Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2511/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1962-ci il tarixli, 587 saylı doğum haqqında akt qeydində uşağın adı qrafasının “Kamilə”-dən “Kəmalə”-yə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1962-ci il tarixli, 587 saylı doğum haqqında akt qeydində ad qrafasında adın “Kamilə”-dən “Kəmalə”-yə düzəliş edilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci il tarixdə Ağdam şəhərində doğulmuşdur. İddiaçıya məxsus Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1962-ci il tarixli, doğum kitabında 587 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədə adı Kamilə qeyd edilmiş, əslində isə adı Kəmalə olmalıdır. Barəsindəki digər bütün sənədlərdə - şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə, uşağının doğum haqqında şəhadətnaməsi, əmək kitabçası, diplom, attestatda düzgün olaraq adı Kəmalə qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında qeydiyyatı kitabında düzəliş edilməsi ilə əlaqədar müvafiq olaraq məskunlaşdığı ərazi, yəni Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin orada iddiaçıya bu barədə imtina edilərək məhkəməyə müraciət etməyi bildirilmişdir. Göstərilənlərdən aydın olduğu kimi iddiaçının doğum haqqında şəhadətnaməsində başqa qaydada düzəliş edilməsi mümkün deyildir və ona görə də, mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq bu məsələ məhkəmə qaydasında həll edilməlidir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 05113-2320 saylı imtina məktubunda iddiaçıya cavab olaraq bildirilmişdir ki, Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmış 03.12 1962-ci il tarixli 587 saylı doğum akt qeydində uşağın adı qrafasına “Kamilə” yazılmışdır. Təqdim etdiyi AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində isə adı “Kəmalə” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığından müraciətinin qeydiyyat şöbəsində icrası mümkün deyildir. Məsələnin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - Ağdam rayonu VVADQ tərəfindən aparılmış xx.xx.1962-ci il tarixli 587 saylı doğum haqqında akt qeydindən görünür ki, iddiaçının adı Kamilə kimi qeyd edilmişdir. - Ağdam RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı Kəmalədir. - Ağdam rayonu VVADQ tərəfindən verilmiş V-ЖГ № 359364 saylı nikahın bağlanması haqqında şəhadətnmadən görünür ki, iddiaçının adı Kəmalədir. - Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı № 409201 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçının adı Kəmalədir. - Bakı şəhər Sabunçu rayon İcra hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 4564 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı adı Kəmalədir və o, Ağdam rayonundan məcburi köçkündür, Maştağa qəsəbəsi bağ 310b ünvanında məskunlaşıb, qeydiyyatsız yaşayır. - İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçının adı Kəmalədir. - İddiaçıya məxsus УВ-İ № 114129 saylı diplomdan görünür ki, iddiaçının adı Kəmalədir. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən və digər sənədlərdən də göründüyü kimi iddiaçının adı Kəmalə oldugu halda, qeydiyyat aktında iddiaçının adı Kamilə kimi yazılmışdır. Bu yanlışlığın düzəldilməsi üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, iddiaçıya məxsus bütün sənədlərdə, həmçinin, şəxsiyyətini müəyyən edən əsas sənəddə olan adı Kəmalə kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə məhz cavabdeh öz səlahiyyətlərini düzgün icra etməməsinə görə yaranmışdır. Belə ki, iddiaçının adı doğum akt qeydində düzgün yazılmamışdır. Bununla da, ”Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 10.2-ci bəndinin tələbləri pozulmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1962-ci il tarixli, 587 saylı doğum haqqında akt qeydində ad qrafasında adın “Kamilə”-dən “Kəmalə”-yə düzəliş edilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1962-ci il tarixli, 587 saylı doğum haqqında akt qeydində ad qrafasında adın “Kamilə”-dən “Kəmalə”-yə düzəliş edilməsi və yeni dogum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2511/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2511/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver