Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2537/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair onunla kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər icra hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Orconikidze (indiki Suraxanı) rayon xalq deputatlar sovetinin xx.xx.1986-cı il tarixli, 39 nömrəli iclas protokolundan çıxarışa əsasən, İddiaçı ünvan 2 ünvanında yerləşən 76 saylı mənzilin xidməti order əsasında verilməsi qərara alınmış, xx.xx.1986-cı il tarixli Orconikidze (indiki Suraxanı) icraiyyə komitəsinin qərarı ilə bu mənzil şəxsə ayrılmışdır. O artıq 35 ildir fasiləsiz olaraq bu mənzildə yaşayaraq sahiblik və istifadə etdiyini, eləcə də mənzilin xidməti order əsasında verilməsi üçün nəzərdə tutulmuş əsasların aradan qalxdığını nəzərə alaraq ünvan 3 ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi tələbi ilə Suraxana rayon icra hakimiyyətinə müraciət etmişdir. İcra hakimiyyətindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bu mənzilin Bakı şəhəri İcra hakimiyyətinin mənzil fonduna daxil edilməklə, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyi üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Bunun əsasında iddiaçı tərəfindən eyni tələblə Bakı şəhər icra hakimiyyətinə müraciət edilmiş, xx.xx.2022-ci il tarixli məktubla ərizənin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə göndərildiyi qeyd olunmuşdur. Bakı şəhər icra hakimiyyəti Mənzil-kommunal təsərrüfatı departamenti tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubla ərizənin aidiyyəti üzrə baxılması üçün Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərildiyi bildirilmişdir. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə bu məsələnin Birliyin səlahiyyətləri xaricində olması qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh müvafiq hərəkətləri etməkdən imtina etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2537/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti əsl cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, iddia tələbi ünvan 1 ünvanında yerləşən, 60.26 kv.m sahəli 76 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanmasına sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 2009-cu il 1 oktyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində xidməti orderin daimi orderlə əvəzlənməsi nəzərdə tutulmadığından, həmçinin Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin tələblərinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin özgəninkiləşdirilməsi, icarəyə və kirayəyə verilməsinin yol verilməz olduğu qeyd edildiyindən Suraxanı RİH-ə qarşı iddia əsassız hesab edilir və rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakkanalizasiya tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli xüsusi orderdə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 20A, 76 saylı 60.26 kv.m ölçüdə mənzil İddiaçı 5 nəfər ailə təkibində verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-07174-2022 nömrəli məktubu ilə göndərilmiş İddiaçı barədə keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 39 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışının surətindən görünür ki, Bakkanalizasiya İdarəsinin və Həmkarlar Komitəsinin birgə qərarına əsasən Hövsan qəsəbəsi, 60.26 kv.m ölçüdə ev 20A, 76 nörməli mənzil 6 nəfərlik ailə tərkibində (özü, əri, 4 qızı) İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfati Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfati Birliyinin xx.xx.2022-ci il tarixli, Ə/07 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Bakı şəhər mənzil Kommunal Təsərrüfatı Departamentinə daxil olmuş xx.xx.2022-ci il tarixli, Ə-71 saylı müraciətinə Suraxanı rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. Məlumat üçün bildiririk ki, vətəndaş İddiaçı icarədar hesab edilərək, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 20A, 76 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi Birliyin səlahiyyətləri xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfati Departamenti Suraxani Rayon Mənzil Kommunal Təsərrüfati Birliyinin xx.xx.2022-ci il tarixli, 01-13/108 nömrəli məktubunda qeyd edilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20A saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Suraxanı rayon MKTB-nin 103 saylı MKİS-nin 10 noyabr 2022-ci İl tarixli, 135 saylı məktubuna əsasən bildirirk ki, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 20A, 76№li mənzil keçmiş X2 Soveti İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli, 001798 saylı xidməti orderlə İddiaçı verilmişdir. Hal-hazırda sözügedən ünvanda aşağıda adları qeyd olunan şəxslər qeydiyyatdadır və faktiki olaraq yaşayırlar: İddiaçı, X3, X4. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfati Departamenti Suraxani Rayon Mənzil Kommunal Təsərrüfati Birliyi 103 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli, 135 nömrəli məktubunda bildirilmişdir ki, sizin 01-13/108 saylı xx.xx.2022- ci il tarixli məktubunuza cavab olaraq yazıb Sizə bildiririk ki, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi bina 20A 76 № li mənzil 001798 saylı xx.xx.1987—ci il tarixli xidməti orderlə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmişdir. Aşağıda adları qeyd olunmuş şəxslər sözügedən ünvanda qeydiyyatdadır və faktiki olaraq yaşayırlar; 1.İddiaçı,
2. X3, 3.X4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfati Departamenti Suraxani Rayon Mənzil Kommunal Təsərrüfati Birliyinin xx.xx.2022-ci il tarixli, 01-7/99 nömrəli məktubunda qeyd edilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 20A saylı bina Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Suraxanı rayon MKTB-nin 103 saylı MKİS-nin 17 noyabr 2022-ci il tarixli, 139 saylı məktubuna əsasən bildirirk ki, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 20A, 76№li mənzil keçmiş X2 Soveti İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli, 001798 saylı xidməti orderlə İddiaçı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 21 dekabr **********17 nömrəli məktubunda bildirilmişdir ki, , Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlakın balanssaxlayıcı subyektləri tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. Bu baxımdan, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında sözügedən ünvanda yerləşən yaşayış binasına dair dövlət əmlakının Registrində qeydiyyata alınmış məlumatı təqdim edirik. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 816 ) balansında olan daşınmaz dövlət əmlakı haqqında Əmlak haqqında məlumatların Registrdən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 9 mərtəbəli ***-*******2 registr nömrəli yaşayış binası 1988-ci ildə istismara verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamentinin xx.xx.2023-cü il tarixli, 3-52- 13/2-515/2023 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 5 ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır, həmin binada yerləşən mənzilə dair kirayə müqaviləsi qüvvədə olan mənzil qanunvericiliyinə uyğun olaraq mənzilin istifadəsinə verilməsi barədə orderə əsasən mənzil-kommunal istismar sahəsi tərəfindən adına order verilmiş şəxslə bağlanılır. Əlavə olaraq bildiririk ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması, habelə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli Qərarına əsasən dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, Ə-156-068 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İş yeri üzrə xidməti orderlə Sizə verilmiş Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20A saylı evin 76 saylı mənzilinin kirayə müqaviləsinin adınıza bağlanılması haqqında ünvanladığınız ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyindən aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya xidməti mənzilə dair xüsusi order verən keçmiş Orconikidze Rayon İcra Hakimiyyətinin hüquqi varisi olduğunu, həmin mənzilin balansında olduğu Suraxanı rayonu ərazsində fəaliyyət göstərən Suraxanı Rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirdiyi nəzərə alındıqda hesab edilir ki, iddiaçının istifadəsində olan həmin mənzilə dair sərəncam vermək hüququ da məhz Suraxanı Rayon İcra Hakimiyyətinə məxsusdur. Başqa sözlə, hazırkı iddia düzgün cavabdehə qarşı yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtinasından sonra (imtina cavabının iddiaçıya rəsmi təqdim edilməsi ilə bağlı sübut işə əlavə edilməmiş və ya cavabdeh tərəfindən “İnzibati icarat haqqında” Qanunun 62.3-cü maddəsinin tələbinə uyğun olaraq təqdim edilmə vaxtı ilə bağlı sübut təqdim edilməmişdir) xx.xx.2022-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmiş hesab edilir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İş materiallarından, iddiaçının iddia tələbindən müəyyən olunur ki, iddiaçı Əhmədova X1 İdarəsində laborant vəzifəsində xidməti vəzifəsi ilə əlaqədar Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20A saylı evin 76 saylı mənzil Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 39 saylı protokol qərarı ilə xüsusi (xidməti) order əsasında 6 nəfər ailə tərkibində istifadəsinə verilmişdir. Hal-hazırda sözügedən mənzil xüsusi təyinatlı mənzil fonduna aid olmaqla Suraxanı Rayon MKTB-nin balansındadır. Belə ki, mənzilin verildiyi vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarxədək): -100-cü maddəsinə görə xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. -103-cü maddəsinə görə xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. -104-cü maddəsinə görə müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə”nin: -1-ci bəndinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə iş yeri üzrə və ya onun yaxınlığında yaşamalı olan vətəndaşlara, xidməti yaşayış sahələri verilə bilən işçilərin kateqoriyalarının siyahısına (1 nömrəli əlavə) uyğun surətdə verilir. -2-ci bəndinə görə yaşayış sahəsi xidməti yaşayış sahələri sırasına müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. -6-cı bəndinə görə xidməti yaşayış sahələrinin uçotu rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsində uçot kitabında (2 nömrəli əlavə) aparılır. -7-ci bəndinə əsasən xidməti yaşayış sahəsi vermək haqqında qərar, sərəncamında xidməti yaşayış sahələri olan müəssisə, idarə, təşkilat müdiriyyəti, kolxoz idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarəetmə orqanları, həmkarlar ittifaqı və başqa təşkilat orqanları, hərbi hissə komandanlığı tərəfindən qəbul edilir. -9-cu bəndinə əsasən qəbul edilmiş qərara uyğun olaraq xidməti yaşayış sahəsi rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilən və bu sahəyə köçmək üçün yeganə əsas olan order üzrə (3 nömrəli əlavə) istifadə üçün verilir. -16-cı bəndinə əsasən müəssisələrin, idarələrin, təşkilatların yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə, onu bu sıraya daxil etmiş rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə çıxarılır. Kolxoz yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının qərarı ilə çıxarılır və sonra bu barədə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Göründüyü kimi mübahisəli mənzilin verildiyi vaxt hüquq münasibətlərini tənzimləyən mənzil qanunvericiliyinə əsasən rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə mənzillərin xidməti mənzillər siyahısına daxil edilməsi, xidməti mənzillərin işçilərə işlədiyi dövr ərzində müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, həmkarlar ittifaqı orqanları tərəfindən qəbul edilən qərar əsasında, müvəqqəti olaraq istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilməsi, müvafiq müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş işçilərin xidməti yaşayış sahəsindən çıxarılmalı olması nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: -17.2.2-ci maddəsinə görə dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. -91.1.1-ci maddəsinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. -10.0.7-ci maddəsinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. -91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. -91.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. -91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. -92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın: -1.3-cü bəndinə görə yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz. -3.5-ci bəndinə əsasən aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddiaçının tələbi də ondan ibarətdir ki, xüsusi təyinatlı mənzil fonduna aid olan həmin mənzil xidməti mənzillər sırasından çıxarılaraq onunla mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə olunsun. İddia tələbindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı, yəni mənzilin kirayə müqaviləsi bağladıqdan sonra onu özəlləşdirməkdir. Mübahisəli mənzil Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) xx.xx.1987ci il tarixli, 39 saylı qərarı ilə idarənin işçisinə xidməti mənzil kimi ayrılmışdır. Qeyd edildiyi kimi xidməti (xüsusi təyinatlı) yaşayış sahələri müvəqqətidir, özəlləşdirməyə əsas vermir. Xidməti mənzil yalnız xidməti mənzillər siyahısından çıxarıldıqdan sonra həmin mənzilə dair müddətsiz kirayə müqaviləsi bağlanıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarı ilə “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın: -1.8-ci bəndinə görə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. -3.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə təklifə müraciət daxil olduğu vaxtdan 15 gündən gec olmayaraq baxılaraq, müraciət edən orqana razılıq və ya əsaslandırılmış imtina məktubu verilir. -3.5-ci bəndinə əsasən aşağıdakı əsaslardan hər hansı birinin olduğu müəyyən edildikdə, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsindən imtina edilə bilər: 3.5.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında tutulması; 3.5.2. yaşayış sahəsi üzərində yüklülüyün və ya məhdudiyyətin olması; 3.5.3. yaşayış sahəsinin müvafiq xüsusi təyinatlı yaşayış sahəsi üçün müəyyən edilən tələblərə cavab verməməsi. -3.8-ci bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. -4.3-cü bəndinə görə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Göründüyü kimi iddiaçının hüquqi marağına xidmət edən hazırkı iddia bir-biri ilə bağlı iki ardıcıl mərhələni özündə ehtiva edir. -xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması; -xüsusi təyinatlı mənzil fondundan çıxarıldıqdan sonra mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən xidməti mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi və xidməti mənzil fondu sırasından çıxarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla həyata keçirilir. Hazırkı iddiaya münasibətdə xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması bilavasitə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış razılıq əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunvericilikdə mənzillərin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi, təklif edilən mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməkdən imtinanın əsasları nəzərdə tutulsa da xüsusi təyinatlı mənzil fondundan çıxarılmanın əsasları nəzərdə tutulmamışdır. Və yaxud başqa sözlə, xidməti mənzilin hansı hallarda xüsusi təyinatlı mənzil fondundan çıxarılmalı olması halları bilavasitə tənzimlənməmişdir. Qanunvericilik bu sahədə səlahiyyəti bilavasitə sərəncamında xüsusi təyinatlı mənzil olan qurumun vəsatəti, müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla müvafiq ərazi üzrə icra hakimiyyəti orqanına həvalə etmişdir. İddiaçıyla sözügedən mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanması üçün mənzilin xidməti mənzillərin sırasından çıxarılması, xidməti mənzillər sırasından çıxarılması isə qeyd edildiyi kimi müvafiq müraciət əsasında razılaşdırma qaydasında xidməti mənzillər sırasından çıxarılma barədə qərarın qəbul edilməsi tələb olunur. Hazırkı iddia üzrə müvafiq icra hakimiyyəti orqanının razılıq alınması üçün müraciət edilməmiş, razılıq əldə edilməmişdir. Beləliklə, xidməti mənzillər sırasından çıxarılma məhkəmə tərəfindən deyil, dövlət mənzil fondunun idarəetməsini həyata keçirən dövlət orqanının qərarı əsasında həyata keçirilə bilər. Mənzil qanunvericiliyi ilə məhkəmənin dövlət fonduna aid mənzilin xidməti mənzillər sırasından çıxarmaq kimi səlahiyyəti müəyyən edilməmişdir. Hazırkı halda mənzilin xidməti mənzillər sırasından çıxarılması baş vermədiyindən məhkəmə tərəfindən cavabdehin üzərinə iddiaçıyla kirayə müqaviləsinin bağlanılması barədə əliverişli inzibati aktın qəbul edilməsi barədə vəzifə də qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova