diaqnozlu travma göstərilmişdir. Lakin travmanın hal hazırda əlilliyin təyininə əsas verə biləcək heç bir ağırlaşma qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “X2 haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında X2 tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0056003AABQ6 saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, N-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın 3.1. bəndinə görə “Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir” Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 743 nömrəli qərarında “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi müəyyən edilmiş “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır isiqamətdə, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında bir neçə ədəd köhnə çapıq toxuma” diaqnozlu travmalar əlilliyin təyininə əsas vermir. Səhiyyə müəssisəsinin 0056003AABQ6 saylı göndərişində N92-ci il tarixdə alınmış travmanın əlilliyin təyininə əsas verəcək ağırlaşmaları qeyd edilməmişdir. Eləcə də travmanın alındığı vaxtdan hazırkı dövrə kimi hansı müalicələrin alınması barədə heç bir məlumat qeyd edilməmişdir. Buna görə də 0056003AABQ6 saylı göndəriş əsasında düzgün olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir.X2 tərəfindən İddiaçı hüquqlarının pozulması istiqamətində hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun vəkili ayrı-ayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi mülahizədə qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən göstərilənlərin nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; xx.xx.2009-cu il tarixdə Füzuli rayon polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.N56-cı ildə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş İddiaçı Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ümümi xəstəlik üzrə İİ qrup əlil kimi İddiaçı 000129 saylı əlillik vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X14 tərəfindən tərtib edilmiş K/544 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktından görünür ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2017) döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətdə, 5-ci qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sol arxa səthində, yuxarıda qeyd edilən xətt üzrə 9-cu qabırğa proyeksiyasında bir ədəd, döş qəfəsinin sol yan səthində, arxa qoltuq xətti, 10-cu qabırğa proyeksiyasında isə bir ədəd köhnə çapıq toxumalar aşkar edilmiş, onun xəsarət almasından uzun müddət keçməsi səbəbindən qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, N92-ci ilin iyun ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür. Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət XN və Reabilitasiya Xidməti 6 saylı X23 Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli xxxxxxx0004 saylı arayışdan müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı ildə ilkin müayinədən keçmiş və “ÜİX gərginlik stenokardiyası İİİ f.s. QDÇ İİ dərəcə.İnsulindən asılı olmayan şəkərli diabet orta-ağır forma” diaqnozu ilə ümumi xəstəliklə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2- 6562 saylı arxiv arayışından müəyyən olunur ki, N saylı hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 01 saylı əmrində İddiaçı bölük komandiri vəzifəsinə təyin edilməsi və komandirin xx.xx.N93-cü il tarixli N saylı əmrində hərbi hissənin şəxsi heyətininin siyahısından çıxarılması barədə məlumat vardır. Əmrlərdə atasının adı yazılmadığından, məlumatın İddiaçı aid olduğunu təsdiq etmək mümkün deyildir. N nömrəli hərbi hissə komandirinin N90-cı il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivinə daxil olmadığından, İddiaçı yaralanması barədə məlumat verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 137 saylı arayışından müəyyən edilir ki, N59-cu il təvəllüdlü X21, N55-ci il təvəllüdlü X17 və N54-cü il təvəllüdlü X4 izahatlarına əsasən İddiaçı hərbi xidmət zamanı yaralanmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 16 saylı arayışından müəyyən edilir ki, İddiaçı xx.xx.N92-ci ildən xx.xx.N93-cü il tarixinədək N nömrəli hərbi hissədə, xx.xx.N93-cü il tarixdən xx.xx.N98-ci il tarixinədək MTN Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2005-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata götürülmüşdür. Onun müraciətində xx.xx.N92-ci il tarixdə N(702) nömrəli hərbi hissənin tərkibində Füzuli rayon istiqamətində gedən döyüşlər nəticəsində yaralandığı göstərilmişdir. Füzuli rayon İcra hakimiyyəti başçısının Dilağarda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli 76 saylı arayışından görünür ki, N56-cı il təvəllüdlü baş leytenant İddiaçı Qarabağ hadisələri ilə bağlı N88-ci ilin fevral ayından kənd ərazi özünümüdafiə dəstəsində könüllü olaraq, xx.xx.N91-ci il tarixinədək Bölük komandiri vəzifəsində xidmət etmiş, Füzuli və onun kəndləri uğrunda hərbi əməliyyatlarda iştirak etmişdir. Ə.D.Məlikov adına 6 №li X11 tərəfindən xx.xx.2018-ci il tarixli 0056003AABQ6 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.N92-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətində, 5-ci, 9-cu və 10-cu qabırğa proyeksiyasında 1 neçə ədəd köhnə çapıq toxuma, sol bazu oynağının hərəkət məhdudluğu, ağrı sindromu” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətində, 5-ci, 9cu və 10-cu qabırğa proyeksiyasında 1 neçə ədəd köhnə çapıq toxuma, sol bazu oynağının hərəkət məhdudluğu, ağrı sindromu qeyd edilmişdir.Yanaşı xəstəliklər kimi "[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertoniya xəstəliyi İİİ m, insulindən asılı olmayan şəkərli diabet İİ tip, oynaqda ağrı, bazu oynağının hərəkət məhdudluğu ağrı sindromu, ətrafın nisbi funksiya pozğunluğu, diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), stenokardiyanın digər formaları. ÜİX gərginlik stenokardiyası İİİ fs, sol mədəcik çatmazlığı, qan dövranı çatmazlığı İİ dərəcə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi X1 sonuncu müayinəyə dair xx.xx.2018-ci il tarixli məlumatla 0056003AABQ6 saylı göndərişlə göndərilmiş № 088 saylı arayış üzrə İddiaçı əlillik təyinatından imtina edilmişdir. İmtınanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: göndərişin natamam doldurulması. Ətraflı: Xəstəliyin başlanma tarixi N92-ci ildən göstərildiyi halda, stasionar epikrizləri, ambulator müraciətləri qeyd olunmayıb. Diaqnoz: Döş qəfəsəinin digər dəqiqləşdirilmiş travmaları, Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin sol arxa səthində, kürək xəttindən bir qədər bayır istiqamətdə V, İX və X qabırğa proyeksiyasında 1 neçə ədəd köhnə çapıq toxuma. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0056003AABQ6 saylı göndərişi əsasında qiymətləndirilən zaman qüvvədə oilmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “X2 haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (X2) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsaəsn, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “X7 Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və X15 Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və X15 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 Sosial Ekspertiza və X16 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEKin çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, lakin xx.xx.2020-ci il tarixdə İddiaçı ekspertizadan keçməkdən imtina etdiyindən iş ekspertiza aparılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunanlara əsasən məhkəmə “X2 haqqında Əsasnamə”sinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (X2) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, iddiaçının isə mübahisələndirilən məsələ ilə bağlı məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının iddiası sübuta yetiilmiş hesab oluna b ilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-251/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-251/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver