Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2530/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, 2006-cı ilin yanvarın 1dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olmuşdur, 1-ci Qarabağ müharibəsi veteranıdır. Əmək fəaliyyətinə başladıgı xx.xx.1989-cu ildən xx.xx.2006-cı ilədək 16 il 11 ay 7 gün ümumi sığorta stajını toplamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 24.0.1-ci maddəsinin tələbinə görə, sığorta stajının hesablanmasında güzəştlərə əsasən, xx.xx.1993cü ildən xx.xx.1996-cı ilədək döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrindəki müddətlərin ikiqat hesablandıgını nəzərə alıb 5 il 9 ay 6 gün ümumi sığorta stajı topladıgı 16 il 11 ay 7 gün ümumi sığorta stajının üzərinə hesablanmaqla 22 il 8 ay 13 gün ümumi sığorta stajı var. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli **********3 saylı məktubu ilə ərizəsini təmn etməkdən imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçının Səttərxan (keçmiş L.Şmidt) adına zavodun xüsusi zərərli əmək sahəsi olan 1 saylı poladtökmə sexində 3, 4 və 5-ci dərəcəli təmirçi çilingər peşəsində işlədiyi xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilədək 11 il 8 ay 22 gün fəaliyyət dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının metallurqiya istehsalatına aid bölməsində 1030100a - 1753a yarımbəndində nəzərdə tutulduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi 30 yanvar 1980-cu il tarixli ******* nömrəli əmək kitabçası və güzəştli arayışı araşdırılaraq güzəştli iş stajı 10 ildən, ümumi stajının isə 20 ildən az olması səbəbilə, cavabdeh orqan tərəfindən 38.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ərzində “Səttərxan” adına Maşınqayırma Zavodunda tornaçı və təmirçi-çilinqər peşələrində işlədiyi qeyd olunmuşdur. H.M.İbavevin işlədiyi tornaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da nəzərdə tutulmamışdır. Sözügedən dövrlər üzrə təqdim edilmiş arxiv arayışında iddiaçının təmirçi-çilinqər peşəsində işləməsinə dair zərərli iş barədə qeyd olmadığı göstərilmişdir. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı müəyyən edilməmişdir. Qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək haqqı barədə cədvəllərdə 1990-cı il üzrə 1 ay, 1991-ci il üzrə 12 ay, 1992-ci il üzrə 1 ay, 1994-cü il üzrə 2 ay, 1996-cı il üzrə 9 ay, 1997-ci il üzrə 5 ay, 1998-ci il üzrə 10 ay, 1999-cu il üzrə 7 ay, 2000ci il üzrə 12 ay, 2001-ci il üzrə 1 ay, 2003-cü il üzrə 1 ay, 2004-cü il üzrə 1 ay və 2005-ci il üzrə 1 ay əməkhaqqı hesablanmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (12 il 10 ay 25 gün ) təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa pörə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 saylı imtina məktubu ilə iddiaçya etirazda göstərilənlər bildirilmişdir. - ASAN 1 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. - İddiaçıya məxsus AO № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı ilədək döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 194 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü ildən xx.xx.1996-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmiş, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Dağlıq Qarabağda erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ veteranıdır. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-01121-2022 nömrəli arxiv arayışı ilə bildirilmişdir ki, “Səttərxan adına Maşınqayırma Zavodu” arxiv fondunda mühafizə edilən şəxsi heyət üzrə əmr kitablarında İddiaçı (əmr №27/k, 31 yanvar 1989-cu il) 3 №-li Dəmirçi sexinə yük ilişdiricisi vəzifəsinə işə qəbul edildiyi, (əmr №14/k, 21 fevral 1991-ci il) 11 №-li Mexaniki yığma sexinə tornaçı şagirdi vəzifəsinə keçirildiyi, (əmr №119/k, 18 noyabr 1991-ci il) 1 №-li sexin Polad tökmə sahəsinə tornaçı vəzifəsinə, (əmr № 59/k, 27 may 1993-cü il) elə oradaca 2-ci peşə olaraq 2-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə keçirildiyi (zərərli iş barədə qeyd yoxdur), (əmr № 06/k, 06 yanvar 2000-ci il) 4-cü dərəcəli təmirçi-çilingər sənəti verildiyi, (əmr № 199/ka, 10 avqust 2000-ci il) 5-ci dərəcəli təmirçiçilingər sənəti verildiyi, (əmr № 32/k, 08 fevral 2005-ci il) 2-ci peşə kimi 2-ci dərəcəli ilməkçi sənəti verildiyi, (əmr № 93/k, 04 may 2007-ci il) işdən azad olunduğu qeyd olunur. - Azərbaycan Respublikasının Dövlət Arxivinin arxiv arayışı ilə bildirilmişdir ki, “Səttərxan adına Maşınqayırma Zavodu" arxiv fondunda mühafizə edilən emək haqqı üzrə şəxsi hesablarında İddiaçı 1989-1995-ci illərdə əmək haqqı aldığı müəyyən olunur. Yuxarıda qeyd olunan arxiv fondunun qismən qəbul olunmuş 1 №-li sexin 1991 və 1994-cü illərə dair əmək haqqı üzrə şəxsi hesabları arxivə dövlət mühafizəsinə verilməyib. - Azərbaycan Respublikasının Dövlət Arxivinin arxiv arayışı ilə bildirilmişdir ki, “Səttərxan adına Maşınqayırma Zavodu” arxiv fondunda mühafizə edilən əmək haqqı üzrə şəxsi hesablarında İddiaçı yanvar, mart, aprel 1996, aprel- oktyabr 1997, avqust, oktyabr 1998, yanvar, fevral, aprel, may, avqust 1999, yanvar, mart-dekabr 2001-ci illərdə haqqı aldığı müəyyən olunur. 1 №-li sexin 2000-ci ilə dair əmək haqqı üzrə şəxsi hesabları arxivə dövlət mühafizəsinə verilməyib. - Azərbaycan Respublikasının Dövlət Arxivinin arxiv arayışı ilə bildirilmişdir ki, “Səttərxan adına Maşınqayırma Zavodu” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 2002-2006-cı illərdə əmək haqqı aldığı müəyyən olunur. - İddiçıya məxsus İТ seriyalı ******* saylı xx.xx.1989-cu il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, o, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Leytenant Şmidt adına zavodda dəmirçi sexində rəndələyici şagirdi, xx.xx.1991-ci ildən 11 №-li MZC-də tornaçı şagirdi, xx.xx.1991-ci ildən tornaçı, xx.xx.1991-ci ildən poladtökmə sexində tornaçı, xx.xx.1993-cü ildən xüsusi əmək şəraitli isti sahədə ikinci sənət olaraq 2-ci dərəcəli təmirçiçilingər, xx.xx.1997-ci ildən Səttarxan adına Maşınqayırma zavodunda xüsusi əmək şəraitli isti sahədə təmirçi-çilingər, xx.xx.2005-ci il tarixdən (xx.xx.2001-ci ildən Səttarxan adına Maşınqayırma zavodu ASC-yə çevrilmiş) ilməkçi, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək mexaniki təmir sexində beşinci dərəcəli təmirçi-çilingər, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də operator, xx.xx.2020-ci ildən "xxxx" MMC ATQ və TS-nə YSM üzrə operator, xx.xx.2021-ci ildən YSN üzrə fəhlə peşələrində işləmişdir.
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə 68. İş stajının hesablanmasında güzəştlər Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; (1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—üçqat ölçüdə; Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu güzəştli iş stajının 10 ildən, ümumi iş stajının 20 ildən az (12 il 10 ay 25 gün ) təşkil etdiyini əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısında nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı tələb olunan 20 ümumi iş stajını xx.xx.2017-ci il tarixədək toplamışdır. Belə ki, iddiaçı ümumilikdə 19 il 1 ay 23 gün ümumi iş stajını aşagıdakı dövrlər üzrə işləməklə toplanmışdır: - xx.xx.1984 - xx.xx.1986-ci illərdə həqiqi hərbi xidmət dövrü – 2 il 27 gün, - xx.xx.1989-xx.xx.1991-ci illərdə Leytenant Şmidt adına zavodda dəmirçi sexində rəndələyici şagirdi – 2 il 12 gün, - xx.xx.1991-xx.xx.1991-ci illərdə 11 №-li MZC-də tornaçı şagirdi – 3 ay 9 gün, - xx.xx.1991-xx.xx.1991-ci illərdə tornaçı – 6 ay 4 gün, - xx.xx.1991-xx.xx.1993-cü illərdə poladtökmə sexində tornaçı – 1 il 4 ay 3 gün, - xx.xx.1993-xx.xx.1996-cı tarixədək hərbi xidmət dövrü – 2 il 10 ay 18 gün, - xx.xx.1996 - xx.xx.1997-ci illərdə xüsusi əmək şəraitli isti sahədə təmirçi-çilingər – 1 il 4 ay 25 gün, - xx.xx.1997-xx.xx.2006-ci illərdə Səttarxan adına Maşınqayırma zavodunda xüsusi əmək şəraitli isti sahədə təmirçi-çilingər – 8 il 5 ay 23 gün, Həmçinin iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirak etdiyi 1 il 1 ay 19 gün bir günə üç gün hesablanmaqla 3 il 4 ay 27 gün və xx.xx.1994-xx.xx.1996-cı illərdə 1 il 9 ay 1 gün hərbi xidmət dövrü ilə toplanaraq cəmi 5 il 1 ay 28 gün hərbi xidmət dövrü işlədiyi 16 il 1 ay 3 gün ümumi iş stajı müddətinə hesablanmaqla 21 il 3 ay 1 gün ümumi əmək stajını toplamışdır. Lakin iddiaçının güzəştli sahələrdə işləməklə cəmi 9 il 10 ay 18 gün güzəştli iş stajını aşagıdakı illər üzrə toplanmışdır: xx.xx.1996 - xx.xx.1997-ci illərdə xüsusi əmək şəraitli isti sahədə təmirçi-çilingər – 1 il 4 ay 25 gün, xx.xx.1997-xx.xx.2006-ci illərdə Səttarxan adına Maşınqayırma zavodunda xüsusi əmək şəraitli isti sahədə təmirçi-çilingər – 8 il 5 ay 23 gün. Göründüyü kimi iddiaçının işlədiyi xüsusi əmək şəraitli isti sahədə təmirçi-çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarına 1 №-li əlavə ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında 2. Polad və ferroərintilər istehsalatı 1030200a—1753a nömrəli kodla təmirçi çilingərlər vəzifəsinə uygun olsa da, həmin vəzifədə 9 il 10 ay 18 gün işləyərək tələb olunan 10 ildən az xüsusi iş stajını toplamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva