Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2510/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X23 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X6 və qeyriləri işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X6, X18, X2, X15 və X17 işə cəlb edilməklə X3, X12, X1, X8 və X11 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanında yerləşən evi 20 fevral 2004-cü il tarixində daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında X5 almışdır. Mənzili aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, həmin mənzilə dair çıxarış əldə etmişdir. Ona məlum olmayan şəxslər müxtəlif vaxtlarda həmin ünvana ona məlum olmayan şəxs tərəfindən qeydiyyata alınmışdır. Həmin şəxslərin onun mülkiyyətində olan evə qeydiyyata alınması ilə bağlı o, razılıq verməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanında ona məlum olmayan X6, X18, X2, X15 və X17 qeydiyyata alınmışdırlar. Bununla əlaqədar, o, cavabdehə müraciət edərək yuxarıda qeyd etdiyi şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh onun müraciəti əüsasında ona ***-**** nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubu ilə cavab vermişdir. Həmin imtina məktubunda qeyd edilmişdir ki, mövcud problemlə əlaqədar, o, mülki qaydada məhkəməyə müraciət etməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2510/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan X18 3-cü şəxs qismindən çıxarılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə 091-55134-1220 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq İddiaçı iddiası ilə təyin edilmiş məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsinə və iddianın təmin edilməsinə etiraz etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya X3 və qeyrilərinin qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşdə olan 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışının surətindən görünür ki, X6, X18, X2, X15 və X17 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanında qeydiyyatdadırlar. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş Bakı şəhəri 19 saylı dövlət notariat ofisində 20 fevral 2004-cü il tarixdə, 4Ə/155 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 134729 nömrəli, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə X9 məxsus olmuş, X13 AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən sözügedən mənzili İddiaçı satmışdır. Mənzilə dair alğı-satqı müqaviləsi bağlanarkən, notariat kontoruna təqdim edilmiş 24 saylı MKİS tərəfindən verilmiş 707 nömrəli, fevral 2004-cü il tarixli arayışdan müəyyən edilmişdir ki, X13 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanında yerləşən 1 mərtəbəli evin, 1-ci mərtəbəsində, 18.3 kv.m sahəsi olan 1 otaqlı mənzildə 1969-cu il tarixdən qeydiyyatda olmaqla yaşamışdır. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 026741 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanında yerləşən, ümumi sahəsi 37.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 091-21331-1220 nömrəli cavab məktubundan görünür ki, X6 2004-cü ildə, 2008-ci il təvəllüdlü X18 2016-cı ildə, X2 2003-cü ildə, X15 2005-ci ildə, X17 isə 2013-cü ildə ünvan 1 ünvanında qeydiyyata alınmışlar. Qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanunamüvafiq qaydada məhv edilmişdir. İşdə olan 24 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 82 nömrəli, 21 sentyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, 1-ci Alatava küçəsi, ev 12 B ünvanı xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçıan məxsusdur. Baxşiyeva (Dünyamalıyeva) Südabə Mirabbas qızı, X15 və X17 eyni ünvan altında başqa evlərdə qeydiyyatdadırlar. X1 qeydiyyatı barədə MKİS-də məlumat yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir və o, ailə üzvləri ilə birlikdə 2004-cü ildə, fərdi yaşayış evini alğısatqı müqaviləsinə əsasən aldıqdan etibarən həmin evdə yaşayır. İddiaçı sözügedən fərdi yaşayış evini əvvəlki mülkiyyətçisindən (ev 1998-ci ildən, əvvəlki mülkiyyətçi X7 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir) alan zaman (2004-cü ildə), həmin ünvanda əvvəlki mülkiyyətçi X5 başqa heç kim qeydiyyatda olmamışdır. 3-cü şəxslər mübahisəli evdə qeydiyyatda olsalar da, onlar o evdə yaşamamışlar. Həmin şəxslər eyni ünvan altında gedən başqa evlərdə qeydiyyatdadırlar. 3-cü şəxslərin mübahisəli ünvan üzrə qeydiyyatları 2004- 2016-cı illər arasında aparılıb ki, həmin illər ərzində fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmuş və onun mülkiyyətçi kimi 3-cü şəxslərin həmin evə qeydiyyata alınmasına dair heç bir razılığı olmamışdır. Göründüyü kimi, 3-cü şəxslərin iddiaçıya məxsus ünvana qeydiyyata alınmasına “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmamışdır. Buna görə də, iddiaçı 3-cü şəxslərin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün əsas verən sənədlər – hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və ya kirayə müqaviləsi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X4 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə eləcə də qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideyinlərinin, övladlığa götürənlərin və ya qəyyumlarnı yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideyinlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi, hazırki iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X18 ailəsi ilə birlikdə yaşadığından, onun yaşayış yeri valideyinlərinin yaşayış yeri olduğundan, o, da həmin ünvandan pasport qeydiyyatından çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X14 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X3, X12, X1, X8 və X11 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 12 B ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2510/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2510/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver