Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-254/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, mənzil 6 ünvanında yerləşən mənzilə əsas sahə 12 kv.m və köməkçi sahə 20 kv.m, ümumi sahə 32 kv.m sahə ilə bağlı texniki pasport tərtib edib və dövlət reyestrdə cari dəyişiklik edilərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, 10 sentyabr 1996-cı il tarixdə X10 007759 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, mənzil 6 ünvanında yerləşən cəmi 32 kv.m, yaşayış sahəsi 12 kv.m, köməkçi sahə 20 kv.m mənzili X4, X16 isə 29 noyabr 1996-cı il tarixli 010843 saylı alqı-satqı müqaviləsinə əsasən həmin mənzili X17, X21 isə 02 avqust 2011-ci il tarixli, 132408 saylı alqı-satqı müqaviləsinə əsasən həmin mənzili Comərdova (Reyd) Könül Rafiq qızına satmışdır. İddiaçı cavabdehə müraciət edərək Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, mənzil 6 ünvanında yerləşən mənzilə əsas sahə 12 kv.m və köməkçi sahə 20 kv.m, ümumi sahə 32 kv.m sahə ilə bağlı texniki pasport tərtib edib və dövlət reyestrdə cari dəyişiklik edilərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, cavabdehin verdiyi 30 iyul 2019-cu il tarixli, **********38 saylı məktubla sözügedən əmlakla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.03.2018-ci il tarixli, 2inz(81)-1501/2013 saylı inzibati iş üzrə qanuni qüvvəyə minmiş yekun qərarı idarəyə daxil olacağı və icra ediləcəyi təqdirdə ərizəyə yenidən baxıla biləcəyə göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, məktubda göstərilən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.03.2018-ci il tarixli, 2inz(81)-1501/2013 saylı inzibati işin hazırki iddiaya hansı aidiyyətinin olması göstərilməmişdir. Göstərilən iş üzrə hansı qərarın veriləcəyi bu məsələyə təsir göstərə bilməz. Bundan əlavə cavabbdeh tərəfindən verilmiş 24 may 2018ci il tarixli məktubda da həmin əmlakla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2015-ci il tarixli qərarının idarəyə daxil olmadığına görə imtina məktubu verilmişdir. Buna görə də hazırki imtina ərizəsinin verilməsinə əsas olmuş ərizə verilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2015-ci il tarixli qərarı da əlavə edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh hər cür bəhanə ilə iddiaçının ərizələrinin icrasından imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2015-ci il tarixli qərarı hazırki mənzillə bağlı deyil, iddiaçının qonşusu X5 iddiası ilə bağlı yekun məhkəmə qərarıdır. Belə ki, X10 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 24 kv.m, yaşayış sahəsi 8 kv.m, köməkçi sahələri 16 kv.m olan mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2015-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil X5 mülkiyyətində olmuş, iddiaçı həmin mənzilin 12 kvadrat metrdən ibarət olan bir otağını alqı-satqı müqaviləsi ilə satmış, hazırda həmin bir otaq İddiaçı mülkiyyətindədir, iddiaçının mülkiyyətində olan mənzillə İddiaçı yaşadığı mənzil həmin evin başqa mərtəbələrində yerləşməklə giriş-çıxışları ayrıdır, köməkçi sahələri də bir deyildir, bu faktlar aparılmış yerində müəyinə nəticəsində, eyni zamanda məhkəmədə tərəflərin izahatları və iş materialları ilə təsdiq olunmuşdur. Hazırki iş üzrə də iddiaçı Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, mənzil 6 ünvanında yerləşən mənzilə əsas sahə 12 kv.m və köməkçi sahə 20 kv.m, ümumi sahə 32 kv.m olan sahəni tam şəkildə almış və hal-hazırki vaxta kimi istifadəsindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 11, 6 nömrəli mənzilə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat (MH 055473 qeydiyyat nömrəli) Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 03.05.1993-cü il tarixli 4/087-39 nömrəli sərəncamı (sərəncamda mənzilin ümumi sahəsi 36 kv.m qeyd olunur) və Yasamal Rayon MTİ ilə İ.Axundova arasında bağlanmış müqavilə (müqavilədə mənzilin yaşayış sahəsi 20 kv.m, ümumi sahəsi 36 kv.m göstərilib) əsasında aparılmışdır. X12 ilə X16 arasında 10 sentyabr 1996-cı il tarixli 007759 nömrəli müqavilə ilə müvafiq mənzil sonuncunun adına özgəninkiləşdirilmişdir. Qeyd olunan müqavilədə mənzilin yaşayış sahəsi 12 kv.m olmaqla 1 otağı B.Dadaşovaya verilmişdir. Müqavilədə düzəliş olunaraq qeyd olunub ki, mənzilin 20 kv.m. sahəsi deyil, yalnız yaşayış sahəsi 12 kv.m. olan 1 otaq B.Dadaşovaya verilir. B.Dadaşova ilə X21 arasında bağlanan 010843 nömrəli 22 noyabr 1996-cı il tarixli müqavilə ilə isə sözügedən mənzil sonuncunun adına verilmişdir (bu müqavilədə köməkçi sahə 20.0 kv.m, yaşayış sahəsi 12.0 kv.m, ümumi sahə isə 32.0 kv.m göstərilib, yəni köməkçi sahə səhv qeyd olunub). E.Əliyeva ilə X20 arasında bağlanılan 132408 nömrəli 02.08.2001-ci il tarixli müqavilə əsasında həmin mənzil sonuncuya verilmişdir. Bu müqavilədə isə mənzilin yalnız yaşayış sahəsi 12.0 kv.m olmaqla 1 otağın Könül Rafiq qızına verildiyi göstərilmişdir. Qeyd olunan mənzilin X6 mülkiyyətində olan hissəsinə Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 11, 6 “a” (2 mərtəbəli binanın 2-ci mərtəbəsi); Reyd (Comərdova) Könül Rafiq qızının mülkiyyətində olan hissəyə isə Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 11, 6 (2 mərtəbəli binanın 1-ci mərtəbəsi) olaraq yeni ünvan verilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan alqı-satqı müqavilələri ilə köməkçi sahə İ.Axundova tərəfindən digər şəxslərin adına özgəninkiləşdirilməmiş, İddiaçı tərəfindən isə İdarəyə mənzilin müvafiq köməkçi sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X19 izahatında bildirdi ki, X10 tərəfindən mübahisələndirilən mənzilin yalnız yaşayış sahəsi 12.0 kv.m olan 1 otağı satılmışdır. Digər hissələr İ.Axundovanın mülkiyyətindədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Səadət Sarayı tərəfindən 29.05.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 160799 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 ilə X20 29.05.2005-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Reyd, arvada Reyd soyadı verilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış 30.07.2019-cu il tarixli, **********38 saylı məktubunda qeyd edilir: Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, 11 saylı evin, 6 saylı mənzilinə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun verilməsi ilə bağlı ********** nömrəli, 17.05.2019-cu il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözüqedən əmlakla bağlı 1 saylı BİİM-nin 13.03.2018ci il tarixli, 2inz(81)-1501/2013 saylı inzibatı iş üzrə qanuni qüvvəyə minmiş yekun qərarı İdarəyə daxil olacağı və icra ediləcəyi təqdirdə ərizənizə yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 266/2015 saylı 05.03.2015-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli, 2inz(81)-1501/2014 saylı qərarı ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 24 kv.m, yaşayış sahəsi 8 kv.m köməkçi sahələri 16 kv.m olan mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 yanvar 2014cü il tarixli, 2-1inz(103)-33/2014 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli qərarı dəyişdirilmiş, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 36,1 kv.m, yaşayış sahəsi 20,1 kv.m, köməkçi sahələri 16 kv.m olan mənzilin X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2014-cü il tarixli, 2-1(102)- 764/2014 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 yanvar 2014-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 23 oktyabr 2014- cü il tarixli, 2-1(103)/2015 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-266/2015 saylı 05.03.2015-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı və onun vəkilinin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli, 2-1(103)/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0586 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli binada 36.0 kv.m ümumi, 20.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaq y/s 12.0 kv.m, k/s 16.0 kv.m, X6 1 otaq y/s 8,0 kv m adlarına daşınmaz əmlakın dövlət reyestrində 510 nömrəli reyestr kitabının 46995 nömrəli vərəqində 17.08.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 10 sentyabr 1996-cı il tarixli 007759 saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, mənzil 6 ünvanında yerləşən ona məxsus 2 otaqdan 1 otağı(cəmi 32 kv.m, yaşayış sahəsi 12 kv.m, köməkçi sahə 20 kv.m) X1. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 007606 saylı 22.05.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, 6 nömrəli mənzili X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan isə 29 noyabr 1996-cı il tarixli 010843 saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, mənzil 6 ünvanda 1-ci mərtəbədə 1 otağı(cəmi 32 kv.m, yaşayış sahəsi 12 kv.m, köməkçi sahə 20 kv.m) X3. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 055474 saylı 23.10.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, 6 nömrəli mənzil 1-ci mərtəbə 1 yaşayış otağı12 kv.m X9 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 02 avqust 2001-ci il tarixli, 132408 saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 ona məxsus olan ünvan 5 ünvanında 12 kv.m olan bir otağı X2. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 057499 saylı 04.01.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, 6 nömrəli mənzili X15 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 086534 saylı 12.09.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, 12 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 6 nömrəli mənzili X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 055473 saylı 22.05.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 11 nömrəli evin 6 nömrəli mənzili 1 yaşayış otağı 8,0 kv.m X6, 1 yaşayş otağı12,0 kv.m X9 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli, 2inz(81)-1501/2014 saylı qərarı ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 24 kv.m, yaşayış sahəsi 8 kv.m, köməkçi sahələri 16 kv.m olan mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Hazırda İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, mənzil 6 ünvanında yerləşən mənzilə əsas sahə 12 kv.m və köməkçi sahə 20 kv.m, ümumi sahə 32 kv.m sahə ilə bağlı texniki pasport tərtib edib və dövlət reyestrdə cari dəyişiklik edilərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Lakin iş materiallarından görünür ki, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 11 nömrəli evin 6 nömrəli mənzilin yalnız 12 kv.m olan bir otağı Comərdova (Reyd) Könül Rafiq qızına satılmışdır. X16 ilə X21 arasında alqı-satqı müqaviləsi imzalanarkən Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 11, mənzil 6 ünvanının yalnız yaşayış sahəsi 12 kv.m olan bir otaq onun mülkiyyətində olmuş, X21 da həmin 12 kv.m olan bir otağı Comərdova (Reyd) Könül Rafiq qızına satmışdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi 20 kv.m köməkçi sahə ona satılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-254/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-254/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver