Məhkəmə qərarları › İş №2-1(112)-2544/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2544/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2544/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili “Femida Vəkil Bürosu”nun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının X7, Statistika və İnformatika Universiteti tərəfindən ona təqdim edilmiş 09.10.2013-ci il tarixli, KA 40399 saylı diplomun tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin AR Təhsil Nazirliyi Təhsildə X5 həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının X7, Statistika və İnformatika Universitetində 2005-2013-cü illərdə təşkilat menecmenti ixtisası üzrə sərbəst-eksternat təhsilalma formasında təhsil almışdır. Belə ki, Dövlət attestasiya komissiyasının 29.12.2012-ci il tarixli qərarı ilə X7 Statistika və İnformatika Universiteti tərəfindən ona KA 40399 saylı diplom təqdim edilmişdir. Həmçinin, əsas təhsil proqramını mənimsədiyinə, “Təşkilat menecmenti” ixtisası üzrə tədris planını tam yerinə yetirdiyinə, dövlət imtahanından keçdiyinə və buraxılış ixtisas işini müdafiə etdiyinə görə eksternat şəklində təhsil alan ona 20.06.2013-cü il tarixli, 1478-BHO-3 nömrəli əmrlə “Menecer” ixtisası verilmişdir. X7, Statistika və İnformatika Universiteti tərəfindən ona təqdim edilmiş KA 40399 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün sözügedən diplom və universitet tərəfindən verilmiş müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi öz növbəsində C- 21476/03-24 saylı, 21.07.2015-ci il tarixli məktubu ilə sözügedən diplomun tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, o, X7 Statistika və İnformatika Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddət qarşılığında (əyani-5 il, qiyabi-1 il artıq) həmin ölkədə olmamışdır. Buna əsasən ona təqdim olunan diplomun tanınması mümkün hesab edilməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar diplom və digər müvafiq sənədlərlə birlikdə yenidən 23.08.2021-ci il tarixli ərizə ilə AR Təhsil Nazirliyi Təhsildə X5 müraciət olunsa da, cavabdeh orqan 08.09.2021-ci il tarixli, C- 264/03-TKTA nömrəli imtina məktubunu təqdim edərək daha əvvəl göndərdikləri 21.07.2015-ci il tarixli imtina məktubuna istinad etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyi X7, Statistika və İnformatika Universiteti tərəfindən ona təqdim edilmiş 09.10.2013-cü il tarixli, KA 40399 saylı diplomun tanınması ilə bağlı müraciətə formal cavab verilmiş və onun müraciətinə sərbəst (eksternat) təhsil almağı barədə arayış olmadan baxılmışdır. Qeyd etmək istəyir ki, Təhsil Nazirliyi ondan sərbəst (eksternat) təhsil almağı barədə arayış tələb etmiş və o da tələbə uyğun olaraq X7, Statistika və İnformatika Universitetindən 2005- 2013-cü illərdə eksternat (sərbəst) təhsil almağı barədə müvafiq arayışları almışdır. Lakin sözügedən arayışları təqdim edənə qədər, artıq Təhsil Nazirliyi iddiaçının müraciətinə eksternat arayışı olmadan baxmış və diplomun tanınmasından imtina etmişdir. Halbuki, Təhsil Nazirliyi onun müraciətinə cavab verərkən, eksternat təhsil almağı barədə arayışa baxdıqdan sonra müvafiq olaraq müraciətinə cavab verməli idi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə 28.01.2022-ci il və 10.02.2022-ci il tarixlərdə təqdim etdiyi eyniməzmunlu iddia ərizəsinə dair etirazda göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə X5 müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifıkasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə hilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyalarm səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqram”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.3.Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.; 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.; 3.2.7 Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1 auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2 auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3 təcrübələrdə iştirak etməsi; 3.2.7.4 laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5 kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6 imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7 buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8.Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1 məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3 tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə; 3.2.9 Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarına əlavə edilmiş; iddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Xətai rayonu, ev 66 ünvanında qeydiyyatdadır. Ali Peşə Təhsili üzrə X8 Müəssisəsi “X7, statistika və informatika Universiteti tərəfindən “09.10.2013-cü il tarixli KA № 40399 saylı diplomun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı “Menecer” ixtisası üzrə bakalavr dərəcəsini almışdır. Ali Peşə Təhsili üzrə X8 Müəssisəsi “X7, statistika və informatika Universiteti tərəfindən verilmiş 09.10.2013-cü il tarixli KA № 40399 saylı diploma əlavənin surətindən müəyyən olunur ki, İddiaçı Ali Peşə Təhsili üzrə X8 Müəssisəsi “X7, statistika və informatika Universitetində oxuduğu müddət ərzində (eksternat) “Menecer” ixtisası üzrə 5 il əyani tədris formasında təhsil almışdır. Ali Peşə Təhsili üzrə X8 Müəssisəsi “X7, statistika və informatika Universiteti tərəfindən 30.07.2014-ci ildə 157218 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi X8 Ali Təhsil Müəssisəsi “Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti” tərəfindən 02.12.2005-ci il tarixdə 4837-д-ст saylı əmrdən çıxarışın notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 07.10.2005-ci il tarixdən Ali peşə təhsili proqramı üzrə təhsil almaq üçün “Təşkilat menecmenti” ixtisası üzrə təhsil haqqının tam ödənilməsi ilə Menecment İnstitutunun MİSİ eksternlər sırasına qəbul edilmişdir. Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi X8 Ali Təhsil Müəssisəsi “Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti” tərəfindən 20.06.2013-cü il tarixdə verilmiş 1478 ВПО-э saylı əmrdən çıxarışın notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, Ali peşə təhsili üzrə əsas təhsil proqramını mənimsəmiş, “Təşkilat menecmenti” ixtisası üzrə tədris planını tam yerinə yetirilmiş, dövlət imtahanından keçən və buraxılış ixtisas işini müdafiə etmiş eksternat şəklində təhsil alan İddiaçı Dövlət Attestasiya Komissiyasının 29 dekabr 2012-ci il tarixli 535 saylı qərarına əsasən “Təşkilat menecment” ixtsası üzrə ali peşə təhsili haqqında diplomumun təqdim edilməsi ilə Menecer ixtisası verilmişdir. Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi X8 Ali Təhsil Müəssisəsi “Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti” tərəfindən 06.04.2021-ci il tarixdə verilmiş 14.03-10/118 saylı arayışın notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Ali Peşə Təhsili üzrə X8 Təhsil Müəssisəsi “X7, Statistika və İnformatika Universiteti (MİSİ)” -də “Təşkilat menecmenti” ixtisası üzrə təhsil almışdır, təhsil forması: “eksternat”. Qəbul olunması haqqında 02.12.2005-ci il tarixli, 4837д-ст saylı Əmr. Təhsili başa vurduqda təhsili bitirməsi və ixtisasın verilməsi haqqında 20.06.2013-cü il tarixli, 1478-ВПО-э saylı Əmrlə T.M. Cavadovaya “Menecer” ixtisası verilmişdir və qeydiyyat nömrəsi 13/2187, verilmə tarixi: 09.10.2013 olan, KA 40399 seriyalı Diplom verilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 4.2-ci bəndinə əsasən, tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edən edəni qane etməzsə müvafiq qayda şikayət edə biləcəyi bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş cavab məktubundan müəyyən olunur ki, İddiaçı 2005- 2013-ci illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumat aşağıdakı kimi olmuşdur; Rusiya Federasiyası 29.09.2005-ci il çıxış; 02.10.2005ci il giriş;18.01.2006-ı il çıxış; 20.01.2006-cı il giriş; 26.04.2008-ci il çıxış; 28.04.2008-ci il giriş; 24.09.2008-ci il çıxış; 27.09.2008-ci il giriş; 26.02.2009-cu il çıxış; 28.02.2009-cu il giriş; 08.07.2009-cu çıxış; 12.07.2009-cu il giriş; 04.10.2009-cu il çıxış; 04.10.2009-cu il giriş; 30.10.2009-cu il çıxış; 31.10.2009-cu il giriş; 10.04.2010-cu il çıxış; 12.04.2010-cu il giriş; 06.09.2010-cu il; 09.09.2010-cu il; 17.11.2012-ci il çıxış; 18.11.2012-ci il giriş; 27.12.2012-ci il çıxış; 29.12.2012-ci il giriş; 06.09.2013-cü il çıxış; 09.09.2013-cü il giriş. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş 11.04.2022-ci il tarixli 00-03-189/TKTA saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı adına Rusiya Federasiyasının X7, Statistika və İnformatika Universiteti tərəfindən verilmiş 09.10.2013-cü il tarixli, KA 40399 saylı ali təhsil haqqında sənədə əsasən (mütəxəssis diplomu) vətəndaşın tədris müddətinin 2005-2013-cü illəri əhatə etdiyi, təhsilalma formasının isə sərbəst-eksternat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 1.0.39-cu maddəsinə əsasən sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır. Bundan əvvəl qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 19-cu maddəsində ali məktəblərdə kadr hazırlığının əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilməsi göstərilsə də, müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq "bakalavr dərəcəsinin verilə bilməsi təsbit edilmişdir. İddiaçı oxuduğu illər ərzində sözügedən qanunun qüvvədən düşməsi sözügedən müddəanın İddiaçı ərizəsi əsasında aparılan icraata şamil edilməməsi üçün əsasdır. Qeyd edirik ki, aparılan araşdırma zamanı İddiaçı ümumi təhsil müddətində Rusiya Federasiyasında olduğu qısa müddət ərzində (2005/2006-cı tədris ili - 4 gün, 2006/2007- ci tədris ili- getməyib , 2007/2008-ci tədris ili- 2 gün, 2008/2009-cu tədris ili - 5 gün, 2009/2010- cu tədris ili - 4 gün, 2010/2011-ci tədris ili- 3 gün, 2011/2012-ci tədris ili-getməyib, 2012/2013-cü tədris ili - 3 gün) diploma əlavədə göstərilən tədris yükünün vətəndaş tərəfindən yerinə yetirilməsinin qeyri-mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən X3 aldığı təhsilin məzmun və müddəti, habelə təhsil forması qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olmaması səbəbilə onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Həmin Qanunun 27.4-cü maddəsinə görə arici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”) ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyin olmasını mütləq sayır və həmin rəylərdən biri də “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki yuxarıda göstərilən Qaylararın 3.7-ci bəndində nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. "Təhsil haqqında” Qanunda (13.1.4-cü maddə) sərbəst (eksternat) təhsilalma forması nəzərdə tutulsa da, hələ təhsilin bu formada keçirilməsi Azərbaycan Respublikasında reallaşmamışdır. Yəni, ali təhsilin sərbəst (eksternat) təhsilalma formasının həyata keçirilmə mexanizmi müəyyən edilməmişdir. Cavabdeh də imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı eksternat təhsilalma formada təhsil aldığından, ölkədə təhsilalmanın həmin forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericlikdə nəzərdə tutulmadığından, aldığı diplomun ekvivalentliyinin müəyyən edilməsi mümkün deyildir. Belə ki, mövcud təhsil qanunvericiliyində sərbəst (eksternat) təhsilalma forması nəzərdə tutulsa da, hələ bu formada təhsil Azərbaycan Respublikasında reallaşmadığından, ali təhsilin sərbəst (eksternat) təhsilalma formasının həyata keçirilmə mexanizmi müəyyən edilmədiyindən, təhsilalmanın həmin forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericlikdə nəzərdə tutulmadığından, iddiaçının aldığı diplomun ekvivalentliyinin müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1-ci maddəsində qeyd edilir ki, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmçinin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Göründüyü kimi, Sazişdə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplomun müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının təhsilama forması əyani deyil, sərbəst (eksternat) qaydada həyata keçirilmiş və Sazişdə sərbəst (eksternat) qaydada təhsilalmanın nəticəsi olaraq diplomun tanınmalı olması birmənalı olaraq göstərilməmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X2rşı Rusiya Federasiyasının X7, Statistika və İnformatika Universiteti tərəfindən ona təqdim edilmiş 09.10.2013-ci il tarixli KA 40399 saylı diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar