Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2531/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" X4 Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 551 №-li 28.02.2019-cu il tarixli Fərmanına əsasən onunla "xxxx" ASC arasında bağlanmış 05.12.2013-cü il tarixli, 12734nkYSM/13 nömrəli kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın ona ödənilməsini təmin edən tədbirlərin görülməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10.11.2020-ci il tarixli, 2-1(112)-7600/2020 nömrəli qərardadı ilə "xxxx" X4 Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış 05.12.2013-cü il tarixli, 12734nkYSM/13 nömrəli kredit müqaviləsinə ona ABŞ dollarında istehlak krediti verilmişdir. Kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini vaxtından yerinə yetirə bilməmişdir. 01.01.2019-cu il tarixə qalıq borcu 4952 (dörd min doqquz yüz əlli iki) ABŞ dolları təşkil edir və gecikmə günlərinin sayı 30 gündən çox olmuşdur. Tərəfindən 31.12.2020-ci il tarixədək cavabdehə müraciət olunmuşdur. Məlum olduğu kimi fiziki şəxslərin poblemli kreditlərini həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu məqsədlə kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə etsə də axtarış zamanı ona aid məlumat çıxmamışdır. Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasında müraciət etsə də rəsmi qaydada cavab verilməmiş, nəhayət cavabdehin cavab məktubunda məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavbdehin nümayəndəsi X2 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirdi ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə 05.12.2013-cü il tarixində 6.400,00 ABŞ dolları dəyərində kredit müqaviləsini bağlanması barədə qeydlər daxil edilmişdir. Lakin iddiaçının kredit tarixçəsinə daxil edilmiş "xxxx" ASC ilə aralarında bağlanan 03.02.2017-ci il tarixli kredit müqaviləsinə dair məlumatlar natamam ötürüldüyündən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. Hazırda "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda qeyd edilən natamamlıqlara aydınlıq gətirilərək göstərilmişdir ki, tərəflər arasında həqiqətən də 03.02.2017-ci il tarixində kredit müqaviləsi bağlanılmış və hazırki günə qədər borc öhdəliyi iddiaçı tərəfindən tam şəkildə icra edilmişdir. Beləliklə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 05.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 4.952,9 ABŞ dolları, 21.12.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə isə 4.411,88 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu, habelə bu müqavilə üzrə borcluya kreditor tərəfindən 21,37 manat güzəştin edildiyi nəzərə alınarsa, Fərmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona həmin müqavilə üzrə cəmi 3843,70 manat kompensasiyanın hesablanmasına etiraz etmirlər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, səlahiyyətli nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - "xxxx" ASC-nin Yasamal filalı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı 05.12.2013-cü il tarixli, 12734nkYSM/13 saylı kredit müqaviləsi üzrə 01.02.2015- 28.02.2015 tarixinə 4952,9 ABŞ dolları borcu vardır. - Azərbaycan Respublikası Mərkəzi Bankı Apellyasiya Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış 2-15412-2020 №-li, 25.09.2020-ci il tarixli məktubun surətindən görünür ki, müraciətinə baxılmışdır. Cavab olaraq bildirilr ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar sorğu edilən kreditlərin devalvasiya tarixlərinə və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunnmuş müqavilələrin həqiqiliyinin təsdiq edilməsinə dair qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam vı hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunur. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 14.01.2021-ci il tarixli, HD/187 nömrəli məktubdan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 05.12.2013-cü il tarixli, 12734nkYSM/13 saylı müqavilə 03.02.2017-ci il tarixində bağlanılmışdır. 03.02.2017-ci il tarixli, 69nkYSM/17 saylı müqavilə üzrə 01.03.2019-cu il tarixinə gecikmədə olan əsas məbləğ 2452,73 manat, 13.01.2021-ci il tarixinə gecikmədə olan əsas məbləğ isə 5253,47 manat təşkil edir. Eyni zamanda bildirilir ki, 03.02.2017-ci il tarixli, 69nkYSM/17 saylı müqavilə üzrə gecikmə günlərinin sayı 01.03.2019-cu il tarixinə 718 gün təşkil edir. - "xxxx" ASC tərəfindən verilmiş 09.03.2021-ci il tarixli, UB-BANK/PİKMD/941617 nömrəli arayışdan görünür ki, "xxxx" ASC-nin YSM-nın müştərisi olan İddiaçı 12734nkYSM/13 saylı kredit müqaviləsi üzrə 09.03.2021-ci il tarixinə borcu yoxdur. - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 19 aprel 2021-ci il tarixli, 16-00970-2021 №-li məktubdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə 05.12.2013-cü il tarixində 6.400,00 ABŞ dolları dəyərində kredit müqaviləsini bağlanması barədə qeydlər daxil edilmişdir. Lakin iddiaçının kredit tarixçəsinə daxil edilmiş "xxxx" ASC ilə aralarında bağlanan 03.02.2017-ci il tarixli kredit müqaviləsinə dair məlumatlar natamam ötürüldüyündən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. Hazırda "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda qeyd edilən natamamlıqlara aydınlıq gətirilərək göstərilmişdir ki, tərəflər arasında həqiqətən də 03.02.2017-ci il tarixində kredit müqaviləsi bağlanılmış və hazırki günə qədər borc öhdəliyi iddiaçı tərəfindən tam şəkildə icra edilmişdir. Beləliklə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 05.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 4.952,9 ABŞ dolları, 21.12.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə isə 4.411,88 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu, habelə bu müqavilə üzrə borcluya kreditor tərəfindən 21,37 manat güzəştin edildiyi nəzərə alınarsa, Fərmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona həmin müqavilə üzrə cəmi 3843,70 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, 28.02.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın: - 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; -3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahsını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; -7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, mili valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 05.12.2013-cü il tarixli, 12734nkYSM/13 №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 6.400 ABŞ dolları məbləğində kredit götürmüş, həmin müqavilə üzrə öhdəliklərini 03.02.2017-ci il tarixədək yerinə yetirmişdir. Həmin kredit müqaviləsi üzrə iddiaçının 21.02.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 4.952,9 ABŞ dolları, 21.12.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə isə 4.411,88 ABŞ dolları məbləğində əsas kredit borcu ödənilməmiş qalmışdır. Lakin kredit verən tərəfindən iddiaçını kredit tarixçəsi barədə məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına yerləşdirilmədiyindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanı iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" ASC arasında 05.12.2013-cü il tarixli, 12734nkYSM/13 №-li kredit müqaviləsi bağlandığından, həmin kredit üzrə sonuncunun 21.02.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 4.952,9 ABŞ dolları, 21.12.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə isə 4.411,88 ABŞ dolları əsas kredit borcu ödənilməmiş qaldığından İddiaçı həmin müqavilə üzrə öhdəlikləri yuxarıda qeyd olunan Fərmanın tətbiq dairəsinə düşür və o, Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməklə ona cəmi 3843,70 manat məbləğində kompensasiya məbləği hesablanmalı idi. Məhkəmə iddia tələbinin “kompensasiyanın ödənilməsi təmin edən tədbirlərin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbi cavabdehə münasibətdə təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən kompensasiya məsələləri ilə bağlı ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (indiki halda Mərkəzi Bankın) üzərinə yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etmək və bu barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi vəzifələri qoyulmuşdur. Göründüyü kimi Fərmana əsasən kompensiyanın hesablanması Mərkəzi Banka, həmin məbləğin ödənilməsi isə Maliyyə Nazirliyinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə görə bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona "xxxx" ASC ilə bağladığı 05.12.2013-cü il tarixli, 12734nkYSM/13 №-li kredit müqaviləsi üzrə 3843,70 manat məbləğində kompensasiyanın hesablanması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona "xxxx" ASC ilə bağladığı 05.12.2013-cü il tarixli, 12734nkYSM/13 №-li kredit müqaviləsi üzrə 3843,70 (üç min səkkiz yüz qırx üç manat yetmiş qəpik) manat məbləğində kompensasiyanın hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2531/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2531/2021
06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver