Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2522/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər işlədiyi dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi. TƏSVİRİ HİSSƏSİ İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işlədiyi dövrün pensiya təyinatı zamanı nəzərə alınması barədə qətnamə qəbul edilməsini xahilş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işlədiyi dövr nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 fevral 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona pensiya təyin edilən zaman xx.xx.2001-xx.xx.2006-cı illərdə olan əmək fəaliyyəti cavabdeh tərəfindən nəzərə alınmamışdır. Halbuki o, ünvan 1 ünvanda yerləşən bərbər kollektiv müəssisəsi olan “Hünər” firmasında xx.xx.2001-xx.xx.2006-cı illərdə mühasib işləmişdir.İşlədiyi dövrdə firmanın maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı Vergilər İdarəsinə, DSMF-yə, Məşğulluq İdarəsinə və Statistika İdarəsinə tələb olunan müvafiq hesabatları tələb olunan dövrlər üzrə təqdim etmişdir.Həmin vaxt notariat ofisində təsdiq edlmiş imzası ilə o zaman fəaliyyətdə olan “Mosbank” vasitəsilə bank əməliyyatları aparmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, xx.xx.1971-cı il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 25 il 3 ay 5 gün, xx.xx.2006-cı il tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya kapitalı qeydə alınan 6 il 8 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 31 il 11 ay 5 gün təşkil edir.Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir.İddiaçı “Hünər” firmasında işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıbalmaması, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat aşkar edilə bilmədiyindən xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilə bilməz.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6.İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. İnzibati iş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2004-cü ildə verdiyi “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə”yə əsasən ünvan 2 ünvanda yerləşən “Hünər” firması ********** nömrəli VÖEN-ə malik olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubuna əsasən “Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində mövcud olan “Hünər” firmasının 2006-cı il üçün 0111 fəaliyyət növünün kodu üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta hesabatında 640,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı öz əksini tapmışdır, həmin məktuba əlavə edilmiş “hesabata baxış” adlı sənədə əsasən illik məcburi dövlət sosial sığortaya cəlb olunanlar üzrə məbləğ 3179,52 manat təşkil etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 3 ay 5 gün sığorta stajı, xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 6094,53 manat (2017-ci il tarixinə indeksləşdlrilmiş) pensiya kapitalı əsasında əmək pensiyansının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 306,95 manat müəyyən edilmişdir.Sözügedən Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022ci il tarixindən 317,38 manata çatdırılmışdır.Qanuna 01.01,2023-cü İİ tarixindən əlavə edilmiş 26.4-cü maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 334,04 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 383,15 manata, 01.01,2024-cü il tarixindən 426,06 manata çatdırılmışdır.Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.Həmin maddənin tələblərinə əsasən xx.xx.2024-cü il tarixində iddiaçı (VÖEN hesabının dondurulduğu tarixdən) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3912 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 458,66 manat müəyyən edilmişdir.Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.Müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, yaşa görə iddiaçının əmək pensiyası xx.xx.2019-cu il tarixində Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (adına aktiv VÖEN hesabı olub: **********) yenidən hesablanmışdır.Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir, məktubun sonunda iddiaçıya bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-cı və 73-cu maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə qədər Ağac emalı zavodunda bufetçi-çayçı, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər Araz su qaldırıcı stansiyasında motorçu işləmişdir, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər Sovet Ordusu sıralarında xidmət etmişdir, xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilə qədər “Təbriz” kafesinin filialında bufetçi, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər “Abşeron” yeməkxanasında bufetçi, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər “Gənclik” restoranında bufetçi, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər “Abşeron” yeməkxanasında bufetçi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər 18 nömrəli yeməkxanada bufetçi, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər 17 nömrəli yeməkxanada bufetçi, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər "xxxx" X3 Müdiriyyətində mühasib,xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər “Neftmaştikinti” Trestinin 2 nömrəli TQİ-də mühasib, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər “Sahil” restoranında kalkulyatorçu, böyük kassir, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilə qədər “Fəridə” kafesində böyük mühasib, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentində xətt nəzarətçisi, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmmasında baş mühasib, xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilə qədər Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında iqtisadçı işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının pensiya işində olan sənədlərə əsasən iddiaçı arxiv arayışını cavabdehə təqdim edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir, iddiaçıya pensiya təyin edilən zaman pensiya hüququ verən əmək stajı kimi “Hünər” firmasında işlədiyi müddət nəzərə alınmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ İV. Məhkəmənin mövqeyi
9.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
12. İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
13. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işləmişdir, habelə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubdan məhkəmə müəyyən etmişdir ki, “Hünər” firmasının 2006-cı il üçün 0111 fəaliyyət növünün kodu üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta hesabatında 640,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı öz əksini tapmışdır, həmin məktuba əlavə edilmiş “hesabata baxış” adlı sənədə əsasən illik məcburi dövlət sosial sığortaya cəlb olunanlar üzrə məbləğ 3179,52 manat təşkil etmişdir, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2004-cü ildə verdiyi “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə”yə əsasən ünvan 2 ünvanda yerləşən “Hünər” firması ********** nömrəli VÖEN-ə malik olmuşdur. Göründüyü kimi iddiaçının əmək kitabçasında xx.xx.2001-ci ildən 15ı07.2006-cı ilə qədər əmək fəaliyyəti barədə qeydiyyatı aparmış “Hünər” firması həqiqətən də mövcud olmuş, vergi ödəyicisi kimi fəaliyyət göstərmiş, habelə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyyatda olmuşdur və hesabatları təqdim etmişdir, belə olan halda iddiaçının əmək kitabçasında xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər əmək fəaliyyəti ilə bağlı qeydin mötəbərliyi sübutların məcmu qiymətləndirilməsi baxımından məhkəmədə şübhə yaratmır. Məhkəmə habelə qeyd edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin saxta, qeyri-mötəbər olmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim etməmişdir. 14.Məhkəmə eyni zamanda onu qeyd edir ki, “Hünər” firmasının sənədlərinin dövlət arxivinə təhvil verilməməsinə görə iddiaçı məsuliyyət daşımamalı və onun sosial təminat – pensiya hüququ məhdudlaşdırılmamalıdır, bu məhdudlaşdırma onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququnun pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-169/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən “iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır”. 15.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş öhdəlikləri iddiaçıya münasibətdə icra etməmiş, iddiaçının xeyrinə olan halları hərtərəfli araşdırma aparmamış, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər iddiaçının əmək stajını yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə almaqdan əsassız imtina etmişdir. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işlədiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğinin yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
NƏTİCƏVİ HİSSƏ
19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər “Hünər” firmasında işlədiyi dövrlər nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova