Məhkəmə qərarları › İş №2-1(112)-2534/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2534/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2534/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və əvvəlki 3 il üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və əvvəlki 3 il üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğ fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-14-168641/2024 nömrəli cavab məktubu ilə müraciətinin təmin edilmsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlara əsasən onun xx.xx.1983xx.xx.2006-cı ilə kimi 23 il güzəştli stajı mövcuddur ki, üzərinə 3 il 5 ay əyani təhsil gəldikdə 26 il 5 ay staj edir ki, bu da, qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixinə kimi həmin dövrdə qüvvədə olmuş normalara əsasən tələb olunan 3 şərti tamamlamış olur: 1. 25 il ümumi iş stajı, 2.12 il 6 ay zərərli sahə, 3. 57 yaşın tamam olması. Həmçinin, xx.xx.2006-xx.xx.2019-cu il tarixə kimi isə 8 il 9 ay 19 gün stajı vardır: xx.xx.2006-xx.xx.2010 – 3 il 6 ay 21 gün (“K Qızıl Qaya”-da elektrik); xx.xx.2012-xx.xx.2013 – 9 ay ("xxxx" Şirkətində fəhlə); xx.xx.2013-xx.xx.2015 – 2 il 5 ay ("xxxx" MMC-də elektrik); xx.xx.2016-xx.xx.2017 – 1 il 1 ay 19 gün ("xxxx" MMC-də elektrik); xx.xx.2018 xx.xx.2019 – 1 il ("xxxx" MMC-də elektrik montyoru). Beləliklə ümumilikdə xx.xx.2006-cı il tarixə kimi 26 il 5 ay üstünə 8 il 9 ay 19 gün də, gəldikdə ümumilikdə 35 il 2 ay 19 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, bunun da, çoxunu zərərli sahədə çalışmışdır. Beləliklə də, cavabdehin iddiasına görə onun güzəştli iş stajının 12 il 6 aydan az, yəni 4 il 3 ay 16 gün ( xx.xx.1983xx.xx.1987-ci il tarixləri arasındakı dövr) təşkil edir kimi münasibət bildirilməsi əsassız olmuşdur. İş yerlərində zərərli sahədə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı həmin müəssisələr tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına müvafiq verilmiş güzəştli arayışlar mövcuddur, hansı ki, cavabdeh bütün bunları sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, cavabdehin gəldiyi nəticəyə görə bu cür münasibət bildirməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası qanunvericiliyin tələbləri baxımından əsassız olduğuna görə hüquqlarının pozulmasına gətirib çıxarmış, bu da, öz növbəsində qanuna ziddir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 57 yaşdan əmək pensiyasının təyin edilməsi və müraciət etməmişdən əvvəlki 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya verilmiş 3-17-1/2-14-168641/2024 nömrəli cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 5 may 1983-cü il tarixli ИТ-İ seriyalı, № ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya dair nömrəsiz və tarixsiz arayışında şəxsin xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin elektrik sexində elektrik montyoru, xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində isə energetik vəzifələrində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisədəki iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəsissləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin müəssisənin fəaliyyət sahəsinin sözügedən arayışda istinad ediən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulan sement istehsalı sahəsinə aid olmadığı, iddiaçının energetik vəzifəsində işlədiyi müddətə dair heç bir sənəd təqdim edilmədiyindən həmin dövrə dair məlumatların dəqiqləşdirilməsinin mümkün olmadığı müəyyən edilməmişdir. Bundan əlavə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AZF-2023/135-K nömrəli arayışında xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi elektrik vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda göstərilən elektrik montyorları, xətçilər vəzifəsinə aid deyil. Göstərilənlərə əsasən, o qənaətə gəlmişlər ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 16 gün (xx.xx.1983xx.xx.1987-ci il tarixləri arasındakı dövr)) təşkil edir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X2 xx.xx.1963-cü il təvəllüdlüdür.

9. İddiaçının adına açılmış ИТ-İ seriyalı ******* nömrəli və ******* nömrəli əmək kitabçalarına əsasən əmək faəliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983-xx.xx.1987; xx.xx.1987xx.xx.1992; xx.xx.1992-xx.xx.1995; xx.xx.1995-xx.xx.1998; xx.xx.1998-xx.xx.2010; xx.xx.2012xx.xx.2013; xx.xx.2013-xx.xx.2015; xx.xx.2016-xx.xx.2017; xx.xx.2018-xx.xx.2019.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli tarixli, 3-17-1/2-168641/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 5 may 1983-cü il tarixli ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair nömrəsiz və tarixsiz arayışında xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin elektrik sexində elektrik montyoru, xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində isə energetik vəzifələrində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisədəki iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşrilməsi zamanı, həmin müəssisənin fəaliyyət sahəsinin sözügedən arayışda istinad edilən güzəştli şərtlərlə pensiya hüququ verən Siyahıda nəzərdə tutulan sment istehsalı sahəsinə aid olmadığı, energetik vəzifəsində işlədiyi müddətə dair heç bir sənəd təqdim edilmədiyindən həmin dövrə dair məlumatların dəqiqləşdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF-2023/135-K nömrəli arayışında xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi elektrik vəzifəsi sözügedən arayışda istinad edilən, elektrik montyorları, xətçilər vəzifəsinə aid deyil. Göstərilən səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 16 gün (xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

11. "xxxx" ASC tərəfindən verilmiş 03 nömrəli, xx.xx.2024-cü il tarixli güzəştli arayışa əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən “Korgöz Tikinti Materialları kombinatının elektro sexinə 4-cü dərəcədən elektrik montyoru peşəsinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən komissiya əsasında bilikləri yoxlanılması əsasında 5-ci dərəcəli elektrik mantyoru peşəsi verilmişdir. Əmr 55/k xx.xx.1988-ci il. xx.xx.1991-ci il tarixdə imtahan komissiyası tərəfindən qiymətləndirmə nəticəsində 6-cı dərəcədən elektrik mantyoru təyin edilmişdir. xx.xx.1992-ci il tarixdən “Şirvan kiçik dövlət” müəssisəsinə köçürmə yolu ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1992-ci il tarixdən “Şirvan kiçik dövlət” müəssisəsinə 6-cı dərəcədən elektrik montyoru qəbul edilmişdir. xx.xx.1993-cü il tarixdən Dövlət konserninin əmri əsasında “Şirvan kiçik dövlət” müəssisəsinin fəaliyyəti dayandırıldığı üçün "xxxx" kombinatına köçürülmüş, xx.xx.1993-cü il tarixdən "xxxx" kombinatının 3 nömrəl dağ sahəsinə 6-cı dərəcədən elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixdən energetika şöbəsinə baş energetik vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdən vəzifə borcunu yerinə yetirmədiyi üçün işdən azad edilmiş, xx.xx.1995-ci il tarixdən baş energetik vəzifəsinə bərpa edilmiş, xx.xx.1998-ci il tarixdən kombinatın baş energetiki vəzifəsindən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə, yaşa görə pensiya hüququ verən istehsalat işlərinin, peşələrinin, vəzifələrinin və göstərişlərin Siyahısı”nın təsdiq edilməsi barədə 320 nömrəli, xx.xx.1993-cü il tarixli qərarının 2 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə pensiya hüququna malikdir. Baş energetik kimi (kod – 2010200b-25455).

12. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universittinin nəzdində Bakı Neft-Energetik Kolleci tərəfindən verilmiş 6047 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən İddiaçı 23 avqust 1979-cu il tarixində 310 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 01 mart 1983-cü il tarixində 21 saylı əmrlə “Sənaye müəssisələri və qurğuların elektrik avadanlığı” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik-elektrik” ixtisas dərəcəsi və ДТ-İ № 772687 saylı diplom verilmişdir.

13. "xxxx" MMC tərəfindən verilmiş AZF-2023/135-K nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə "xxxx" MMC-də elektrik peşəsində 1 il 1 ay 19 gün işləmişdir. Onu işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29cu bəndinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçiləri) müvafiq olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Elektrik peşəsi ilə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər peşəsi eyni işləri icra edir.

14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Şəxsin güzəşti şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışa əsasən İddiaçı həqiqətən Qaradağ sement zavodunda əmək şəraiti zərərli olan iş şəraitində tam iş günü ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1. Elektrik avadanlığının (texnoloji və tozsuzlaşdırıcı) təmiri və xidməti üzrə elektrik montyoru – xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına uyğun 2 saylı siyahıya əsasən aşağıdakı peşə güzəştli şərtlərlə pensiya hüququ verir: elektrik avadanlığının (texnoloji və tozsuzlaşdırıcı) təmir və xidmət üzrə elektrik montyorları – kod – 2180100a-19861. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 14.Tikinti materialları istehsalı bölməsinin 14.1-ci bəndinin (Sement istehsalı) a) fəhlələr bəndinin “elektrik avadanlığının (texnoloji və tozsuzlaşdırıcı) təmiri və xidmət üzrə elektrik montyorları” peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Güzəşti iş stajının ümumi müddəti 4 il 3 ay 16 gündür.

15. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edimiş surətlri məhkəməyə təqdim edilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 14 nömrəli 02 dekabr 2024-cü il tarixli məktubla təqdim edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən “Korgöz Tikinti Materialları kominatının elektro sexinə 4-cü dərəcədən elektrik montyoru peşəsinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən komissiya əsasında bilikləri yoxlanılması nəticəsində 5-ci dərəcədən elektrik mantyoru peşəsi verilmişdir. Əmr 55/k xx.xx.1988ci il. xx.xx.1991-ci il tarixdə imtahan komissiyası tərəfindən qiymətləndirmə nəticəsində 6-cı dərəcədən elektrik mantyoru təyin edilmişdir. xx.xx.1992-ci il tarixdən “Şirvan kiçik dövlət” müəssisəsinə köçürmə yolu ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1993-cü il tarixdən “Korgöz Tikinti Materialları kominatının 3 nömrəli dağ mədən sahəsinə 6-cı dərəcədən elektrik montyoru peşəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdən energetika şöbəsinə baş energetik vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdən kobinatın baş energetiki vəzifəsindən öz xahişi ilə azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri 1(bir) bölməsinin açıq üsulla mişar daşı kəsilən karxananın sətindəki işlərində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru və energetik vəzifəsinin yerinə yetdiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir: baş energetik kimi – kod: 2010100b-25455; elektrik montyor kimi: 2180100a-19861.

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən 01 yanvar 2006-cı il tarixədək xüsusi iş stajının 12 il 6 aydan az təşkil etməsinə istinad etməklə imtina edilmişdir. Cavabdeh hesab etmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçası və Korgöz-Tikinti-Material” ASC tərəfindən verilmiş arayışda iddiaçının xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin elektrik sexində elektrik montyoru, xx.xx.1993xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində isə energetik vəzifələrində işlədiyi qeyd edilməsinə baxmayaraq, sözügedən müəssisədəki iş stajına dair məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin müəssisənin fəaliyyət sahəsinin sözügedən arayışda istinad edilən güzəşti şərtlərlə pensiya hüququ verən Siyahıda nəzərdə tutulan sement istehsalı sahəsinə aid olmadığı, energetik vəzifəsində işlədiyi müddətə dair heç bir sənəd təqdim edilmədiyindən həmin dövrə dair məlumatların dəqiqləşdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF-2023/135-K nömrəli arayışında xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi elektrik vəzifəsi sözügedən arayışda istinad edilən, elektrik montyorları, xətçilər vəzifəsinə aid deyil. Göstərilən səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 16 gün (xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

25. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair” arayışlara (o cümlədən məhkəmənin sorğusuna cavab olaraq verilmiş) əsasən müəyyən edilmişdir ki, iddiaçının həqiqətən xx.xx.2006-cı il tarixədək işlədiyi peşələr yəni, – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıların”da - dağmədən işləri 1(bir) bölməsinin açıq üsulla mişar daşı kəsilən karxananın səthindəki işlərində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (kod: 2180100a-19861) və energetik (2010100b-25455) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş Elektrik avadanlığının (texnoloji və tozsuzlaşdırıcı) təmiri və xidmət üzrə elektrik montyorları (14.Tikinti materialları istehsalı bölməsinin 14.1-ci bəndinin (Sement istehsalı) a) fəhlələr bəndi (əvvəlki siyahı üzrə kod - 2180100a-19861)) peşələri ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir və onun həmin vəzifələrdə güzəştli iş stajı ümumilikdə 12 il 6 aydan artıq təşkil edir.

26. Göründüyü kimi, iddiaçının ağır zərərli iş şəraitində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi onun işlədiyi müəssisələr tərəfindən verilmiş arayışla təsdiq olunur.

27. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.

28. Eləcə də, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus sənədlərə (əmək kitabçası, əyani təhsil alması ilə bağlı arayış və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar) əsasən müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 il artıq təşkil edir. Cavabdeh tərəfindən də, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi məsələsi mübahisələndirilməmişdir.

29. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

30. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

31. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.

32. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

33. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır.

34. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

35. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

36. Məhkəmə eləcə də, iddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də, əsaslı hesab edilməklə təmin edilməlidir.

37. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

38. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

39. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

40. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.

41. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

42. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

43. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

44. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

45. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

47. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

51. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar