Məhkəmə qərarları › İş №2-1(112)-2517/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2517/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2517/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində yaralanmışdır. Belə ki, bununla bağlı 09 mart 2022-ci il tarixdə akt da, tərtib edilmişdir. Hadisə xx.xx.1993-cü il tarixdə baş vermişdir. Belə ki, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndinə erməni silahlı qüvvələrinin atdığı qrad mərmisi nəticəsində qəlpə yarası almışdır. Bununla bağlı ona Azərbaycan Respubliksı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan X3 və Ortopediya İnstitutu” Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022ci il tarixli arayış da, verilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış müayinənin nəticəsindən də, göründüyü kimi, sol qolda ulnar median və radial sinirlərin dirsək səviyyəsindən dörd barmaq aşağıda xronik dövr aksonal degenerasiyası ilə gedən zədələnməsi və sol ayaqda tibial sinirin xronik dövr aksonal degenerasiyası ilə gedən zədələnməsi lehinədir. Bütün bunlara əsasən, ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etsə də, ona imtina verilmişdir. Bu yanlız elektron formada olmuş və ona rəsmi qaydada imtina məktubu yollanılmamışdır. Lakin, hesab edir ki, cavabdeh qurumun bu hərəkəti qanunsuzdur və ona əlillik təyin edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar. Sol saidin yuxarı 1/3-nin, sol baldırın yuxarı 1/3nin qəlpə yaralanmasından sonrakı vəziyyəti (xx.xx.1993). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0085003AAECH nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022- ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********5) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli 638 nömrəli Akt verilmişdir. Həmin aktda “vətəndaş Cəbrayıl ravon sakini İddiaçı odlunun xx.xx.1993-cü il tarixində Böyük Mərcanlı kəndində Erməni silahlı qüvvələrinin atdığı qrad mərmisi nəticəsində qəlpə yarası almışdır” (aktda diaqnoz: “Sol qol, sol baldır nahivvəsinin qəlpə yaralanmasının davamlı qalıq əlamətləri") məlumatı qeyd olunmuşdur. Təqdim edilmiş Aktda möhür olmamışdır. Qeyd edirlər ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə sol qolunda və ayağında hərəki məhdudluqdan sikayətləndirilmisdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda reflekslər canlı çağırılmış, D=S, parez, iflic, atrofiva, hipotrofiva aşkarlanmamışdır. Yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuş. sol əlin tutma funksiyası pozulmamışdır" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qolunda hərəkət məhdudluğundan şikayətlənmişdir. Baxış zamanı sol saidin yuxarı 1/3də və sol baldırın yuxarı 1/3-də çapıqlar izlənmiş, sol əlin İİİ, İV, V barmaqlarını bükülü vəziyyətdə saxlayıb müayinəyə mane olmağa çalışsa da, barmaq araları təmiz olmuş, suallara cavab verərkən (fikri yayındıqda) barmaqlarını sərbəst buraxması müşahidə edilmişdir. Müayinə zamanı heç bir periferik sinir zədələnməsi müəyyən edilməmiş, əzələlərdə hipotrofiya, atrofiya, parez qeyd edilməmiş, reflekslər canlı və bərabər alınmış, D=S, simulyasiya edərək müayinənin gedişatına mane olmağa çalışmışdır. Vətəndaşın elektrik çilingər olaraq əmək müqaviləsinin olması məlum olmuşdur. X3 və Ortopediya institutunun xx.xx.2022-ci il tarixli ********* nömrəli Arayışında qeyd edilmiş diaqnoz “So/ saidin yuxarı 1/3-nin, sol baldırın yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sol mil-bilək oynağının açıcı kontrakturası. əlin tutma funksiyasının pozulması. Sol bazu oynağının uzaqlaşdırıcı kontrakturası" kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. “Medera Hospitafın xx.xx.2023-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Bu əlamətlər 1) Sol qolda ulnar median və radial sinirlərin dirsək səviyyəsindən dörd barmaq aşağıda xronik dövr aksonal deaenerasiyası ilə gedən zədələnməsi və 2) Sol ayaqda tibial sinirin xronik dövr aksonal degenerasivası ilə gedən zədələnməsi lehinədir" kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçı tərəfindən müayinə sənədləri iş materiallarına əlavə edilmişdir.

8. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - iddiaçının əlillik vəziyyəti sonuncu dəfə tibb müəssisəsinin X0009371ALY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-4052/2023 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0085003AAECH nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********5) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli 638 nömrəli Akt verilmişdir. Həmin aktda “vətəndaş Cəbrayıl rayon sakini İddiaçı xx.xx.1993-cü il tarixində Böyük Mərcanlı kəndində Erməni silahlı qüvvələrinin atdığı qrad mərmisi nəticəsində qəlpə yarası almışdır” faktda diaqnoz: “Sol qol, sol baldır nahivvəsinin qəlpə yaralanmasının davamlı qalıq əlamətləri”) məlumatı qeyd olunmuşdur. Təqdim edilmiş Aktda möhür olmamışdır. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə sol qolunda və ayağında hərəki məhdudluqdan sikayətləndirilmisdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda reflekslər canlı çağrılmış, P=S, parez, iflic, atrofiva, hipotrofiya aşkarlanmamışdır. Yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst olmuş, sol əlin tutma funksiyası pozulmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qolunda hərəkət məhdudluğundan şikayətlənmişdir. Baxış zamam sol saidin yuxarı 1/3-də və sol baldırın yuxarı 1/3-də çapıqlar izlənmiş, sol əlin İİİ, İV, V barmaqlarını bükülü vəziyyətdə saxlayıb müayinəyə mane olmağa çalışsa da, barmaq araları təmiz olmuş, suallara cavab verərkən (fikri yayındıqda) barmaqlarını sərbəst buraxması müşahidə edilmişdir. Müayinə zamanı heç bir periferik sinir zədələnməsi müəyyən edilməmiş, əzələlərdə hipotrofiya, atrofıya, parez qeyd edilməmiş, reflekslər canlı və bərabər alınmış, D-S, simulyasiyä edərək müayinənin gedişatına mane olmağa çalışmışdır. Vətəndaşın elektrik çilingər olaraq əmək müqaviləsinin olması məlum olmuşdur. X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********* nömrəli Arayışında qeyd edilmiş diaqnoz “Sol saidin yuxarı 1/3-nin, sol baldırın yuxarı 1/3-nirı güllə yaralanmasından sonrakı vəziyyət. Sol mil-bilək oynağının açıcı kontrakturası. əlin tutma funksiyasının pozulması. Sol bazu oynağının uzaqlaşdırıcı kontrakturası" kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. “Medera Hospitalı”nın xx.xx.2023-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Bu əlamətlər 1) Sol qolda ulnar median və radial sinirlərin dirsək səviyyəsindən dörd barmaq aşağıda xronik dövr aksonal degenerasiyası ilə gedən zədələnməsi və 2) Sol ayaqda tibial sinirin xronik dövr aksonal degenerasiyası ilə gedən zədələnməsi lehinədir” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

9. Məhkəmənin 2-1(112)-14130/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən T147/2024 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, 1984-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş X0009371ALY nömrəli saylı göndərişdə qeyd edilmiş “Başqa rubrikalarda təsnif edilməyən, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar. Yuxarı ətrafın sinirinin travmasının nəticələri. Sol said səviyyəsində ulnar, median və radial sinirlərin travmatik zədələnməsinin nəticəsi. Aşağı ətrafın sinirinin travmasının nəticələri. Aşağı ətrafın sinirlərinin travmatik zədələnməsinin nəticələri. Dirsək sinirinin zədələnməsi.” diaqnoz öz təsdiqini qismən tapır. Belə ki, şəxsin əyani müayinəsində “Sol yuxarı ətrafın distal süst travmatik monoparezi. Orta dizaltı sinirin zədələnməsi. Sol aşağı ətrafın dizaltı tibial sinirin süst travmatik mononeyropatiyası” aşkar edilmədi. Şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

16. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir.

18. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə tibb müəssisəsinin X0009371ALY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Eləcə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək iddiaçıda tibb müəssisələri tərəfindən verilmiş diaqnozların klinik olaraq öz təsdiqini tapmaması, anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən patofunksional pozuntuların aşkar edilməməsi əsas götürülərək nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən də müəyyən edilmişdir ki, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından ona Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır.

19. Göründüyü kimi, iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin düzgünlüyü məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır.

20. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

21. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

22. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

23. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

25. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

26. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

28. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar