Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2525/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçı X20, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı X20 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə və üçüncü şəxslər X16, X3, X29, X9, X30, X31 qarşı «üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X38 cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə və üçüncü şəxslər X16, X3, X29, X9, X30, X31 qarşı «üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 9-cu dalan, 6-cı evin 2/6 hissəsi (60,8 kv.m) iddiaçı X20, 1/6 hissəsi X4, 2/6 hissəsi (60,4 kv.m) X17, 1/24 hissəsi X5, 3/24 hissəsi X18 mülkiyyətindədir və bu barədə Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsi tərəfindən RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. 14 sentyabr 2019-cu il tarixdə iddaçı anasının yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı ASAN xidmət mərkəzinə müraciət etmişdir. Qurumdan bildirilmişdir ki, bu barədə digər payçıların da razılığı olmalıdır. Həmin vaxt iddiaçı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış əldə etmişdir. Arayışdan məlum olur ki, həmin evdə 15 nəfər qeydiyyatdadır. Onlar iddiaçının və babasının razılığı olmadan evə qeydiyyata alınmışlar. İddiaçı ərizə ilə AR Daxili İşlər Nazirliyinin Baş Pasport və Miqrasiya İdarəsinə müraciət edərək, müvafiq razılıq olmadan həmin şəxslərin hansı əsaslarla qeydiyyat alınması barədə məlumat verilməsini xahiş etrmişdir. Baş İdarədən həmin müraciət baxılması üçün Bakı şəhəri Yasamal RPİ-yə göndərilmişdir. RPİ-dən isə, məsələ ilə bağlı mülki qaydada məhkəməyə Azərbaycan Respublikası Konstitusiyasının 13, 71-ci maddələrinə, «Yaşayış yeri üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 5, 9-cu maddələrinə, İPM-in 4, 33, 73-cü maddələrinə əsaslanaraq, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, 9-cu dalan, 6 saylı evdən X10, X1, X21, X6, X22 və X23 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhəri Yasamal RPİnin iddia ilə bağlı yazılı münasibəti məhkəməyə təqdim olunmamış, lakin qurum mübahisəyə onun nümayəndəsinin iştirakı olmadan baxılması xahişi ilə məhkəməyə müraciət ünvanlamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçı X38 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan DƏDRX Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, iddiaçı X38 Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 9-cu dalandakı 6 saylı evin 2/6 hissəsinin mülkiyyətçisidir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 90/2018 saylı iş üzrə 2 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X20 iddiası təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, 9-cu dalanda yerləşən 6 saylı evin 9 və 10-cu otaqlarından cavabdehlər X39, 11, 12, 13-cü otaqlarından X11, X2, X12, X24, X7, X25 və X26 və onlarla birlikdə yetkinlik yaşına catmayan uşaqları X13, X32, X19, X37, X14, X15 əşyalaarı ilə birlikdə çıxarılması və həmin otaqların iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6003/2019 saylı iş üzrə 2 iyul 2019-cu il tarixli qətnaməsi ilə Şahin Cəlilovun apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddianın cavabdehb Şahin Cəlilova münasibətdə təmin olunmuş hisəsində ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-287/2020 saylı iş üzrə 21 yanvar 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2 iyul 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ASAN -2 tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli 14 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, X33, X8, X40, X27, X41 və X42 Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, 9-cu dalan, 6 saylı evdə qeydiyyatdadırlar. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin X28 ünvanlanmış 28 oktyabr 2020-ci il tarixli məktubunda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına istinad olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, 9-cu dalan, 6 saylı evdən X10 və digərlərinin qeydiyyatdan çıxarılmasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əsasında mümkün olması bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 9-cu dalandakı 6 saylı evin 2/6 hissəsi hazırkı iddiaçının mülkiyyətindədir və bu barədə aidiyyəti səlahiyyətli orqan tərəfindən RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçının qaldırdığı iddia üzrə mülki məhkəmə icraatı qaydasında müvafiq mübahisəyə baxılmış və məhkəmə qərarı ilə hazırkı üçüncü şəxslər X10, X1, X21, X6, X22, X23 iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə aktı qanuni qüvvəyə minmişdir. İddiaçı həmin şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı hazırkı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş və imtina barədə məktubunda bildirmişdir ki, adıçəkilən şəxslərin müvafiq yaşayış sahəsindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında çıxarıla bilər. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, adları qeyd olunan şəxslərin ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verilməsi üçün qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsaəsn hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» AR Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. AR Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə görə 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, qanunvericilik şəxsin yaşayış sahəsindən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını şəxsin həmin sahədən qeydiyyatdan çıxarılması üçün əsas kimi müəyyən etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 9-cu dalandakı 6 saylı evin iddiaçı X34 məxsus hissəsindən hazırkı üçüncü şəxslərin çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, iddiaçının müraciəti üzrə həmin şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina edilməsi qanunvericiliyin, o cümlədən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin və «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçının müraciəti üzrə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 9-cu dalandakı 6 saylı evin 2/6 hissəsi olan yaşayış sahəsindən üçüncü şəxslər X10, X1, X21, X6, X22 və X23 qeydiyyatdan çıxarılmasından imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayır. Məhkəmə vurğulayır ki, hazırkı məhkəmə icraatında üçüncü şəxs kimi iştirak edən şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 9-cu dalandakı 6 saylı evin iddiaçıya 2/6 hissəsi istisna olmaqla qalan hissəsinə hər hansı hüquqlarının olması və ya orada yaşaması barəıdə xüsusatlar müəyyən edilmir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X20 mülkiyyətində olan ünvan 2 ünvanından üçüncü şəxslər X10, X1, X21, X6, X22 və X23 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 16.2, 23.1, 58.7, 75, 78–79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. İddiaçı X20 mülkiyyətində olan ünvan 2 ünvanından üçüncü şəxslər X10, X1, X21, X6, X22 və X23 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2525/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2525/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver