Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2542/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2, 3-cü şəxs Buzovna Bələdiyyəsinin nümayəndəsi X4 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Buzovna Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsində 600 kv/m torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkməsinin 2-1(112)-7628/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Buzovna Bələdiyyəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və 3-cü şəxslərə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Buzovna Bələdiyyəsinin 30.12.2006cı il tarixli 417 nömrəli sərəncamına əsas Bakı şəhəri, Xəzər rayonu. Buzovna qəsəbəsində ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqı-satqısı barədə akt imzalanmış və müvafiq ödəniş edilmişdir. Həmçinin, Buzovna Bələdiyyəsi tərəfindən DƏDRX-yə ünvanlanmış 15.10.2018-ci il tarixli məktubdan görünür ki, ona ayrılmış torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Həmçinin, 21.10.2019-cu il tarixli məktubdan görünür ki, bələdiyyənin arxivində 346 nömrəli reyestrlə qeydiyyata alınmış 30.12.2006-cı il tarixli 417 nömrəli sərəncama əsasən adına 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh orqana tərəfindən müraciət edilmiş, cavabdeh orqanın 01.10.2020-ci il tarixli məktubu ilə müraciətindən imtina edilmişdir. Halbuki, Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 417 nömrəli sərəncamı hazırda qüvvədədir, etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı Buzovna Bələdiyyəsinin 09.12.2019-cu il tarixli arayış və sxemi vardır. Bundan başqa qonşuluqda yerləşən torpaq sahələrinin ərizəyə əlavə olunan çıxarışlarının surətindən görünür ki, həmin sahə Dövlət Neft Şirkətinin ərazisinə aid deyil, xüsusi mülkiyyətdə olan sahələrdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə 15.09.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasın ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin əraziyə münasibət bildirməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********703 saylı, 16.10.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Nef Şirkəti iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Buzovna Bələdiyyəsinin 30.12.2006-cı il tarixli 417 nömrəli sərənamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ayrılmış UTM WGS 84 koordinat sistemində X 420499,04 Y 4485613,75 X 420516,78 Y 4485614,14 X 420492,81 Y 4485580,09 X 420492,88 Y 4485584,72 korrdinatlarda olan 600 kvm(faktiki 561) torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. üzrə istifadə oluna bilər. Şifahi məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, inzibati orqanın imtinasına uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs Buzovna Bələdiyyəsinin nümayəndəsi X6 iddia tələbinin əsaslı olduğunu, iddia tələbi ilə razı olduğunu qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Bakı şəhəri Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin sədrinin 30 dekabr 2006-cı il tarixli 417 nömrəli “Vətəndaş İddiaçı Buzovna qəsəbəsində fərdi yaşayş evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəcamından görünür ki, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 m2 torpaq sahəsinin İddiaçı 1 m2-in qiyməti 1 manat 28 qəpik hesabı ilə satılması, vətəndaş ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi sərəncam edilmişdir. Torpaqların alqısatqısına dair aktdan görünür ki, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Məlikov X7 Bələdiyyəsinə 23 dekabr 2006-cı il tarixində torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Buzovna Bələdiyyəsinin inzibati ərazisində 600 m2 torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Bələdiyyənin hesabına 600 manat torpaq haqqı ödənilmişdir. Bu akt Buzovna rayon bələdiyyə orqanının nümayəndəsi İsrafil Cəbrayılov və torpaq alan İddiaçı tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Seriya ƏXZ nömrəsi 579817 olan kassa mədaxil orderindən görünür ki, 30 dekabr 2006-cı ildə torpaq alqı-satqısı üçün Məlikov X7 Bələdiyyəsinin hesabına 768 manat ödəniş etmişdir. Buzovna Bələdiyyəsinin 15 oktyabr 2018-ci il tarixli 212 saylı ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı məktubda qeyd olunur ki, vətəndaş İddiaçı 30.12.2006-ci il tarixli 417 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 600 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir. Buzovna Bələdiyyəsinin 10 dekabr 2020-ci il tarixli 275 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçınnun adına Buzovna Bələdiyyəsi tərəfindən 30.12.2006-cı il tarixli 417 saylı sərəncamla fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 26 yanvar 2021-ci il tarixli 51 saylı sorğuya cavab məktubundan görünür ki, Əzizbəyov (Xəzər) rayonu Buzovna Bələdiyyəsinin 2006-cı ilə dair arxiv sənədləri içərisində 30.12.2006-cı il tarixli, 417 saylı sərəncam aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, torpaqların alqı-satqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatına əsasın ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən göndərilmiş 16 iyun 2021-ci il № **********79 saylı məktuba qoşma olaraq təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, məlumatların təqdim edilməsi barədə müraciətin icrası ilə əlaqədar əraziyə baxış keçirilib iddia edilən ərazinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi SOCAR-ın H.Z.Tağıyev adına NQÇİ- Buzovna-Maştağa bloku ərazisində yerləşməklə Sənaye təyinatlı torpaq sahəsidir. Hazılanmış sxemlər arayışa əlavə edilmişdir. İş materiallarına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsidə yerləşən mübahisəli torpaq sahəsinin sxemi və xəritdən çıxarışın surəti əlavə edilmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinin bələdiyyə aktına əsasən alqı-satqı yolu ilə aldığını, onun qanuni istifadəsində olduğunu qeyd edərək onun adına dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində yalnız torpaqların alqı-satqısına dair akt, həmçinin, Buzovna Bələdiyyəsinin qərarının və sərəncamının surəti təqdim edilmişdir. Cavabdeh inzibati orqanın imtina əsasları torpaqların alqı-satqısına dair aktin keçmiş DTXK tərəfindən təsdiq edilməməsi və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatin olmaması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsidə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmasıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi daşınmaz əmlaka dair iddiaçı qanunla sadalanmış hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının həmin evə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur, belə imtina qanuna zidd qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkişləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin mövcud qanunvericiliyin 2006-cı ildə, yəni müvafiq bələdiyyənin qərarı qəbul olunan dövrdə qüvvədə olan aşağıdakı normalarını diqqətə çəkir: «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respublikasının 15.10.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş “X1”nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Məhkəmə qeyd edir ki, iddiaçıya Buzovna bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan əlavə iş üzrə araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərəflərin və məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş Dövlət Neft Şirkətinin nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilməsi təşkil edilmiş, mübahisəli torpaq sahəsinin koordinatları ölçülmüş və sözügedən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğu, SOCAR-ın H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa blokunun ərazisində yerləşməklə sənaye təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Belə olan halda cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz sayıla bilməz. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Buzovna Bələdiyyəsi və Dövlət Neft Şirkəti 3cü şəxs qismində cəlb olunmaqla “çıxarışın verilməsi” nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 01/03/236 saylı smetadan görünür ki, mütəxəssis rəyi ilə əlaqədar prosessual xərclər 311,00 (üç yüz on bir) manat təşkil edir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Buzovna Bələdiyyəsi və Dövlət Neft Şirkəti 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311,00 (üç yüz on bir) manat məbləğində prosessual xərcin "xxxx" MMC-nin hesabına ödənilməsi vəzifəsi iddiaçının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2542/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2542/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver