Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2516/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı2 və X10, üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X8 iştirakları ilə, iddiaçılar İddiaçı2, X10 və İddiaçı1 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil - Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2, X16 və İddiaçı1 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Şəxsiyyət vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, yəni İddiaçı2, X16 və İddiaçı1 ünvan 1 ünvanına qeydiyyata alınmaları üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanı İddiaçı2 əri X5 məxsusdur. Sözü gedən mənzil onlara 2000-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən müvəqqəti olaraq kirayə verilmişdir. Sonradan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Məhkəməsində X5 qarşı “zəbt olunmuş otaqlardan çıxarılma” tələbinə dair iddia qaldırmış və iddiası Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2009-ci il qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən X9 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli 2(103)-1742/2010 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Belə ki, evin bütün kommunal xərcləri onların tərəfindən ödənilir. Onlar Binəqədi rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olsalar da, 20 ildən çoxdur ki, ünvan 1 ünvanında yaşayırlar. ünvan 1 ünvanında yalnız X9 qeydiyyatdadır. Hazırda onlar neçə illərdir ki, qeyd olunan ünvanda yaşayırlar və qeydiyyatlarının yaşadıqları yer üzrə olmamaları onlar üçün xeyli çətinlik yaradır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı2 ünvan 1 ünvanına onun və aliə üzvlərinin qeydiyyata alınması üçün Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsi 16.07.2021-ci il tarixli, 059-23158B nömrəli məktubu ilə onları həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 23 sentyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iş üzrə əsl olmayan cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsi əsl cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi ilə əvəz olunmuş, Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin və üçüncü şəxslərin iddia tələbinə dair yazılı etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, üçüncü şəxs isə gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İddiaçılar İddiaçı2 və X16 məhkəmə iclasında ayrı-ayrılıqda verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X15 məhkəmə iclasında verdiyi izahatında mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddiaçıların və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; 04.04.1983-cü ildə verilmiş İİ- SL 280853 №li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 ilə İddiaçı2 arasında bağlanmış nikah 1983-cü ilin aprel ayının 4-də qeydiyyata alınmışdır. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2 məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən (“Elektron məhkəmə sistemi”ndən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından) müəyyən olunur ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 7-cü mikrorayon, X20 küçəsi, ev 1 inzibati binada qeydiyyatdadır. xx.xx.1986-cı il təvəllüdlü İddiaçı1 məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. 01.12.1983-cü il təvəllüdlü X11 məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən (“Elektron məhkəmə sistemi”ndən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından) müəyyən olunur ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. 1 saylı Bakı “ASAN xidmət” tərəfindən 18.11.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №li arayışından görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında 13.10.2020-ci il tarixdən X9 qeydiyyatdadır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 18.11.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş X9 tərəfindən ayrıayrılıqda verilmiş ərizələrdən müəyyən olunur ki, o, ünvan 5 ünvanına İddiaçı2, X10 və İddiaçı1 qeydiyyata alınmalarına etiraz etmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(103)- 1742/2010 nömrəli 13 may 2010-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10.11.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X5, X1, X2 və İddiaçı1 qarşı “zəbt olunmuş otaqlardan çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X9 və onun ailə üzvlərinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi 44 saylı binanın 1 ci mərtəbəsində yerləşən, sahəsi 39,58 kv/m olan 3 otaqdan çıxarılmaları qət edilmişdir. Cavabdehlər X9, X6, X7 və İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2009-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(103)- 1742/2010 nömrəli 13 may 2010-cu il tarixli qətnaməsi ilə cavabdehlər X9, X6, X7 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin cavabdehlər X5, X1, X2 və İddiaçı1 qarşı cavabdeh X3 və onun ailə üzvlərinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi 44 saylı binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 39,58 kv/m olan 3 otaqdan çıxarılmalarına dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Hazırkı tələblə bağlı İddiaçı2 ərizəsinə Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli 059-23158B №li cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun, X10 və X4 ünvan 6 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun və ailə üzvlərinin göstərilən ünvana tərəflərindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********71 №li 13.10.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 6 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04/09-11-31/2221 №li 22.10.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 6 ünvanı hazırda X3, İddiaçı2, X10 və İddiaçı1 istifadəsindədir, bina 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. 21.09.2000-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyi tərəfindən H3-690 saylı məktubla sahəsi 19 kv. metr olan 1 otaqlı mənzil 11.10.1955-ci il təvəllüdlü X5 müvəqqəti yaşamaq üçün verilmişdir. Mənzilin sahibi İddiaçı1 həmin ünvanda qeydiyyatdadır, arvadı İddiaçı2 Polis İdarəsinin inzibati binasında, X16 və İddiaçı1 isə Binəqədi rayonu, R.İsmayılov küçəsi, 7 saylı yataqxanada qeydiyyatdadırlar. - Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 6ÜŞ-36079/2021 nömrəli 13.12.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1742/2010 nömrəli 13 may 2010-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçılar cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İddiaçıların qeydiyyata düşmək istədikləri ünvan 1 ailə üzvləri ilə birlikdə onların istifadəsində olmaqla, uzun müddətdir ki, onların daimi yaşayış yeri olduğuna və ailə üzvlərinin Polis İdarələrinin inzibati binasında və yataqxanada qeydiyyatda olduqlarına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçılar İddiaçı2, X10 və İddiaçı1 ünvan 6 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı2, X10 və İddiaçı1 ünvan 6 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2516/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2516/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver