Məhkəmə qərarları › İş №2-1(112)-2517/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2517/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2517/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəb-əlaqəsinin dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmağı və onun əlilliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək hazırkı inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının yenidən şəhadətləndirilməklə xx.xx.2007-ci il tarixli, 613 nömrəli “Xəstəlik haqqında şəhadətnamədə” qeyd olunan travmanın hərbi xidmətlə səbəb-əlaqəsini dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi yazılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 mart N94-cü il tarixdə ehtiyatda olan zabit kimi könüllü olaraq həqiqi hərbi xidmətə çağırılması üçün Bakı şəhər Nizami rayon hərbi komissarlığına müraciət etmiş və 14 mart N94-cü il tarixdə komissarlıq tərəfindən hərbi xidmətə çağırılmış və həmin tarixdən N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. N96-cı ilin sentyabr ayında xidmətinin davam etdirilməsi üçün N nömrəli hərbi hissəyə köçürülmüşdür. N nömrəli hərbi hissədə xidmətdə olarkən hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 23 may N97-ci il tarixdə döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar düşmənlə üzbəüz mövqedə səngərdə olarkən düşmən tərəfindən atılan mərminin partlamasıdan qapalı kəllə-beyin travması almışdır. Onunla birgə səngərdə olmuş zabit yoldaşı Allahverdiyev Pənah mərmi partlayışından ölmüşdür. İddiaçı aldığı xəsarətlərlə bağlı N nömrəli hərbi hospitalda stasionar müalicə almışdır. İddiaçı 22 fevral 2007-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 613 nömrəli rəyinə görə iddiaçıda aşkar olunmuş xəstəliklər hərbi travma olmaqla hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. 01 fevral 2013-cü il tarixdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidməti tərəfindən ona ikinci dərəcəli əlillik verilmişdir. 2014-cü ilin may ayında Qarabağ müharibəsi veteranı və ikinci dərəcəli əlil kimi ailəsi ilə birgə mənzilə ehtiyacı olduğuna görə müvafiq sənədlərini yaşayış yeri üzrə Yasamal Rayon İcra Hakimiyyətinə təqdim etmiş və Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 06 may 2014-cü il tarixli, 91 nömrəli sərəncamına əsasən 2-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotuna götürülmüşdür. Həmçinin ona Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən 05 iyul 2013-cü il tarixdə “Müharibə veteranı” adı və MA/-05487N nömrəli veteran vəsiqəsi verilmişdir. İddiaçının xidmətdə olduğu N nömrəli hərbi hissə Müdafiə Nazirliyi tərəfindən N93-cü ilin oktyabr ayında komplektləşdirilməklə yarandığı vaxtdan Beyləqan və Füzuli rayonları ərazisində döyüş tapşırıqlarını yerinə yetirməklə döyüş şəraitində yerləşən hərbi hissə olmuşdur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuşdur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, SHXÇDX-nı Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən N94-cü ildə hərbi xidmətə çağırılmış iddiaçı xx.xx.2007-ci ildə MN Mərkəzi hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mikroocaqlı üzvi nevrolojı nişanələr, davamlı asteno-nevrotik təzahürlər, kəllədaxili təzyiqin kəskin dərəcədə artması və kortikal atrofiya ilə müşayiət olunan travmatik araxnoido-ensefalopatiya ilə nəticələnmiş, keçirilmiş qapalı kəllə-beyin travmasının (05/N97) qalıq əlamətləri”. Postkontuzion ikitərəfli xroniki koxlear nevrit, pıçıltı nitqini sağ qulaqla 3m, sol qulaqla 4m məsafədən eşitməsi ilə” diaqnozu ilə olan travmanın hərbi xidmət ilə səbəb əlaqəsi “Hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi, “Sağ gözün buynuz qişasının kəsilmiş yarasına görə aparılmış yaranın birincili cərrahı işlənməsindən sonrakı (xx.xx.N87) bəbəyin korrektopatiyası və buynuz qişanın çapıq deformasiyası nəticəsində görmə itiliyinin 0,08-ə qədər azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Qara ciyərin mülayim dərəcəli piy distrofiyası, funksiyanın pozulmaması ilə” diaqnozu ilə olan xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi isə “Xəstəlik hərbi xidmət dövründə alınmışdır”kimi təyin olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 23b,35b maddəsinin İİ qrafasına əsasən “DİNC DÖVRDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmışdır. İddiaçı xx.xx.2007-ci il tarixdə MN MHKH-nın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən xx.xx.N97-ci il tarixdə mərmi partlaması nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi onun xəstəlik tarixlərində olan anamnestik məlumatlara əsasən “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçının aldığı travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi üçün onun həmin vaxt “döyüş tapşırığını yerinə yetirməsinə” dair hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış olmalıdır. Lakin iddiaçının xəstəlik tarixlərində belə bir arayış mövcud deyildir və o özü də belə bir arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən də onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. İddiaçının travmasının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. İddiaçının vəkili şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, iddiaçı hərbi xidmətdə olarkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almışdır. Onunla birlikdə xəsarət almış hərbi qulluqçu X2 da aldığı xəsarət nəticəsində həlak olmuş və ona şəhid statusu verilmişdir. Buradan belə çıxır ki, iddiaçı da həmin vaxt həlak olmuş olsaydı ona da, şəhid statusu veriləcəkdi. Bu səbəbdən iddiaçının aldığı xəsarətin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməlidir. Qeyd edilənlərə əsasən vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən göründüyü kimi iddiaçı xx.xx.N62-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. N nömrəli hərbi hissə komandirinin N nömrəli, 28 sentyabr 2008-ci il tarixli arayışında göstərilmişdir ki, həqiqətən N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı xx.xx.N97-ci il tarixdən xx.xx.N97-ci il tarixədək “Qapalı baş-beyin zədələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Cavabdehin məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində qəbul edilmiş xx.xx.2007-ci il tarixli 613 saylı xəstəlik haqqında şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Şəhadətnamədən görünür ki, iddiaçıya təyin olunmuş “Mikroocaqlı üzvi nevrolojı nişanələr, davamlı astenonevrotik təzahürlər, kəllədaxili təzyiqin kəskin dərəcədə artması və kortikal atrofiya ilə müşayiət olunan travmatik araxnoido-ensefalopatiya ilə nəticələnmiş, keçirilmiş qapalı kəllə-beyin travmasının (05/N97) qalıq əlamətləri”. Postkontuzion ikitərəfli xroniki koxlear nevrit, pıçıltı nitqini sağ qulaqla 3m, sol qulaqla 4m məsafədən eşitməsi ilə” diaqnozu ilə olan travmanın hərbi xidmət ilə səbəb əlaqəsi “Hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi, “Sağ gözün buynuz qişasının kəsilmiş yarasına görə aparılmış yaranın birincili cərrahı işlənməsindən sonrakı (xx.xx.N87) bəbəyin korrektopatiyası və buynuz qişanın çapıq deformasiyası nəticəsində görmə itiliyinin 0,08-ə qədər azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Qara ciyərin mülayim dərəcəli piy distrofiyası, funksiyanın pozulmaması ilə” diaqnozu ilə olan xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi isə “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi təyin olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 23b,35b maddəsinin İİ qrafasına əsasən “DİNC DÖVRDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. İddiaçının qiymətləndirmə məlumatlarından görünür ki, ona ilk dəfə xx.xx.2007-ci il tarixdə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, təkrar qiymətləndirmə nəticəsində xx.xx.2015-ci il tarixdən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəmə sorğusuna cavab olaraq 07 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli müvafiq nömrəli əmrinə əsasən N №-li hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsinə təyin olunmuş və N №-li hərbi hissədən gəlmiş baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 329 №-li əmrilə (əsas: §-7, səh-142, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) xx.xx.N96-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 145 №-li əmrində (əsas: §-2, səh-45, sıra-2, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) Tibb məntəqəsinin xx.xx.N97-ci il tarixli 540 №-li göndərişinə əsasən, ərzaq xidməti rəisi, baş leytenant İddiaçı xx.xx.N97-ci il tarixdən N №-li hərbi hissəyə, müalicəyə getmiş hesab edilərək qazan təminatından çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 144 №-li əmrində (əsas: §-1, bənd-1, səh-14, sıra-4, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) N №-li hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı (əsas kimi “N №-li hərbi hissənin xx.xx.N97-ci il tarixli 59 №-li ərzaq attestatı” göstərilmişdir) xx.xx.N97-ci il tarixdən tibb bölüyündə stasionar müalicəyə qəbul olunması ilə əlaqədar olaraq xx.xx.N97-ci il tarixdən hospital ərzaq normasına qoyulması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 167 №-li əmrində (əsas: §-1, bənd-2, səh-32, sıra-11, hərbi rütbəsi “baş leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hospital rejimini pozması və müalicə dövrünün başa çatması ilə əlaqədar olaraq xx.xx.N97-ci il tarixdən hospitalın ərzaq normasından çıxarılan hərbi qulluqçuların siyahısında, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı (əsas kimi “Tibb bölük komandirinin xx.xx.N97-ci il tarixli təqriri” göstərilmişdir) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N97xx.xx.N97-ci il tarixli nizami hissə üzrə əmrlərində baş leytenant İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 184 №-li əmrində (əsas: §-1, səh-129, sıra-6, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) Tibb məntəqəsi rəisinin xx.xx.N97-ci il tarixli 1074 №-li təqririnə əsasən, ərzaq xidməti rəisi, baş leytenant İddiaçı xx.xx.N97-ci il tarixdən N №-li hərbi hissədən, müalicədən hərbi hissəyə qayıtmış hesab edilərək qazan təminatına qoyulması və vəzifəsinin icrasına başlaması qeyd olunmuşdur. N №-li hərbi hissənin ərzaq xidməti rəisi, kapitan İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N99-cu il tarixli müvafiq nömrəli əmrinə əsasən, N №-li hərbi hissənin Çörək zavodunun rəisi vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N99-cu il tarixli 350 №-li əmrilə (əsas: §-6, səh-99, əmrdə hərbi rütbəsi “kapitan" yazılmışdır) xx.xx.N99-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin may-iyun N97-ci il tarixli nizami hissə üzrə əmrlərində N №-li hərbi hissənin hər hansı döyüş tapşırığını icra edib- etməməsi, qoşunların təmas xəttində hər hansı qarşıdurmanın olub-olmaması barədə məlumat aşkar olunmamışdır. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdə MN MHKH-nın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən xx.xx.N97-ci il tarixdə mərmi partlaması nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi onun xəstəlik tarixlərində olan anamnestik məlumatlara əsasən “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçı aldığı travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi üçün onun həmin vaxt “döyüş tapşırığını yerinə yetirməsinə” dair hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış olmalıdır. Lakin İddiaçı xəstəlik tarixlərində belə bir arayış mövcud deyildir və o özü də belə bir arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən də onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İşdən göründüyü kimi iddiaçının şəhadətləndirilməsi 2007-ci ildə həyata keçirilmişdir. Bu səbəbdən mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr N99cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr N99-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi-həkim ekspertizası dinc və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, həmçinin sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) səhhətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq dərəcəsini, həbelə vətəndaşların yaralanmalarının (travmaların, xəsarətlərin, kontuziyaların) və xəstəliklərinin hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmələri ilə səbəb əlaqəsini (bundan sonra — yaralanmaların (xəsarətlərin, kontuziyaların, travmaların) və xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədilə keçirilir (1.). Hərbi-həkim ekspertizası keçirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda, çağırış məntəqələrində ştatlı və ya ştatdankənar hərbi-həkim komissiyaları (bundan sonra — HHK) və həkim-uçuş komissiyaları (bundan sonra — HUK) yaradılır (2.). Şəhadətləndirilmə dedikdə, vətəndaşların hərbi xidmətə, hərbi qeydiyyat ixtisası üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə, yazılı rəy çıxarmaqla onların, şəhadətləndirilmə anında səhhətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi başa düşülür (4.). Vətəndaş HHK-nin (HUK-un) onun barəsindəki rəyindən məhkəməyə şikayət verə bilər. Məhkəmənin qərarı ilə vətəndaş nəzarəti müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər (7.). İşdən göründüyü kimi iddiaçı xx.xx.N97-ci il tarixdə hərbi xidmətdə olarkən mərmi partlaması nəticəsində xəsarət almış və cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixində şəhadətlənirilərək ona aldığı xəsarətin səbəb-əlaqəsi kimi “Hərbi travmadır, hərbi xidməti vəzifələrinin yerinə yetirərkən almışdır” kimi göstərilmişdir. İddiaçı hazırda həmin səbəbəlaqənin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilməklə yenidən şəhadətləndirilməsini istəyir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilmişdir ki, hərbi qulluqçuların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi HHK bu Əsasnamənin 17ci bəndinə uyğun olaraq çıxarır (29.). Vətənin müdafiəsi, hərbi xidmət vəzifəsinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı yaralanma (travma, kontuziya, xəsarət) almış hərbi qulluqçuların və xaricdə, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə, xaricdə kəşfiyyat və əkskəşfiyyat işində olan dövrdə və ya fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi stasionar müalicə başa çatdıqdan sonra keçirilir (36.). Həmin Əsasnamənin 44-cü bəndində göstərilmişdir ki, HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik» a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən, cəbhədə olduğu dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, dövlət sərhəddini müdafiə edərkən; xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olan dövrdə, aktiv döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət edən dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırıqları yerinə yetirərkən yaranmışsa, yaxud bu xəstəliyin başlanğıcını həmin şəxsin cəbhədə olduğu dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırığı yerinə yetirdiyi dövrə aid etməyə imkan verən sənədlər varsa; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti), xəstəliyi əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) «a» bəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, elektromaqnit sahələri mənbələrinin və optiki kvant generatorlarının təsirinə məruz qalmaq nəticəsində almışsa. Əsasnamənin 45-ci bəndinə əsasən HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi vətəndaşın yaralanma (travma, kontuziya, xəsarət) aldığı anda xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti, habelə yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin icrası ilə əlaqədar olub-olmaması göstərilir). 46-cı bəndə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə yaralanma (travma, kontuziya, xəsarət) almış, lakin bu yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma səbəbini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Qeyd edilən normaların məzmunundan görünür ki, şəxsin xəsarətinin səbəbəlaqəsinin «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi yazılması üçün Əsasnamədə göstərilmiş konkret hallar mövcud olmalıdır. Həmin halların mövcud olmaması isə səbəb-əlaqənin «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi qeyd edilməsinə səbəb olur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli, 32N nömrəli əmri ilə həmin hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsinə təyin edilmişdir. O, N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən xx.xx.N97-ci il tarixində mina partlayışı nəticəsində xəsarət almış və N nömrəli hərbi hissəyə müalicəyə göndərilmişdir. Həmçinin iddiaçının xx.xx.N97-ci il tarixində xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatlarının müəyyən edilməsi, həmçinin həmin hadisə baş verdiyi vaxt iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin hər hansı döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilib-edilməməsini aydınlaşdırmaq üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu verilmişdir. Müdafiə Nazirliyinin cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin may-iyun N97-ci il tarixli nizami hissə üzrə əmrlərində N №-li hərbi hissənin hər hansı döyüş tapşırığını icra edibetməməsi, qoşunların təmas xəttində hər hansı qarşıdurmanın olub-olmaması barədə məlumat aşkar olunmamışdır. İPM-də göstərilmişdir ki, Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2.). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Qeyd edilməlidir ki, hərbi qulluqçunun aldığı travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi üçün onun həmin vaxt “döyüş tapşırığını yerinə yetirməsinə” dair hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış olmalıdır. Lakin iddiaçının xəstəlik tarixlərində belə bir arayış mövcud deyildir və o özü də belə bir arayışı təqdim etməmişdir. Hazırkı vəziyyətdə isə iddiaçının iddiasının təmin edilməsi, yəni onun aldığı travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi dəyişdirilməsi üçün həqiqətən iddiaçının aldığı travmanı müvafiq döyüş tapşırığını yerinə yetirərkən, yaxud düşmənlə təmas xəttində hər hansı qarşıdurma zamanı, yaxud düşmən qüvvələrinin hər hansı təxribatının qarşısını alarkən alması sübuta yetirilməlidir. Lakin, qeyd edilən hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cavabdehin dəlilinə münasibət bildirilməsi məqsədi ilə məhkəmə tərəfindən araşdırma aparılmış, məhkəmə sorğusuna əsasən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2007-ci il tarixli 613 saylı xəstəlik haqqında şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər arasında tələb olunan hərbi hissə komandirinin travma haqqında arayışı mövcud olmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən hərbi hissə komandirinin arayışı onun stasionar müalicədə olması ilə bağlı olmuşdur və travmanın səbəb əlaqəsini müəyyən etmək üçün məlumatları özündə əks etdirməmişdir. X1 xx.xx.N97-ci ildə iddiaçı ilə eyni hərbi hissədə xidmətdə olarkən şəhid olması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hal hazırkı iş üzrə iddiaçının mövqeyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, hətta iddiaçının X2 ilə eyni hərbi hissədə xidmət etməsi öz təsdiqini tapsa belə bu onların eyni bir hadisə nəticəsində xəsarət almalarını təsdiq edə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının N nömrəli hərbi hissədə tutduğu vəzifə “ərzaq xidməti rəisi” vəzifəsi olmuşdur ki, həmin vəzifənin xidməti funksiyaları birbaşa döyüş tapşırıqlarının yerinə yetirilməsini və ya düşmən hücumunun qarşısının alınması vəzifələrinin həyata keçirilməsini istisna edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəb-əlaqəsinin dəyişdirilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar