Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2522/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh tərəfindən 7 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının iddiaçının barəsində verilmiş 26.07.2021ci il tarixli 0170003AAEG5 nömrəli göndərişlə bağlı 10.08.2021-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə birinci qrup əlillik dərəcəsinin (ömürlük) müəyyən edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ilə yaxındır ki, ruhi xəstədir və xəstəliyi ilə bağlı ona “F20.01. Paranoid şizofreniya. Şizofreniya paranoid forma, fasiləsiz gediş, psixi qüsur halı” diaqnozu qoyulmuş, həmin diaqnozu dəfələrlə təsdiqlənmişdir. Xəstəliyi ilə bağlı stasionar müalicələrdən əlavə daim ambulator müalicə alsa da bu günədək vəziyyətində yaxşılaşma qeyd olunmamışdır, yalnız psixotrop dərmanların hesabına yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.1 və 2.1.15-ci bəndlərinə əsasən iddiaçının xəstəliyinin diaqnozuna, yəni “şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı”na görə İ qrup əlillik müəyyən edilməli olduğu halda, cavabdeh İİ qrup əlilliyi də təsdiq etməmişdir. Cavabdeh tərəfindən “aktiv sürücülük vəsiqəsinin olması” halına istinad edilməsi də formal xarakter daşıyır. Belə ki, iddiaçı, heç vaxt maşın idarə etməmiş, istəsə də xəstəliyilə əlaqədar olaraq edə bilməz. Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nin 07.07.2021-ci il tarixli məktubunda nəqliyyat vasitələrini idarə etmək hüququmun məhdudlaşdırıldığı və bu barədə həmin idarənin Mərkəzi İnformasiya sistemində müvafiq qeydiyyat aparıldığı bilavasitə göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 7 saylı Şəhər Poliklinikasının 05.01.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Şizofreniya,paranoid forma,natamam remissiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şizofreniya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı Şəhər Poliklinikasının 14.01.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Şizofreniya,paranoid forma,natamam remissiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şizofrenjya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı Şəhər Poliklinikasının 09.01.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Şizofreniya paranoid forma; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Şizofreniya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 21.01.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şlzofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şlzofreniya => F20.0 - Paranoid şlzofreniya; Diaqnozun mətni: Şizofreniya paranoid forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şizofreniya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı Şəhər Poliklinikasının 26.01.2021-ci il tarixli 0170003AAD0B saylı göndəriş| əsasında baxılmış və "X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Şizofreniya paranoid forma .fasiləsiz gediş,psixi qüsur halı.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. 7 saylı Şəhər Poliklinikasının 13.04.2021 -ci il tarixli 0170003AAD7D saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma ,fasiləsiz gediş,psixi qüsur halı. Ağırlaşma F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma .fasiləsiz gediş,psixi qüsur halı. Yanaşı xəstəliklər F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma .fasiləsiz gediş,psixi qüsur halı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun ağırlaşması ilə reyster məlumatları arasinda uyğunsuzluq var.(aktiv ürücülük vəsiqəsi)” səbəbi ilə imtina verilmişdir. 7 saylı Şəhər Poliklinikasının 26.07.2021-ci il tarixli 0170003AAEG5 saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Əsas diaqnoz F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma .fasiləsiz gediş.psixi qüsur halı.Nəticə:Sürücülük vəsiqəsi alması əks göstərişdir. Ağırlaşma F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma ,fasiləsiz gediş.psixi qüsur halı.Nəticə:Sürücülük vəsiqəsi alması əks göstərişdir.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2002ci ildən xəstə olmasına baxmayaraq 2011-ci ilən aktiv sürücülük vəsiqəsi var.Dəqiqləşsin.” səbəbi ilə imtina verilmişdir. Daha sonra 18.04.2022-c il tarixdə cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli Şəhər Poliklinikasının 26.07.2021-ci il tarixli 0170003AAEG5 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1; V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, Şizofreniya paranoid forma .fasiləsiz gediş, psixi qüsur halı. Nəticə: sürücülük vəsiqəsi alması əks göstərişdir. Ağırlaşma F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma .fasiləsiz gediş,psixi qüsur halı.Nəticə:Sürücülük vəsiqəsi alması əks göstərişdir; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Odur ki, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırıldığından işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim olunmuş vəsatəti müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, alt sistemdən çıxarışından görünür ki, 05.08.2021-ci il tarixdən İddiaçı müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İPM-in: 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər; 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər; 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-2522/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2522/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver