Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2543/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 06 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-5781/2024 saylı qərarının ləğv edilməsi və iddiaçıya 06 avqust 2024-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2012-ci il tarixdən etibarən müəyyən müddətlərə ikinci dərəcəli əlillik təyin edilmişdir. Nəzərə alınmalıdır ki, son forma 088 arayışında əks olunan xəstəliklərə əsasən iddiaçıya əsas diaqnoz kimi M42, M48, M50.1, M51.1 kod altında; ağırlaşma kimi M53.1, M54.4-M54.6, R26.8; həmçinin yanaşı xəstəliklər kimi 110 və s. diaqnozlar qoyulmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya təyin olunan həmin diaqnozlar əlilliyin təyinatına əsas versə də, cavabdeh əsassız olaraq diaqnozun əlillik təyin etmədiyi mövqeyidən irəli çıxmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının ilkin əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 1 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Hər il bir il müddətinə olmaqla əlillik eyni diaqnozla uzadılmışdır. Növbəti dəfələrdə iddiaçının əlillik vəziyyətinə 2 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2024-cü illər tarixli göndərişləri əsasında baxılmış və əyani müayinəsi həyata keçirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli, 170 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “G55.1 L2-L3,L4-L5 fəqərəarası diskin sekvestrə olunmuş ekstruziyası (12mm:15mm). Xroniki diskogen L4, L5 radikulit, tez-tez residivləşən gedişlə. Kəskin kökcük ağrı sindromu ilə. Sol ayaq pəncəsinin parezi C5-C6 fəqərəarası diskin ekstruziyası (5mm). Xroniki diskogen C5 radikuliti. Kəskin kökcük ağrı sindromu ilə. Asteno-nevrotik sindrom. Sidik turşulu diatez.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına RRM-ə məxsus təkərlikli oturacaqda və əsa ilə daxil olmuş, boynunda, belində, aşağı ətraflarında olan ağrı, hərəki məhdudluq, sol aşağı ətrafında gücsüzlük, yeriş zamanı sol ayağının sanki boşluğa düşməsindən şikayətlənmiş, 2010-cu ildən özünü xəstə hesab etdiyini qeyd etmişdir. Nevroloji müayinə zamanı yuxarı və aşağı ətraflarda reflekslər D=S, orta canlı alınmış, ətraflarda hipotrofiya, hərəki məhdudluq qeyd olunmamışdır. “Pəncə sallanması” müşahidə edilməmişdir. Yerişi qoruyucu xarakterli olmuşdur. Medera Hospitalın xx.xx.2023-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Bu əlamətlər yuxarı ətraflarda C5-C6, C6-C7, L4-L5 və aşağı ətraflarda L5-S1 kökcük innervasiyalı əzələlərdə xroniki dövr aksonal degenerasiyalı neyropatik dəyişiklik lehinədir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Uniklinikanın xx.xx.2023-cü il tarixli Bel-Oma sahəsinin MR müayinəsinin nəticəsi “Onurğanın bel hissəsinin degenerativ dəyişkənlikləri. L2-L3 intervertebral diskin dehidrasiyası və arxa sağ paramedian yırtığı. L3-L4 intervertebral diskin dehidrasiyası və arxa qabarması. L4-L5 intervertebral diskin dehidrasiyası və arxa mərkəzi yırtığı. L5-S1 intervertebral diskin dehidrasiyası və arxa mərkəzi genişəsaslı protruziyası” kimi qeyd edilmişdir. Akademik M.C.Cavadzadə adına Respublika Klinik Urologiya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Səhhətin müayinə Aktında diaqnoz “Uroloji xəstəlik aşkar edilmədi” kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixli tibbi göndərişdə qoyulmuş diaqnoz “Radikulopatiya, L2-L3 fəqərəarası disklərin ekstruziyası. Xroniki diskogen bel oma radikuliti tez-tez residivləşən gedişlə. Kəskin kökçük ağrı sindromu ilə sol ayaq pəncəsini parezi və pəncə funksiyasının pozulması ilə. Neyrogen sidik saxlaya bilməyən sidik kisəsi. Xroniki diskogen boyun radikuliti, kəskin ağrı sindromu ilə. Sağ diz oynağının meninsk yırtığı. Vertebrobazilyar çatışmazlıq” olmuşdur. İddiaçıya xx.xx.2022-ci il tarixli tibbi göndərişdə qoyulmuş diaqnoz “Radikulopatiya, Radikulopatiya L2-L3 fəqərəarası disklərin ekstruziyası. Xroniki diskogen bel oma radikuliti, tez-tez residivləşən gedişlə. Kəskin kökçük ağrı sindromu ilə sol ayaq pəncəsini parezi və pəncə funksiyasının pozulması ilə. Neyrogen sidik saxlaya bilməyən sidik kisəsi. Xroniki diskogen boyun radikuliti, kəskin ağrı sindromu ilə. Sağ diz oynağının meninsk yırtığı. Vertebrobazilyar çatışmazlıq” olmuşdur. İddiaçıya sonuncu dəfə xx.xx.2024-cü il tarixli, V00177514GTQ nömrəli tibbi göndərişdə qoyulmuş diaqnoz: “boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Diskogen boyun radikulopatiyası” olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 06 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-5781/2024 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 4400003AAAJC nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 170 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “G55.1 L2-L3tL4-L5 fəqərəarası diskin sekvestrə olunmuş ekstruziyası (12mm:15mm). Xroniki diskoqen L4, L5 radikulit, tez-tez residivləşən gedişlə. Kəskin kökcük ağrı sindromu ilə. Sol ayaq pəncəsinin parezi C5-C6 fəqərəarası diskin ekstruziyası (5mm). Xroniki diskoqen C5 radikuliti. Kəskin kökcük ağrı sindromu ilə. Asteno-nevrotik sindrom. Sidik turşulu diatez.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına RRM-ə məxsus təkərlikli oturacaqda və əsa ilə daxil olmuş, boynunda, belində, aşağı ətraflarında olan ağrı, hərəki məhdudluq, sol aşağı ətrafımda gücsüzlük, yeriş zamanı sol ayağının sanki boşluğa düşməsindən şikayətlənmiş, 2010-cu ildən özünü xəstə hesab etdiyini qeyd etmişdir. Nevroloji müayinə zamanı yuxarı və aşağı ətraflarda reflekslər D=S, orta canlı alınmış, ətraflarda hipotrofiya, hərəki məhdudluq qeyd olunmamışdır. “Pəncə sallanması” müşahidə edilməmişdir. Yerişi qoruyucu xarakterli olmuşdur. Medera Hospitalın xx.xx.2023-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Bu əlamətlər yuxarı ətraflarda C5-C6, 06-07, L4-L5 və aşağı ətraflarda L5-S1 kökcük innervaslyalı əzələlərdə xroniki dövraksonal deqenerasiyalı neyropatik dəyişiklik lehinədir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Uniklinikanın xx.xx.2023-cü il tarixli Bel-Oma sahəsinin MR müayinəsinin nəticəsi “Onurğanın bel hissəsinin deqenerativ dəyişkənlikləri. L2-L3 intervertebral diskin dehidrasiyası və arxa sağ paramedian yırtığı. L3-L.4 intervertebral diskin dehidrasiyası və arxa qabarması. L4-L5 intervertebral diskin dehidrasiyası və arxa mərkəzi yırtığı. L5-S1 intervertebral diskin dehidrasiyası və arxa mərkəzi qenişəsaslı protruziyası” kimi qeyd edilmişdir. Akademik M.C.Cavadzadə adına Respublika Klinik Urologiya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023cü il tarixli Səhhətin müayinə Aktında diaqnoz “Uroloji xəstəlik aşkar edilmədi” kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2025-ci il tarixli, T97/2025 saylı rəyinə əsasən vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, V00177514GTQ nömrəli Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: M50.1-boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, diskogen, boyun radikulopatiyası. Ağırlaşmalar: R52.0-kəskin ağrı, daimi ağrı sindromu, R26.0-ataktik yeriş, axsama və yerişin pozulması, M53.1-boyun, çiyin sindromu, servikobraxialgiya, G83.2-yuxarı ətrafların monoplegiyası, sol yuxarı monoparezi və hərəki funksiyasının kobud pozğunluğu ilə” və onun ağırlaşmaları xəstənin stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator müayinələri əsasında təyin edilsə də, onun DTSERA-da obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına təkərlikli oturacaqda və əsa ilə daxil olmuş, boynunda, belində, aşağı ətraflarında olan ağrı, hərəki məhdudluq, sol aşağı ətrafında gücsüzlük, yeriş zamanı sol ayağının sanki boşluğa düşməsindən şikayətlənmiş, nevroloji müayinədə yuxarı və aşağı ətraflarda reflekslər D=S, orta canlı alınmış, ətraflarda hipotrofiya, hərəki məhdudluq qeyd olunmamış, “Pəncə sallanması” müşahidə edilməmiş, yerişi qoruyucu xarakterli olmuş, “Medera Hospitaf’ın xx.xx.2023-cü il tarixli elektroneyromioqrafıya müayinəsinin nəticəsi yuxarı ətraflarda C5-C6, C6-C7, L4-L5 və aşağı ətraflarda L5-S1 kökcük innervasiyalı əzələlərdə xroniki dövr aksonal degenerasiyalı nevropatik dəyişiklik lehinədir” kimi qeyd edilmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb eksperti tərəfindən deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspert Komissiyalarının ekspertləri tərəfindən həyata keçirilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisəndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). İşdən göründüyü kimi iddiaçıya sonuncu dəfə verilmiş tibbi göndərişdə qoulmuş diaqnoz “boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Diskogen boyun radikulopatiyası” olmuşdur. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəiklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd oluna “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. Həmin “boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Diskogen boyun radikulopatiyası” diaqnozu “Meyarlar”da nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyinatına səbəb ola bilər: 6.6. Ekstrapiramid və digər hərəki pozuntular 6.6.3. boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi 6.6.3.1. mülayim ikitərəfli motor və hissiyyat pozuntuları ilə onurğa sütununun natamam zədələnməsi, cüzi tetraparez ilə (sidik kisəsinin və düz bağırsağın fəaliyyəti pozulmadan) 6.6.3.2. aşağı ətrafların təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının mülayim pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri[ 6.6.3.3. əhəmiyyətli təzahür edən tetraparez, paraplegiya və ya aşağı ətrafların və yuxarı ətrafın əhəmiyyətli təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri 6.6.3.5. aşağı ətrafların və yuxarı ətrafın tam iflici - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının əhəmiyyətli dərəcədə təzahür edən pozuntusu ilə onurğa sütununun boyun hissəsinin tam zədələnməsi 6.6.3.6. aşağı ətrafların tam iflici (plegiya) - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının əhəmiyyətli təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində tam zədələnmələri. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarına dair ekspert rəylərində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi istisna olunmur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2025-ci il tarixli, T97/2025 saylı ekspert rəyində iddiaçıda “boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Diskogen boyun radikulopatiyası” diaqnozunun istina edilmədiyi bildirilmişdir. Lakin, hər iki ekspert rəyndə həmin xəstəliklərin əlillik təyinatına əsas verən ağırlaşmalara səbəb olub-olmamasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş 06 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-5781/2024 saylı qərar ləğv edilsin və İddiaçı 06 avqust 2024-cü il tarixindən əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2543/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2543/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver