Məhkəmə qərarları › İş №2-1(112)-2528/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2528/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2528/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Ağayev Qabil Alıhüseyn oğlunun (Cəbrayıl rayonunda qeydiyyatdadır, vəkil),cavabdehin nümayəndəsi Həsənov Əli İbrahim oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası həkim, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri – ekspert cərrah) iştirakı ilə, iddiaçı İbrahimov Əbülfət Yusif oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İbrahimov Əbülfət Yusif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsinin əsassız hesab edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin xx.xx.2018-ci il tarixdən fasiləsiz hesab edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yaninda olan Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədəqərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı x xxxx 2018-ci ilin tarixindən 2019-cu ilin mart ayına kimi göz xəstəliyinə görə 3-cü dərəcəli müddətsiz əlil kimi pensiya almışdır. Ona xəbərdarlıq etmədən, tibbi müayinə aparılmadan pensiya təyinatı 2019-cu ildən dayandırılmışdır. O əlillik dərəcəsinin ləğv olunma səbəbini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. Həmin xidmətdən şifahi və yazılı surətdə ona izah etmişlər ki, əlilliyin ləğv edilməsinin səbəbi “X5” QSC-nin Əhmədlidə yerləşən poliklinikasının verdiyi 4405003AAB6G nömrəli göndərişin etibarsız hesab edilməsidir. O yenə də Akademik Z.Əliyeva adına Oftolmoloji Klinikada xx.xx.2019-cu ildə müayinə olunmuşdur. Müayinə nəticəsində onun gözünün diaqnozu 2018-ci ildə verilmiş diaqnozdan fərqli olmamışdır. Yenidən yaşayış ünvanında olan poliklinikanın göndərişi ilə xx.xx.2019-cu ildə əlillik dərəcəsi qiymətləndirilmiş ona yenidən müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. Sonra o əlillik dərəcəsinin etibarsız hesab edildiyi “X5” QSC-nin sosial idarəsinə müraciət etmişdir, nəticədə ona Azərbaycan Respublikası ƏƏSMN-ın İnformasiya texnilogiyalar şöbəsinə rəsmi məktub verilmişdir ki, Əhmədlidə yerləşən poliklinikanın 2018-ci ildə verdiyi 4405003AAB6G nömrəli göndəriş etibarlı hesab edilir və onun əlillik dərəcəsinin bərpa olunmasına etiraz edilmir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, İbrahimov Əbülfət Yusif oğlunun əlillik vəziyyəti “X4” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli Tibbi sanitar hissəsinin 405003AAB6G saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.”xxxx” QSC tərəfindən 4405003AAB6G saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində iddiaçının əlillik müayinəsi ləğv edilmişdir.Bu zaman cavabdeh tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməmişdir. İddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müalicə və müayinə olunduqdan sonra xx.xx.2019-cu il tarixdə 2784003AABWJ saylı göndəriş rəsmiləşdirilmiş, onun əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan xx.xx.2019-cu ildə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 №li qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən əlilliyin təyini tibbi-sosial ekspert komissiyasının qərar verdiyi gündən hesab edilir.Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Q.Ağayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ə.Həsənov iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayədəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən X1 Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı göndərilmiş xx.xx.2019-cu il tarixli, 02/03/1-936/02-858 nömrəli məktubunda göstərilmişdir ki, həmin Cəmiyyət əlilliyin təyin edilməsi barədə qərar verən müvafiq icra hakimiyyəti orqanı deyildir və onun belə bir səlahiyyəti yoxdur. Həmçinin, Cəmiyyət əvvəllər tabeliyində olmuş hər hansı bir tibb xidməti göstərən təşkilat tərəfindən verilmiş göndərişin etibarsız hesab edilməsi barədə sərəncam verməmişdir. Məktubda Əhmədli tibb sanitar hissəsinin verdiyi 4405003AAB6G nömrəli göndərişin və 2018-ci ildə təyin edilmiş əlilliyin bərpa edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında olan sənədə əsasən iddiaçıya xx.xx.2019-cu ildə müddətsiz gözdən əlilliklə bağlı üçüncü dərəcəli əlillik müəyyən edilmişdir, diaqnoz kimi “OS tor qişasının mərkəzi distrofiyası.Nevrasteniya, şüşəvari cismin distruksiyası.Artifakiya.VisOD=0,7 (onda yeddi) k/e, VisOS=0,02 (yüzdə iki) k/e” göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında olan sənədə əsasən iddiaçıya xx.xx.2018-cu ildə müddətsiz gözdən əlilliklə bağlı üçüncü dərəcəli əlillik müəyyən edilmişdir, diaqnoz kimi “arxa qütbün və ləkənin degenerasiyası, OS – Tor qişasının mərkəzi distrofiyası.Şüşəyəbənzər cisimin digər bulanmaları, Şüşəvari cismin distruksiyası.Şüşəyəbənzər cismin digər bulanmaları, Şüşəvari cismin distruksiyası Vis OD=0,7 korreksiya etmir, VisOS=0,02 korreksiya etmir.OU – ön şöbə normaldır.Büllur çıxarılmışdır,İO səpgilər görünür.Damarların kalil-optik zonadadır.OD göz dibində ciddi patologiya yoxdur.OS Şüşəvari cisimdə bulanmalar vardır.GSM solğun çəhrayıdır,sərhədləri aydındır, reflekslər alınmır.Xırda pigmentalbri 2:3” göstərilmişdir. X3 adına Milli Oftolmologiya Mərkəzinin xx.xx.2019-cü il tarixli, 1691 nömrəli tibbi rəyinə əsasən İddiaçı müayinə nəticəsində “OU Artifakiya.OS tor qişasının mərkəzi distrofiyası.Şüşəvari cismin distruksiyası” diaqnozu qoyulmuşdur. X3 adına Milli Oftolmologiya Mərkəzinin xx.xx.2018-ci il tarixli, 2712 nömrəli tibbi rəyinə əsasən İddiaçı müayinə nəticəsində “OU Artifakiya.OS tor qişasının mərkəzi distrofiyası.Şüşəvari cismin distruksiyası” diaqnozu qoyulmuşdur. 069884 nömrəli vəsiqəyə əsasən iddiaçı Qarabağ müharibəsinin veteranıdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti “X4” QSC Sosial İnkişaf Dairəsinin MDX X6 Hissəsinin 4405003AAB6G saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. “X4” QSC tərəfindən 4405003AAB6G saylı göndəriş etibarsız edildiyindən əlillik alt sistemində əlillik müayinə ləğv edilmişdir.Əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2784003AABWJ saylı göndərişi əsasında yenidən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 №li qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə müvafiq olaraq əlilliyin təyini tibbi-sosial ekspert komissiyasının qərar verdiyi gündən hesab edilir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır, iddiaçının əlillik vəziyyəti “X4” QSC Sosial İnkişaf Dairəsinin MDX X6 Hissəsinin 4405003AAB6G saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və iddiaçıya müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan “X4” QSC tərəfindən 4405003AAB6G saylı göndəriş etibarsız edildiyindən əlillik alt sistemində iddiaçının əlillik təyinatı ləğv edilmişdir.Daha sonra iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2784003AABWJ saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.Hazırda iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsinin əsassız hesab edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin xx.xx.2018-ci il tarixdən fasiləsiz hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2018-ci ildə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar (inzibati akt) qəbul edilmişdir, sonradan qeyd edilən göndəriş etibarsız hesab edildiyindən iddiaçının əlillik təyinatı ləğv edilmişdir, daha sonra xx.xx.2019-cu ildə iddiaçının sağlamlıq vəziyyəti yenidən qiymətləndirilmiş və yenə də müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə xx.xx.2019-cu ildə əlillik təyin edilməsi zamanı qərar qəbul edilməsi zamanı əsas götürülmüş diaqnoz iddiaçıya ilk dəfə əlillik təyin edilərkən əsas götrülmüş diaqnozla eynidir, hal-hazırda da iddiaçıya ilk dəfə əlillik təyin edilməsi əsaslı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İbrahimov Əbülfət Yusif oğluna xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi əsaslı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İbrahimov Əbülfət Yusif oğluna xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi əsassız hesab edilməli, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin xx.xx.2018-ci il tarixdən fasiləsiz hesab edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yaninda olan Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İbrahimov Əbülfət Yusif oğluna xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi əsassız hesab edilsin, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ona təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin xx.xx.2018-ci il tarixdən fasiləsiz hesab edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yaninda olan Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar