Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2530/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Xaspoladov Orxan Raiq oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir), Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəfzadə Anar Ziya oğlunun (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, ləğv prosesində olan "xxxx" ASC-də hüquq xidmətləri şöbəsinin müdiri vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qаrşı kompensasiyanın ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbi bаrədə ərizəsi üzrə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеhlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia qaldıraraq “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən iddiaçıya düşən kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vazifəsinin cavabdehlərin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti 28.02.2019-cu il tarixdə Fərmana əsasən ona 1216.22 manat kompensasiya hesablanmışdır. Sonradan ona məlum olmuşdur ki, əsassız olaraq onun adına "xxxx" ASC-də kredit rəsmiləşmiş və kompensasiya məbləği ləğv prosesində olan "xxxx" ASC-yə köçürülmüşdür. Bununla əlaqədar 31.12.2019-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Məlum olduğu kimi, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 28.02.2019-cu ildə Fərman imzalamış və bu məqsədlə kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə etsə də, axtarış zamanı ona aid məlumat çıxmamışdır. Bundan sonra Maliyyə Bazarları Nəzarət Palatasına müraciət etsə də rəsmi qaydada cavab almamış və nəhayət Azərbaycan Respublikasının Mərkəzi Bankının cavab məktubunda məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Halbuki göstərilən Fərman fiziki şəxslərin kredit təşkilatlarına 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarına şamil olunur. Həmin tarixlərdə kredit müqaviləsi üzrə borcun məbləği xarici valyutada qeyd edilmişdirsə bu zaman Fərman həmin şəxslərə şamil olunur. Kompensasiya ödənişi fiziki şəxslərin əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10000 ABŞ dollarınadək xarici valyutada olan istər istehlak, istər biznes, istər təminatlı, istərsə də təminatsız olan bütün növ kreditlərinə şamil edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında 09.07.2014-cü il tarixində bağlanmış 3800 ABŞ dolları dəyərində kredit müqaviləsi 28.02.2019-cu il tarixli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, kredit müqaviləsi üzrə İddiaçı ümumilikdə 1216,32 manat kompensasiya hesablanmışdır. Məlumat bazalarına ləğv prosesində olan "xxxx" ASC tərəfindən 14.01.2011-ci il tarixli müqaviləsi üzrə 4236,00 manat ödəniş müddəti keçmiş kredit borcunun mövcud olması ilə bağlı qeydlər daxil edildiyindən yuxarıda qeyd olunan kompensasiya məbləği həmin borcun ödənilməsinə yönəlmişdir. Lakin sonradan iddiaçı ərizə ilə Mərkəzi Banka müraciət edərək onunla ləğv prosesində olan "xxxx" ASC arasında 14.01.2011-ci il tarixli kredit müqaviləsinin bağlanılmadığını bildirilmiş və bu faktı təsdiq edən məhkəmə qərarlarını müraciətinə əlavə etmişdir. Həmin ərizəyə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09.08.2019cu il tarixli qətnaməsindən aydın olur ki, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməmiş, həmçinin "xxxx" ASC-nin əməkdaşlarının hərəkətində “vəzifə saxtakarlığı” cinayətinin əlamətlərinin aşkar olunması barədə Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verilməsi qərara alınmışdır. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna 04.06.2020-ci il tarixli icrası məcburi olan göstəriş verilmiş və borcun azaldılmasına yönəldilən 1216.22 manat kompensasiya məbləğinin vətəndaşın sərəncamına verilməsi, habelə tələb olunan borc məbləği ilə bağlı MKR-də müvafiq düzəlişlərin edilməsi tələb olunmuşdur.Cavabdeh göstərilənlərə əsasən iddianın Azərbaycan Respublikasının Mərkəzi Bankına münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehlərə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehlərə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Xaspoladov Orxan Raiq oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəfzadə Anar Ziya oğlu iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehlərin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikasının Mərkəzi Bankına və iddiaçıya ünvanlanmış 29.06.2020-ci il tarixli məktubunun surətinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14.01.2011-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 6000 manat kredit verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1688/2020 №li, 18.03.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 09.08.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Rəhimov Ramiz Eldar oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası rədd edilmiş, həmin mülki işə baxış zamanı "xxxx" ASC-nn əməkdaşlarının hərəkətlərində vəzifə saxtakarlığı cinayətinin əlamətlərinin aşkar olunması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər veriməsi qərara alınmışdır, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti də öz növbəsində təmin edilməmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1688/2020 №li, 18.03.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə "xxxx" ASC arasında 14.01.2011-ci il tarixli kredit müqaviləsi bağlanmamışdır. İddiaçının kredit müqavilələri barədə məlumata əsasən iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçının 21.02.2015-ci il tarixə xarici valyutada əsas kredit borcu 2404,52 ABŞ dolları məbləğində olmuşdur, hesablanmış kompensasiya məbləği 601,13 manat müəyyən olunmuşdir, 21.12.2015-ci il tarixinə həmin banka xarici valyutada əsas kredit borcu 1036,09 ABŞ dolları olmuş, hesablanmış kompensasiya 621,65 manat olmuşdur, həmin banka olan borc üzrə güzəşt məbləği 6.565 manat müəyyən olunmuşdur, "xxxx" ASC-yə 01.03.2019-cu il tarixinə əsas kredit borcu manat ekvivalentində 4236 manat, borcun azaldılmasına yönəldilən məbləğ 1216,22 manat, qalıq borcun məbləği 3019,78 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 04.06.2020-ci il tarixli məktubuna əsasən Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fondundan Mərkəzləşdirilmiş Kredit Reyestrində və Azərbaycan Kredit Bürosunun məlumat bazasında müvafiq düzəlişlərin edilməsi, 28.02.2019-cu il tarixli fərmana əsasən vətəndaşa dövlət büdcəsinin vəsaiti heabına ayrılmış borcun azaldılmasına yönəldilən 1216,22 manat kompensasiya məbləğinin vətəndaşın sərəncamına verilməsi tələb edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında 09.07.2014-cü il tarixində bağlanmış 3800 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə İddiaçı ümumilikdə 1216,32 manat kompensasiya hesablanmışdır. Məlumat bazalarına ləğv prosesində olan "xxxx" ASC tərəfindən 14.01.2011-ci il tarixli müqavilə üzrə 4236,00 manat ödəniş müddəti keçmiş kredit borcunun mövcud olması ilə bağlı qeydlər daxil edildiyindən həmin kompensasiya məbləği qeyd edilən borcun ödənilməsinə yönəlmişdir. İddiaçı ərizə ilə Mərkəsi Banka müraciət edərək onunla ləğv prosesində olan "xxxx" ASC arasında 14.01.2011-ci il tarixli kredit müqaviləsinin bağlanılmadığı bildirsə və bu faktı təsdiq edən məhkəmə qərarlarını müraciətinə əlavə etsə də Azərbaycan Respublikasının Mərkəzi Bankı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna borcun azaldılmasına yönəldilən 1216.22 manat kompensasiya məbləğinin vətəndaşın sərəncamına verilməsini, habelə tələb olunan borc məbləği ilə bağlı MKR-də müvafiq düzəlişlərin edilməsini tələb etmişdir.Lakin bu günkü günə qədər 1216,22 manat kompensasiya məbləği iddiaçıya ödənilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Həmin Fərmanın 8-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın məqsədləri üçün müəyyən edilir: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsinin qərara alınması göstərilmişdir. İşin faktiki hallarına görə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifəni 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində icra edərək iddiaçının adını kompensasiya verilməli olan şəxslərin siyahısına daxil etmişdir, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqavilələri üzrə İddiaçı ümumilikdə 1216,32 manat kompensasiya hesablanmışdır. Məlumat bazalarına ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış, həqiqət də isə mövcud olmayan 14.01.2011-ci il tarixli müqavilə üzrə 4236,00 manat ödəniş müddəti keçmiş kredit borcunun mövcud olması ilə bağlı qeydlər daxil edildiyindən həmin kompensasiya məbləği qeyd edilən borcun ödənilməsinə yönəlmişdir və bu zaman Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə vətəndaşlara hesablanan kompensasiyaların ödənilməsi öhdəliyi qoyulmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçı ilə "xxxx" ASC 14.01.2011ci il tarixli kredit müqaviləsi bağlanmamasının müəyyən edilməsinə gəldikdə isə həmin hal “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası başa çatdıqdan sonra müəyyən edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının və Əmanətlərin Sığortalanması Fondunun üzərinə inzibati qaydada öhdəlik qoyulması üçün əsas ola bilməz. İddiaçı ona çatası olan kompensasiya məbləğinin tələb edilməsi üçün mülki qaydada "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondina qarşı tələb irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən iddiaçıya düşən kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsinin cаvаbdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankının və Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması hаqqındа iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 85, 72, 73 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı Eldar oğlunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən iddiaçıya düşən kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsinin cаvаbdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankının və Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması hаqqındа iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2530/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2530/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver