Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2516/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “xidmət ilin hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci il tarixindən xx.xx.1993cü il tarixinədək xidməti ilinin hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 12 Yanvar 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikasında yaşamış və həmin tarixdə Azərbaycan Respublikasının Daxili X9 Qoşunlarında xidmətə qəbul edilmişdir. İddiaçı Daxili Qoşunların invertarlaşma şöbəsində xidmətə başlamış, xx.xx.1993-çü il tarixində xidmətini DİN-nin X10 İdarəsində davam etdirmiş, xx.xx.2006-cı il tarixinə kimi YMİ-də və xx.xx.2009-cu il tarixinə kimi Fövqəladə Hallar Nazirliyində xidmət etmiş, ehtiyatsızlıqdan baş vermiş hadisə zamanı sağ əlində xəsarətlərin olması ilə əlaqədar iddiaçı FHN-də tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək xidməti ilinin hesablanmasını və əmək pensiyasıın təyin edilməsini tələb etsə də, iddiaçı barəsində heç bir məlumatın olmaması və hal hazırda Bakı şəhərində yerləşən Daxili Qoşunların arxiv materiallarının məhv edilməsi və Daxili Qoşunlardakı xidmət ilinin hesabat vərəqəsinə əlavə edilməməsi barədə cavab verilmişdir. Nəticədə iddiaçının ümumi xidmət ilinin az hesblanması iddiaçının əmək pensiyası hüququna da təsir etmişdir. İddiaçı qeyd edir ki, 12 Yanvar 1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Daxili Qoşunlarda xidmət edərək hər ay üçün əmək haqqı almış və dəfələrlə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə ezam edilmişdir. İddiaçı eyni zamanda bildirir ki, X7, Musayev Salman və X13 1991-ci ildə iddiaçı ilə eyni vaxtda xidmət etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Daxili Qoşunların arxiv sənədlərində iddiaçının Daxili Qoşunların tərkibində xidməti keçməyi barədə hər hansı məlumat aşkar edilməmişdir. X6 Muxtar Respublikasında yerləşən hərbi hissəsinin arxivdə saxlanılan sənədləri 20 dekabr 1992-ci il tarixdən sonrakı dövrü əhatə edir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, arxiv sənədlərində iddiaçının Daxili Qoşunların tərkibində xidməti keçməyi barədə hər hansı məlumat aşkar edilməmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, arxiv sənədlərində iddiaçının Daxili Qoşunların tərkibində xidməti keçməyi barədə hər hansı məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində N saylı hərbi hissə fəaliyyət göstərməmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “xidməti ilin hesablanması” barədə iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 12 yanvar 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında yaşamış, həmin tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə qəbul edilmiş, xidmət etdiyi Daxili Qoşunların invertarlaşma şöbəsində xidmətə başlamış, 21 fevral 1993-cü il tarixdən 31 may 2006-cı il tarixədək Daxili İşlər Nazirliyinin X11 İdarəsində xidmət keçmiş, 29 aprel 2009-cu il tarixə kimi isə Fövqəladə Hallar Nazirliyində xidmət etmiş, ehtiyatsızlıqdan baş vermiş hadisə zamanı sağ əlində xəsarətlərin olması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Həmçinin iddiaçı ərizəsində xidməti dövründə X6 şəhərində yerləşən alayına, Daxili Qoşunların Baş İdarəsinə xx.xx.1990-cı il tarixdən xidmət etdiyi və xidməti dövründə əmək haqqı alması üçün hesabat vərəqəsinin və xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək xidmət ilinin hesablanmasını, əmək pensiyasının təyin edilməsini tələb etsə də, Daxili Qoşunlarda xidmət ilinin hesabat vərəqəsinə əlavə edilməməsi və barəsində heç bir məlumatın olmaması, hazırda Bakı şəhərində yerləşən Daxili Qoşunların arxiv materiallarının məhv edilməsi barədə cavab verilmiş, bu da, onun ümumi xidmət ilinin 3 ildən çox az hesablanılmasına səbəb olmuşdur. Eyni zamanda, iddiaçı ərizəsində qeyd etmişdir ki, 12 yanvar 1991-ci il tarixdən 21 fevral 1993-cü il tarixədək Daxili Qoşunlarda xidmət edərək hər ay üçün əmək haqqı almış və dəfələrlə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə ezam edilmişdir. Yuxarıda göstərilənlərlə yanaşı iddiaçı ərizəsində bildirmişdir ki, 1991-ci ildə onunla X7, Musayev Salman və X13 ilə eyni vaxtda xidmət etmişdirlər. Həmçinin, iddiaçı bildirmişdir ki, Daxili Qoşunların məsuliyyətsizliyi nəticəsində onun xidmət ili barədə hesabat vərəqəsinin verilməməsi, onun xidmətinin 3 il az hesablanması uzun müddət əmək pensiyasının az hesablanmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən iddiaçı 12 yanvar 1991-ci il tarixdən 21 fevral 1993-cü il tarixədək xidmət ilinin hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirəm və iddia təmin olunmamalıdır. Belə ki, Daxili Qoşunların arxivindən verilmiş 383 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan məlum olmuşdur ki, arxiv sənədlərində İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı ərizəsində 12 yanvar 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında yaşadığını, həmin tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə qəbul edildiyini, xidmət etdiyi Daxili Qoşunların invertarlaşma şöbəsində xidmətə başladığını, 21 fevral 1993-cü il tarixdən Daxili İşlər Nazirliyinin X11 İdarəsində xidmətə başladığını, xidməti dövründə X6 şəhərində yerləşən alayına, Daxili Qoşunların Baş İdarəsinə xx.xx.1990-cı il tarixdən xidmət etdiyi və xidməti dövründə əmək haqqı alması üçün hesabat vərəqəsinin və xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək xidmət ilinin hesablanaraq əmək pensiyasına əlavə edilməsini tələb etdiyini, Daxili Qoşunlarda xidmət ilinin hesabat vərəqəsinə əlavə edilməməsi və barəsində heç bir məlumatın olmamasını, hazırda Bakı şəhərində yerləşən Daxili Qoşunların arxiv materiallarının məhv edilməsi barədə cavab verilməsini, bu da, onun ümumi xidmət ilinin 3 ildən çox az hesablanılmasına səbəb olduğunu bildirmişdir. Yuxarıda göstərilən xüsusatlar üzrə qeyd edirik ki, iddiaçının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinə Daxili Qoşunların Baş idarəsində baxılmış, 3-13-14/2-H-3 6xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 3-13-14/2-H-3662/2-11/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktublarla ona arxiv sənədlərində Daxili Qoşunların tərkibində xidmət keməsi barədə hər hansı məlumatın aşkar edilməməsi və Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində N saylı hərbi hissənin fəaliyyət göstərməməsi barədə cavab verilmişdir. Həmçinin, iddiaçı ərizəsində Daxili Qoşunların məsuliyyətsizliyi nəticəsində onun xidmət ili barədə hesabat vərəqəsinin verilməməsi uzun müddət əmək pensiyasının 3 il az hesablanmasına səbəb olması ilə ittiham etsə də, arxiv sənədlərindən məlum olmuşdur ki, iddia edilən tarixlərdə Daxili Qoşunların tərkibində N saylı hərbi hissə fəaliyyət göstərməmişdir. Qeyd olunanlardan məlum olur ki, N saylı hərbi hissə Daxili Qoşunların tərkibində fəaliyyət göstərmədiyi üçün iddiaçı barəsində arxiv məlumatlarının olması qeyrimümkündür. İddiaçı ərizəsində 1991-ci ildə onunla X7, Musayev Salman və X13 ilə eyni vaxtda xidmət etdiyini bildirsə də, Daxili Qoşunların arxivindən verilmiş arayışlardan məlum olmuşdur ki, X4 (arayış № 384, xx.xx.2023-cü il) və X8 (arayış № 385, xx.xx.2023-cü il) Daxili Qoşunlarda xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır. Daxili Qoşunların arxivindən verilmiş 382 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, X12 N saylı hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli 292 nömrəli əmrilə xidmətini davam etdirmək üçün Naxçıvan şəhərindən N saylı hərbi hissədən gəlmiş hesab edilmişdir. Barəsində ilk məlumatdır, N saylı hərbi hissənin sənədləri arxivdə mövcud deyil. Beləliklə yuxarıda göstərilənlərdən məlum olur ki, İddiaçı xidmət etdiyi N saylı hərbi hissə Daxili Qoşunların tərkibində fəaliyyət göstərmədiyi üçün onun barəsində Daxili Qoşunların arxivində məlumatlarının olması qeyri-mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən iddia tələbi üzrə Daxili Qoşunların Baş idarəsinin cavabdeh kimi cəlb edilməsi mümkünlük şərtlərinə cavab vermir.
7. Azərbaycan Respublikasə DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 382 nömrəli Arxiv arayışına əsasən polkovnik X5 Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:
1. N saylı hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli 292 №-li əmrilə xidmətini davam etdirmək üçün Naxçıvan şəhərindən N saylı hərbi hissədən gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 1-ci patrul taboru 2-ci patrul bölüyünün komandiri vəzifəsinə təyin edilib, vəzifəsinin icrasına başlamış hesab edilmişdir (barəsində ilk məlumatdır, N saylı hərbi hissənin sənədləri arxivdə mövcud deyil);
2. Daxili qoşunların komandanının xx.xx.1992-ci il tarixli 1 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 48 №-li əmrilə döyüş və mənəvipsixoloji hazırlığı qrupunun rəisi vəzifəsinə edilmişdir;
3. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 124 №-li əmrilə xidməti-döyüş tapşırığını yerinə yetirmək üçün 19 may 1992-ci il tarixdən Zəngilan şəhərinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
4. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 167 №-li əmrilə xidməti-döyüş tapşırığını yerinə yetirib, 03 iyul 1992-ci il tarixdə Zəngilan şəhərindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
5. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 188 №-li əmrilə xidmətini davam etdirmək üçün hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq N saylı hərbi hissəyə getmiş hesab edilmişdir;
6. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 18 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, hissə komandirinin sərəncamında hesab edilmişdir;
7. Daxili qoşunların komandanının xx.xx.1992-ci il tarixli 83 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə 20 avqust 1992-ci il tarixdən hissə komandirinin sərəncamından azad edilib, hissə komandirinin müavini vəzifəsinə təyin edilmişdir;
8. Daxili işlər nazirinin xx.xx.1992-ci il tarixli 1738 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə növbəti “mayor” hərbi rütbəsi verilmişdir;
9. Daxili qoşunların komandanının xx.xx.1992-ci il tarixli 147 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 97 №-li əmrilə 05 oktyabr 1992-ci il tarixdən hissə komandirinin müavini vəzifəsindən azad edilib, hərbi hissə komandiri vəzifəsinə təyin edilmişdir;
10. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 39 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin komandiri vəzifəsindən azad edilib, Daxili qoşunların komandanının sərəncamına çıxarılmışdır;
11. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 114 №-li ş/h üzrə əmrilə Daxili qoşunların komandanının sərəncamından azad edilib, döyüş hazırlığı şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir;
12. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 203 №-li n/h üzrə əmrilə 01 aprel 1993-cü il tarixdən Ağdam və Ağdərə rayonlarından xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
13. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 208 №-li n/h üzrə əmrilə hərbi əməliyyatları yerinə yetirmək üçün Ağdam və Ağdərə rayonlarına cəlb olunmuş hərbi qulluqçuların siyahısında 06 mart 1993-cü il tarixdən 01 aprel 1993-cü il tarixdək olan müddət daxil olmaqla vəzifəsinə və hərbi rütbəsinə görə məvacibi 3 (üç) qat ödənilmişdir;
14. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 405 №-li n/h üzrə əmrilə 28 iyun 1993-cü il tarixdən Ağdam rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
15. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 4N №-li n/h üzrə əmrilə 07 iyul 1993-cü il tarixdən Ağdam rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
16. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 704 №-li n/h üzrə əmrilə 13 noyabr 1993-cü il tarixdən Beyləqan rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
17. Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 721 №-li n/h üzrə əmrilə 05 dekabr 1993-cü il tarixdən Beyləqan rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
18. Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 15 №-li n/h üzrə əmrilə 16 yanvar 1994-cü il tarixdən Beyləqan rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
19. Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 38 №-li n/h üzrə əmrilə 12 fevral 1994-cü il tarixdən Beyləqan rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
20. Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 71 №-li n/h üzrə əmrilə 24 mart 1994-cü il tarixdən Füzuli rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
21. Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 95 №-li n/h üzrə əmrilə 17 aprel 1994-cü il tarixdən Füzuli rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
22. Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 150 №-li n/h üzrə əmrilə 21 iyun 1994-cü il tarixdən Füzuli rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
23. Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 175 №-li n/h üzrə əmrilə 19 iyul 1994-cü il tarixdən Füzuli rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;
24. Daxili işlər nazirinin xx.xx.1999-cu il tarixli 499 №-li əmrinə əsasən Daxili qoşunların komandanının xx.xx.1999-cu il tarixli 29 №-li ş/h üzrə əmrilə döyüş hazırlığı şöbəsinin rəisi vəzifəsindən azad edilib, 22 mart 1999-cu il tarixdən döyüş hazırlığı idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir;
25. Daxili işlər nazirinin xx.xx.1999-cu il tarixli 2207 №-li əmrinə əsasən Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 1 №-li ş/h üzrə əmrilə döyüş hazırlığı idarəsinin rəisi vəzifəsindən azad edilib, 30 dekabr 1999-cu il tarixdən inspeksiya şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir;
26. Daxili işlər nazirinin xx.xx.2009-cu il tarixli 221 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 16 №-li n/h üzrə əmrilə İnspeksiyanın rəisi vəzifəsindən azad edilib, 05 fevral 2009-cu il tarixdən Daxili qoşunların komandanının sərəncamında hesab edilmişdir;
27. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 46 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının sərəncamından azad edilib, 15 may 2009-cu il tarixdən həqiqi hərbi xidmətdən azad edilərək Silahlı Qüvvələrə ehtiyata buraxılmış və qeydiyyata alınmaq üçün Xətai RHK-ya göndərilməklə DQBİ-nin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır.
8. Azərbaycan Respublikasə DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 383 nömrəli Arxiv arayışına əsasən arxiv sənədlərində İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır.
9. Azərbaycan Respublikasə DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 384 nömrəli Arxiv arayışına əsasən arxiv sənədlərində X2 Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır.
10. Azərbaycan Respublikasə DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 385 nömrəli Arxiv arayışına əsasən arxiv sənədlərində X8 Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır.
11. Azərbaycan Respublikasə DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 40 nömrəli Arxiv arayışına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində N saylı hərbi hissə fəaliyyət göstərməmişdir.
12. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçıya Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası ödənilmişdir. Əlilliyin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar iddiaçıya əlilliyə görə pensiya ödənişi 30 sentyabr 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-486 nömrəli məlumat vərəqəsində iddiaçının təqvim üzrə xidmət illəri 18 il 1 ay 18 gün qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçının hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvimi xidmət müddəti mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 20 təqvim ili xidmət müddəti mövcud olmadığından hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-543/2023 saylı Qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili qoşunlarına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunmuş və ərizə sənədlərlə birlikdə geri qaytarılmışdır. Ərizəçiyə müvafiq məsələnin həlli ilə bağlı maraqlı şəxs qismində göstəridiyi müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməsi, həmin məsələnin müsbət həllindən imtina edildiyi təqdirdə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
14. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların tərkibində N saylı hərbi hissə fəaliyyət göstərməmişdir.
15. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, arxiv məlumatlarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində N saylı hərbi hissə fəaliyyət göstərməmişdir. Daxili Qoşunların arxivindən verilmiş 382 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, X12 N saylı hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli 292 nömrəli əmrilə xidmətini davam etdirmək üçün Naxçıvan şəhərindən N saylı hərbi hissədən gəlmiş hesab edilmişdir. Ehtimal olunur ki, N saylı hərbi hissə keçmiş SSRİ-nin Daxili Qoşunlarının tərkibində fəaliyyət göstərmiş və həmin hərbi hissəyə aid arxiv məlumatları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının arxivində mövcud deyil.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmir.
II. İddianın mümkünlüyü
18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
19. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
21. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı məhkəməyə müraciət etməkdə məqsədi xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər N saylı hərbi hissədə xidmət etdiyi dövr də nəzərə alınaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunmasına nail olmaqdır.
22. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu (22 dekabr 2023-cü il tarixədək olan redaksiyada): 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
24. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq “Daxili İşlər Nazirliyi Daxili Qoşunlar İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktub nəzərə alınaraq yeni məlumat vərəqinin tərtib edilməsi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi” tələbi ilə sonuncu xidmət keçdiyi orqana (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə) müraciət etməli, müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə həmin imtinadan məhkəməyə şikayət verilməsi mümkündür.
25. Odur ki, iddia mümkün sayılmamalıdır. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
27. İPM-in 54.3-cü maddəsinə əsasən, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.
28. Göstərilənlərə əsasən və İPM-in 35.3, 54.3 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva