Məhkəmə qərarları › İş №2-1(112)-2544/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2544/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2544/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Məhkəmə iclas katibi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya olaraq mənzilin verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq ona bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 1985-ci il tarixdən “Bakqazmaş Zavod” İstehsalat Birliyində (hal-hazırda "xxxx" ASC) tornaçı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə həmin zavodun yataqxanasında mənzillə təmin olunmuş, 8 saylı otağında ailə üzvləriylə birlikdə qeydiyyatda olmaqla 1992-ci il tarixə kimi yaşamışdır. 1992-ci ildə işdə olduğu vaxt faktiki istifadəsində olan, 8 saylı otaqın qapısı qırılmaqla Ağdam rayonundan olan məcburi köçkünlər X7 və onun ailəsi tərəfindən (əşyaları mənzildə olduğu halda) zəbt edilmişdir. Mənzilin yenidən iddiaçının istifadəsinə qaytarılması üçün etdiyi bütün cəhdlər heç bir nəticə verməmişdir. Belə ki, məlum olduğu kimi məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmasının qarşısını alınması məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 saylı Sərəncmına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inztibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmış, bir sözlə məcburi köçkünlərin müvəqqəti yaşamaq məqsədi ilə zəbt etdikləri təyinatından asılı olmayaraq yaşayış, inzibati, yardımçı və digər binaların digər binalardan, bütün tikililərdən çıxarılması qanunsuzluq elan edilmişdir. İddiaçı mübahisəli mənzilin yerləşdiyi qəzalı binanın faktiki yaşayan sakini olaraq tanınmalıdır. Həmin binanın digər sakinlərinə verilmiş kompensasiya iddiaçıya şamil edilməli, yeni inşa edilən binada ona bir otaqlı mənzil verilməli və bina təhvil verilənədək ona kirayə haqqı ödənilməlidir. Təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi iddiaçı Xəzər r-nu, Buzovna qəs., 2143 saylı məhəllə "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadır. Arxiv arayışından göründüyü kimi 01.11.1985-ci ildən (əmr № 227 k 15.11.1985) 20.05.1986-cı ilə qədər (əmr № 80k 21.05.1986 Sovet ordusuna çağırışı ilə əlaqədar) tornaçı vəzifəsində işləmiş, əsgərlikdən sonra yenidən “Bakqazmaşzavod” İB qayıtmış, 11.02.1988-ci ildən (əmr № 25k 15.02.1988) 01.09.1990cı ilə qədər (əmr № 84k/a 03.09.1990) arxivarius və yataqxananın mühafizəçisi vəzifəsində, 01.02.1992-ci ildən (əmr № 9k/a 05.02.1992) 16.05.2000-ci ilə qədər (əmr № 27k 16.05.2000) hazır məhsul anbarında anbardar vəzifəsində işləmişdir. 1985-ci ildən hal-hazırki günə qədər "xxxx" zavodun yataqxanasında pasport qeydiyyatındadır. Təqdim etdiyi 111 saylı MKİS tərəfınən tərtib olunmuş “Bakı şəhəri 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin Xəzər rayonu, Buzovna qəsəbəsi, 111 saylı MKİS-nin balansında olan, məhəllə 2143-də yerləşən yataqxana haqqında Məlumat”dan göründüyü kimi 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin siyahının müvafiq olaraq 29-32-ci sıralarında 2143-cü məhəllədə yerləşən yataqxananın 8 saylı mübahisəli mənzilinin sakinləri kimi göstərilmişdir. Siyahıda həmin mənzilin Ağdam rayonundan olan məcburi köçkün X2 ailə üzvləri ilə birlikdə zəbt etdiyi qeyd olunmuşdur. Təqdim etdiyi “Şəxsi hesab vərəqəsi”nin surətindən göründüyü kimi, iddiaçı 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə 21.11.1985-ci ildən Xəzər r-nu, Buzovna qəs., "xxxx" zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamışdır. Təqdim etdiyi 21.11.1985-ci ildə tərtib olunmuş forma Anın surətindən göründüyü kimi işlədiyi müəssisə - "xxxx" zavodu, yaşadığı yer isə həmin zavodun Buzovna qəsəbəsində yerləşən yataqxanası olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən Xəzər r-nu, Buzovna qəs., 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğu müəyyən olunmuş, bu səbəbdən binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin köçürülməsi Cavabdehnə tapşırılmış və onun tərəfindən həyata keçirilmişdir. Bina sökülmüş və hal-hazırda onun yerində "xxxx" MTK tərəfindən yeni bina inşa edilməkdədir. Qəzalı binanın sakinlərinin yeni binada mənzillərə təmin olunması nəzərdə tutulmuş və bina istifadəyə verilənədək sakinlərin müvəqqəti kirayədə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Cavabdeh tərəfindən pozulmuş konstitusion hüquqları bərpa edilməli, Xəzər r-nu, Buzovna qəs., 2143 saylı məhəllə, "xxxx" zavodunun qəzalı yataqxanasının 8 saylı otağında faktiki yaşayan sakin olaraq, həmin yataqxananın digər sakinlərinə ödənilən kompensasiya məbləği iddiaçıya da şamil olunmalıdır. Lakin, iddiaçı bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciət etsə də, indiyədək cavabdeh tərəfindən ərizəsinə cavab verilməmişdir. Cavabdehə axırıncı dəfə 06.02.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdehin 10.12.2020-ci il tarixli 1578 saylı iddiaya qarşı yazılı münasibətində (etirazı) göstərilmişdir ki, bu iddia predmeti üzrə cavabdeh inzibati orqan kimi Cavabdeh hesab edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində də qeyd edildiyi kimi Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Yəni həmin binaya dair Cavabdeh tərəfindən sərəncam vermək hüququ olmamışdır. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə edilmiş arayışlarından da görünür ki, qeydiyyatda olduğu yataqxana binası sözügedən Birliyin balansındadır. Eləcə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən iddiaçının qeydiyyatda olduğu yataqxana binasının texniki vəziyyəti qəzalı olduğu müəyyən olunmuş, bu binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilmişdir. Lakin qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bununla bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, qeydiyyatda olduğu ünvanda uzun illər məcburi köçkün ailəsi yaşamışdır. Belə olan halda iddiaçı həmin binada qeydiyyatı olmasına baxmayaq o, uzun illər həmin binada yaşamamışdır. Qəzalı vəziyyətdə olan binada yalnız faktiki yaşayan sakinlər üçün yeni bina inşa edilmiş və ora köçürülmüşdür. Sonda cavabdeh iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına: - İddiaçıya məxsus AZE seriyaslı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Xəzər r-nu, Buzovna qəs., 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadır. - "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 01.11.1985-ci ildən (əmr № 227 k 15.11.1985) 20.05.1986-cı ilə qədər (əmr № 80k 21.05.1986 Sovet ordusuna çağırışı ilə əlaqədar) tornaçı vəzifəsində işləmişdir. Əsgərlikdən sonra yenidən “Bakqazmaşzavod” İB-də 11.02.1988-ci ildən (əmr № 25k 15.02.1988) 01.09.1990-cı ilə qədər (əmr № 84k/a 03.09.1990) arxivarius və yataqxananın mühafizəçisi vəzifəsində işləmişdir. "xxxx" zavodunda 01.02.1992-ci ildən (əmr № 9k/a 05.02.1992) 16.05.2000-ci ilə qədər (əmr № 27k 16.05.2000) hazır məhsul anbarında anbardar vəzifəsində işləmişdir. - 21.11.1985-ci ildə tərtib olunmuş forma A kartoçkasının surətindən göründüyü kimi iddiaçı yaşadığı yer üzrə "xxxx" zavodunun yataqxanasına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 50 saylı 05.02.2021-ci il tarixli məktubu məhkəmə sorgusuna bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.09.2008-ci il tarixli 200 saylı qərarının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin 06.11.2008- ci il tarixli, 584 saylı sərəncamına əsasən əvvəllər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Zavoduna məxsus olmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Xəzər rayonu ərazisində əhalinin sosial rifahının inkişafına dair həyata keçirilən layihə çərçivəsində Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasının yenidən qurulması ilə əlaqədar sakinlərin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. - Cavabdehin 231 saylı 18.05.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddia predmeti üzrə cavabdeh inzibati orqan kimi Cavabdeh hesab edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində qeyd edildiyi kimi Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Belə ki, həmin binaya dair Cavabdeh tərəfindən sərəncam vermək hüququ olmamışdır. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə edilmiş arayışlardan da görünür ki, iddiaçının qeydiyyatda olduğu yataqxana binası sözügedən Birliyin balansındadır. Eləcə də, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli Rəyinə əsasən iddiaçının qeydiyyatda olduğu yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilmişdir. Lakin qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bununla əlaqədar iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən yataqxana binasının sökülməsi, həmçinin sakinlərə mənzillərin verilməsi barədə təsdiqedici sənədlər Cavabdehndə mövcud olmadığından Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 401 saylı 25.05.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmiş və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. - Cavabdehin 777 saylı 30.06.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddia predmeti üzrə cavabdeh inzibati orqan kimi Cavabdeh hesab edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində qeyd edildiyi kimi Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Belə ki, həmin binaya dair Cavabdeh tərəfindən sərəncam vermək hüququ olmamışdır. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə edilmiş arayışlardan da görünür ki, iddiaçının qeydiyyatda olduğu yataqxana binası sözügedən Birliyin balansındadır. Eləcə də, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli Rəyinə əsasən iddiaçının qeydiyyatda olduğu yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilmişdir. Lakin qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bununla əlaqədar iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən yataqxana binasının sökülməsi, həmçinin, sakinlərə mənzillərin verilməsi barədə təsdiqedici sənədlər Cavabdehndə mövcud olmadığından Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. - Bakı şəhər İcra Hakimiyyətinin 584 saylı 06.02.2008-ci il tarixli sərəncamı ilə qərara alınmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2008-ci il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlər (yaşayış binaları və yataqxanalarda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla), bu sərəncamın 1 saylı əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilsin. - Bakı şəhər İcra Hakimiyyətinin 584 saylı 06.02.2008-ci il tarixli sərəncamına əlavədən - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 2 sentyabr tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin Mənziİ- Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi nəzərdə tutulmuş, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin siyahısından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binası 29 sıra nömrəsi ilə balansa verilmişdir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13.07.2021-ci il tarixli MİHO/1.1- 2-2021-2124 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2143 saylı məhəllədə yerləşən keçmiş "xxxx" zavodunun yataqxanasının Cavabdeh tərəfindən sökülərək yerində "xxxx" MTK tərəfindən yeni binanın inşa edilməsi ilə əlaqədar həmin binanın sakinlərinin köçürülməsi ilə bağlı vəsait ayrılıb-ayrılmaması, əgər ayrılıbsa buna dair təsdiqedici sənədlərin təqdim edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 20 may tarixli 2-(112)-2544/2021 nömrəli sorğusuna Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılaraq, sözügedən məlumatların əldə edilməsi üçün Cavabdehnə müraciət edilməsi məqsədəmüvafıq hesab edilmişdir. - "xxxx" MTK-nın 05.10.2021-ci il tarixli 188 saylı məktubu ilə bildirilmişdir ki, iddia ərizəsində qeyd olunan layihə "xxxx" MTK tərəfindən inşa edilməmişdir. Buna görə də həmin MTK-nın hazırki mübahisə üzrə işə üçüncü şəxs kimi cəlb edilməsi qanuni və əsaslı deyildir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2143 saylı məhəllədə yerləşən 5 saylı yataqxanın texniki vəziyyəti haqqında 01.05.2019-cu il tarixli rəyindən görünür ki, həmin bina qəzalı vəziyyətdə olduğu üçün sakinlərin təcili olaraq binadan köçürülməsi, bütün kommunikasiya xətlərinin kəsilməsi, binaya girişin qadağan edilməsi, binanın ətrafının çəpərlənməsi, binanın qəzalı vəziyyətdə olması barədə əlaqədar təşkilatların məlumatlandırılması tədbirlərinin həyata keçirilməsinin zəruriliyi barədə rəy verilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Hazırkı iş üzrə mübahisənin əsasını cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya məxsus əmlakı sökməsinə görə iddiaçıya dəymiş ziyanla bağlı kompensasiya kimi mənzil verilməsi təşkil edir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçının kompensasiya tələb etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxananın otağı üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli yataqxanada yaşayanlar haqqında məlumatın kserosurəti heç bir vəzifəli şəxs tərəfindən imza edilmədiyindən və möhürlə təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilmə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı tərəfindən ümumiyyətlə iddia etdiyi otagın (mənzilin) ona məxsus olması barədə hər-hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, onun iddia etdiyi kimi həmin ünvanda faktiki yaşaması müəyyən edilməmişdir. İddiaçının qeydiyyatı formal xarakter daşımışdır. Bundan başqa, iddiaçının qeydiyyatının həmin yataqxanın hansı otağı üzərində olması belə qeyd edilməmişdir. Xüsusilə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılan halları ilə iddiaçıya vaxtilə yaşadığı yataqxana otağının həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin müəyyən etdiyi qaydada müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə və həmin qərara əsasən mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona müvafiq order verildiyi müəyyən olunmur. Həmçinin iddiaçının (o cümlədən ailə üzvlərinin) həmin binada yaşamadıgını sübut edən hal kimi iddiaçının məhkəmədə verdiyi ifadəsində həmin otağın məcburi köçkünlər tərəfindən zəbt etməsi və bu səbəbdən iddiaçı ilə sonuncular arasında hər-hansı məhkəmə mübahisəsinin olduğu da müəyyən olunmur. Yuxarıda qeyd edilənlərdən başqa, Avropa Məhkəməsinin presedent hüququnda da “mənzil” anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X5rşı), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X3rşı), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı) şamil oluna bilər. Göründüyü kimi iddiaçı iddia etdiyi otaqdan ibarət ayrıca yaşayış sahəsini təyinatı üzrə istifadə etməklə kirayə müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirməsini, yaşayış sahəsi ilə hər-hansı baglılıgını (onu saxlama, vəsait qoyma və s.) və bu anlamda “mənzil” əldə etməsini sübut edə bilməmişdir. Belə olan halda “mənzil”i kimi qiymətləndirilərək iddiaçının yalnız yataqxanada qeydiyyatda olması əsası ilə ona kompensasiya kimi mənzil verilməsi barədə tələbi qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun rəyində də həmin yataqxana binasında qeydiyyatda olan və yaxud mülkiyyət hüququ olan şəxslərin deyil, sakinlərin, yəni faktiki olaraq yaşayanların binadan köçürülməsi barədə tədbirlərin həyata keçirilməsi göstərilmişdir. Beləliklə, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binasının mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən mötəbər sübut təqdim etməmiş və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar onun tələbinin təmin olunmasına əsas vermir. Qanunvericiliyin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları- cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini mənzil qismində tələb etmək hüququna malik olmur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq ona bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia təmin edilməsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar