Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2533/2020 19.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-247/1 nömrəli 29 oktyabr 2019-cu il tarixli və 464 saylı 14.12.2019-cu il tarixli qərarlarının ləğv edilməsi, İddiaçı “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı öz ölkəsini mənsub olduğu ingilisdili azlığın qarşılaşdığı problemlərə görə tərk edib. Belə ki, o, Buea universitetinin tələbəsi olduğu vaxt ingilis dili azlığın məruz qaldığı diskriminasiya əleyhinə siyasi mitinqdə iştirak edib, həmin mitinq polis tərəfindən dağıdılıb. Bundan sonra, iddiaçı polis tərəfindən tutulub və zəmanət müqabilində azad edilib. Bundan sonra, iddiaçı Nigeriyaya gedib, lakin orada Kamerunun Ngeriyaya belə məsələlərlə əlaqədar təzyiqlərinə görə qala bilməyib. İddiaçı ölkəyə qayıdıb və iki il müddətində gizlənməklə öz ölkəsində qalıb. Onun qardaşları 2018ci ildə polislər tərəfindən qətlə yetirilib. 06 iyul 2019-cu il tarixdə iddiaçı Azərbaycana gəlib. 29 iyul 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. İddiaçı bildirib ki, o, öz siyasi fəaliyyətinə görə piz rəftara məruz qalacağından qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 29 oktyabr 2019-cu ildə DMX İQ-247/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatəti rədd edilib. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi iddiaçının ərizəsinə əsasən açılmış inzibati işin araşdırılması nəticəsi iddiaçıya qaçqın statusunun verilməsini qeyri-mümkün etdiyini, cavabdeh orqan tərəfindən qanuni olaraq iddiaçıya imtina cavabı verildiyini, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 may 2020-ci il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Miqrasiya Xidmətinin İQ-247/1 nömrəli 29 oktyabr 2019-cu il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarından şikayətin təmin edilməməsi haqqında 464 saylı, 14.12.2019-cu il tarixli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı Kamerun Respublikasının vətəndaşıdır, 15.06.1996-ci il təvəllüdlü İddiaçı 22.07.2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı, İddiaçı Kamerun Respublikasının Buea şəhərində anadan olduğunu, dini etiqadına görə xristian (katolik) olduğunu, Buea şəhərində 2000-2014-cü illərdə təhsil aldığını, sonradan "Buea” Universitetinin İqtisadiyyatın idarəetməsi fakültəsinə daxil olduğunu, 2014-2016-cı illərdə həmin fakültədə təhsil aldığını, öz ölkəsində hər hansı əmək fəaliyyəti ilə məşğul olmadığını, 12 yanvar 2019-cu ii tarixdə Kamerunu tərk etdikdən sonra Misirəgetdiyini, orada 6ay (yanvar-iyul 2019) qaldığını, həmin müddətdə özəl şirkətlərdən birınin "Çağrı mərkəzin”də operator vəzifəsində işlədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verən X5 subay olduğunu, valideynlərinin boşandığı anasının uzun illər əvvəl Almaniyaya getdiyini, 4 qardaşı və 5 bacısının olduğunu, qardaşının vəfat etdiyini, atasının və digər bacı-qardaşlarının isə hazırda Kamerunda yaşadıqlarını söyləmişdir. N'gande Moukoko Emile müsahibə zamanı tələbə olarkən 2016cı ilin noyabr ayında tələbələr tərəfindən təşkil edilən etiraz mitinqində iştirak etdiyini, mitinqin polistələfindən dağıldığını, nəticədə digər mitinq iştirakçıları kimi 3 gün polis təcdirxanasmda saxlanıldığını, zəmanət əsasında (pul) sərbəst buraxıldığını, 2017-ci ilin aprel ayında bir qrup yoldaşı ilə Nigeriyaya getdiyini, lakin orada da Kamerun hakımiyyətinin yerli hökumətə təzyiqləri fonunda şəraitin əlverişsiz olması səbəbindən bir aydan son ölkəsinə geri qayıtdığını (2017-ci ilin may ayında), Daoula şəhərində yaşayan bacısının evinə getdiyini, orada və digər şəhərlərdə təqribən 2 İlə yaxın gizli yaşadığını və 2019-cu ilin yanvar ayında isə Misirə getdiyini qeyd etmişdir. Ngande X2 zaman Litva səfirliyinə viza almaq üçün müraciət etdiyini, lakin onunla birlikdə Kamerunu tərk etmiş yoldaşlarından yalnız ikisinə viza verildiyini, ona viza verilməsindən imtina edildiyi, bundan sonra 6 ay müddətinə Misirdə qalıb işlədiyini, 06.07.2019-cu il tarixdə viza alaraq Azərbaycan Respublikasına gəldiyini söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçı ölkəsini tərk etməsininin və qaçqın statusu almaq üçün müraciət etməsinin səbəbini ölkəsində onun kimi ingilisdilli kamerunlulara qarşı ayrı-seçkiliyin hökm sürməsi, ölkədə iqtidarda olan fransızdillilərin onları hər yerdə sıxışdırması və tələbə olarkən etiraz mitinqində iştirakından sonra polis tərəfindən təqiblə üzləşməsi ilə izah etməyə çalışsa da, dediklərindən baş vermiş insidentdən sonra təxminən bir ay Nigeriyada, sonradan iki il Kamerunun Daoula şəhərində yaşadığı, bu müddət ərzində hər hansı təqib və təhdidə məruz qalmadığı, sonradan 6 aya yaxın müddət ərzində Misirdə yaşayıb işlədiyi, məqsədinin Litvaya, oradan da Avropa ölkələrindən birinə getmək olduğu məlum olmuşdur. İddiaçı Azərbaycan Respublikasına gəlişinin səbəbini isə viza rəsmiləşdirilməsi prosesinin daha sadə olması ilə əlaqləndirmişdir. İddiaçınınölkəsini tərk etməsinə əsas olmuş hallarla bağlı mənşə ölkəsi haqqında araşdırma aparılmışdır. Belə ki, iddiaçının verdiyi məlumatlar - qeyd edilən universitetdə (“University of Buea”) tələbə etirazlarının həqiqətən baş verdiyi, ölkədə iddiaçının təmsil olunduğu ingilisdillilər tərəfindən separatizmin və hökumət qüvvələri ilə on illərlə davam edən silahlı münaqişənin olduğu - mənşə ölkəsində əks olunan məlumatlarla üst-üstə düşsə də, şəxsən iddiaçının özünün təqibə məruz qalmasını təsdiqləyən hər hansı məlumatlar aşkar edilməmişdir Bundan əlavə iddiaçının söylədiklərindən onun etiraz mitinqindən sonra Nigeriyaya getdiyi, həyatı üçün təhlükə olduğunu düşündüyü halda ölkəsinə geri qayıtdığı, 2017 -ci ilin may ayından 2019-cu ilin yanvar ayınadək ölkəsinin müxtəlif məntəqələrində, o cümlədən fransızdilli regionda yerləşən Daoula şəhərində bacısının evində yaşadığı məlum olmuşdur. Beləliklə də iddiaçının ölkəsində daxili yerdəyişmə alternativi olduğu, bu alternativdən bir müddət istifadə etməsinə baxmayaraq, sonradan heç bir təqibə məruz qalmadığı halda bu imkandan istifadə etməyə davam etmək istəmədiyi aydın olmuşdur. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatlardan onun ölkəsində heç bir sosial qrupa qoşulmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı müəyyən edilmişdir. İddiaçının söylədiklərindən onun Kamerunda heç bir təhdid və təzyiqə məruz qalmadığı, ölkəsini ümumi vəziyyət səbəbindən tərk etdiyi məlum olmuşdur. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin 29 oktyabr 2019-cu il tarixli, İQ-247/1 saylı qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 dekabr 2019-cu il tarixli 464 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin 29.10.2019-cu il tarixli, İQ-247/1 saylı qərarından Kamerun Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin 29.10.2019-cu il tarixli, İQ-247/1 saylı qərarından qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-247/1 nömrəli, 29 oktyabr 2019-cu il tarixli qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2533/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2533/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver