Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2540/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı Azərbaycan Respublikası İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi-X14 iştirakları ilə iddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə ƏMDX) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (bundan sonra DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən 823,9 kv. metr qeyri-yaşayış sahəsinin İddiaçı adına 2007-ci ildə qüvvədə olan normativ və tariflərə əsasən özəlləşdirilməsinin cavabdeh ƏMDX-nin, iddiaçının mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonar İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 05.03.2007-ci il tarixli, 2689/İİİ-41-A/İİ-31 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, İddiaçı adına özəlləşdirilməsi üçün tərtib olunmuş 28.05.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi öhdəliyinin cavabdeh ƏMDX-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 05.03.2007-ci il tarixli, 2689/İİİ-41 -A/İİ- 31 №li qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, sabiq Moskva prospekti, hazırda Heydər Əliyev prospekti 101-ci ünvanındakı birinci mərtəbədə yerləşən 823.9 kv. metr qeyriyaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi vəzifəsinin Daşınmaz Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilərək, mülkiyyət haqqında şəhadətnamənin verilməsi qət edilmiş və 17.04.2007-ci il tarixli icra vərəqəsi qəbul edilmişdir. Bu qətnamə əsasında 13.03.2008-ci il tarixli, 000 457 №-li müəssisə və obyektin daşınmaz əmlakının texniki pasportu tərtib edilmiş, lakin iddiaçı BEYSİF icarəçi qismində göstərilmiş, qeyd olunan qeyri-yaşayış sahəsi iddiaçının adına özəlləşdirilməmişdir. Bu texniki pasportun sonuncu səhifəsində onun hazırlanması üçün əsas olan sənədlərdə də məhz yuxarıda qeyd olunan qətnamə göstərilmişdir. Qətnamənin düzgün şəkildə icra olunaraq, müvafiq əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərəfindən 16.02.2021-ci il tarixində cavabdehə müraciət olunmuş, cavabdehin 05.05.2021-ci il tarixli, **********37 №- li cavab məktubu ilə bildirilmişdir ki, bu əmlakın özəlləşdirilməsi iddiaçıya təklif olunmuş, lakin bu təklifə müsbət cavab verilmədiyi üçün 07.11.2012-ci il tarixdən həmin əmlakın iddiaçıya satılması ilə bağlı sərəncam ona aid hissədə ləğv edilmişdir. Halbuki cavabdeh tərəfindən bu barədə hər hansı təklif olunmamış, iddiaçıya bu barədə hər hansı məlumat verilməmiş, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tələblərini kobud surətdə pozaraq özbaşına qeyd olunan əmlakın satılmasını deyil, icarəyə verilməsini rəsmiləşdirmişdir. Çünki məhkəmə qətnaməsi cavabdehə qeyd olunan əmlakın icarəyə verilməsi daha sonra isə özəlləşdirilməsi vəzifəsi qoymamış, birbaşa əmlakın özəlləşdirilməsini tələb etmişdir. Cavabdeh isə hansısa məlum olmayan əsasa görə əmlakı iddiaçıya icarəyə verilməsi kimi rəsmiləşdirmişdir. Əslində isə cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi qaydalarını” rəhbər tutaraq buna uyğun olaraq əmlakın iddiaçının mülkiyyətinə keçməsini rəhbər tutmalı idi. Bu qaydalara əsasən, “2. Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə ƏMDK arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır. 3. Özəlləşdirmə nəticəsində bağlanan alqı-satqı müqaviləsində satılmış obyektin adı, tərkibi və satış qiyməti, onun ödənilməsinin forma və müddətləri, satıcı, alıcı və vasitəçilər haqqında məlumat, onların ünvanı, obyektin sonrakı istifadəsi barədə qarşılıqlı öhdəliklər, həmin obyektin satılması şərtləri və bu şərtlərin pozulmasına görə tərəflərin məsuliyyəti, obyektin yerləşdiyi torpaq sahəsindən istifadə qaydaları və müqaviləyə xitam verilməsi qaydaları göstərilməlidir. Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər də göstərilə bilər. 4. Müqavilə bağlandıqdan sonra alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir.” İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh ƏMDX tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh Dövlət Əmlak Komitəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış binasının onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16.10.1999-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış binası “Tural-4" kiçik müəssisəsinə satılmış və həmin müəssisəyə 08.05.2000-ci il tarixli, 000019 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra İddiaçı İqtisad Məhkəməsinin 16.10.1999-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin məhkəmənin 05.03.2007-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 16.10.1999-cu il tarixli qətnamə ləğv edilmiş, "xxxx" kiçik müəssisəsinin iddiası rədd edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış sahəsinin "xxxx" Kiçik Müəssisəsi tərəfindən özəlləşdirilməsinə və daha sonra digər şəxslərə satılmasına dair şəhadətnamələr və müqavilələr etibarsız hesab edilmiş, qeyd edilən əmlakın İddiaçı adına özəlləşdirilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 26.02.2008-ci il tarixli, 61 nömrəli Sərəncamı ilə 05.03.2007-ci il tarixli qətnamənin icrası ilə əlaqədar olaraq "Tural-4” kiçik müəssisəsi ilə bağlanılmış alqı-satqı müqaviləsi ləğv edilmiş və qeyd edilən qeyri-yaşayış sahəsinin yenidən özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında qeyd edilən qeyri-yaşayış sahəsinə dair əvvəlcə 03.03.2008-ci il tarixli, 7360 nömrəli icarə müqaviləsi bağlanmışdır.Daha sonra iddiaçı tərəfindən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edilmiş, lakin onun tərəfindən alqı-satqı müqaviləsi imzalanmamış və dəyərinin ödənilməsi təmin edilməmişdir. İddiaçı əmlakın dəyərini ödəmədiyinə görə əmlak onun mülkiyyətinə keçməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan qeyriyaşayış sahəsi satın alınması üçün Azərbaycan Respublikası İddiaçına təklif olunmuşdur. Beləliklə, ƏMDK tərəfindən mübahisəli əmlakın özəlləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş vəzifələr yerinə yetirilmiş, lakin iddiaçının hərəkətsizliyi səbəbindən özəlləşdirmə həyata keçirilməmişdir. İddiaçı Azərbaycan Respublikası İddiaçı ƏMDX tərəfindən onun hüquqlarını pozan qərar qəbul edildiyini və ya hərəkətə (hərəkətsizliyə) yol verildiyini sübut edə bilməmiş, Xidmətə qarşı əsassız tələblər irəli sürmüşdür. Daha sonra cavabdeh ƏMDX məhkəməyə təqdim etdiyi **********36 saylı 24.02.2022-ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərmişdir ki, iddaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi əsassızdır və rədd edilməlidir. iddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh Dövlət Əmlak Komitəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyriyaşayış binasının onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 16.10.1999-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış binası "xxxx" kiçik müəssisəsinə satılmış və həmin müəssisəyə 08.05.2000-ci il tarixli, 000019 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra İddiaçı İqtisad Məhkəməsinin 16.10.1999-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin məhkəmənin 05.03.2007-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 16.10.1999-cu il tarixli qətnamə ləğv edilmiş, "xxxx" kiçik müəssisəsinin iddiası rədd edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyriyaşayış sahəsinin "xxxx" kiçik müəssisəsi tərəfindən özəlləşdirilməsinə və daha sonra digər şəxslərə satılmasına dair şəhadətnamələr və müqavilələr etibarsız hesab edilmiş, qeyd edilən əmlakın İddiaçı adına özəlləşdirilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 26.02.2008-ci il tarixli, 61 nömrəli Sərəncamı ilə 05.03.2007-ci il tarixli qətnamənin icrası ilə əlaqədar olaraq "xxxx" kiçik müəssisəsi ilə bağlanılmış alqı-satqı müqaviləsi ləğv edilmiş və qeyd edilən qeyri-yaşayış sahəsinin yenidən özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə X22 X10 arasında qeyd edilən qeyri-yaşayış sahəsinə dair əvvəlcə 03.03.2008-ci il tarixli, 7360 nömrəli icarə müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı icarəyə götürdüyü qeyriyaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmiş, qeyd olunan müraciət nəzərə alınaraq Komitənin 27.05.2008ci il tarixli, 178 nömrəli sərəncamı ilə mübahisənin predmeti olan əmlak özəlləşdirilməsi üçün iddiaçıya təklif olunmuş, lakin onun tərəfindən alqı- satqı müqaviləsi imzalanmamış və dəyərinin ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də, Əmlak Məsələləri Dövlət Komitəsinin 07 noyabr 2012-ci il tarixli, 342 nömrəli sərəncamı ilə mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 27.05.2008-ci il tarixli, 178 nömrəli sərəncamı ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının hərəkətsizliyi səbəbindən (alqı-satqı müqaviləsi imzalanmadığından, əmlakın dəyəri ödəmədiyindən) əmlak onun mülkiyyətinə keçməmişdir. Beləliklə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş sərəncamın qüvvədə olduğu dörd il ərzində iddiaçı tərəfindən əmlakın özəlləşdirilməsi ilə bağlı hərəkətsizlik göstərilməsi səbəbindən özəlləşmə barədə həmin sərəncam qanunvericiliyə uyğun olaraq ləğv olunmuşdur. Nəzərə alınsa ki, əmlakın özəlləşdirilməsində maraqlı şəxs məhz iddiaçının özü olmuşdur, onun özünün iradəsizliyi səbəbindən alqı-satqı müqaviləsinin baş tutmamasının səbəblərinin heç bir sübuta əsaslanmadan yalnız formal mülahizələr əsasında cavabdehin hərəkətsizliyi ilə əlaqələndirilməsi tamamilə yanlışdır.Eyni zamanda bildiririk ki, iddiaçının mülki əqd olan alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi barədə tələbinə prosessual normalara əsasən inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxıla bilər.Belə ki, iddiaçının hazırkı tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilmiş inzibati icraat qaydasında baxılan iddia növlərinin heç birinə aid deyildir. Göründüyü kimi, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etməklə məhkəmə aidiyyəti qaydalarını da pozmuşdur. Qeyd edilənlərdən əlavə iddiaçının tələbi mübahisəli qeyriyaşayış sahəsinin dəyərinin 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat olması hissəsində də əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X3 rəyinə əsasən qiymətləndirici ayrıca tikililəri qiymətləndirərkən Əsasnamənin 28-ci bəndinə istinad etmişdir ki, bu da yalnız bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin qalıq dəyərini müəyyən etmək üçün tətbiq edilir. Ayrıca tikililərin, əsas vəsaitlərin (balans dəyəri olduqda) start qiyməti Əsasnamənin 5-ci və 16-cı bəndlərinə əsasən müəyyənləşdirilir.Mübahisəli qeyri-yaşayış binasının normativ qiyməti 2008-ci ildə iddiaçının iddia etdiyi kimi 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat deyil, 285 369 (iki yüz səksən beş min üç yüz altımış doqquz) manat təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərzəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh ƏMDX-nin nümayəndəsi-X21 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğularına əsasən; - Bakı Apellyasiya Məhkəməsinin 07.02.2022-ci il tarixli 29/3453 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 05 mart 2007-ci il tarixli 2689/İİİ-41-A/İİ-31 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı "xxxx" kiçik müəssisəsi iddia ərizəsi ilə Azərbaycan Respulikası İqtisad Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Bakı şəhəri, Moskva Prospekti 101 ünvanda yerləşən “Tətbiq” X16 balansında olan 823,9 kv. metr qeyri-yaşayış sahəsinin "xxxx" KM-nin adına özəlləşdirilməsindən imtinanın etibarsız hesab edilməsini və həmin sahənin onun adına özəlləşdirilməsinə cavabdehin məcbur edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin (1-ci instansiya qaydasında) 2256/3-203 saylı 26.10.99-cu il tarixli qətnaməsi ilə iddia tələbi ödənilmişdir. Qətnamə ilə razılaşmayan işdə iştirak etməyə cəlb edilməmiş, lakin qətnamənin hüquqlarına toxunduğu “Tətbiq” X23 (hazıda Standartlaşdırma, Metrologiya və Patent üzrə X11 Sınaq Mərkəzi) apellyasiya qaydasında qətnamənin ləğv edilməsi və özəlləşdirmənin etibarsız hesab edilməsi barədə apellyasiya şikayəti ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Rspublikası İqtisad Məhkəməsinin 2658/İİİ- 41 saylı 10.11.2000-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2256/3-203 saylı 26.10.1999-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra “İddiaçı” Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyinə ərizə ilə müracit edərək Azərbaycan Respublikası İqtisad Məhkəməsinin həmin qətnaməsinin Fondun hüquqlarını pozduğunu və mənafeyinə toxunduğuna görə qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatında 10.11.2000-ci il tarixli 2689/İİİ-41 saylı qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 7k/06 saylı 12.01.2006-cı il tarixli Qərarı ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 10.11.2000-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası İqtisad Məhkəməsinə göndərilmişdir. Sonradan İddiaçı qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 05 mart 2007-ci il tarixli 2689/İİİ- 41-A/İİ-31 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin tam, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin apellyasiya şikayətinin isə qismən təmin edilməsi; Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 1-ci instansiya qaydasında çıxarmış olduğu 26 oktyabr 1999-cu il tarixli 2256/3-203 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması, iddiaçı "xxxx" kiçik müəssisəsinin iddiasının rədd edilməsi; İddiaçı qarşılıqlı iddiasının təmin edilməsi: Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti 101 saylı binada yerləşən birmərtəbəli 823,9 kv.m qeyri-yaşayış sahəsinin "xxxx" kiçik müəssisəsinə satılması haqqında (həmin sahənin) 000394 saylı 20.10.2000-ci il tarixli şəhadətnamə; X1 haqqında (həmin sahənin) 002080 saylı 10.02.2004-cü il tarixli şəhadətnamələr üzrə müvafiq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətlərlə qaytarılmaqla alqı-satqı müqavilələri və şəhadətnamələrin verilməsi üzrə xərclərinin hər birinin müvafiq olaraq digər tərəfə ödənilməsi; Dövlət büdcəsinə ödənilmiş pulların Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən qaytarılması (bu qətnamə və əlaqədar ödəmə sənədələri pulun qaytarılması üçün əsasdır); Bakı şəhəri, Nərimanov rayonu, sabiq Moskva prospekti, hazırda Heydər Əliyev prospekti 101-ci ünvandakı birinci mərtəbədə yerləşən 823,9 kv.m metr qeyri-yaşayış sahəsinin X17 X7 adına özəlləşdirilməsi vəzifəsinin DƏİE üzrə Dövlət Komitəsinə həvalə edilərək, mülkiyyət haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. - 17.04.2007-ci il tarixli 2689/İİİ-41-A/İİ-31 saylı məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 05.03.2007-ci il tarixli qətnaməsinin surəti və icra vərəqəsi icra üçün Bakı şəhəri Xətai rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Xətai rayon Məhkəmə İcraçıları şöbəsi tərəfindən 2689/İİİ-41-A/İİ-31 №li 17.04.07-ci il tarixli icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün 25.05.2007-ci il tarixli 17174-2600 saylı məktubla AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 27.11.2007-ci il tarixli 2689/İİİ-41-A/İİ-31 saylı məktubun surətindən müəyyən olunur ki, məhkəmənin sözügedən məktubu ilə Xətai rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsindən Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı 05 mart 2007-ci il tarixli qətnaməsinin icrasının nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. - Xətai rayon Məhkəmə İcraçıları şöbəsinin Azərbaycan Respublikası İqtisad Məhkəməsinə ünvanladığı 22.01.2008-ci il tarixli 17174-446 saylı məktubunun surətindən müəyyən olunur ki, Xətai rayon məhkəmə icraçıları şöbəsinin icraatında olan AR İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı, 17.04.2007-ci il tarixli icra vərəqəsi “Məhkəmə Qərarlarının İcrası Haqqında” AR Qanununun 70-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. - İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi barədə 14.08.2008-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, X26 X15 14.04.2008-ci il tarixdə ərizə ilə müraciət edərək, 7360 saylı 30.03.2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev prospekti 101 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ünvanlanmış 14.02.2008-ci il tarixli 2689/İİİ-41-A-31 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı iş üzrə 05 mart 2007-ci il tarixli qətnaməsi ilə ünvan 7 ünvanda yerləşən birmərtəbəli 823.9 kv. metr qeyri-yaşayış sahəsinin X22 X8 adına özəlləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Qeyd edilən qətnamə və 17.04.2007-ci il tarixli icra vərəqəsi icra olunması üçün 17.04.2007-ci il tarixdə Komitəyə göndərilsə də qətnamənin icrası təmin olunmamışdır. 27.11.2007-ci il tarixli eyni məzmunlu məktublarına heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respunblikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı iş üzrə 05 mart 2007-ci il tarixli qətnamənin surəti təkrarən Komitəyə göndərilərək icranın nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən sahələr üzrə faktiki ölçüsü 825 kv. metr (ərazinin ümumi torpaq sahəsi 1967,3 kv. metr, ümumi tikinti altı sahə 947.8 kv.metr) olan qeyri-yaşayış sahəsinə dair İddiaçı adına 13.03.2008-ci il tarixdə 000457 nömrəli Texniki pasport tərtib olunmuşdur. Texniki pasportun tərtib olunması üçün əsas olan digər sənədlərlə yanaşı Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı 05 mart 2007-ci il tarixli qətnaməsi də qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07.01.2022-ci il tarixli **********16 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 03 mart 2008-ci il tarixli 7360 saylı icarə müqaviləsinin surətindən müəyyən olunur ki, “İcarəyəverən” adlandırılacaq Azrbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, digər tərəfdən, “İcarəçi” adlandırılacaq X22 X10 arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “İcarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin 03.03.2008-ci il tarixli, 75 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 (regstr № ***-*******6-000) ünvanında yerləşən, ümumi sahəsi 825 kv. metr sahə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin balansında olan qeyri-yaşayış sahsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarə haqqı icarəyə verilən 825 kv. metr qeyri-yaşayış sahəsinin illik icarə haqqı məbləği 21.780 manat təşkil etmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müqavilənin müddəti 03.03.2008-ci il tarixdən 03.09.2008-ci il tarixədək müəyyən edilmişdir. İcarəyə verilmiş əmaka dair 28.05.2008-ci il tarixli 3043 №-li alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, müqavilədə “Satıcı” qismində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Alıcı” qismində isə X22 X10 göstərilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Y.Səfərov küçəsi 20) ilə bağladığı 03.03.2008-ci il tarixli 7360 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 825,0 kv.m qeyri yaşayış sahəsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Satıcı” Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən 825,0 kv. metr qeyri-yaşayş sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərə 285.369,00-iki yüz səksən beş min üç yüz altmış doqquz manata birbaşa satır, “Alıcı” isə onu satın alır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasn əmlakın satış qiymətinin 100 faizi ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdə “Alıcı”ya mülkiyyət hüququnu tədiq edən şəhadətnaməni verməyi satıcı öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan 30 (otuz) gün ərzinə əmlakın tam dəyəri, yəni 285.369.00 (iki yüz səksən beş min üç yüz altmış doqquz) manat “Satıcı”nın (VÖEN **********) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Milli Bankdakı (kod:501004, m/h; **********944, VÖEN; **********, S.W.İ.F.T. bik: NABZAZ2C) **********994 nömrəli tranzit manat hesabına köçürülməlidir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********37 sayl 05 may 2021ci il tarixli tarixli imtina məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan ünvanda yerləşən keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin balansında olan 825.0 kv.m əmlak kompleksinə dair onlarla keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında 03.03.2008-ci il tarixli, 7360 nömrəli icarə müqaviləsi bağlanılmış və qanunvericiliyə uyğun olaraq özəlləşdirilmək üçün ilk növbədə onlara təklif olunmuşdur. Lakin qanunvericiliklə müəyyən edilmiş müddətdə tərəflərindən obyektin özəlləşdirilməsi ilə bağlı alqı-satqı müqaviləsinin imzalanması və dəyərinin ödənilməsi təmin edilməmişdir. Odur ki, bu səbəbdən 7 noyabr 2012-ci il tarixdən həmin əmlakın İddiaçına (BEYSİF) satılması ilə bağlı sərəncam ona aid hissədə ləğv edilmişdir. Eyni zamanda bildirirlər ki, müraciətlərində qeyd olunan məsələyə balanssaxlayıcı təşkilat münasibət bildirdikdən və ərazidə texniki inventarlaşdırma işləri aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə görə məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 7 ünvanda yerləşən birmərtəbəli 823.9 kv. metr qeyri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşduir. İddiaçı sifarişi əsasında X5 tərəfindən hazırlanmış 10.02.2022-ci il tarixli 10 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, 2007-2008-ci illərdə qüvvədə olan müvafiq normativ sənədlərin tələblərinə (tariflərinə) əsasən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prspekti 101 ünvanında yerləşən, ümumi sahəsi 825,0 kv. metr olan qeyri yaşayış sahəsinin 2008-ci ildə özəlləşdirilməsi üçün satış qiyməti (dəyəri) 57.750,0 (əlli yeddi min yeddi yüz) manat məbləğində müəyyən edilir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; - Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (2.1-ci maddə). - Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (8.1-ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (15.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (16.1.6-cı maddə). - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (22.1 -ci maddə). Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (hazırda Əmlak Məsələləri Dövlət Xidməti). X20 4.6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının; 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət əmlakının satılmasının rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların, müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır (bənd 2) Özəlləşdirmə nəticəsində bağlanan alqı-satqı müqaviləsində satılmış obyektin adı, tərkibi və satış qiyməti, onun ödənilməsinin forma və müddətləri, satıcı, alıcı və vasitəçilər haqqında məlumat, onların ünvanı, obyektin sonrakı istifadəsi barədə qarşılıqlı öhdəliklər, həmin obyektin satılması şərtləri və bu şərtlərin pozulmasına görə tərəflərin məsuliyyəti, obyektin yerləşdiyi torpaq sahəsindən istifadə qaydaları və müqaviləyə xitam verilməsi qaydaları göstərilməlidir. Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər də göstərilə bilər (bənd 3). Müqavilə bağlandıqdan sonra, alıcıya müvafiq əqdin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının satılmasına dair şəhadətnamə verilir (bənd 4) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsində Xidmətin aşağıdakı vəzifələri qeyd olunmuşdur: Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək (3.0.11); Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək (3.0.18); Nazirliklə razılaşdırmaqla, dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək, özəlləşdirilməsini ictimai nəzarət və şəffaflıq, əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunması əsasında həyata keçirmək, dövlət əmlakının alıcıları ilə bağlanılmış alqı-satqı müqavilələrinin qeydiyyatını aparmaq, icrasını təmin etmək, habelə şərtlərinə riayət olunmasına nəzarət etmək (3.0.37); Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Nazirliklə razılaşdırmaqla birgə müəssisələrin nizamnamə kapitalındakı dövlət payının özəlləşdirilməsi barədə əqdlər bağlamaq və alıcılara həmin payın satılmasına dair şəhadətnamələr vermək (3.0.38). İşin araşdırılan hallarndan müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə iddiaçı ilə mübahisəli daşınmaz əmlaka dair qanunla müəyyən olunmuş qaydada alqı-satqı müqaviləsinin bağlanmasının tam başa çatdırılması həyata keçirilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 05.03.2007-ci il tarixli, 2689/İİİ-41-a/İİ-31 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, İddiaçı adına özəlləşdirilməsi üçün tərtib olunmuş 28.05.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 №li iş üzrə çıxartdığı qanuni qüvvəyə minmiş 05.03.2007-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi üçün tərtib olunmuş 28.05.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, bağlanmış hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2540/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2540/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver