Məhkəmə qərarları › İş №2-1(112)-2527/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2527/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2527/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdehin nümayəndəsi Baloğlanov Hacı Baloğlan oğlunun iştirakı ilə, iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2016-cı il üzrə 2.762.587,93 manat məbləğin cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Sumqayıt İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iddia qaldıraraq “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Departamenti tərəfindən 29.12.2020-ci il tarixdə qanunsuz keçirilmiş **********119520 saylı qərarında yoxlama zamanı cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.6, 83.3 və 85.4-cü maddələrini kobud şəkildə pozaraq cəmiyyətə 3 ildən artıq yoxlama aparmaqla yuxarıda qeyd edildiyi kimi neft məhsullarının pərakəndə satışı üçün 2016-cı il üzrə mənfəət verigisi 4.846.646.19x20%=969.329,20 manat, mənfəət vergisi üzrə 50% maliyyə sanksiyası 969.329,20x50%=484.664,50 manat, ƏDV vergisi 4.846.646,149x18%=872.396,02 manat, ƏDV üzrə maliyyə sanksiyası üzrə 872.396,02x50%=436.198,21 manat, cəmi 2.762.587,93 manat məbləğinin cavabdehdən tutularaq cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi“ barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1356/2021 nömrəli, 29.07.2021-ci il tarixli qərardadına əsasən inzibati iş cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) vergi ödəyicisi kimi aidiyyəti üzrə Bakı şəhər Vergilər Departamentinin Kommersiya və X3 Qeydiyyatı İdarəsində 05.04.2010-cu il tarixdə qeydə alınmış və cəmiyyətin adına ********** saylı VÖEN verilmişdir. 30.04.2018-ci il tarixdə cəmiyyətin əvvəlki adı "xxxx" MMC-dən dəyişilərək İddiaçı MMC olmuş və dövlət qeydiyyatı reyestrində müvafiq düzəliş aparılmışdır.Cəmiyyətin əsas fəaliyyət növü "digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri, digər fəaliyyət növləri sair fərdi xidmətlərin göstərilməsi, ixtisaslaşdırılmamış topdansatış” olmuş, bununla yanaşı iddiaçı qanunla qadağan edilməyən digər fəaliyyətlə də məşğul olmuş, qanunvericiliklə qadağan edilən hər hansı fəaliyyətlə məşğul olmamışdır. Cəmiyyət 06.04.2010-cu il tarixdən ƏDV-nin ödəyicisi olmuş, ƏDV sub-uçot hesabına və banklarda hesablaşma hesablarına malik olmuşdur.Cəmiyyət fəaliyyət göstərdiyi dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə dönmədən əməl etmiş, vergi və digər icbari ödənişləri vaxtlıvaxtında ödəmişdir. Cəmiyyət 2010-2018-ci illər ərzində dövlət büdcəsinə 16.234.009,65 manat məbləğində vəsait ödəmişdir. ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2007-ci il tarixli, 219 saylı Qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir və həmin qaydalarda, digər qanunvericiliklərdə, o cümlədən Vergi Məcəlləsində vergi orqanı tərəfindən ƏDV sub-uçot hesabı üzrə aparıla biləcək əməliyyatlara hər hansı məhdudiyyətin qoyulması (bloklanması) nəzərdə tutulmamışdır.İddiaçının ƏDV sub-uçot hesabı üzrə aparıla biləcək məxaric əməliyyatlarına məhdudiyyət qoyulması ilə bağlı dəfələrlə vergi orqanına, məhkəmələrə şikayətləri olmuşdur. Nəhayət 01.01.2014-cü il tarixdən vergi orqanı iddiaçının ƏDV subuçot hesabına daxil olan məbləğlərin 50%-i həcmində malsatanlara vəsait ödəməyinə imkan yaratmışdır. 01.02.2017-ci il tarixdən isə iddiaçının ƏDV sub-uçot hesabını bloklamışdır. Vergi orqanı bu qanunsuzluqlarla kifayətlənməyərək 31.03.2015 və 01.04.2015-ci il tarixlərdə kameral vergi yoxlaması ilə cəmiyyətə 2013-cü il üçün 27.03.2014-cü il tarixdə vergi orqanına təqdim edilən mənfəət bəyannaməsi üzrə əlavə olaraq 3567985,45 manat mənfəət vergisi, 2013-cü ilin dekabr ayı üçün 09.04.2014-cü il tarixdə vergi orqanına təqdim edilən ƏDV bəyannaməsi üzrə isə 31.03.2015 və 01.04.2015-ci il və 01.04.2016-cı il tarixlərdə əlavə olaraq cəmi 3360168.93 manat ƏDV (ümumilikdə ƏDV və mənfəət vergiləri üzrə 6928154,38 manat) hesablamaqla qanunvericiliyin tələblərini kobudcasına pozmuş, bank hesablarına sərəncamlar verməklə iddiaçının fəaliyyətini iflic etmişdir. İddiaçı vergi orqanının bu qanunsuzluqlarının aradan qaldırılması, yəni vergi orqanı tərəfindən bank hesablarına qoyulan sərəncamların icrasının dayandırılması və ƏDV sub-uçot hesabı üzrə aparla biləcək məxaric əməliyyatlarına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı vergi orqanına qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış,məhkəmə 09.04.2015-ci il tarixdə işə baxaraq iddianın təmin olunması barədə 2-1(81)-2199/2015 saylı qərardad qəbul etmişdir. Bundan sonra cavabdeh vergi orqanı tərəfindən həmin qərardaddan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi 21.07.2015-ci il tarixdə işə baxaraq şikayətin qismən təmin edilməsi barədə 2-1 (103)-1224 2015 saylı qərardad qəbul etmişdir. Belə ki, yeni qərardada əsasən vergi orqanı tərəfindən bank hesablarına qoyulan bütün sərəncamların deyil, yalnız əlavə hesablamalar üzrə qoyulan sərəncamların icrasının dayandırılması, eyni zamanda ƏDV sub-uçot hesabı üzrə aparıla biləcək məxaric əməliyyatlarına qoyulan məhdudiyyətin aradan qaldırılması qət edilmişdir. Cavabdeh vergi orqanı Bakı Apellyasiya Məhkəməsinin qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1.06.2016-cı il tarixli 2-1 (102)-912/2016 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Bundan sonra vergi orqanı qərəzli olaraq Ali Məhkəmənin qərarının icrasını təmin etməyərək ƏDV sub-uçot hesabı üzrə aparıla biləcək məxaric əməliyyatlarına qoyulan məhdudiyyəti (bloklanmanı) aradan qaldırmamış,uzun sürən yazışmalardan sonra 12.04.2018-ci il tarixdə vergi orqanı ƏDV üzrə 2013-cü ilin dekabr ayı və mənfəət vergisi üzrə 2013-cü il üçün qanunsuz olaraq kameral qaydada ümumilikdə hesabladığı 28154.38 manat məbləğində vergiləri ləğv edərək şəxsi hesab vərəqəndə müvafiq düzəliş aparsa da ƏDV sub-uçot hesabındakı bloklamanı aradan qaldırmamışdır. Cəmiyyət vergi orqanı tərəfindən yaradılan qanunsuz maneələr ucbatından məcbur olaraq fəaliyyətini dayandırmışdır.Beləliklə cəmiyyətdə DVX tərəfindən qanunsuz aparılmış 29.12.2019-cu il tarixli **********95520 saylı yoxlama zamanı 11.06.2020 -ci ildə mübahisələndirilən qərar qəbul edilərkən 2016-cı il üzrə hesablanmış neft məhsullarının satışı üzrə mənfəət və ƏDV vergisinin hesablanma müddəti başa çatdıqdan sonra hesablama aparılmışdır. Vergi Məcəlləsinin 36.3, 83,3 və 85.4-cü maddəsinə əsasən hesabat dövrü başa çatdıqdan (31.12.2016) sonra 3 il müddətində vergi orqanının hesablama aparmaq hüququ vardır. Yəni 2016-cı il üzrə hesablama aparmaq müddəti 31.12.2019-cı ildə başa çatır.Lakin göründüyü kimi hətta öz yoxlama aktında yazıldığı kimi vergi orqanı 11.06.2020-ci il tarixində hesablama aparmaqla qanunvericiliyin imperativ tələblərini pozmuşdur.Mübahisələndirilən 11.06.2020-ci il tarixli qərarda əks olunan neft məhsullarına görə cəmiyyət öz bank hesabından əsas vəsait və ƏDV-ni nağd şəkildə ödəmişdir. DVX həmin neft məhsullarını Tarif Şurasının qərarını nəzərə alaraq, pərakəndə satış kimi hesablayaraq ümumi gəlirin 20% mənfəət, 18 % ƏDV -i məbləğlərini kənarlaşmış məbləğ göstərməklə 50% faiz maliyyə sanksiyası hesablayaraq şəxsi vərəqdə borc yaratmışdır. DVX –nin aktında qeyd olunduğu kimi, 2016-ci il üzrə cəmiyyət 19.200.423.02 manat məbləğində müxtəlif növ yanacaq məhsullarını (24.279.7 ton) SOCAR-dan alaraq pərakəndə satış həyata keçirmişdir. Vergi orqanı göstərdiyi məbləğin, yəni 19.200.423.02 dövriyyənin alış qiymətini tonla göstərərək, satışı pərakəndə hesablamaqla 36.3,83.3 və 85.4 cu maddələri kobud şəkildə pozaraq, ümumilikdə 2016-cı il üzrə mənfəət, ƏDV 18% və malliyyə sanksiyası tətbiq etməklə ümumilikdə 4.864.6463.19 manat məbləği gəlir kimi göstərərək, öz aktlarında göstərildiyi kimi hesablama aparmışdır. Cəmiyyət hesab edir ki, vergi orqanı qərəzli şəkildə Vergi Məcəlləsinin 36.3, 83.3 və 85.4-cü maddələrini pozduğu, 3 ildən artıq hesablanılan neft məhsullarının pərakəndə satışına görə hesablanmış 2.762.587,93 manat cəmiyyətin şəxsi hesab vərəqəsinə geri qaytarılmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbi ilə bağlı təqdim etdiyi etirazında göstərmişdir ki, həmin dövlət orqanı hazırki iş üzrə cavabdeh ola bilməz. Belə ki, “Greenroom" MMC vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotdadır. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən iddiaçıya münasibətdə hər hansı qərarın qəbul edilməsi, şəxsi hesab vərəqəsinə müdaxilənin edilməsi mümkün deyildir, eyni zamanda cavabdeh kimi göstərilmiş dövlət orqanının İddiaçı MMC-nin vergi orqanında olan sənədlərinə (məlumatlarına) baxış hüququ yoxdur.Bundan əlavə iddia ərizəsindən göründüyü kimi iddiaçı tələbinin əsaslandırılması üçün istinad etdiyi 29.12.2019-cu il tarixli 1**********95520 və 11,06.2020ci il tarixli **********137139 nömrəli qərarlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmişdir.Belə ki, iddiaçının istinad etdiyi 29.12.2019-cu il tarixli, 1**********95520 nömrəli qərar 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərardır. Həmin qərar əsasında keçirilmiş yoxlamanın nəticəsi üzrə iddia ərizəsində qeyd olunan səyyar vergi yoxlaması aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 11,06.2020-ci il tarixli **********137139 nömrəli qərar qəbul edilmişdir. Odur ki, iddia tələbinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə heç bir əlaqəsi yoxdur. Bununla əlaqədar, iş üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz edilməsi barədə 15.10.2021-ci il tarixli **********464500 nömrəli vəsatət Bakı inzibati Məhkəməsinə təqdim edilmişdir. Vəsatətə əlavə edilmiş sübutların təkrar etiraza əlavə edilməsinə zərurət yaranmır.Əlavə olaraq bildiririlir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində istinad etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 11,06.2020-ci il tarixli **********137139 nömrəli qərarı iddiaçı məhkəmə qaydasında mübahisələndirmiş və iş hal-hazırda Sumqayıt inzibati Məhkəməsinin icraatındadır. İddiaçının mübahisələndirdiyi və şəxsi hesab vərəqəsinə bərpa edilməsini tələb etdiyi 2.762.587,93 manat məbləğin 11,06.2020-ci il tarixli **********137139 nömrəli qərarlarla əlaqəli olduğunu iddiaçı ərizəsində də təsdiq edir. Həmin qərarın iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirdiyini, qeyd olunan mübahisələrin əlaqəli olduğunu, işin hal-hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatında olduğunu və mahiyyəti üzrə qərar qəbul edilmədiyi nəzərə alınsa, iddiaçının 2.762.587,93 manatın cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı 29.12.2019-cu il tarixli 1**********95520 nömrəli qərar əsasında Vergi Məcəlləsinin tələbləri pozulmaqla cəmiyyətdə 3 ildən çox dövr əhatə olunmaqla aparılımış yoxlama ilə neft məhsullarının pərakəndə satışına görə 2016-cı il üzrə əsassız və qanunsuz hesablama aparmaqla 2.762.587,93 manat məbləğində şəxsi hesab vərəqəsində yaradılmış borcun ləğv edilməsi və həmin məbləğin cəmiyyətin hesabına bərpa edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilmiş və tələb də həmin inzibati orqana qarşı verilmişdir. Lakin işin faktiki hallarına əsasən iddiaçının şəxsi hesabına qaytarılmasını tələb etdiyi cəmi 2.762.587,93 manat məbləği (vergi və maliyyə sanksiyaları) iddiaçının hazırda tələb irəli sürdüyü cavabdeh tərəfindən deyil, **********198795 nömrəli, 30.04.2020-ci il tarixli səyyar vergi yoxlaması aktını tərtib etmiş,həmin akta əsasən qeyd edilən verginin hesablanması barədə “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 11.06.2020-ci il tarixli, **********137139 nömrəli qərarı qəbul etmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hesablanmışdır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barədə hər hansı bir inzibati akt qəbul edilməmiş və hərəkət (hərəkətsizlik) həyata keçirilməmişdir. Belə olan təqdirdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının iddia tələblərinə cavab verən orqan deyildir. Azərbaycan Respublikasının İPM-nin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Azərbaycan Respublikasınn İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən qanun normasına əsasən məhkəmə tərəfindən iddiaçıya iddianın dəqiqləşdirilməsi barədə məktubla iddia ərizəsində yol verilən formal xətanın aradan qaldırılması, iddianın dəqiqləşdirilməsi təklif edilsə də iddiaçı tərəfindən yol verilmiş formal xəta aradan qaldırılmamış, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilməmişdir, eyni zamanda iddiaçı iddianı da dəyişdirməmişdir. Azərbaycan Respublikasının İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçı inzibati məhkəmə icraatından yayınmaqla məhkəmə iclasına gəlməmiş, cavabdehin əsl, tələbə cavab verə bilən cavabdehlə əvəz edilməsi (iddianı dəyişdirməsi) barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cavabdeh iddiaçının tələbinə cavab verən inzibati orqan olmadığı üçün İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Departamenti tərəfindən 29.12.2020-ci il tarixdə qanunsuz keçirilmiş **********119520 saylı qərarında yoxlama zamanı cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.6, 83.3 və 85.4 -cü maddələrini kobud şəkildə pozaraq cəmiyyətə 3 ildən artıq yoxlama aparmaqla yuxarıda qeyd edildiyi kimi neft məhsullarının pərakəndə satışı üçün 2016-cı il üzrə mənfəət vergisi 4.846.646.19x20%=969.329,20 manat, mənfəət vergisi üzrə 50% maliyyə sanksiyası 969.329,20x50%=484.664,50 manat, ƏDV 4.846.646,149x18%=872.396,02 manat, ƏDV üzrə maliyyə sanksiyası üzrə 872.396,02x50%=436.198,21 manat, cəmi 2.762.587,93 manat məbləğinin cavabdehdən tutularaq cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Departamenti tərəfindən 29.12.2020-ci il tarixdə qanunsuz keçirilmiş **********119520 saylı qərarında yoxlama zamanı cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.6, 83.3 və 85.4 -cü maddələrini kobud şəkildə pozaraq cəmiyyətə 3 ildən artıq yoxlama aparmaqla yuxarıda qeyd edildiyi kimi neft məhsullarının pərakəndə satışı üçün 2016-cı il üzrə mənfəət vergisi 4.846.646.19x20%=969.329,20 manat, mənfəət vergisi üzrə 50% maliyyə sanksiyası 969.329,20x50%=484.664,50 manat, ƏDV 4.846.646,149x18%=872.396,02 manat, ƏDV üzrə maliyyə sanksiyası üzrə 872.396,02x50%=436.198,21 manat, cəmi 2.762.587,93 manat məbləğinin cavabdehdən tutularaq cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə” iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar