Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-254/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi Vəkil2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti göstərilməklə Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli **********152262 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın İPRL şirkətinə aparılmış əmək haqqı ödənişləri üzrə 1,075,456.22 manat məbləğində Xarici Subpodratçılardan ödəmə mənbəyində tutulan vergi məbləği və 128,864.44 manat məbləğində LİBOR + 4% faiz hissəsində və nümayəndəlik tərəfindən yerli işçilərin ailə üzvlərinin könüllü tibbi sığorta ödənişləri üzrə 252,545.34 manat məbləğində MDSS və 126,272.67 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi (bundan sonra - Milli Gəlirlər Baş İdarəsi) tərəfindən "Baker Hughes Services İntemational LLC” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (bundan sonra - “Nümayəndəlik” və ya “İddiaçı”) növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 28 dekabr 2020-ci il tarixində başlamış və 7 oktyabr 2021-ci il tarixində başa çatdırılmışdır. Yoxlamanın nəticəsi olaraq Səyyar vergi yoxlaması aktı (bundan sonra “Akt”) xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və yoxlayıcı tərəfindən Nümayəndəliyə təqdim edilmişdir. Nümayəndəlik Aktda tətbiq edilməsi təklif edilən əlavə vergi və maliyyə sanksiyaları ilə razılaşmayaraq Aktı imzalamaqdan imtina etmiş və bununla bağlı etirazını xx.xx.2021-ci il tarixli **********073000 kargüzarlıq nömrəli etiraz məktubu ilə bildirmişdir. Nümayəndəliyin etiraz etdiyi məsələlər aşağıdakılardan ibarət olmuşdur: 1) X9 (bundan sonra “BƏƏ”) qeydiyyatdan keçmiş X4 Limited (bundan sonra “İPRL”) şirkəti tərəfindən Nümayəndəliyə işçi qüvvəsinin verilməsi üzrə Nümayəndəliyin 20,433,668.26 manat məbləğində ödənişlərinin Azərbaycan Respublikası ərazisində Karbohidrogen fəaliyyəti çərçivəsində göstərilən xidmət haqqı kimi qiymətləndirilərək, Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X10 X15 İşlənməsi və X18 Haqqında Sazişə (bundan sonra “AÇG HPBS”) uyğun qəbul olunmuş “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” Protokolda (bundan sonra “XS Protokolu”) nəzərdə tutulmuş ödəmə mənbəyində 5% vergi dərəcəsi tətbiq edilməklə 1,075,456.22 manat əlavə vergi öhdəliyinin müəyyən edilməsi və bu vergi öhdəliyinin büdcəyə vaxtında ödənilməməsinə görə 128,864.44 manat “LİBOR+4%” dərəcəsi əsasında faiz hesablanması; 2) Nümayəndəlik tərəfindən yerli işçilərin ailə üzvlərinin könüllü tibbi sığortası üçün edilmiş 1,010,181.37 manat məbləğində ödənişin məcburi dövlət sosial sığortasına cəlb olunması; 3) Nümayəndəliyin Baş Ofisi tərəfindən X19 Operations LLC şirkətinə edilmiş 1,092,673.30 manat məbləğində royalti ödənişlərinin Nümayəndəliyin Azərbaycan Respublikası ərazisində Karbohidrogen fəaliyyəti ilə bağlı xidmət haqqı kimi qiymətləndirilməsi və bu ödənişlərə münasibətdə XS Protokolunda nəzərdə tutulmuş ödəmə mənbəyində 5% vergi dərəcəsinin tətbiq edilməsi. Nümayəndəliyin yuxarıdakı sonuncu məsələ üzrə etirazı nəzərə alınsa da, digər məsələlər üzrə etiraz və arqumentləri nəzərə alınmamış, Milli Gəlirlər Baş İdarəsi öz mövqeyində qalaraq xx.xx.2021-ci il tarixli **********152262 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarmış (bundan sonra “Qərar”) və Nümayəndəliyə təqdim etmişdir. Nümayəndəlik Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq və vergi orqanlarının qərarlarından inzibati qaydada yuxarı vergi orqanına şikayət etmək hüququndan istifadə edərək, xx.xx.2022-ci il tarixli **********159700 kargüzarlıq nömrəli Şikayət məktubu ilə bu Qərardan Şikayətini, hər bir məsələ üzrə arqumentlərim bir daha təqdim etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra “Dövlət Vergi Xidməti”) ünvanlamışdır. Şikayət ilə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən X5 bölməsinə İzahat forması (bundan sonra “İzahat”) göndərilmiş və müraciətimizdə qeyd olunanların hərtərəfli, tam və obyektiv araşdırılması üçün izahatın alınmasının zəruriliyi bildirilmişdir. Nümayəndəlik tərəfindən həmin İzahatda da şikayət olunan hallar ilə bağlı arqumentlər bir daha təqdim edilmişdir. X23 Xidməti şikayət olunan Qərarı dəyişdirməmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli **********670700 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul etmişdir. İddiaçı hesab edir ki, Milli Gəlirlər Baş İdarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********143200 nömrəli Aktda və xx.xx.2021-ci il tarixli **********152262 nömrəli məsuliyyətə cəlb edilmə barədə Qərarda Milli Gəlirlər Baş İdarəsi tərəfindən bir sıra maddi hüquq normaları düzgün tətbiq edilməmiş, Nümayəndəliyin etiraz və şikayət məktublarında əks olunan arqument və istinadlarına obyektiv yanaşılmamışdır. Bu səbəbdən də xx.xx.2021-ci il tarixli **********152262 nömrəli Qərarı qanunsuz əlverişsiz inzibati akt hesab edilərək ləğv edilməlidir. İddia 1. İPRL tərəfindən göstərilən xidmətlərin Azərbaycan Respublikası ərazisində Karbohidrogen fəaliyyəti çərçivəsində göstərilən xidmət kimi qiymətləndirilməsi və AÇG HPBS-yə uyğun qəbul olunmuş XS Protokolunda nəzərdə tutulmuş ödəmə mənbəyində 5% verginin İPRL-ə aparılmış ödənişlərə tətbiq edilməsi üzrə: İPRL BƏƏ-də qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İPRL Baker Hughes şirkətlər qrupunun tərkibindədir və X20-nin (ABŞ) 100% törəmə şirkətidir. İPRL yalnız qeydiyyatdan keçdiyi ölkədə (BƏƏ), yəni Azərbaycan Respublikasının hüdudlarından kənarda, qrup şirkətləri üçün lazım olan işçi qüvvəsinin axtarılması, bu şirkətlərə verilməsi xidmətləri göstərir və əmək haqlarının ödənilməsi üzrə agent rolunu daşıyır. Nümayəndəliyin baş ofisi olan ABŞ-ın İddiaçı şirkəti (bundan sonra “BHSİ LLC”) dünyanın bir sıra ölkələrində yerləşən struktur bölmələrinin (o cümlədən Nümayəndəliyin) mütəxəssis ehtiyaclarına əsəsən İPRL-dən işçi qüvvəsini əldə edərək həmin struktur bölmələrinə göndərir. Bu məqsədlə də, İPRL və BHSİ LLC arasında 1 yanvar 2019-cu il tarixində kadr verilməsi müqaviləsi (bundan sonra “Kadr verilməsi müqaviləsi”) bağlanmışdır. Bu müqaviləyə əsasən İPRL işə götürmə agenti rolunu oynayaraq BHSİ LLC-nin tələblərinə uyğun olaraq ixtisaslaşmış kadrları təqdim etməlidir. Belə ki, Nümayəndəlik neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasında bu fəaliyyət X18 Haqqında Sazişlər (HPBS) ilə tənzimlənir. Nümayəndəlik yoxlanılan dövrdə AÇG HPBS çərçivəsində fəaliyyət göstərmişdir. AÇG HPBS Milli Məclis tərəfindən ratifikasiya edilmiş və qanun statusuna malik olan sazişdir. AÇG HPBS özündə həmçinin xarici subpodratçıların vergiyə cəlb olunmasını əhatə edən xüsusi vergi müddəalarını əks etdirir. Bundan əlavə, AÇG HPBSnin müddəalarına əsasən xarici subpodratçıların vergiyə cəlb edilməsi üzrə XS Protokolu da qəbul edilmişdir. AÇG HPBS-in 12.6 (a) (i) maddəsinə və XS Protokolun 1.1 bəndinə əsasən X2 Fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan hüdudları daxilində gördükləri işlər və ya göstərdikləri xidmətlər müqabilində alınan ödənişlərdən 5% dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. XS Protokolun 1.1.3 bəndində xüsusilə qeyd olunur ki, Karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasından kənarda İşlərin görülməsi və Xidmətlərin göstərilməsinə yaxud Malların təsliminə münasibətdə heç bir Vergi tətbiq olunmur. Sazişin 12.6 (a) (iii) maddəsinə əsasən Xarici Subpodratçılara bu 12.6 (a) bəndində göstərilənlərdən savayı edilən ödənişlərlə əlaqədar olaraq vergilər tətbiq olunmur. Bundan sonra, XS Protokolun 1.1.2 bəndində Sazişin yuxarıda qeyd edilən 12.6 (a) (i) maddəsi ilə ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulan İşlərin və Xidmətlərin çərçivəsi müəyyən edilir. Belə ki, “İşlər və Xidmətlər dedikdə aşağıdakı fəaliyyət növləri başa düşülür: layihə işləri geoloji tədqiqatlar, kəşfiyyat, işlənmə, qazma hasilat, tikinti, modemizasiya, tikinti və maddi-texniki fəaliyyətin digər növləri; daşınmaz əmlakın icarəsi üzrə fəaliyyət; inzibati, texniki, hüquqi, mühasibat, reklam, nəqliyyat və rabitə fəaliyyəti, kompüter təminatı, təhlükəsizlik təminatı, məsləhət fəaliyyəti, tədris və digər oxşar fəaliyyətlər.” Əlavə olaraq, Sazişin 12.6 (b) maddəsində qeyd olunur ki, “Göstərilənlərə baxmayaraq, hər hansı X16 X6 Haqqında tətbiq edilə bilən bu və ya digər Müqavilənin müddəalarına tabedir”. XS Protokolun 1.3 bəndində isə müəyyən edilir ki, “Yuxarıda deyilənlərə baxmayaraq, Xarici Subpodratçılar hazırda tətbiq edilən İkiqat Vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur.” Bununla, yuxarıda göstərilən hüquqi normalara əsasən xarici subpodratçıların Azərbaycanda vergiyə cəlb olunması üçün 4 əsas şərt yerinə yetirilməlidir: 1) Xarici subpodratçının fəaliyyəti Azərbaycan Respublikası ərazisində həyata keçirilməlidir; 2) İşlər və xidmətlər XS Protokolunda müəyyən edilən fəaliyyət növlərinə aid olmalıdır; 3) Vergi işlər və ya xidmətlər müqabilində alınan ödənişlərə tətbiq edilir. 4) Yuxarıdakı şərtlər ödənilsə və xarici subpodratçının gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb olunması müəyyənləşsə belə, İkiqat Vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında sazişlərdə (və ya Saziş olmadıqda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasında) bu gəlirlərə münasibətdə nəzərdə tutulan hər hansı vergi güzəşti mövcuddursa, həmin güzəşt heç bir inzibati tədbir görülmədən tətbiq olunmalıdır. - Müvafiq işçilərin İPRL-in işçiləri olması və bu işçilər Azərbaycan Respublikasında fəaliyyət göstərdiyindən İPRL-in Nümayəndəliyə göstərdiyi xidmətlərin xaricdə göstərilməməsi arqumentinə cavab (1-ci şərtin təhlili) - Kadr verilməsi müqaviləsinə əsasən, işçilər İPRL ilə əmək müqaviləsi bağlamasına və əmək haqqı məbləği İPRL tərəfindən ödənilməsinə baxmayaraq 1) Təqdim olunan işçi heyəti BHSİ LLC-nin gündəlik nəzarəti altında olmalıdır (Kadr verilməsi müqaviləsinin 3-cü bəndi); 2) İşçi heyəti BHSİ LLC və ya Nümayəndəliyin adından və onun maraqlarına uyğun olaraq fəaliyyət göstərməlidir (Kadr verilməsi müqaviləsinin 4-cü bəndi); 3) İPRL işçi heyətinin fəaliyyətinin nəticəsi üçün məsuliyyət daşımayacaqdır (Kadr verilməsi müqaviləsinin 5-ci maddəsi). Müqavilə şərtlərindən göründüyü kimi İPRL tərəfindən təqdim edilən işçi heyəti BHSİ LLCnin və ya Nümayəndəliyin tam sərəncamı və məsuliyyəti altındadır. İşçi heyətini BHSİ LLCnin və ya Nümayəndəliyin sərəncamına verdikdən sonra İPRL-in müqavilə üzrə funksiyası yalnız Nümayəndəlik tərəfindən ödənilən haqqın işçilərə çatdırılmasından ibarətdir. Başqa sözlə, sözügedən işçi heyəti BHSİ LLC-yə təqdim edildikdən sonra İPRL-in deyil, məhz Nümayəndəliyin Azərbaycan ərazisindəki fəaliyyəti üzrə muzdlu işə cəlb olunmuşdur və Nümayəndəlik həmin işçi heyətinin iqtisadi işəgötürənidir. Bunu nəzərə alaraq, Nümayəndəlik həmin işçi heyətini əmək fəaliyyətini həyata keçirən muzdlu işçiləri kimi qiymətləndirmiş, buna görə də, Nümayəndəlik tərəfindən əməletmə, əmək, miqrasiya və vergi məqsədləri üçün onlara müvəqqəti yaşamaq və iş icazələri əldə edilmiş, onların gəlirlərindən fiziki şəxslərin muzdlu işdən gəlir vergisi tam olaraq hesablanmış və büdcəyə ödənilmişdir. Nümayəndəlik tərəfindən sözügedən işçilərin gəlirlərindən muzdlu işdən gəlir vergisinin hesablanıb-ödənilməsi faktı Aktda və X21 tərəfindən xüsusi olaraq qeyd edilmişdir. Müqavilə şərtlərindən, işçi qüvvəsinin verilməsi strukturundan və eləcə də real vəziyyətdən göründüyü kimi, İPRL işçi heyətini BHSİ LLC və ya Nümayəndəliyin sərəncamına verdikdən sonra həmin işçi heyətinin Azərbaycandakı fəaliyyətinin nəticələri ilə bağlı hər hansı məsuliyyət və öhdəlik daşımadığından, işçi heyətinin Azərbaycandakı fəaliyyəti heç bir halda İPRL-in Azərbaycanda fəaliyyət göstərməsi kimi qiymətləndirilməməlidir. İşçi qüvvəsi Nümayəndəliyin tam sərəncamındadır və İPRL bu işçilərin fəaliyyəti ilə əlaqədar heç bir məsuliyyət daşımır; işçi heyəti yalnız BHSİ LLC və ya Nümayəndəliyinin adından və onun maraqlarına uyğun olaraq çıxış edir. İPRL-in kadr verilməsi müqaviləsi üzrə əsas öhdəliyi müvafiq işçi heyətinin tapılması və BHSİ LLC- nin və ya Nümayəndəliyin sərəncamına verilməsindən ibarətdir ki, bu öhdəliyin də icrası ölkə hüdudlarından kənarda, BƏƏ-də həyata keçirilmişdir. İşçilərin sərəncama verilməsindən sonra İPRL- in funksiyası Nümayəndəlik tərəfindən həyata keçirilən müvafiq ödənişlərin işçi heyətinə ötürülməsindən ibarətdir ki, bu funksiyanın icrası da bank köçürmə yolu ilə ölkə hüdudlarından kənarda həyata keçirilir. - İPRL-in göstərdiyi xidmətlərin XS Protokolunun 1.1.2-ci bəndində sadalanan karbohidrogen fəaliyyəti ilə bağlı olan xidmətlərin siyahısına daxil olması arqumentinə cavab (2-ci şərtin təhlili) - xarici subpodratçıların Azərbaycan ərazisində göstərdiyi bütün xidmətlərə görə deyil, yalnız XS Protokolunun 1.1.2 bəndində xüsusi olaraq sadalanan xidmətlərə görə edilən ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulur. XS Protokolunun 1.1.2 bəndində həmin siyahı aşağıdakı kimi müəyyən olunmuşdur: “İşlər və Xidmətlər dedikdə aşağıdakı fəaliyyət növləri başa düşülür: layihə işləri geoloji tədqiqatlar, kəşfiyyat, işlənmə, qazma hasilat , tikinti, modemizasiya, tikinti və maddi-texniki fəaliyyətin digər növləri; daşınmaz əmlakın icarəsi üzrə fəaliyyət; inzibati, texniki, hüquqi, mühasibat, reklam, nəqliyyat və rabitə fəaliyyəti, kompüter təminatı, təhlükəsizlik təminatı, məsləhət fəaliyyəti, tədris və digər oxşar fəaliyyətlər.” Milli Gəlirlər Baş İdarəsinin qənaəti ondan ibarətdir ki, İPRL-in göstərdiyi xidmətlər yuxarıda sadalanan “digər oxşar fəaliyyətlər” ifadəsi ilə əhatə olunmuşdur. İddiaçı qeyd edir ki, Nümayəndəliklə İPRL arasında bağlanan müqavilənin predmeti işçi qüvvəsinin təmin edilməsidir. Hansı ki, bu predmet XS Protokolun 1.1.2 bəndində sadalanan fəaliyyət növlərinin siyahısında konkret olaraq öz əksini tapmamışdır. Eyni zamanda. İPRL-in göstərdiyi xidmətlərin “digər oxşar fəaliyyət” hesab edilməsi üçün, sadalanan konkret fəaliyyət növləri ilə İPRL-in fəaliyyəti arasında “oxşarlığın” mövcud olması zəruridir. Bildirməliyik ki, həmin “oxşarlığı” təmin edən kriteriyalar və sərhədlər XS Protokolunda qeyd edilməmişdir. Ona görə də məntiqi olaraq, “digər oxşar fəaliyyətlər” ifadəsi ilə, sadalanan konkret fəaliyyət növlərinin hər hansı alt növü anlaşılmalıdır. İPRL-in faktiki fəaliyyətinin mahiyyətcə, sadalanan konkret fəaliyyət növlərindən fərqli olduğunu nəzərə alaraq həmin fəaliyyət növlərinin alt növü hesab edilməsi də mümkün deyildir. Odur ki, İPRL-in fəaliyyəti XS Protokolun 1.1.2 bəndində sadalanan konkret fəaliyyət növlərinə və digər oxşar fəaliyyətlərə aid edilə bilməz. - İPRL-in xarici fiziki şəxslərə ödədiyi əmək haqlarının “kompensasiya edilən xərc” lıesah edilməməsi, nəticədə İPRL-in yalnız nıarjasının deyil, ona edilən ödənişlərin tam məbləğinin 5% vergi dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə bağlı Milli Gəlirlər Baş İdarəsinin arqumentinə cavab (3-cü şərtin təhlili) - XS Protokolunun 1.1-ci bəndinə əsasən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla Karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən 20% vergi qoyulan mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 5% Vergi həcmini təşkil edir. XS Protokolunun 1.1.1-ci bəndinə əsasən isə “kompensasiya edilən məsrəflər” dedikdə, Malların satın alma ödənişlərindən fərqli olan, mənfəət əldə edilən əsas fəaliyyətinin bir hissəsi olmayan məsrəflər başa düşülür. Bundan əlavə, bu məsrəflər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmişdirsə, vergiyə cəlb olunan mənfəət əldə edilməsini nəzərdə tutmur. Milli Gəlirlər Baş İdarəsinin bu arqumentinə cavab olaraq bir daha bildirməliyik ki, İPRL ilə Nümayəndəlik arasında bağlanan müqaviləyə əsasən İPRL-in əsas faəliyyəti işçi qüvvəsinin tapılmasında agent xidmətinin göstərilməsindən ibarətdir. Odur ki, İPRL-in Xidmət Haqqı da məhz əldə etdiyi agentlik haqqından, yəni marjadan ibarətdir. Maıjadan əlavə İPRL-ə ödənilən məbləğlər mahiyyətcə, İPRL-in mənfəət əldə edilən əsas fəaliyyətinin bir hissəsi hesab edilmir və kompensasiya edilən məsrəflər xarakteri daşıyır. Yəni İPRL iqtisadi işəgötürən olaraq Nümayəndəliyin əvəzində işçilərə əmək haqları ödəyir və bundan sonra onu Nümayəndəlikdən kompensasiya edir. Ona görə də, Nümayəndəlikdə çalışan və Nümayəndəliyin real işçisi hesab olunan işçilərə ödənilən əmək haqqı agentin xidmət haqqına daxil edilə bilməz və AÇG HPBS-nin 12.6 (a) (iii) maddəsinə əsasən bu (yəni əmək haqqının kompensasiyası ilə bağlı) ödənişlərlə əlaqədar olaraq vergilər tətbiq olunmamalıdır. Agent olaraq İPRL-in xidmət haqqı marjadan ibarət olsa da, xidmətlər Azərbaycan hüdudlarından kənarda göstərildiyinə, həmçinin bu xidmətlər XS Protokolunun 1.1-ci bəndində sadalanan xidmətlərin siyahısına daxil olmadığına görə AÇG HPBS-ə əsasən, İPRL-in göstərilən xidmətlərə görə Azərbaycanda heç bir vergi öhdəliyi yaranmır. - İPRL-in Nümayəndəliyə göstərdiyi xidmətlərin daimi nümayəndəlik vasitəsilə həyata keçirilmiş sahibkarlıq fəaliyyəti hesab edilməsi ilə bağlı Milli Gəlirlər Baş İdarəsinin arqumentlərinə cavab (4-cü şərtin təhlili) - AÇG XS Protokolunun 1.3 bəndində xarici subpodratçıların hazırda tətbiq edilən İkiqat Vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin (bundan sonra “Saziş”) müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İƏİT tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa mövcud ola bilən güzəştlərdən istifadə edə biləcəyi nəzərdə tutulur. Bu halda, xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac olmadığı bildirilir. Yuxarıda xarici subpodratçılarin vergiyə cəlb olunmasının 3 şərti təhlil edildi və aydın oldu ki, İPRL-in göstərdiyi xidmətlər həmin şərtləri ödəmir. Dolayısı ilə, Nümayəndəliyin bu xidmətlərə görə İPRL-ə etdiyi ödənişlərdən ödəmə mənbəyində vergi tutulmamalıdır. İddia 2. Nümayəndəlik tərəfindən yerli işçilərin ailə üzvlərinin könüllü tibbi sığortası üçün ödənişlərin məcburi dövlət sosial sığortasına cəlb olunması üzrə: Nümayəndəlik yoxlanılan dövr ərzində bir sıra yerli işçilərinin ailə üzvlərinin könüllü tibbi sığortası üzrə sığorta şirkətlərinə ümumilikdə 1,010,181.37 manat məbləğində ödəniş etmişdir. - İşçilərin ailə üzvləri üçün ödənilmiş könüllü tibbi sığorta məbləğinin işçilərin gəlirləri hesab olunması arqumentinə cavab - Nümayəndəliyin əməkdaşlarının gəliri AÇG HPBS-ə uyğun olaraq qəbul edilmiş “Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında” Protokola əsasən vergiyə cəlb edilir. Bu Protokolun 8.1.2-ci maddəsinə əsasən, hər bir Yerli əməkdaşın İşverəni özünün hər bir müvafiq yerli əməkdaşına münasibətdə DSMF ayırmaları və digər bu kimi (pensiya fonduna, sosial müdafiə fonduna, məşğulluq fonduna və tibbi sığorta fonduna ödəniş məbləğləri də daxil olan, lakin onlarla məhdudlaşmayan) ödənişləri üçün Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Belə ki, məcburi dövlət sosial sığorta məbləğinin hesablanması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sosial sığorta haqqında” Qanunun 14.3-cü maddəsinə və 18 noyabr 2014-cü il tarixli “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarına” əsasən, muzdlu işdən əldə edilən gəlirlər MDSS-ə cəlb edilir və bunlar aşağıdakı ödənişləri əhatə edir: 1) əmək haqqı ödənişləri, 2) hər hansı digər ödəniş və ya, 3) belə fəaliyyətlə (məşğulluq) əlaqədar alman fayda. Nümayəndəlik tərəfindən xidmət təchizatçısına ödənilən tibbi sığorta haqları “məşğulluqla əlaqədar alman fayda” olub-olmamasım müəyyən etmək üçün qanunvericilikdə “fayda” termininin mahiyyətini araşdırmalıdır. Belə ki, qanunvericilik “fayda” anlayışını müəyyən etmir, lakin “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 4-cü maddəsindən belə irəli gəlir ki, “fayda” aşağıdakıları əhatə edə bilər: 1) işçilərin əmək haqqının natura şəklində ödənilməsi, 2) işçilərin xərclərinin əvəzinin ödənilməsi. İşçilərin xeyrinə onların ailə üzvləri üçün tibbi sığorta xərclərinin çəkilməsi “əmək haqqının natura şəklində ödənilməsi” termininə aid edilə bilməz. “İşçilərin xərclərinin əvəzini ödəmək” dedikdə belə başa düşülür ki, işçidə hansısa xərcin ödənilməsi üzrə öhdəlik yaranır və bu öhdəliyi qarşılamaq üçün, işəgötürən işçinin yerinə hansısa xərci ödəyir. Lakin, işçilərin ailəsinin tibbi sığorta edilməsi üzrə işçinin heç bir öhdəliyi yaranmır ki, işəgötürən bununla bağlı xərclərin əvəzini ödəsin. Bu şirkətin daxili siyasətidir və buna görə də, xərclərinin əvəzinin ödənilməsi kimi baxıla bilməz. Sığorta haqlarının birbaşa işçiyə ödəndiyi halda, bu, işçilərin MDSS məqsədləri üçün vergi tutulan gəlirini formalaşdırardı, lakin bu xidmətin dəyərinin birbaşa olaraq xidmət təchizatçısına ödənilmiş olması işçilərin xərclərin kompensasiyası (əvəzin ödənilməsi) hesab edilməməlidir. - İşçilərin ailə üzvləri üçün ödənilmiş könüllü tibbi sığorta haqlarının “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində sadalanan azadolmalar ilə əhatə olunmaması arqumentinə cavab - “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi xüsusən MDSSdən azadolmaya həsr edilib. İndiki redaksiyaya əsasən, sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait MDSS-dən azad edilir. Deməli, qeyd olunan azadolmanı tətbiqi üçün, iki şərt ödənilməlidir: 1) Xərclər sosial xarakteri daşımalıdır, 2) Ödəniş üçüncü tərəfə aparılmalıdır. Sosial xarakterli ödənişlərin qanunvericilikdə açılışı olmasa belə, adətən onlar yemək xərcləri, kirayə haqları, sığorta ilə bağlı ödənişləri əhatə edir. Nümayəndəlik işçilərə tibbi sığortalanması ilə bağlı heç bir ödəniş etmir və ödəniş birbaşa olaraq xidmətin təchizatçısı olan üçünçü şəxslərə edilir, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan müddəanın şərtləri tam olaraq ödənilir və nəticədə həmin ödənişlər MDSS-ə cəlb edilməməlidir. Tərtib edilən Qərarda yuxarıdakı arqumentlərimizə cavab olaraq Milli Gəlirlər Baş İdarəsi tərəfindən, Sosial Sığorta haqqında Qanunun 15-ci maddəsində qeyd edilən “sosial xarakterli xərclər” ifadəsinin işçinin sosial xarakterli xərclərini MDSS-dən azad etdiyi və işçinin ailə üzvlərinin könüllü tibbi sığortasının işçinin əlavə gəliri və faydası olduğu bildirilmişdir. Başqa sözlə, Milli Gəlirlər Baş İdarəsi işçinin ailə üzvlərinin könüllü tibbi sığortasının işçinin özünün deyil, məhz həmin ailə üzvlərinin sosial xarakterli xərci olması qənaətindədir. Milli Gəlirlər Baş İdarəsinin bu yanaşması təzadlıdır. Belə ki, əgər bu xərclər ailə üzvlərinin sosial xarakterli xərcləridirsə, o zaman həmin xərclərin Nümayəndəlik tərəfindən çəkilməsindən əldə olunan gəlir də işçiyə deyil, məhz ailə üzvlərinə aid edilməlidir. Aydındır ki, işçinin ailə üzvləri ilə Nümayəndəlik arasında hər hansı əmək münasibətləri yoxdur və bu xərclərin çəkilməsi işçinin ailə üzvləri üçün muzdlu işdən gəlir yaratmır. Belə olduqda, bu gəlirlərə, mahiyyətinə uyğun olaraq, işçinin ailə üzvlərinə verilmiş hədiyyə kimi yanaşılmalıdır. Hədiyyələr isə muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər kimi təsnifləşdirildiyindən “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən MDSS-dən azaddır. İddiaçı əlavə olaraq bildirir ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları məcburi dövlət sosial sığorta haqqından azaddır. Maddənin mətnindən göründüyü kimi, işçinin ailə üzvlərinin könüllü sığortası bu azadolmadan kənarda tutulmamışdır. Bir halda ki, Milli Gəlirlər Baş İdarəsi, Qərarın 7-ci səhifəsində qeyd edildiyi kimi, sözügedən sığortadan faydanın işçilər tərəfindən əldə edildiyi və bu faydanın işçi üçün əlavə muzdlu işdən gəlir formalaşdırdığı qənaətindədir, o zaman könüllü tibbi sığorta haqqına münasibətdə nəzərdə tutulan yuxarıdakı azadolma da tətbiq edilməlidir. Yekun olaraq yuxarıda qeyd edilən müxtəlif aspektli yanaşmalardan aydın olur ki, Nümayəndəlik tərəfindən işçilərin ailə üzvlərinin könüllü tibbi sığortası üzrə edilən ödəmələr “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən birmənalı şəkildə MDSS-dən azaddır.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisənin mahiyyəti ilə bağlı bildirilir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin (bundan sonra - Baş idarə) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********143070 nömrəli qərarına əsasən Nümayəndəlikdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli **********143200 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı və yoxlama materialları əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152262 nömrəli qərarla vergi ödəyicisinə ümumilikdə 1.879.978,13 manat olmaqla, 1,588.939,25 manat əlavə vergi, 155.958,29 manat faiz hesablanmış, 135.080,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Xarici subpodratçılara edilən ödənişlərin vergiyə cəlb edilməsi ilə razılaşmayan iddiaçının təqdim etdiyi dəlillərlə bağlı aşağıdakılar bildirilir: Yoxlanılan dövrdə Nümayəndəlik faktiki olaraq neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuş və “Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X10 X15 İşlənməsi və X18 Haqqında" Saziş (bundan sonra Saziş) və müvafiq Protokollar çərçivəsində fəaliyyət göstərmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisinin fəaliyyət göstərdiyi sazişlərin və protokolların tələblərinə görə xarici subpodratçlara ödənişlər edildiyi, lakin ödəmə mənbəyində vergilərin tutulmadığı aşkar edilmişdir. İddiaçı xarici supodratçıların vergitutmaya məruz qalmasını şərtləndirən Azərbaycanda həyata keçirilmiş fəaliyyətinin olmadığını bildirir. Cavabdeh qeyd edir ki, “Xarici subpodratçıların Vergiyə cəlb olunması haqqında" Protokolun 1.1-ci maddəsinə əsasən nəzərdə tutulur ki, karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında İşlər və Xidmətlər yerinə yetirən xarici subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən 20% vergi qoyulan mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 5% Vergi həcmini təşkil edir. Həmin Protokolun 1.1.1-ci maddəsinə əsasən Bu Protokolun məqsədləri baxımından «Kompensasiya edilən məsrəflər» dedikdə, Malların satın alma ödənişlərindən fərqli olan, mənfəət əldə edilən əsas fəaliyyətinin bir hissəsi olmayan məsrəflər başa düşülür. Bundan əlavə, bu məsrəflər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmişdirsə, vergiyə cəlb olunan mənfəət əldə edilməsini nəzərdə tutmur. Belə məsrəflər gediş-gəliş və yaşayış xərclərini də əhatə edir. Belə məsrəflər ilkin sənədlərlə və ya onların surətləri ilə təsdiq edilməlidir. Həmçinin Protokola əsasən "Xarici Subpodratçı"- Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilkt olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarioi Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). "Karbohidrogen fəaliyyəti”- Podratçı Tərəflərin yaxud Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında karbohidrogenlərlə bağlı hər hansı fəaliyyəti deməkdir, bu fəaliyyətin Azərbaycan Respublikasında yaxud onun hüdudlarından kənarda həyata keçirilməsinin fərqi yoxdur. Müəyyən edilmişdir ki, Nümayəndəliyin baş ofisi ilə “X3 Limited" (bundan sonra - “İPRL") şirkəti arasında bağlanmış müqaviləyə əsasən “İPRL" tərəfindən xarici işçilərin təqdim edilməsi və həmin işçilərin əmək haqlarının ödənilməsi nəzərdə tutulmuşdur. “İPRL” şirkəti BƏƏ-də təsis olunub və İddiaçı şirkətinin 100% törəmə şirkətidir. “İPRL" və “Baker Hughes Services İnternational LLC" arasında bağlanmış 1 yanvar 2019-cu il tarixli "Kadr verilməsi" müqaviləsinin 9-cu maddəsinə əsasən kadrları təmin edən şirkət qəbul edən şirkətdən kadrlar üçün haqq alacaqdır ki, bu da kadrları təmin edən şirkət tərəfindən bu kadrları qəbul edən şirkətə təqdim etmək üçün haqq alacaqdır ki, bu da kadrları təmin edən şirkət tərəfindən bu kadrları qəbul edən şirkətə təqdim etmək üçün ödənilən bütün məbləğlər, o cümlədən (lakin bunlarla məhdudlaşdırılmadan) bütün maaşlar, müavinətlər və kadrları təmin edən şirkət tərəfindən ödənilən digər kompensasiya və xərclərdən və “X11 LLC” şirkətinin qlobal transfer qiymətləri siyasəti ilə müəyyənləşdirilən ticarət əlavəsindən ibarətdir. "İPRL" tərəfindən Nümayəndəlik üçün lazımi tələblərə cavab verən işçilər tapılmış, onlarla əmək müqaviləsi bağlanmış, əmək haqları hesablanmış və ödənilmiş, bu əmək haqqından tutulan vergilər isə Nümayəndəlik tərəfindən ödənilmişdir. “İPRL" şirkəti həmin işçilərlə bağlı çəkilmiş xərclər (əmək haqqı da daxil olmaqla) nəzərə alınmaqla ümumi xidmətin dəyərinə 4% inzibati xərclər və 4% ticarət əlavəsi tətbiq edərək Nümayəndəliyin baş ofisinə təqdim edir. Göründüyü kimi xarici subpodratçının Azərbaycanda fəaliyyəti olmadığını iddia edən iddiaçı işin məhz həmin xarici subpodratçının işçiləri tərəfindən icra olunmasını və fəaliyyətin həyata keçirildiyi yerin Azəribaycan olmasının birbaşa əmək müqavilələrindən irəli gəlməsini nəzərdən qaçırır. Sazişin və Protokolun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla “İPRL” şirkətinin göstərdiyi xidmətlər işçilərin təqdim edilməsi olmuş, bu fəaliyyət çərçivəsində tətbiq edilən ticarət əlavəsi əsas fəaliyyətin ayrılmaz tərkib hissəsidir, işçilərin ödənilmiş əmək haqları, inzibati xərclərlə bağlı əlavələr və ticarət əlavəsi tam məbləğdə vergiyə cəlb edilməlidir. Qeyd olunanlara əsasən işçi qüvvəsinin təqdim edilməsi üzrə tərəflər arasında bağlanılmış müqavilədə işçilərə ödənilən əmək haqları və digər inzibati xərclərin ayrıca göstərilib-göstərilməməsindən asılı olmayaraq Nümayəndəlik tərəfindən belə xidmətlərin göstərilməsi üzrə qeyri-rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyində Sazişdə nəzərdə tutulmuş dərəcələrlə vergi tutulmalıdır. Göstərilənlər nəzərə alınmaqla baş ofis tərəfindən "İPRL" şirkətinə edilən 20.433.668,26 manat məbləğində ödəniş Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergiyə cəlb edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla Protokolun 1-ci bəndinə əsasən 1.075.456,22 manat məbləğində xarici sıjbpodratçılardan ödəmə mənbəyində tutulan vergi, 128.864,44 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır. İddiaçı xarici işçilərin Azərbaycan Respublikasında həyata keçirdiyi fəaliyyətin xarici subpodratçının Nümayəndəlik üçün Azərbaycanda həyata keçirdiyi xidmət fəaliyyəti deyil, faktiki olaraq Nümayəndəliyin öz işçiləri hesab edilməli olan şəxslərin əmək münasibətləri zəminində həyata keçirdiyi fəaliyyət olduğunu bildirmiş və bu səbəbdən İPRL-ə edilən ödənişləri muzdlu işdən gəlir kimi qiymətləndirərək vergi hesablandığını qeyd etmişdir. İlk növbədə bildirilir ki, xarici işçilərin Azərbaycanda həyata keçirdiyi fəaliyyət üzrə vergiyə cəlb edilməsi ilə bağlı münasibətlər ayrıca olaraq HPM Saziş əsasında qəbul edilmiş “Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında” Protokolun müddəaları ilə tənzimlənir. Həmin xarici şəxslərin Azərbaycanda gəlir vergisi üzrə vergi öhdəliyi onların Vergi Rezidenti statusunun yaranması ilə bağlıdır. Həmin Protokolun özündə qeyd olunur ki, "Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında Protokol şəxslərin vergiyə cəlb edilməsi statusu müəyyən edilərkən istifadə edilməli qaydalar üzrə onların qarşılıqlı anlaşmalarını müəyyən edir. Protokolun girişində peyd olunur ki, X22 Tərəflərin, onun Ortaq şirkətlərinin, Əməliyyat Şirkəti və ya Xarici Subpodratçılarının (bundan sonra “işverən” adlandırılacaq) ya Azərbaycan Respublikasının vətəndaşı ("Yerli əməkdaşlar"), ya da Azərbaycan Respublikasından başqa digər bir ölkənin vətəndaşı olmayan ("Xarici əməkdaş”) əməkdaşlarının vergiyə cəlb edilməsinə aiddir. Bu Protokolda, həmçinin İşverənlə əməkdaş kimi daimi əmək münasibəiləri olmayan və vətəndaşlığı olmayan şəxslər də daxil olmaqla, Azərbaycan Respublikasından başqa digər ölkənin vətəndaşı olan (“Xarici Fiziki şəxslər”) və ya Azərbaycan Respublikaslının vətəndaşı olan ("Yerli Fiziki şəxslər") şəxslərə münasibətdə hesabatlar və vergi tutulmaları haqqında tələblər şərh edilir. Göründüyü kimi, xarici |fiziki şəxslərin Azərbaycanda gəlirlər üzrə vergiyə cəlb olunması tələbi Protokolun müddəalarından irəli gələn birbaşa tələbdir. Həmçinin bu tələb həmin xarici şəxslərin vergi rezidenti statusu alması ilə əlaqəlidir. İşin mübahisəsiz halıdır ki həmin şəxslər Azərbaycanda rezidentliyin | yaranması üçün lazımi müddətdə qalıblar və vergi rezidenti hesab olduqlarından onların vergi öhdəliyi yaranmışdır. Həmçinin Protokol “daimi işçi" anlayışını dəqiqləşdirərək əmək müqavilələrinin mövcudluğu tələbinə istinad edir. Protokolun 1.2 maddəsinə əsasən Hər bir X8 Xarici Əməkdaşları bilavasitə Azərbaycan Respublikasında həyata keçirdiyi əmək fəaliyyəti nəticəsində qazandığı gəlirlərdən Azərbaycan şəxsi gəlir vergisi ödəyirlər. Təqvim ili ərzində Vergi Rezidenti olmayan Xarici əməkdaşlar həmin Təqvim ilində Azərbaycan Respublikasında fiziki şəxslərin Azərbaycan şəxsi gəlir vergisinə cəlb olunmurlar. Bu Protokolun və Sazişin məqsədləri üçün “Vergi Rezidenti" dedikdə müəyyən bir müddət üçün aşağıdakı tələblərin hər hansı birinə riayət edən istənilən fiziki şəxs nəzərdə tutulur: Otuz (30) və ya daha çox ardıcıl gün ərzində Azərbaycanda ezamiyyətdə olan hər hansı fiziki şəxs, belə halda həmin şəxs otuz (30) ardıcıl gündən çox olan hər hansı müddət ərzində Azərbaycanda göstərdiyi əmək fəaliyyəti nəticəsində qazandığı şəxsi gəlirdən Azərbaycan gəlir vergisi ödəmək üçün məsuliyyət daşıyacaqdır. Hər hansı təqvim ilində Azərbaycan Respublikasında otuz (30) ardıcıl gündən artıq müddət ərzində olmayan, lakin bu Təqvim İlində ümumən doxsan (90) gündən artıq və daha çox müddətdə Azərbaycan Respublikasında qalan fiziki şəxs Azərbaycan Respublikasında olduğu doxsan (90) gündən sonra Azərbaycan Respublikasında bilavasitə əmək fəaliyyəti nəticəsində qazandığı gəlirdən Azərbaycan gəlir vergisi ödəmək üçün məsuliyyət daşıyır; Digər tərəfdən, xarici işçilərin Nümayəndəliyin öz işçiləri kimi hesab edilməsi barədə iddiası ilə bağlı bildiririk ki, təqdim olunmuş əmək müqavilələrinə əsasən işəgötürənin "İPRL" olması müəyyən edilmişdir. Həmin müqavilələrdə işçi-işəgötürən arasında münasibətlər əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənmiş, əmək fəaliyyətinin şərtləri, əmək haqqının məbləği, tibbi sığorta və digər sosial faydalarla bağlı münasibətləri əhatə olunmuşdur. Əmək haqları həmin qeyri-rezident tərəfindən hesablanmışdır. Xarici əməkdaşların xidmətlərin həyata keçirdiyi yer Azərbaycan Respublikası ərazisidir. Həmçinin, Həmin Əmək müqavilələrində “ Tərəflər" başlıqlı bəndində İşəgötürən” İPRL” olaraq müəyyən olunur. İddiaçı bildirir ki, Nümayəndəlik və xarici əməkdaşlar arasında münasibətlərin HPBS ilə tənzimləndiyini, həmçinin, HPBS-nın müddəalarına əsasən, İkiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (“İƏİT”) tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasına (“İƏİT Vergi Konvensiyasına”) müvafiq müqavilə qüvvədə olarsa mövcud ola bilən güzəştlərdən istifadə edə biləcəyini bildirmişdir. Bununla əlaqədar olaraq vurğulamaq zəruridir ki, Protokolun 1.3-cü bəndinə əsasən Xarici Subpodratçılar hazırda tətbiq edilən ikiqat Vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşklatı (bundan sonra İƏİT) tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur. "Azərbaycan Respublikası Hökuməti və X12 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat X6 haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 5-ci maddəsinə əsasən neft fəaliyyəti də daxil olmaqla, təbii resursların kəşfiyyatı və ya çıxarılması, yaxud işlənməsi ilə əlaqədar olan bütün fəaliyyət, o cümlədən, bu fəaliyyət növləri ilə bağlı xidmətlərin göstərilməsi, ərazisində bu fəaliyyətin həyata keçirildiyi Razılığa gələn Dövlətin qanun və qaydalarına müvafiq olaraq tənzimlənəcəkdir. Konvensiyahın 5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, karbohidrogen fəaliyyətindən irəli gələn vergi münasibətləri belə fəaliyyətin həyata keçirildiyi Razılığa gələn Dövlətin (bu halda Azərbaycan Respublikasının) qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Saziş Azərbaycan Respublikasının müvafiq Qanunu ilə təsdiq olunduğu üçün Azərbaycan Respublikasının qanunvericiliyinin tərkibi hissəsi hesab olunur və Vergi Məcəlləsinin 2.7-ci maddəsinin tələblərinə əsasən belə sazişin müddəaları Məcəllədən üstün hüquqi qüvvəyə malikdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olmadığı üçün, İƏİT-nn qəbul etdiyi Model Konvensiyada nəzərdə tutulan güzəştlərin, karbohidrogen fəaliyyəti ilə məşğul olan qeyri-rezidentlərə münasibətdə şamil olunması qanuna müvafiq hesab olunmur. Göründüyü kimi, X1 verginin hesablanmasına dair münasibətlər tənzimlənmişdir və ödənişlərdən tam məbləğdə ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəlik tərəfindən yerli işçilərin ailə üzvlərinin könüllü tibbi sığortası üçün ödənişlərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına etiraz tələbi ilə bağlı aşağıdakılar bildirilir. Yoxlama zamanı Nümayəndəlik tərəfindən yerli əməkdaşların ailə üzvlərinin könüllü tibbi sığorta ilə sığortalandığı və həmin sığorta məbləğlərinin vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Halbuki mövcud qanunvericilik həmin məbləğləri vergidən azad etmir və birbaşa olaraq vergiyə cəlb olunmasını tələb edir. Belə ki, Sazişə uyğun qəbul olunmuş “Əməkdaşların Vergiyə cəlb olunması” haqqında Protokolun 1.1-ci maddəsinə əsasən hər bir Yerli əməkdaş Azərbaycan Respublikasında Azərbaycan qanunvericiliyinə uyğun olaraq fiziki şəxslərin Azərbaycan şəxsi gəlir vergisini ödəyir. Hər bir Yerli əməkdaşın işverəni özünün hər bir müvafiq Yerli əməkdaşına ödədiyi gəlirlərdən Azərbaycan qanunvericiliyinə uyğun olaraq Azərbaycan şəxsi gəlir vergisini tutmaq və ödəmək üçün məsuliyyət daşıyır. Həmin Protokolun 8.1.2-ci bəndinə əsasən hər bir yerli əməkdaşın işverəni özünün hər bir müvafiq Yerli əməkdaşına münasibətdə Azərbaycan qanunvericiliyinə uyğun olaraq Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna ayırmaları və digər bu kimi (pensiya fonduna, sosial müdafiə fonduna, məşğulluq fonduna və tibbi sığorta fonduna ödəniş məbləğləri də daxil olan, lakin onlarla məhdudlaşmayan) ödənişləri üçün məsuliyyət daşıyır. “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıtp ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanununun 15-ci maddəsi ilə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növləri müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçinin ailə üzvlərinin könüllü tibbi sığorta ilə sığortalanması zamanı ödənilən gəlir sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilməmişdir. Göstərilənləri və İnzibati Prosessual Məcəllənin 48-ci, Mülki Prosessual Məcəllənin 47.2-ci və 154-cü maddələrini əsas tutaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarların ləğvi barədə iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir.
5. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi ilə eyni məzmunlu etiraza dair mülahizə iş materiallarına əlavə olunmuşdur.
6. İddia ərizəsinə dair mülahizələrdə qeyd edilmişdir: (1) İddiaçı tərəfindən İPRL-ə ödənilmiş məbləğlərin bölgüsünə dair Hazıkı ərizəyə qoşma olaraq əlavə edilmiş invoyslar və İPRL-ə həyata keçirilmiş mübahisə predmeti ilə bağlı ödənişlərin bölgüsünə dair cədvəldən də göründüyü kimi, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra “Nümayəndəlik” və/və ya “iddiaçı”) tərəfindən İPRL-ə köçürülmüş məbləğlərin 17,858,891.70 manatlıq hissəsi işçilərin əmək haqqı 1,529,198.09 manatlıq hissəsi ilə İPRL-in xidmət haqqı olmuşdur. Xüsusilə diqqətə çatdırılmalıdır ki, təqdim edilən sənədlərdən də göründüyü kimi bu məbləğlər fərqli invoyslarda iddaçıya göndərilmişdir. Belə ki, əmək haqqı ilə bağlı olan invoyslarda “iddiaçının adına/yerinə ödənilmiş işçi xərclərinin kompensasiyası” qeyd edildiyi halda, İPRL-in xidmət haqqını əks etdirən invoyslarda isə “əmək haqqının işlənməsi üçün xidmət haqqı” olduğu açıqca göstərilmişdir. Qoşmada təqdim edilmiş cədvəl və invoyslar vaxtilə cavabdeh vergi orqanı tərəfindən İPRL-dən sorğu edilmiş və İPRL həmin sənədləri cavabdeh vergi orqanına təqdim etmişdir. Beləliklə, cavabdeh vergi orqanına bu ödənişlərin hansı hissəsinin işçilərin əmək haqqı, hansı hissəsinin isə İPRL-in xidmət haqqı olduğu bəlli idi. İddiaçı qeyd edir ki, işçilərin əmək haqqının İPRL-in gəliri qismində tanınması tamamilə qanunazidddir və ədalətsiz nəticənin yaranmasına gətirib çıxara bilər. Belə ki, daha əvvəl iddia ərizəsində də ətraflı göstərildiyi kimi işçilərin əmək haqqı İPRL-in mənfəətinin hesablanmasına əsas olan gəlirə daxil deyil, ancaq onun öz xidmət haqqı mənfəətinin hesablandığı gəlirə daxildir. Buna əsas olaraq Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X10 X15 İşlənməsi və X18 Haqqında Sazişə uyğun qəbul olunmuş 22 aprel 2009-cu il tarixli “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” Protokolun (bundan sonra “XS Protokolu”) müvafiq maddələrini bir daha gözdən keçirməkdə fayda var. 2) XS Protokoluna əsasən “Kompensasiya edilən məsrəflər”ə dair izahat XS Protokolunun 1.1.1-ci bəndinə əsasən “Kompensasiya edilən məsrəflər” dedikdə, malların satın alma ödənişlərindən fərqli olan, mənfəət əldə edilən əsas fəaliyyətin bir hissəsi olmayan məsrəflər başa düşülür. Davamında da qeyd olunmuşdur ki, bu məsrəflər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmişdirsə, vergiyə cəlb olunan mənfəət əldə edilməsini nəzərdə tutmur. Bu hissədə bir daha bildirməliyik ki, İPRL ilə Nümayəndəlik arasında bağlanan müqaviləyə əsasən İPRL-in mənfəət əldə edilən əsas faəliyyəti işçi qüvvəsinin tapılmasında agent xidmətinin göstərilməsindən ibarətdir. Odur ki. İPRL-in mənfəəti də məhz əldə etdiyi agentlik/xidmət haqqından, yəni marjadan hesablana bilər. Həmin xidmət haqqından əlavə İPRL-ə ödənilən məbləğlər, yəni işçilərin əmək haqları mahiyyətcə, İPRL-in mənfəət əldə edilən əsas fəaliyyətinin bir hissəsi hesab edilmir və kompensasiya edilən məsrəflər xarakteri daşıyır. Yəni İPRL iqtisadi işəgötürən olaraq Nümayəndəliyin əvəzinə işçilərə əmək haqları ödəyir və bundan sonra onu Nümayəndəlikdən kompensasiya edir. Qoşma sənədlərdəki invoyslarda da bu öz əksini tapmışdır. Əks yanaşma ilə, həm işçilərin əmək haqqından iki dəfə vergi tutulmuş olur (nəzərə alsaq ki, həmin məbləğlərdən iddiaçı vergi və məcburi dövlət sosial sığorta haqlarını hesablayıb artıq büdcəyə ödəmişdir), həm də İPRL-in ümumilikdə gəlirini təşkil etməyən məbləğə XS Protokolunun tələblərinə zidd şəkildə vergi tətbiq olunmuş olur. 3) XS Protokoluna əsasən “İşlər və Xidmətlər” dedikdə Xarici subpodratçıların Azərbaycan ərazisində göstərdiyi bütün xidmətlərə görə deyil, yalnız XS Protokolunun 1.1.2-ci bəndində xüsusi olaraq sadalanan xidmətlərə görə edilən ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulur. XS Protokolunun 1.1.2-ci bəndində həmin siyahı aşağıdakı kimi müəyyən olunmuşdur: “İşlər və Xidmətlər dedikdə aşağıdakı fəaliyyət növləri başa düşülür: layihə işləri geoloji tədqiqatlar, kəşfiyyat, işlənmə, qazma hasilat, tikinti, modemizasiya. tikinti və maddi-texniki fəaliyyətin digər növləri; daşınmaz əmlakın icarəsi üzrə fəaliyyət; inzibati, texniki, hüquqi, mühasibat, reklam, nəqliyyat və rabitə fəaliyyəti, kompüter təminatı, təhlükəsizlik təminatı, məsləhət fəaliyyəti, tədris və digər oxşar fəaliyyətlər.” Nümayəndəliklə İPRL arasında bağlanan müqavilənin predmeti işçi qüvvəsinin təmin edilməsidir. Hansı ki, bu predmet XS Protokolun 1.1.2-ci bəndində sadalanan fəaliyyət növlərinin siyahısında konkret olaraq öz əksini tapmamışdır. Eyni zamanda. İPRL-in göstərdiyi xidmətlərin “digər oxşar fəaliyyət" hesab edilməsi üçün, sadalanan konkret fəaliyyət növləri ilə İPRL-in fəaliyyəti arasında “oxşarlığın” mövcud olması zəruridir. Bildirməliyik ki, həmin “oxşarlığı” təmin edən kriteriyalar və sərhədlər XS Protokolunda qeyd edilməmişdir. Ona görə də məntiqi olaraq, “digər oxşar fəaliyyətlər” ifadəsi ilə. sadalanan konkret fəaliyyət növlərinin hər hansı alt növü anlaşılmalıdır. İPRL-in faktiki fəaliyyətinin mahiyyətcə sadalanan konkret fəaliyyət növlərindən fərqli olduğunu nəzərə alaraq həmin fəaliyyət növlərinin alt növü hesab edilməsi də mümkün deyildir. Odur ki, İPRL-in fəaliyyəti XS Protokolun 1.1.2-ci bəndində sadalanan konkret fəaliyyət növlərinə və digər oxşar fəaliyyətlərə aid edilə bilməz. Bununla belə hətta fərz etsək ki, İPRL-in göstərdiyi xidmətlər XS Protokolu-nun 1.1.2-ci bəndində sadalanan karbohidrogen fəaliyyəti ilə bağlı olan xidmətlərin siyahısına daxildir, o zaman yuxarıda izah edildiyi kimi kompensasiya edilən məsrəflər olan işçilərin əmək haqları çıxıldıqdan sonra onun sadəcə xidmət haqqı ödəmə mənbəyində 5% dərəcə ilə vergiyə cəlb edilə bilər. Bir daha təkrarlamaq istəyirik ki, əks yanaşma ilə, həm işçilərin əmək haqqından iki dəfə vergi tutulmuş olur (nəzərə alsaq ki, həmin məbləğlərdən iddiaçı vergi və məcburi dövlət sosial sığorta haqlarını hesablayıb artıq büdcəyə ödəmişdir), həm də İPRL-in ümumilikdə gəlirini təşkil etməyən məbləğə XS Protokolunun tələblərinə zidd şəkildə vergi tətbiq olunmuş olur. 4) XS Protokoluna əsasən əlavə cərimə və maliyyə sanksiyalarının tətbiq edilməməsinə dair XS Protokolunun 1.1.3-cü bəndində xüsusilə qeyd olunur ki, karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasından kənarda İşlərin görülməsi və Xidmətlərin göstərilməsinə yaxud Malların təsliminə münasibətdə heç bir vergi tətbiq olunmur. Belə ki, XS Protokolunun 3.3-cü bəndinə əsasən əgər belə Vergi tutulmuş və Azərbaycan Respublikası Dövlət büdcəsinə gecikmə ilə ödənilmişsə, vergini tutmağa məsuliyyət daşıyan tərəfin köçürülməli olduğu verginin Dövlət büdcəsinə ödənilməli olduğu ən son tarixdən Faizlər hesablanır. Belə gecikdirilmiş ödənişlə əlaqədar heç bir digər cərimələr və ya sanksiyalar (maliyyə sanksiyaları və hər hansı inzibati cərimələr də daxil olmaqla) tətbiq edilməməlidir.
7. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Əsasnaməsi və Baker Hughes Services İnternational MMC 06 yanvar 2020-ci il tarixində dəyişiklik edilmiş və yenidən baxılmış Məhdud Məsuliyyətli Cəmiyyət Müqaviləsi iş materiallarına əlavə olunmuşdur.
8. İddiaçı (Qəbul edən Şirkət) və “X3 Limited” (Təqdim edən Şirkət) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 7005-1305/2019 nömrəli “İşçi heyətinin təqdim edilməsinə dair Müqavilə” iş materiallarına əlavə olunmuşdur.
9. Səyyar vergi yoxlaması zamanı iddaçı tərəfindən vergi orqanına təqdim edilən invoys məlumatları iş materiallarına əlavə olunmuşdur.
10. xx.xx.2021-ci il tarixli, **********143200 nömrəli Səyyar vergi yoxlaması Aktına əsasən yoxlama ilə 1 646 448,37 manat əlavə vəsaitin, 135 080,59 manat maliyyə sanksiyasının və 158 253,27 manat faizin (Libor) hesablanması təklif olunmuşdur.
11. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosials ığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152262 nömrəli Qərarda qeyd edilmişdir:
1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (Ünvanı: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 340, VÖEN: **********) aşağıdakə səbəblərə görə: Fərq Artıq VM Maliyyə Verqi Dövr (il Azaldıl Əlavə Artıq hesabla maddəs sanksiy Faiz qısa adı üzrə) mışdır hesabla hesabla nmışdır i ası ma ma Əlavə dəyər 2017 897.94 0.00 897.94 0.00 58.1 448.97 0.00 vergisi Əlavə 13148. 13148. 6574.0 dəyər 2018 0.00 0.00 58.1 0.00 00 00 0 vergisi Əlavə 1733.4 1733.4 dəyər 2019 0.00 0.00 58.1 86670 0.00 0 0 vergisi Əlavə 85567. 855678 dəyər 2020 0.00 0.00 58.1 0.00 0.00 89 9 vergisi Əmlak 2017 553.57 0 00 553.57 0.00 58.1 276.79 000 vergisi Muzdlu işlə əlaqədar ödəmə mənbəyin də tutulan vergi, məcburi dövlət sosial 502095 153976 348119. 40489. 6768.5 sığorta, 2020 0.00 Saziş .90 .87 03 76 5 işsizlikdə n sığorta və icbari tibbi sığorta haqları bəyanna məsi (hesabatı ) Xarici subpodra 496150 496150 83314. tçılardan 2018 000 0.00 Saziş 0.00 84 84 48 ödəmə mənbəyin də tutulan vergi Xarici subpodra tçılardan 312873 312873 31786. ödəmə 2019 0.00 0.00 Saziş 0.00 .57 .57 20 mənbəyin də tutulan vergi Xarici subpodra tçılardan 266431 266431 13763. ödəmə 2020 0.00 0.00 Düzəliş 0.00 .81 .81 76 mənbəyin də tutulan vergi MDSS - İşəgötürə nlərmuzdla işləyənlər i əmək 84551. 84551. 42275. 2018 0.00 0.00 58.1 0.00 müqavilə 80 80 90 si ilə işə götürən hüquqi şəxslər (0111) MDSS - Muzdla işləyənlər i işə 87014. 87014. 43507. 2019 000 0.00 58.1 0.00 götürən 02 02 01 sığortaed ənlər (0112) İşsizlik sığortası üzrə rüblük 2018 0.00 0.01 0.00 0.01 58.1 0.00 0.00 hesabat (hüquqi şəxslər) Muzdlu işlə əlaqədar ödəmə mənbəyin 8378.4 8378.4 dən 2017 0.00 0.00 58.1 0.00 0.00 8 8 tutulan vergi (Əlavə dəyər vergisi bəyanna məsi tərkibində ) Muzdlu işlə əlaqədar ödəmə mənbəyin dən tutulan 182487 638996 456509 12582. vergi 2018 0.00 Saziş 0.00 48 .63 .15 50 (Əlavə dəyər vergisi bəyanna məsi tərkibində ) Muzdlu işlə əlaqədar ödəmə mənbəyin dən tutulan 702943 175022 527920 7742.8 vergi 2019 0.00 Saziş 0.00 .53 .73 .80 0 (Əlavə dəyər vergisi bəyanna məsi tərkibində ) ƏDV məbləğini n VM 2020 0.00 0.00 0.00 0.00 641.46 0.00 ödənilmə 58.6 məsinə görə 265088 106194 213939 550455 135080 155958 Cəmi 1.86 2.61 4.78 .53 .59 .29 vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına gğrə məsuliyyətə cəlb edilsin.
2. Qərardan təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya Qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər.
3. Digər qeydlər: Yoxlama ilə ümumilikdə 1 588 939,25 manat əlavə vəsait, 135 080,59 manat maliyyə sanksiyası və 155 958,29 manat faiz(Libor) hesablanmışdır.
12. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********670700 nömrəli Qərarına əsasən "Baker Hughes Services İnternational LLC." şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmişdir. xx.xx.2021-ci il tarixli **********143200 nömrəli səyyar vergi yoxlaması aktı əsasında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152262 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.
İİ. İddianın növü və mümkünlüyü
15. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
17. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
18. İddia ərizəsinin məzmunundan aydır olur ki, hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: 1) Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli **********152262 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın İPRL şirkətinə aparılmış əmək haqqı ödənişləri üzrə 1,075,456.22 manat məbləğində Xarici Subpodratçılardan ödəmə mənbəyində tutulan vergi məbləği və 128,864.44 manat məbləğində LİBOR + 4% faiz hissəsində ləğv edilməsi; 2) Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli **********152262 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın nümayəndəlik tərəfindən yerli işçilərin ailə üzvlərinin könüllü tibbi sığorta ödənişləri üzrə 252,545.34 manat məbləğində MDSS və 126,272.67 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsi.
19. İddia tələbinin birinci (xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi məbləği ilə bağlı) hissəsinə münasibətdə məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarına uyğundur.
20. Belə ki, hazırkı iddia tələbi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı üzrə iddia tələbinin predmeti analoji xarakterlidir: xarici subpodratçıların Azərbaycan Respublikasında vergi cəlb edilməsi və ödəmə mənbəyində verginin tutulması
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “iddiaçı X Şirkətinə münasibətdə hesablanmış vergilərin (ödəmə mənbəyində vergi) əsaslı olması üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir: - X Şirkəti X12 haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olmalıdır; - X Şirkəti Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir.
22. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən xarixi subpodratçının gəlirlərindən ödəmə mənbəyində 5% vergi tutulmasının qanuniliyini qiymətləndirmək üçün Ali Məhkəmənin qərarında qeyd olunan hallar (1) İddiaçı Şirkətinin xarici subpodratçı olması və 2) Xarici subpodratçının fəaliyyətinin Azərbaycan Respublikasında həyata keçirilməsi hazırkı iddia tələbi üzrə də yoxlanılmalıdır.
23. Məhkəmə iddia tələbini mahiyyəti üzrə qiymətləndirərkən nəzərə alır ki, vergi yoxlaması ilə əhatə olunan dövrdə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi faktiki olaraq neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuş və “Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X10 X15 İşlənməsi və X18 Haqqında" Saziş və “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol” çərçivəsində fəaliyyət göstərmişdir.
24. Məhkəmə qeyd edir ki, ilkin şərtin (“X3 Limited” Şirkətinin xarici subpodratçı olması) mövcudluğuna münasibətdə müəyyən edir: - “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol” Təriflər bölməsinə əsasən, “Xarici Subpodratçı” — Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). "xxxx" — Podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, İşləri həyata keçirən və ya Xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir.
25. - Odur ki, İddiaçı Şirkəti (İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyidir) ilə “X3 Limited” Şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 7005- 1305/2019 nömrəli “İşçi heyətinin təqdim edilməsinə dair Müqavilə”nin məzmunundan aydın olur ki, “X3 Limited” Şirkəti xarici subpodratçıdır.
26. “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən, Bu Protokol Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı Mallar, İşlər yaxud Xidmətlərin təqdim edilməsi üçün Podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya Subpodratçı ilə birbaşa və ya vasitəli müqavilə bağlayan Xarici Subpodratçılara şamil edilir. X13 Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti də bağlı olmayan fəaliyyət göstərərlərsə, o zaman belə Xarici Subpodratçılar Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb olunurlar. Həmin Protokolun 1.1-ci bəndinə əsasən, karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında İşlər və Xidmətlər yerinə yetirən xarici subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən 20% vergi qoyulan mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 5% Vergi həcmini təşkil edir. Həmin Protokolun 1.1.1-ci maddəsinə əsasən Bu Protokolun məqsədləri baxımından «Kompensasiya edilən məsrəflər» dedikdə, Malların satın alma ödənişlərindən fərqli olan, mənfəət əldə edilən əsas fəaliyyətinin bir hissəsi olmayan məsrəflər başa düşülür. Bundan əlavə, bu məsrəflər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmişdirsə, vergiyə cəlb olunan mənfəət əldə edilməsini nəzərdə tutmur. Belə məsrəflər gediş-gəliş və yaşayış xərclərini də əhatə edir. Belə məsrəflər ilkin sənədlərlə və ya onların surətləri ilə təsdiq edilməlidir. Həmin Protokolun 1.1.2-ci maddəsinə əsasən, Bu Protokolun məqsədləri baxımından “İşlər və Xidmətlər” dedikdə, Azərbaycan Respublikası ərazisində hər hansı hüquqi şəxs tərəfindən hər hansı hüquqi şəxs üçün hər hansı iş növünün yerinə yetirilməsi və ya hər hansı xidmət növünün göstərilməsi (o cümlədən xammal, materiallar və; belə işlərin yerinə yetirilməsi və ya belə xidmətlərin göstərilməsi nəticəsində müstəqil vahid olmayan digər elementlər) başa düşülür. "İşlər və Xidmətlər" dedikdə aşağıdakı fəaliyyət növləri başa düşülür: layihə işləri, geoloji tədqiqatlar, kəşfiyyat, işlənmə, qazma hasilat, tikinti, modernizasiya, tikinti və maddı-texniki fəaliyyətin digər növləri; daşınmaz əmlakın icarəsi üzrə fəaliyyət, inzibati, texniki, hüquqi, mühasibat, reklam, nəqliyyat və rabitə fəaliyyəti, kompüter təminatı, təhlükəsizlik təminatı, məsləhət fəaliyyəti, tədris və digər oxşar fəaliyyətlər. Xüsusi olaraq müəyyən olunur ki, İşlər və/və ya Xidmətlər Malları və aynca təqdim edilmiş xammal, materialları daxil etmir.
27. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə ikinci halın (xarici subpodratçı İddiaçı Şirkətinin fəaliyyətini Azərbaycan Respublikası ərazisində həyata keçirməsi) mövcudluğunun yoxlanılması İddiaçı Şirkəti ilə “X3 Limited” Şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 7005-1305/2019 nömrəli “İşçi heyətinin təqdim edilməsinə dair Müqavilə”nin məzmununun təhlili ilə mümkündür.
28. Məhkəmə müəyyən edir ki, İddiaçı Şirkəti ilə “X3 Limited” Şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 7005-1305/2019 nömrəli “İşçi heyətinin təqdim edilməsinə dair Müqavilə”yə əsasən: - Podratçı əcnəbi işçi qüvvəsi barədə xidmətləri iddiaçıya göstərməyi öhdəsinə götürmüş, bu xidmətlər arasında xarici namizədlərin (ezam olunan işçilərin) axtarıb tapılması və iddiaçının xeyrinə işləməsi üçün təqdim edilməsi; namizədlərin (ezam olunan işçilərin) Azərbaycan Respublikasında iddiaçı ilə əmək münasibətlərinə daxil olması üçün göndərilməsi; Azərbaycan Respublikasında işə götürülən namizədlərlə (ezam olunan işçilərlə) bağlı əmək haqqı tənzimləmələri (əmək haqlarının, müavinət, bonus və mükafatların müəyyən edilərək ödənilməsi) barədə hüquqi məsələlərin həll edilməsi qeyd edilmişdir (Bənd 3. Ezamiyyət müddəti ərzində ezam olunan işçilər “Təqdim edən Şirkət” tərəfindən “Qəbul edən Şirkət”ə təmin ediləcək və onlar “Qəbul edən Şirkət”in rəhbərliyi altında çalışacaqlar...). - Həmçinin Müqavilə əsasında podratçı tərəfindən ezam olunan işçilər Azərbaycan Respublikasında iddiaçının maraqları üzrə fəaliyyəti həyata keçirərkən işçi heyəti üzərində nəzarət və idarəçilik iddiaçıya məxsusdur (Bənd 4. “Təqdim edən Şirkət” hazırkı Müqavilə əsasında Qəbul edən Şirkət üçün gündəlik vəzifələrin yerinə yetirilməsində ezam edilmiş işçiləri idarə etməyəcək, onlara nəzarət və ya rəhbərlik etməyəcək. “Təqdim edən Şirkət” tərəfindən ezam edilənb işçi heyəti yalnız “Qəbul edən Şirkət”in adı və maraqları üzrə fəaliyyət göstərək). - Eyni zamanda bu müqavilə əsasında göstəriləcək xidmətlər yerinə yetirilərkən podratçı müstəqildir və ezam olunan işçilər də xidmətləri yerinə yetirərkən iddiaçının işçisi hesab olunmurlar. Belə ki, müqavilə üzrə xidmət göstərəcək işçi heyəti “X3 Limited” Şirkətinin işçiləri olaraq qalırlar və işçilərin əmək haqları ilə bağlı münasibətlər və əmək müqaviləsinə xitam verilməsi “X3 Limited” Şirkəti tərəfindən tənzimlənir (Bənd 3. ...Ezam olunan işçilər hər zaman “Təqdim edən Şirkət”in işçiləri olaraq qalırlar... Bənd 6. “Təqdim edən Şirkət” yalnız ezam edilmiş işçilərin əmək haqqı, müavinət, bonus, təqaüd və ya ixtisar ödənişləri, istənilən növ mükafatların müəyyən edilməsi üzrə və onların ödənişi üzrə məsuliyyət daşıyır. “Qəbul edən Şirkət” heç bir ezam olunan işçinin əmək haqqı tənzimləmələri, karyera planlaması və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar məsələlərdə iştirak etmək səlahiyyətinə malik deyil).
29. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, İddiaçı Şirkəti ilə “X3 Limited” Şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 7005-1305/2019 nömrəli “İşçi heyətinin təqdim edilməsinə dair Müqavilə”yə əsasən “X3 Limited” Şirkəti yalnızca iddiaçının xeyrinə işləməyə razı olan namizədləri (ezam olunan işçilərin) Azərbaycan Respublikasına göndərilərək iddiaçı tərəfindən işə götürülməsinə dair xidmətlər göstərməmiş, əksinə özü ilə əmək müqaviləsi bağlayan və onun işçiləri olan şəxsləri Azərbaycan Respublikasında müştərisi üçün (İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) işləməyə göndərmişdir. Nəticədə, “X3 Limited” Şirkəti müvafiq müqaviləyə əsasən insans resursları (işçi heyətinin təqdim edilməsi) xidmətləri deyil, faktiki işçilik xidməti göstərmişdir.
30. İddiaçı Şirkətinin Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər yaxud xidmətlər təqdim etməsi, eləcə də “X3 Limited” Şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilən işçilərin Azərbaycanda fiziki olaraq qeyd edilən işi görməsi ilə bağlı mübahisə yoxdur.
31. Məhkəmə xüsusilə qeyd edir ki, əgər X9 təsis edilərək orada fəaliyyət göstərən subpodratçı “X3 Limited” Şirkətinin fəaliyyəti yalnız insan resursları ilə bağlı olsaydı, yəni yalnız xarici namizədlərin (ezam olunan işçilərin) axtarıb tapılması və İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi olaraq fəaliyyət göstərməsi üçün təqdim edilməsi olsaydı, bu halda göstərilən xidmətə görə ödənilmiş məbləğlərdən vergilərin tutulması istisna edilməli idi.
32. Məhkəmə qeyd olunan halın aydınlaşdırılması məqsədi ilə iddiaçıya təklif etmişdir ki, Müqavilə üzrə həyata keçirilən öhdəliklərin (1) işçi heyətin təqdim edilməsi, 2) ezam olunan şəxslərin Azərbaycan Respublikasında subpodratçının işçisi olaraq əmək fəaliyyəti ilə məşğul olması) hər biri üçün ödənişlərin ayrı-ayrılıqda müstəqil şəkildə həyata keçirldiyi təsdiqləyən sübutların təqdim edilməsini təklif etmişdir (Belə ki, yoxlama zamanı həmin açıqlamanın vergi orqanına təqdim edilməsi müəyyən edilməməklə yanaşı, müqaviləyə əsasən qeyd edilən öhdəliklərin dəyəri də ayrılıqda göstərilmir və iddiaçının izahatına əsasən həmin iş və xidmətlərin dəyərinin ayrılması mümkün hesab edilmir). Buna baxmayaraq, iddiaçı tərəfindən qeyd edilən halı təsdiqləyən hər hansı sübut təqdim edilməmiş, eyni zamanda müqavilənin məzmunundan aydın olur ki, iddiaçı müqavilə üzrə ödənişi göstərilən ümumi xidmətin nəticəsinə (işçilik xidmətinə) görə vahid şəkildə ödəmişdir.
33. Odur ki, məhkəmə hesab edir ki, Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli **********152262 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən İPRL şirkətinə aparılmış əmək haqqı ödənişləri üzrə 1,075,456.22 manat məbləğində Xarici Subpodratçılardan ödəmə mənbəyində verginin (+ 128,864.44 manat məbləğində LİBOR + 4% faiz) tutulması qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmişdir və iddiaçının qanunla qorunan hüquqlarını pozmur. LİBOR + 4% faiz “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”un şərtidir, bununla bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur.
34. Belə ki, “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən: “Faizlər" - Vergilərinn əskik və ya artıq verilməsi üzrə ödənilən və ödənişlərin həyata keçirilmədiyi hər bir tam gün üçün LİBOR (ödənişdən əvvəlki təqvim rübü üçün LİBOR dərəcəsi üzrə) üstəgəl dörd faiz (4%) dərəcəsi üzrə hesablanan məbləğ deməkdir (ödənişdən oncə gələn Təqvim rübü - LİBOR dərəcəsi üzrə). "LİBOR" — hər gun Londonun 'Faynənşl Taymz” qəzetində dərc edilən London Banklararası depozit bazarında dollar təklifinin orta hesab dərəcəsindən müəyyən edilən faiz dərəcəsi deməkdir. Bu orta hesab üç (3) ay dan ibarət Təqvim rübü dövrü üçün götürülür (Əgər "Faynənşl Tayms” qəzetinin nəşri dayandırılsa, faizlərin tutulduğu tərəflərin qarşılıqlı razılığı ilə digər dərcin dərc edildiyi mənbə müəyyən edilir)
35. Məhkəmə iddia tələbinin ikinci (iddiaçı tərəfindən yerli işçilərin ailə üzvlərinin könüllü tibbi sığorta ödənişləri üzrə verginin tutulması) hissəsinə münasibətdə müəyyən edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin onuncu bəndinə əsasən sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları və həmin hissənin sonuncu bəndinə əsasən sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait sosial sığorta haqqı hesab olunmur və həmin məbləğ üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
36. Məhkəmə nəzərə alır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində işçilərin sosial xarakterli xərcləri dedikdə iki şərt nəzərdə tutulmuşdur: 1) xərclərin sosial xarakterli olması və 2) vəsaitin üçüncü tərəfə ödənilməsi. Müvafiq normada “sosial xarakterli xərclər” ümumi şəkildə ifadə edilmiş və işçinin ailə üzvlərinin sosial xarakterli xərcləri istina edilməmiş, sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları məcburi dövlət sosial sığorta haqqından azad edilmişdir. İşçinin ailə üzvlərinin könüllü sığortası bu azadolmadan nəinki kənarda tutulmamış, bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmaması tələbi normada aydın şəkildə göstərilmişdir.
37. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152262 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı mübahisələndirilən – nümayəndəlik tərəfindən yerli işçilərin ailə üzvlərinin könüllü tibbi sığorta ödənişləri üzrə 252,545.34 manat məbləğində MDSS və 126,272.67 manat məbləğində maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməlidir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə münasibətdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152262 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar mübahisələndirilən – işçilərin ailə üzvlərinin könüllü tibbi sığorta ödənişləri üzrə 252,545.34 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və 126,272.67 manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva