Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2543/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiaçının anası X1 əlilliyi faktının müəyyən edilməsi tələbinə ” dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı anası X1 əlilliyi faktının müəyyən edilməsi barədə şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçının anası X3 iddiaçı ilə ünvan 1 ünvanında yaşayır. İddiaçının anası X3 ruhi xəstədir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və öz hərəkətlərini idarə edə bilmir. Buna görə də onun üzərində qəyyumluq müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8. –ci maddəsinə müvafiq olaraq ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. X3 Rusiya Federasiyasının vətəndaşıdır. Əmək qabiliyyətli olmayan X2 qəyyumluq təyin edilməsi ilə bağlı iddiaçının müraciəti təmin olunmasında kömək üçün cavabdehə müraciəti təmin edilməmişdir.İddiaçı Mülki Məcəllənin 28-ci və MPM-nin 317-321-ci maddələrinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3. –cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, yol verilən formal xətanın aradan qaldırılmasında iddiaçıya yardım etmək məqsədi ilə 18 yanvar 2022-ci və 02 mart 2022-ci il tarixlərində məhkəmə iclasları keçirilmişdir. Lakin məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclaslarda iştirak etməmiş, bunun səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır İddiaçı X6 məhkəməyə təqdim etdiyi “şikayət” ərizəsindən görünür ki, hazırkı şikayət X2 əlilliyin müəyyən edilməsi ilə bağlıdır. Lakin iddia X3 adından verilməli olduğu halda, İddiaçıoviçin adından qaldırılmışdır. Halbuki iddiaçı İddiaçıoviçin A.C Əliyevanın qəyyumu olması müəyyən edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.3) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları,atalarının adları, yaşayış yerləri,inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqiq ünvanlaır; iddiaçının (ərizəçinin ) tələbi- imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İş materiallarından görünür ki, iddiaçıya 20 sentyabr 2021-ci il tarixli məktubla formal xətanın aradan qaldırılmasının zəruri olduğunu izah edilmiş, müddət təyin edilmiş, iddiaçının A.S.Əliyevanın qəyyumu olmasını təsdiq edən sənədin təqdim edilməsi tələb olunmuşdur. Lakin İddiaçıoviç ərizəsindəki çatışmamazlıqları aradan qaldırmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı anası X1 əlilliyi faktının müəyyən edilməsi tələbinə ” dair iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçıoviçin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı anası X1 əlilliyi faktının müəyyən edilməsi tələbinə ” dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2543/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2543/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver