Məhkəmə qərarları › İş №2-1(112)-2521/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2521/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2521/2020 05.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, X5 (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə X5 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplomun tanınması, şəhadətnamənin verilməsi» tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, B18 № 069625 nömrəli diplomun tanınması və şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı, 2004-cü ildə Bakı şəhərində fəaliyyət göstərən Dnepropetrovski Milli Universtitetinin X9 fakültəsinə qəbul olunmuşdur. 2008-ci ildə məlum olmayan səbəbdən üçüncü kürsda təhsil aldığı vaxt Universtitet bağlanmışdır. O təhsilini 2015-ci ildə Xarkov Milli X1 İşinin Təşkili fakültəsinə üçüncü kursuna qəbul olunmaqla qiyabi əsaslarla qəbul olunmuşdur. Ali təhsil üçün tələb olunan 5 (beş) il müddəti müvəffəqiyyətlə başa vuraraq 2018-ci-cü ildə “nəqliyyatın texnologiyaları” ixtisası üzrə həmin ali məktəbi bitirmiş və ona bununla bağlı İnstitut tərəfindən müvafiq diplom verilmişdir. Qeyd edir ki, xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunaraq, sözügedən diplomun tanınması və müvafiq şəhadətnamənin verilməsi xahiş olunmuş, lakin, Təhsil Nazirliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixli Ş-778/04-ANİ saylı məktubla “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 3.7-ci bəndi rəhbər tutularaq diplomun tanınması mümkün hesab olunmamışdır. Məktubda bildirilmişdir ki, iddiaçının “Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edmişdir ki, Ukraynanaın Xarkov Milli Avtomobil -Yol Univerdtitetinin tədris normativ üzrə təhsil almaq üçün tələb olunan müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi mümükün deyil”. Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmaların ədalətsiz və birtərəfli olduğunu xüsusilə vurğulayaraq, bunun sübutu kimi qeyd etmək istəyir ki, tərəfindən dərs yükünnün çatdırılması üçün universitetin rektorunun adına ərizə ilə müraciət edərək 14 gün ərzində imtahanlarının verilməsinə icazə verilməsini xahiş etmiş və rəhbərlik tərəfindən ona razılıq verilmiş və o müvəfəqqiyyətlə imtahanlarını başa çatdırmışdır. Yuxarıda qeyd edilən əsaslarla Təhsil Nazirliyinin diplomumu tanımaması onun bir vətəndaş kimi təhsil hüququqmu pozur. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin olunmalıdır. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi etirazı onunla əsaslandırmışdır ki, İddiaçı X2rşı “Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universiteti tərəfindən verilmiş B18 069625 nömrəli xx.xx.2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh X12 Agentliyinin üzərinə qoyulması barədə" qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-2018-ci tədris illərində Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universitetində “Nəqliyyat texnologiyaları” ixtisası üzrə 3 il qiyabi formada təhsil almışdır. Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universitetini 2018-ci il tarixdə bitirmişdir və ona B18 069625 nömrəli xx.xx.2018-ci il il tarixli bakalavr diplomu təqdim edilmişdir. İddiaçı bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və Referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir”. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü İM3 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.3-cü bəndinə əsasən iddiaçının aldığı təhsilin məzmununun Azərbaycan Respublikası Dövlət Təhsil Standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəsslərindən ibarət ekspert qrupu yaradılır. Qeyd edilən Qaydaların 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Ekspert qrupu tərəfindən iddiaçının sənədləri araşdırılarkən, İddiaçı təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarfna uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. İddiaçı ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2004-cü ildən xx.xx.2007-ci il tarixədək Olesya Qovçar adına Dnepropetrosk Milli Universitetinin Bakı filialında qiyabi formada təhsil almışdır. Olesya Qovçar adına Dnepropetrosk Milli Universitetinin Bakı filialının təhsil fəaliyyətini həyata keçirmək üçün lisenziyası və akkreditasiyası mövcud olmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il Fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası qaydaları qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydalarfnın 1.2-ci maddəsinə əsasən “Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır”. Təqdim olunmuş sənədlərdə İddiaçı 2015-2018-ci illərdə Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universitetində 3 il müddətində təhsil aldığı qeyd edilib. İddiaçının Xarkov Milli Nəqliyyat və yol Universitetinə köçürülməsi və ya bərpa edilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Belə ki, iddiaçı tədris illəri ərzində ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə: lci tədris ilində - 2 ay 9 gün; ll-ci tədris ilində- 13 gün; lll-cü tədris ilində - 13 gün olmuşdur. (Ukrayna Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2015-2018-ci illər haqqındakı qeydlərdə öz əksini tapmışdır). Rəydə eyni zamanda qeyd olunur ki, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Göründüyü kimi, Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universitetinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Ekspert qrupu tərəfindən həmçinin İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini (Ukrayna dili) bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesfik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi, onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in 37-b bəndinə əsasən,“Proqram elementlərinin müqayisəsi, yalnız nəticələrinin tanınması üçün zəruri şərt kimi deyil, nəticələrin müqayisəsi və gələcək fəaliyyətlərə giriş baxımından təhlil edilməlidir”. Ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003- cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə, eləcə də “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, müraciət üzrə İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qeyd olunanlar və ekspert komissiyasının rəyi əsasında İddiaçı adına Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universiteti tərəfindən verilmiş B18 069625 nömrəli xx.xx.2018-ci il tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, İddiaçı məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən xx xxxx 2018-ci ildə verilmiş B18 №069625 saylı bakalavr dip-lo-munun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X15 xx.xx.2015-ci ildə Xarkov Milli Avtomobil-Yol Universitetinə daxil olmuş, xx.xx.2018-ci ildə həmin Universitetini bitirmiş, Nəqliyyat texnologiyaları hazırlıq istiqaməti bakalavr dərəcəsinə yiyələnmiş və nəqliyyat və infrastruktura peşə dərəcəsi verilmişdir. X17 və Elm Nazirliyi tərəfindənxx xxxx 2018-ci il tarixdə A-70671-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İşdə olan Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən xx xxxx 2018-ci ildə verilmiş B18 №069625 saylı bakalavr dip-lo-muna əlavənin azərbaycan dilinə tərcümə olun-maqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X3 2015-ci ildən 2018-ci ilə kimi olan dövrdə oxuduğu müddət ərzində nəqliyyat və infrastruktura ixtisası üzrə tədris olunmuş fənnlərdən, təcrübələr, dövlət imtahanı və kurs işlərindən (layihələr) kafi, məqbul və yaxşı qiymətlər almış, nəqliyyat və infrastruktura dərəcəsi üzrə dövlət imtahanı vermişdir. Diploma əlavə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx xxxx 2018-ci il tarixdə A-70671-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış Ş-778/04-ANJ saylı, xx.xx.2019-cu il tarixli məktub əsasında iddiaçıya xx.xx.2019-cu il tarixdə elektron cavab məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə əlavədə qeyd olunmuş məlumatın verildiyi bildirilmişdir. Qeyd olunan Əlavədən müəyyən olunur ki, iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Xarkov Milli Avtomobil-Yol Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən müraciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə araşdırması dövründə X13 2015-2018-ci illər ərzində Azərbaycan Respublikasının sərhədlərinin giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məhkəməyə təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, X13 2015- 2018-ci illər ərzində dövlət sərhəddində hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən xx.xx.2015 Ukrayna Respublikasından, xx.xx.2015-xx.xx.2015-ci ildə Ukrayna Respublikasına, xx.xx.2016-cı ildə Ukrayna Respublikasına, xx.xx.2016-cı ildə Gürcüstan Respublikasından, xx.xx.2016-cı ildə Gürcüstan Respublikasına, xx.xx.2017-ci ildə Ukrayna Respublikasından, xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyasına, xx.xx.2018-ci ildə Ukrayna Resublikasından, xx.xx.2018-ci ildə Gürcüstan Respublikasına gedibgəlmişdir. Həmin məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçı İ tədris ilində 02 ay 09 gün, İİ tədris ilində 13 gün, İİİ tədris ilində 13 gün müddətində Ukrayna Respublikasına gedib-gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbay-can Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”-ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddə-sinə görə bu Konvensiyanın məq-sədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittiham-çı-sın-dan (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər;b) inzibati sənədlər;c) nota-rial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəy-yən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Kon-ven-siya-nın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaş-dır-madan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən xx xxxx 2018-ci ildə verilmiş B18 №069625 saylı bakalavr dip-lo-mu verilmiş, həmin diplom Unkrayna Respublikasının səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı hazırkı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinanı isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığından həmin ölkədə qısa müddətdə olmuşdur və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Ekvivalentlik haqqında Şəhadətnamə təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu əsasında verilir. Bu əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. (bənd 1.2, 1.6, 3.3, 3.6, 3.7) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. (bənd 1.5, 1.6, 2.3, 2.8, 2.9) İddiaçıya məxsus Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən xx xxxx 2015-ci ildə verilmiş B18 №069625 saylı bakalavr dip-lo-mdan, eyni zamanda həmin diploma əlavədə məlum olur ki, iddiaçı 2015-2018-ci illərdə 3 il müddətində təhsil almışdır. Sərhədkeçmə haqqında hesabatdan isə görünür ki, iddiaçı təhsil aldığı müddət qarşılığında təhsil aldığı ölkədə İ tədris ilində 02 ay 09 gün, İİ tədris ilində 13 gün, İİİ tədris ilində 13 gün müddətində Ukrayna Respublikasında olmuşdur. Halbuki, iş materiallarına əlavə edilmiş Diploma Əlavənin ixtisasın səviyyəsi barədə məlumat qrafasında təhsil proqramının 4 il 10 ay qiyabi təhsil, 240.00 ECTS olduğu qeyd olunmuşdur. İşin qeyd edilən hallarını və cavabdeh orqanın imtinasını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsi, təcrübə keçməsi və dövlət imtahanları verməsi qeyrimümkündür. “Təhsil haqqında” Qanuna görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəхslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir. (maddə 27.1, 27.3) Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iddiaçının təhsil forması kimi qəbul edilsə belə, qiyabi təhsil forması ən az 5 il müddətində müəyyən oldunduğu halda, iddiaçı qiyabi formada 2015-2018-ci illərdə cəmi 3 il müddətində təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nda isə bu hal, yəni xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması mənfi ekspert rəyinin verilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya düzgün olaraq imtina cavabı verilmişdir. Buna görə də X13 Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən adına verilmiş xx.xx.2018-ci il tarixli, B18 № 069625 nömrəlidiplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edil-məsi ilə bağlı müvafiq öhdəliyin qoyul--ma---sı-na dair iddialara və ya inzi-bati orqanın hərə-kət-sizliyindən müdafiəyə dair iddia-lara (məc-bur--etmə haqqında iddia) inzi-bati məhkəmə icra-atı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haq-qında iddia vasi--təsi ilə id-dia-çı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoy--mağı məh-kəmə-dən tələb edə bilər. İnzibati Prosessual Məcəllə- Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun xx xxxx 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissə-sin-də göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkə-mələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar