Məhkəmə qərarları › İş №2-1(112)-2523/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2523/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2523/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Paşayev Şamil Amil oğlunun (Şuşa şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “APA Holdinq”də işləyir),cavabdehin nümayəndəsi, vəkili Həsənov Fərid İzafət oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiаçı Paşayev Şamil Amil oğlunun cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qаrşı “iddiaçının müsahibədə verdiyi cavabın məqbul qiymətləndirilməsi, iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul etməkdən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Paşayev Şamil Amil oğlu cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı şifahi müsabiqədə verdiyi cavabın məqbul qiymətləndirilməsi və bunun əsasında onun müvafiq icra orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməkdən imtina edilməyi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, 2019-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. 2009-2010-cu illərdə DQ-nin Naxçıvan MR-dəki N saylı hərbi hissəsində xidmətdə olmuş, xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək Sumqayıt Apellyasiya Məhkəməsində iclas katibi, xx.xx.2011-xx.xx.2018-ci illərdə Azərbaycan Respublikasının prokurorluq orqanlarının müxtəlif strukturlarında işləmişdir. Bir çox seminar və konfransların iştirakçısı, eyni zamanda təlimatçısı olmuşdur. xx.xx.2019-cu ildən hazıradək “xxxx” MMC-yə aid olan APA TV-də “Hüquq vaxtı” verilişinin aparıcısı, “Hadisədən sonra” verilişdə isə hüquqşunas-ekspert kimi iştirak edir. Apa.az, vesti.az, lent.az, APA bloq kimi internet resurslarında ictimai və hüquqi məqalələr və köşələr yazır. xx.xx.2018-ci il tarixdə keçirilmiş vəkilliyə ixtisas imtahanının İ mərhələsində iştirak etmişdir. Həmin imtahanın nəticələrinə əsasən 80 bal toplayaraq növbəti mərhələyə buraxılmışdır. xx.xx.2019-cu il tarixdə İİ mərhələsində iştirak etmiş və 5 sualdan 4-nə mahiyyət üzrə tam, dolğun, düzgün cavab vermişdir. xx.xx.2019-cu il tarixdə müəyyən olunmuşdur ki, onun cavabları qeyri-məqbul qiymətləndirilmişdir. Bununla əlaqədar o Vəkillər X1 şikayət vermiş, lakin Rəyasət Heyəti onun şikayətini rədd etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının qeyri-məqbul qiymətlərinin sayı məqbul qiymətlərin sayından çox olduğu üçün xx.xx.2019-cu il tarixli, 25 nömrəli iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddaçının cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir. Belə olan halda iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə verməsi və müvafiq rəy faktiki və hüquqi olaraq mövcud olmadığı halda, həmçinin məzmunu və müddəti Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə razılaşdırılmaqla dövlət təhsil standartları əsasında tərtib edilən təhsil proqramları ilə müəyyən edilmiş vəkilliyə namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə keçirilən icbari təlimdə faktiki və hüquqi olaraq iştirak edilmədən, icbari təlim yekunları üzrə müvəffəqiyyət qazanmaqla peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alınmadan üzvlüyə qəbul edilmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb edilə bilməz. Hazırki iş üzrə araşdırma predmetini yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi təşkil edə bilər və iddia həmin hissədə mümkün hesab edilməklə mahiyyəti üzrə baxıla bilər, iddiaçının tələbi də Vəkillərin İxtisas Komissiyasının ixtisas imtahanın qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edilən diskression səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma üzrə ixtisas imtahanının şifahi müsahibə mərhələsi müstəsna olaraq Vəkillərin İxtisas Komissiyası tərəfindən həyata keçirilir, imtahan nəticələri müvafiq komissiyanın üzvləri tərəfindən məqbul və ya qeyri-məqbul qiymətləndirildikdə Vəkillər Kolegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edilir, nəticələr qeyri-məqbul qiymətləndirildikdə isə müvafiq rəy verilmir. Belə olan halda iddiaçı məhkəmənin təftiş zamanı özünü bütövlüklə Vəkillərin İxtisas Komissiyasının üzvlərinin yerinə qoymaqla öz qərarı ilə Vəkillərin İxtisas Komissiyasının qərarını əvəz etməsini tələb edə bilməz. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində öz öhdəliyini ümumi şəkildə irəli sürmüş, Vəkillərin İxtisas Komissiyasının qərəzliyini ümumi şəkildə hər bir üzv barəsində və ümumilikdə Vəkillər Kollegiyası barəsində iddia etmiş və öz dəlillərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla möhkəmləndirməmişdir. Bundan başqa iddiaçının şəxsi işi imtahan günü Vəkillərin İxtisas Komisiyasının üzvlərinin sərəncamında olur və qeyd edilməlidir ki, iddiada göstərildiyi və mülahizəsinə əsasən ona qarşı qərəzli mövqe göstərilməsinin əsasında durmuş halların heç biri şəxsi işdə olan sənədlərdə və xüsusən tərcümeyi-halda öz əksini tapmamışdır. Həmçinin iddiaçı xx.xx.2019-ci il tarixində və ondan öncə Vəkillərin İxtisas Komissiyası qarşısında imtahandan qabaq onun hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə hər hansı bir əsaslanırılmış etiraz verməmişdir.Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi, vəkili F.Həsənov iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə iclаsındа iştirаk еdən iddiаçının,cavabdehin vəkil və nümayəndəsinin izаhаtını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi rədd еdilməlidir. Belə ki, məhkəmə iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə səasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 162100 №li Diploma əsasən iddiaçı 2009-cu ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirərək bakalavr dərəcəsi almışdır. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2011ci ilə qədər Sumqayıt Apellyasiya Məhkəməsində, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilə qədər Azərbaycan Respublikasının Prokurorluq orqanlarında xidmət etmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının xx.xx.2019-cu il tarixli, 19 nömrəli iclas protokoluna əsasən vəkilliyə namizəd Paşayev Şamil Amil oğlu şifahi müsahibəyə dəvət edilmişdir, ona ünvanlanmış sualların cavablarının qiymətləndirilməsi Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən onlara əvvəlcədən paylanmış “Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirilmə” cədvəlində qeyd edilmişdir, cədvəl müvafiq zərfə qoyularaq möhürlənmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının xx.xx.2019-cu il tarixli, 25 nömrəli iclas protokolunun çıxarışında göstərilmişdir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmək üçün yazılı test imtahanından müəyyən edilmiş keçid balını toplayaraq imtahanların şifahi mərhələsinə buraxılmış namizədlərin peşə yararlılığının müəyyən edilməsi və onların Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsinə rəy verilməsi məsələsinə baxılması üçün Vəkillərin İxtisas Komissiyası tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş İddiaçı cavabları “qeyri-məqbul” qiymətləndirilmişdir. “Qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışa” əsasən iddiaçıya şifahi müsabiqədə verilmiş 5 suala verdiyi cavabları ”16 məqbul, 24 qeyri-məqbul” kimi qiymətləndirilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticələrinin yenidən qiymətləndirilməsi barədə iddiaçının müraciətinə cavabdehin Rəyasət Heyətinin xx.xx.2019-cu ildə keçirilmiş iclasında baxılmış, əsas olmadığından iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli şikayətinə əsasən iddiaçı Azərbaycan Respublikasının Vəkillər X1 müraciət edərək Vəkillərin İxtisas Komissiyasının iddiaçının şüfahi müsahibədə verdiyi cavabın qeyri-kafi qiymətləndirilməsinə dair qərarının qanunsuz, əsassız və qərəzli olduğundan ləğv edilməsini, iddiaçının cavabının məqbul qiymətləndirilməsinə dair qərarın qəbul edilməsini və iddiaçının Ədliyyə Nazirliyinin tədris elm müəssisəsində icbari təlimə buraxılmasını və Vəkillər Kollegiyasının üzvlüyünə qəbulu ilə bağlı göstəriş verilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəfəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.İddiaçıya bildirilmişdir ki, iddiaçı bir illik müddəti gözləməklə xx.xx.2020-ci ildən etibarən vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün Vəkillər Kollegiyasının Sənəd Qəbulu Komissiyasına müraciət edə bilər. İddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən o cavabdehə müraciət edərək ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmasını xahiş etmişdir. Bundan başqa məhkəməyə iddiaçıya aid olan vəkilin şəxsi vərəqəsinin,tərcümeyi halının kserosurətləri təqdim edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasında Vəkillər Kollegiyasında müsahibə zamanı verdiyi cavabın məqbul qiymətləndirilməsi, iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul etməkdən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilir.Qanun Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir. Həmin Qanunun 4-cü maddəsinin İ hissəsinə əsasən Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Həmin Qanunun 8-ci maddəsinin İ hissəsinə əsasən Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Həmin Qanunun 13-cü maddəsinin İ-ci hissəsinə əsasən vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır, İİ hissəsinə əsasən İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir, İİİ hissəsinə əsasən İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur, İV hissəsinə əsasən İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir, V hissəsinə əsasən İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X1 müvafiq rəy təqdim edir, Vİ hissəsinə əsasən üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qanunun 8-ci maddəsinin Vİİ hissəsinə əsasən vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər.“ Göründüyü kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsində namizədin verdiyi cavabların məqbul olub olmaması beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərən İxtisas Komissiyası tərəfindən qiymətləndirilir, həmin komissiya üzvləri isə yekdilliklə iddiaçının verdiyi cavabları ”16 məqbul, 24 qeyri-məqbul” kimi qymətləndirmişdir və bu barədə protokol imzalanmışdır, iddiaçı həmin protokolun mötəbərliyini şübhə altına ala bilən sübutlar barədə məhkəməyə məlumat verməmiş, həmin sübutları məhkəməyə təqdim etməmişdir, komissiya üzvlərinin işinin qüsurlu olmasını sübuta yetirməmişdir. Bundan başqa şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə vermiş namizədlər icbari təlimə buraxılırlar və həmin icbari təlim də təlimin məzmunu və proqramının mənimsənilməsi üzerə yekun qiymətləndirilməni tələb edir və bu mərhələni də uğurla başa vurmuş namizədin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul edilməsi barədə qərar qəbul edilir, həmin mərhələni uğurla başa vurmadan şəxsin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi də istisna edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsinin 17-ci bəndinə əsasən Akademiyada ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin (bundan sonra - namizədlər) peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimi həyata keçirilir. Həmin Nizamnamənin 18-ci bəndinə əsasən qanunvericiliyə müvafiq olaraq müsabiqədən keçmiş namizədlər Akademiyada icbari təlimə cəlb edilirlər. İcbari təlimin yekunları üzrə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlər üçün Nazirlik, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlər üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu, vəkilliyə namizədlər üçün Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Akademiya ilə birlikdə imtahan keçirilir. İcbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilir. Belə olan halda vəkilliyə namizəd olan şəxsin şifahi müsahibəni keçmədən icbari təlimə buraxılması, icbari təlimi keçmədən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi qanunvericiliklə istisna edildiyi üçün, eyni zamanda qeyd edilən prosedurlar keçilmədən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul da qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiаçı Paşayev Şamil Amil oğlunun cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı İddiaçı şifahi müsabiqədə verdiyi cavabın məqbul qiymətləndirilməsi və bunun əsasında onun müvafiq icra orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması, hüquq münasibətlərə aydınlıq gətirilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməkdən imtina edilməyi haqqında qərarın ləğv edilməsi haqqında iddiası rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 68, 69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı Paşayev Şamil Amil oğlunun cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı İddiaçı şifahi müsabiqədə verdiyi cavabın məqbul qiymətləndirilməsi və bunun əsasında onun müvafiq icra orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması, hüquq münasibətlərə aydınlıq gətirilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməkdən imtina edilməyi haqqında qərarın ləğv edilməsi haqqında iddiası rədd edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar