Məhkəmə qərarları › İş №2-1(112)-2518/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2518/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2518/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üçüncü şəxs - 23 saylı Birləşmiş Şəhər Xəstəxanası qarşı “2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs: 23 saylı Birləşmiş Şəhər Xəstəxanası) “2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi”tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə növbəti məhkəmə iclası 11.10.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının vəkili Vəkil AZ-İİ seriyalı 193453 nömrəli ölüm haqqında şəhadətnaməni məhkəməyə təqdim edərək iddiaçının vəfat etdiyini məhkəməyə bildirmişdir. Məhkəmə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs: 23 saylı Birləşmiş Şəhər Xəstəxanası) “2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi” iddiası üzrə icraata xitam verilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 193453 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 23.07.2021-ci il tarixində vəfat etmiş və bu barədə 27.07.2021-ci il tarixində 506 nömrəli akt eydi ilə Qaradağ rayon qeydiyyat şöbəsində müvafiq qaydada aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Musayeva iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. İPM-in 83.1-ci maddəsinə görə şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 2.2-ci, 83.1-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs: 23 saylı Birləşmiş Şəhər Xəstəxanası) “2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair 2-1(112)- 2518/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar