Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2540/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X47 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********451 nömrəli və xx.xx.2022-ci il tarixli **********8459 nömrəli qərarlarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 006170 nömrəli AKT və onun əsasında Baş İdarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********8451 saylı qərar ilə 18000 (on səkkiz min) manat məbləğində maliyyə sanksiyasının, eləcə də, xx.xx.2022-ci il tarixli DVX seriyalı 016565 nömrəli Akt əsasında Baş İdarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********8459 saylı qərarı ilə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmişdir. Apellyasiya Şurasına 25 avqust 2023-cü il tarixli 51 №-li qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. Məhkəmənin nəzərinizə çatdırır ki, o, İddiaçı (VÖEN **********), 24 avqust 2022-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Sabunçu ŞTQ Ə.Məmmədəliyev 11 ünvanında yerləşən Ocaq kafesini (**********-18001) icarəyə götürmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X16 xx.xx.2022-ci il tarixli **********8459 saylı qərarı ilə Ocaq kafesində X15 həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. OVN **********8451 saylı qərarı ilə 18000 manat və OVN **********8459 saylı qərarı ilə isə 1000 manat, ümumilikdə 19000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd edəcəyi arqumentlərə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********8451 saylı və xx.xx.2022-ci il tarixli **********8459 saylı maliyyə sanksiyaları ləğv edilməlidir. Belə ki, 11 gün kiçik sahibkarlıqla məşğul olan fiziki şəxsə qarşı Bakı şəhəri Sabunçu rayonu Sabunçu ŞTQ Ə. Məmmədəliyev 11 ünvanında yerləşən Ocaq kafesindəki Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində operativ vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilməsi ciddi qanun pozuntusudur. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, araşdırma zamanı vergi orqanının xx.xx.2022-ci il tarixli **********8459 nömrəli “X15 həyata keçirilməsi haqqında Qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Ə.Məmmədəliyev 11ünvanında yerləşən obyektə keçirilmiş X26 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus obyektə keçirilmiş X26 tədbiri zamanı müştəri tərəfindən nahar yeməyi üçün ödənilmiş 20 manat məbləğində pulun nəzarət-kassa aparatının yaddaşına mədaxil olunmadığı, obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı aşkar edilmiş və bu səbəbdən də dövriyyədən yayındırılmış məbləği nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa etmək mümkün olmamışdır. Məlum olduğu kimi, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi isə göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılması deməkdir. Faktla bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 016565 nömrəli "Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” aktın tərtib edilmiş, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********8459 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2002-ci il tarixli **********783100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunduğu müəyyən edilmişdir. Həmçinin, X26 zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 (doqquz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2022ci il tarixli DVX seriyalı 006170 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X15 nəticəsi haqqında" akt tərtib edilmiş, o cümlədən aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********8451 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 18000 (on səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə iddiaçının vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********770300 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-cü il tarixdə oxunduğu müəyyən edilmişdir. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə bağlı isə məhkəmənin nəzərinə çatdırırlar ki, X26 tədbiri zamanı vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin yazılı izahatları alınmışdır. Belə ki, işçi X22 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, Paşayev Zamin Dünyamin oğlu tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Nurlan və Rəna adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. İşçi X20 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Zamin və Sənan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X1 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən inzibatçı vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 10 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Əlzamin və Rəsul adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X6 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən xadimə vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Zamin adlı şəxsi tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X11 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq" kafesində işlədiyini, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Zamin və Cahangir adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X2 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq" kafesində işlədiyini, İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 20 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Rəsul və Kənan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X10 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq" kafesində işlədiyini, İddiaçı tərəfindən kuryer vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 10 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Rəsul və Əlzamin adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X4 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq” kafesində işlədiyini, İddiaçı tərəfindən kababçı vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 20 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Əlzamin və Cahangir adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X5 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 11 ünvanında yerləşən “Ocaq" kafesində işlədiyini, İddiaçı tərəfindən qabyuyan vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 13 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Nuran və Sənan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. İddiaçı isə X15 əvvəlində iştirak etmiş, qərar və çıxarışla tanış olmuş, lakin yoxlamanın sonuna yaxın şəxsi işinin olmasını bildirərək obyektdən getmiş və buna görə də tərtib edilmiş sənədləri imzalamaqla 1 nüsxəsini təqdim etmək və izahatını almaq mümkün olmamışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı sözügedən obyektdə işləyən 6 nəfər fizki şəxslə (X8, X23, X20, X14, X9 və X13) nəzarət tədbirindən sonra əmək müqaviləsi bağlayaraq elektron əmək müqaviləsi bildirişini qeydiyyata almışdır. İddiaçı tərəfindən hazırda mübahisələndirilən qərarlardan inzibati qaydada xx.xx.2022-ci il tarixli **********687600 nömrəli şikayət verilmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli **********687000 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir.İnzibati şikayətin araşdırılması zamanı İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli DVX seriyalı 016565 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın nəticələrindən narazı olmaması bir daha həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərmişdir. Həmçinin vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********8451 nömrəli qərarının ləğv olunması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar həm əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktını, həm də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 (doqquz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını bir daha sübut edir. Bundan əlavə, X26 zamanı video çəkiliş həyata keçirilmişdir və video material etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, X26 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı isə öz ərizəsində həyata keçirilmiş X15 və mübahisələndirdiyi qərarların əsassız olduğunu bildirsə də, bunu sübut edən hallar barədə hər hansı məlumat verməmiş, özünün qanun pozuntusuna haqq qazandırmaq üçün müxtəlif arqumentlər irəli sürmüşdür. Eyni zamanda prosessual qanunvericiliyin tələblərinə əməl edilməsinin yoxlanılması baxımından məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarların ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8451 nömrəli qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə saat 18:43:33-də, xx.xx.2022-ci il tarixli **********8459 nömrəli qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə saat 18:43:27-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Bununla da, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi fkatı təsdiqlənmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın tməin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - xx.xx.2022-ci il tarixli **********8459 nömrəli “Operativ vergi nəzraətinin həyata keçirilməsi haqqında” Qərara əsasnə İddiaçı (VÖEN **********) məxsus obyektdə, ünvan: AZ1043, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Ə.Məmmədəliyev (Sabunçu) 11; obeyktin adı: Ocaq Kafesi (**********-18001); fəaliyyət növü: kafelerin fəaliyyəti; yoxlamanın keçirilməsinin məqsədi – nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (Kontarktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (Xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; yoxlamanın müddəti - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək. Qərarda operativ vergi yoxlamasının keçirilməsi üçün əsas olmuş hallar göstərilməmişdir. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 05 sentyabr 2022-ci il tarixli Ky221774091 nömrəli çıxarışa əsasən İddiaçı xx.xx.2022xx.xx.2022-ci il tarixləri üzrə X26 yoxlaması reyestrdə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan kemişdir. Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas – Vergi orqnaları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2-yə istinad edilmişdir. - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X15 nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli DVX 006170 nömrəli akta əsasən X26 nəticəsində İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən Ocaq Kafesində İddiaçı iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 14:20-də təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surəti, izahatlara, saat 16:20-də işə təqdim edilmiş çap tarixi xx.xx.2022-ci il saat 15:35, 15:43 və 15:45 olan 3 əmək müqaviləsi bildirişinə əsasən ofisiant, xadimə, dönərçi, inzibati və sair xidmətlərin göstərilməsinə cəlb olunmuş 9 (doqquz) nəfər şəxsdən 9 (doqquz) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdişdir. İşçilərin siyahısı akta əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 (doqquz) nəfər fiziki şəxslərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təkif olunmuşdur. - 9 (doqquz) nəfər şəxslərin izahatları təqdim edilmişdir. - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2022-ci il tarixli DVX seriyalı 016565 nömrəli akta əsasən İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən Ocaq Kafesində İddiaçı iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına X26 həyata keçirilərkən müəyyən olunmuşdur ki, Ocaq kafesində X24raşdırılmamışdır. xx.xx.2022-ci il tarixdə saat 14:05-də müştəri tərəfindən nahar yeməyinə görə 20 AZN ödəniş olunmuşdur. Lakin, ödəniş müqabilində X45 təqdim olunmamışdır. X26 zamanı müəyyən olunmuşdur ki, İddiaçı obyektdə X24raşdırmadan əhali ilə nağd pul hesablaşmalarını həyata keçirir. X3madığından yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. Nəticədə İddiaçı Azərbaycan Respubliksaı Vergi Məcəlləsinin 16.1.8-16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də, İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8459 nömrəli qərara əsasən İddiaçı Düyamin oğlunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılmsası qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğində büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8451 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 9 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 18000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 18000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə **********030800 nömrəli məlumata əsasən X15 aparılmasına əsas verən səbəblər qismində Baş İdarənin xx.xx.2022-ci il tarixli **********804400 nömrəli xidməti məruzəsi göstərilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 25 avqust 2023-cü il tarixli 51 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli **********8451 nömrəli və İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 4 noyabr 2022-ci il tarixli **********687000 nömrəli qərarlarından verilmiş inzibati şikayətlərinə toplanmış sənədlər əsasında baxaraq, İddiaçı inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli **********8451 nömrəli və İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 4 noyabr 2022-ci il tarixli **********687000 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
10. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
14. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
15. Hazırkı iş üzrə işin hallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdeh vergi orqanın qərarından inzibati şikayət vermiş və sonunu dəfə onun inzibati şikayətlərinə Apellyasiya Şurasının 25 avqust 2023-cü il tarixli qərarı ilə baxılaraq şikayətlər təmin edilməmiş, bundan sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hazırki iddia tələbinin mübahisələndirilməsinə barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.
16. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.
19. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
22. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər
24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X26ni keçirmək; (...) Həmin Məcəllənin 50-ci maddəsinə (X26) əsasən: 50.1. X26 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. X15 həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.
25. Qeyd edilənlərə əsasən məhkəmə operativ vergi yoxlaması barədə qərarın qanuniliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət edilməsi və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
27. Vergi Məcəlləsinin 50.2-ci maddəsində X15 həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).
28. Cavabdehin “X15 həyata keçirilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli, **********8459 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş (50-ci maddəyə ümumi şəkildə istinad edilmişdir), sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda isə Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilmişdir.
29. Qeyd edilməlidir ki, X15 həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
30. Belə ki, X15 həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
31. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin, VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz X15 təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan X15 həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, hazırkı halda iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olmadığı və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
32. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “X15 həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş (50-ci maddəyə ümumi şəkildə istinad edilmiş), bundan əlavə, reyestrdə 50.2.2-cü maddəyə istinad edilsə də, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri hansı məlumatlar əsasında həmin qərarın qəbul edilməsi əsaslandırılmamışdır. Məhkəməyə yalnız, operativ vergi yoxlamasının keçirilməsinə əsas olmuş sənəd qismində Baş İdarənin xx.xx.2022-ci il tarixli **********804400 nömrəli xidməti məruzəsinin olması barədə qeyd təqdim edilmişdir, həmin xidməti məruzənin özü ümumiyyətlə təqdim edilməmişdir. Bununla da, vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumat və bu məlumatın məzmunun nədən ibarət olması barədə əsaslandırılmış hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, cavabdeh X15 həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50.2.2-cü maddəyə sadəcə istinad etməklə kiyafətlənmişdir.
33. Məhkəmə hesab edir ki, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin (maddi və prosessual hüquq normalarının) pozulması ilə qəbul edildiyindən iddia tələbi təmin edilməklə cavabdehin mübahisəli qərarları ləğv edilməlidir.
34. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
35. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
36. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-276/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə qərarında da öz təsdiqini tapmışdır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8451 nömrəli və xx.xx.2022-ci il tarixli **********8459 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva